Dərs 10. Bədən, Ruh və Aralarındakı Hər Şey haqqında

Dərs 10. Bədən, Ruh və Aralarındakı Hər Şey haqqında

Bu dərsdə biz ruh anlayışını araşdıracaq və hər bir insanın unikal ruh kökünə sahib olub-olmadığını yoxlayacağıq. Bədən və ruh anlayışlarını müəyyən edəcək və onların arasındakı əlaqəni incələyəcəyik. Həmçinin Adam Rişon sistemi, Adam Rişon-un parçalanması və 'Bilik Ağacının günahı'nın daxili izahını öyrənəcəyik. Sonda isə orijinal Kabalaya görə reinkarnasiya anlayışını kəşf edəcəyik.

Dərs məzmunu
Materiallar
  • Kabalanın orijinal hikmətində bədən, ağıl və ruhun tərifləri  
  • Ruhun bənzərsiz kökü anlayışı və ümumi ruhani sistem  
  • Adam Rişon sistemi və onun parçalanması  
  • Kabalistik baxışda 'Bilik Ağacının günahı'nın izahı  
  • Orijinal Kabalada reinkarnasiya (Qilguley Neşamot) anlayışı

Dərs 10. Bədən, Ruh və Aralarındakı Hər Şey Haqqında


Slayd 2

Üç Oxlu Model


Slayd 4

Üç Oxlu Model


Slayd 5

Adam Rişonun ruhu
“Əvvəlcə yalnız bir ruh yaradıldı, Adam Rişonun ruhu”
- Baal Sulam, 600,000 Ruh


Slayd 6

Təriflər - Bədənin və Ruhun mahiyyəti
“İnsanın bədəni və ruhu var. Bədən həzz və bilik almaq istəyidir və Kli [qab] adlanır. Ruh isə insanda mövcud olan əta etmək (vermək) qüvvəsi kimi qəbul edilir. Və insanın bədəni və ruhu var.”

- Rabaş 381. Rəbb Yoxsulları Eşidir


Slide 7

Yeni ruhlar yoxdur
“Dünyamızda, bədənlərin yeniləndiyi kimi yeni ruhlar yoxdur, yalnız müəyyən sayda ruhlar vardır ki, formanın transformasiya çarxında təcəssüm edirlər, hər dəfə yeni bir bədənə və yeni bir nəslə bürünürlər.
Buna görə də, ruhlara gəldikdə, yaradılışın başlanğıcından islahın sonuna qədər olan bütün nəsillər bir nəsil kimi sayılır ki, öz ömrünü bir neçə min il ərzində uzadıb və inkişaf edib, lazım olduğu kimi islah olunub. Əslində isə, bu müddət ərzində hər kəsin bədənini bir neçə min dəfə dəyişməsi tamamilə əhəmiyyətsizdir, çünki bədənin “ruh” adlanan mahiyyəti bu dəyişikliklərdən heç bir zərər çəkməyib.”

- Baal Sulam, Sülh


Slayd 8

Ruhun Məqsədi
“Ruhun bədənə gəlməsinin məqsədi budur ki, o, bədənə bürünmüş halda, öz kökünə qayıdaraq və Ona qovuşaraq mükafatlandırılsın.”

- Baal Sulam, Məktub 17


Slayd 9

Ruhun Məqsədi
“Həyat Ağacı”nda yazılıb: “Aləmlər yalnız Yaradanın adlarını aşkar etmək üçün yaradıldı.” Beləliklə görürsən ki, ruh bu çirkli maddəyə büründükdən sonra, artıq əvvəl bu dünyaya gəlməzdən əvvəl olduğu kimi, öz kökünə, öz aləminə qovuşa bilmədi. Əksinə, ruh öz kökündə olduğu vəziyyətə nisbətən öz səviyyəsini 620 dəfə artırmalıdır. Bütün kamilliyin mənası budur.”

- Baal Sulam, Məktub 17


Slayd 10

Ruh yalnız formanın bərabərliyi ilə əldə edilir
“Bədən özünü sevmə təbiəti ilə doğulur, bu da Yaradanla formanın uyğunsuzluğudur, çünki Onu yalnız verən kimi dərk edirik. Buna görə də, insan bədənini təmizləməli və formanın bərabərliyinə çatmalıdır ki, o da yalnız vermək üçün nələrsə etmək istəsin. Bununla o, Nefeş [ruh] adlanan bu yüksək dərəcəyə çata bilər. Buna görə də biz həmişə bədən və Nefeş terminləri ilə danışırıq.”

- Rabaş, Bəzən ruhaniyyətə “Ruh” Deyilir


Slayd 11

Ruhun islahı
“Beləliklə, hər kəs yalnız Adam Rişonun ruhunun kiçik bir hissəsi ilə doğulur. Öz hissəsini islah etdikdə, artıq reinkarnasiyaya ehtiyacı qalmır.”

- Rabaş “İnsan təkrar doğulmamaq üçün hansı dərəcəyə çatmalıdır?”


Slayd 12

Ruhların Reinkarnasiyası
"Gəlin və baxın nə yazılıb: 'Əgər bilmirsənsə, ey qadınların ən gözəli': Yaradan ruha cavab verir, əgər sən gəldin və bura gəlməzdən əvvəl hikmətə baxmadınsa və ali aləmin sirlərini bilmirsənsə, get, sən bura biliyin olmadan daxil olmağa layiq deyilsən… Yəni sən ikinci dəfə bu dünyaya reinkarnasiya ediləcəksən.”

- Zoar Kitabı, Nəqmələr Nəğməsi, 10-cu hissə, 456-cı bənd


Slaydlar 13-14

Hazırkı təcəssümüm(dəyişməm) haqqında nə öyrənməliyəm?
“...Bəs nə üçün Kabalistlər hər bir insanı Kabala elmini öyrənməyə dəvət etdilər? Həqiqətən də, bunda böyük bir məna var və bunu yaymaq lazımdır: Kabala elmini öyrənənlər üçün möhtəşəm, ölçüyəgəlməz bir şəfa var. Onlar nə öyrəndiklərini anlamasalar belə, öyrəndiklərini başa düşməyə olan arzu və böyük istək vasitəsilə, ruhlarını əhatə edən nurları özlərinə cəlb edirlər.
Bu o deməkdir ki, hər bir nəfərə zəmanət verilir ki, Yaradan bütün məxluqları sevindirmək üçün yaratmaq fikrində düşündüyü bütün möhtəşəm nailiyyətləri sonda əldə etsin. Və bu həyatda mükafatlandırılmayan biri növbəti həyatda mükafatlandırılacaq və s., ta ki, O, onun üçün planlaşdırdığı fikrini tamamlamağa nail olana qədər.”

- Baal Sulam “On Sfirotun Tədrisinə giriş”, s.155