"Xevruta" - Dərs 9-a uyğun olaraq. Ondan Başqa Heç Kim yoxdur

"Xevruta" - Dərs 9-a uyğun olaraq. Ondan Başqa Heç Kim yoxdur

Dərs məzmunu
Materiallar

"Xevruta" - Dərs 9-a uyğun olaraq


Ondan Başqa Heç Kim yoxdur

 

 "Ondan Başqa Heç Kim Yoxdur" xüsusi bir məqalədir. Bir növ, o daxili işin prizmasından baxaraq Kabalanın bütün müdrikliyini ehtiva edir. 

Bu hikmət nə azdır, nə də çoxdur — səbəb və nəticə yolu ilə şəlalə kimi axan köklərin ardıcıllığından ibarətdir,

sabit, müəyyən olunmuş qanunlara uyğun olaraq, bir-birinə toxunub hörülərək tək, uca bir məqsədə birləşir; bu məqsəd belə təsvir olunur:

“Bu dünyada Onun ilahiliyinin Öz yaradılmışlarına aşkarlanması”.

Baal Sulam

Yəni, bu aşkarlanma və ya nailiyyət bizi ona gətirir ki, bütün reallığın bir qüvvə olduğunu kəşf edirik — “Ondan başqası yoxdur”, yəni dünyada bu vermə qüvvəsinə qarşı hər hansı bir şeyi edə biləcək başqa heç bir qüvvə yoxdur.

Hələlik biz bu reallığı görmürük, lakin bu da ona görədir ki, buna ruhani iş deyilir — çünki bizə öz müstəqil inkişafımız üçün yer verilir.


Daxili əməl

Bu daxili əməl məhz Şamati məqalələrində ətraflı şəkildə təsvir olunan şeydir; orada Baal Sulam aşağıdan yuxarıya doğru irəliləyişimiz zamanı keçdiyimiz çoxsaylı vəziyyətləri təsvir edir.

Gəlin məqaləni oxuyaq və onu necə anlaya biləcəyimizi görək. Hamısını oxumayacağıq, amma məqalələrin böyük bir hissəsini oxuyacağıq — və Baal Sulamın istifadə etdiyi bəzi anlayışları düzgün anladığımıza əmin olmaq üçün müəyyən yerlərdə dayanacağıq.


1.Ondan Başqa Heç Kim yoxdur

İtro həftəsinin ilk günü eşidilib, 12 şevat, 6 Fevral, 1944-cü il
 
“Ondan Başqa Heç Kim yoxdur” yazılıb.  Bu o deməkdir ki, aləmdə Onun əleyhinə hər hansı bir iş görməyə qadir olan ikinci qüvvə yoxdur.  O ki qaldı, bu aləmdə Ali qüvvələrin varlığını inkar edən şeyləri və qüvvələri insan  görə bilir, bunun da səbəbi Yaradanın ona izn verməsidir.

Bu “sol əl rədd edir, sağ əl isə yaxınlaşdırır” adlanan islah sayılır.  Bu o deməkdir ki, aləmdə mövcud olan elə şeylər var ki,əvvəlcədən insanı doğru yoldan ayırmaq və müqəddəslikdən uzaqlaşdırmaq üçün nəzərdə tutulub.

Bu təkanların (itələmələrin) faydası odur ki, bunların vasitəsilə insan kömək üçün Yaradana   müraciət etməyə tam ehtiyac və istək qazanır və anlayır ki, əks halda məhv olacaq.  İnsan görür ki, o, nəinki əməlləri ilə irəliləmir, hətta  geriləyir. Yəni ruhani əməlləri və ehkamları hətta Lo Lişmada (öz xeyri üçün) belə davam etdirmək qüvvəsinə malik deyil.  İnsan yalnız bütün maneələri bilik üzərində inamla dəf etmək sayəsində, həqiqi ruhani əməl və ehkamlara davam edə bilər.  Ancaq, insanın heç də həmişə buna  qüvvəsi olmur və hətta, düşünülməsi belə qorxunc olan, Lo Lişmada da Yaradanın yolundan azmağa məcbur olur.

Və həmişə “mətinlikdən çox sınmaları var,” yəni yıxılmaları yüksəlişlərindən daha çoxdur və bu vəziyyətlərin sonunu görmür, əbədi olaraq müqəddəslikdən kənarda qalacağını düşünür, çünki hətta ən kiçik i (ruhani) ehkamları belə etməkdə çətinlik çəkdiyini  və  yalnız bilikdən üstün imanla çalışmaqla bu maneələri dəf edə biləcəyini görür. Ancaq o, həmişə dəf etmək qüvvəsinə malik deyil, bəs bunun sonu necə olacaq?


Sonra qərara gəlir ki,Yaradandan başqa ona kömək edə biləcək heç kim yoxdur. Nəticədə qəlbində Yaradana həqiqi bir ehtiyac yaradır ki, gözlərini və qəlbini açsın və həqiqətən onu əbədi olaraq Özü ilə birləşməyə yaxınlaşdırsın. 


Burada bizə bir neçə cümlə ilə bütün ruhani iş verilir.

Yazılıb: “Ondan başqa heç kim yoxdur.” Bu o deməkdir ki, dünyada Ona qarşı hər hansı bir şeyi edə biləcək başqa bir qüvvə yoxdur.

Burada Baal Sulam özünün və digər kabalistlərin çatdığı bir vəziyyəti təsvir edir — indi biz bu vəziyyəti hiss etmirik, hər şeyin bu qüvvədən gəldiyini görmürük və hiss etmirik.

Biz özümüzün müstəqil şəkildə hərəkət etdiyimizi və müxtəlif qüvvələrin təsiri altında olduğumuzu hiss edirik — necə ki  “Azadlıq” məqaləsində öyrəndiyimiz kimi.

Beləliklə, biz bu tək qüvvəni əslində necə aşkar edirik?

Baal Sulam davam edir:

Və insanın gördüyü, dünyada ali idarəçiliyi inkar edən şeylərin olması, səbəbi odur ki, bu Onun istəyidir.

Yəni, “nurun üstünlüyü zülmətdən” prinsipini öyrəndiyimiz kimi — biz bir şeyi onun əksinə olan qarşılığı ilə müqayisədə anlayırıq və buna görə də məhz dünyada ali qüvvəni inkar edən şeylərin olduğunu gördüyümüz zaman, biz islah prosesinə daxil ola bilərik.


Sol xətt

Baal Sulam bu islahı "sol xətt" hərəkəti adlandırır:

Bu “sol əl rədd edir, sağ əl isə yaxınlaşdırır” adlanan islah sayılır.  Bu o deməkdir ki, aləmdə mövcud olan elə şeylər var ki,əvvəlcədən insanı doğru yoldan ayırmaq və müqəddəslikdən uzaqlaşdırmaq üçün nəzərdə tutulub.

Bu təkanların (itələmələrin) faydası odur ki, bunların vasitəsilə insan kömək üçün Yaradana   müraciət etməyə tam ehtiyac və istək qazanır və anlayır ki, əks halda məhv olacaq.  İnsan görür ki, o, nəinki əməlləri ilə irəliləmir, hətta  geriləyir. Yəni ruhani əməlləri və ehkamları hətta Lo Lişmada (öz xeyri üçün) belə davam etdirmək qüvvəsinə malik deyil.  İnsan yalnız bütün maneələri bilik üzərində inamla dəf etmək sayəsində, həqiqi ruhani əməl və ehkamlara davam edə bilər.  Ancaq, insanın heç də həmişə buna  qüvvəsi olmur və hətta, düşünülməsi belə qorxunc olan, Lo Lişmada da Yaradanın yolundan azmağa məcbur olur.

Və həmişə “mətinlikdən çox sınmaları var,” yəni yıxılmaları yüksəlişlərindən daha çoxdur və bu vəziyyətlərin sonunu görmür, əbədi olaraq müqəddəslikdən kənarda qalacağını düşünür, çünki hətta ən kiçik i (ruhani) ehkamları belə etməkdə çətinlik çəkdiyini  və  yalnız bilikdən üstün imanla çalışmaqla bu maneələri dəf edə biləcəyini görür. Ancaq o, həmişə dəf etmək qüvvəsinə malik deyil, bəs bunun sonu necə olacaq?


Sonra qərara gəlir ki,Yaradandan başqa ona kömək edə biləcək heç kim yoxdur. Nəticədə qəlbində Yaradana həqiqi bir ehtiyac yaradır ki, gözlərini və qəlbini açsın və həqiqətən onu əbədi olaraq Özü ilə birləşməyə yaxınlaşdırsın. 


Və sonra Baal Sulam davam edir:

Belə alınır ki, hiss etdiyi bütün rədedilmələrin səbəbi ondakı hər hansı bir çatışmamazlıq və ya  dəf etmək qüvvəsinin əskikliyindən deyil, sadəcə Yaradan tərəfindən gəlmişdir.
 Yalnız Yaradana yaxınlaşmaq istəyənə yuxarıdan kömək verilir, azla qane olmasına və kiçik, ağılsız bir uşaq pilləsində qalmasına imkan verilmir, çünki  şükürlər olsun, onun Tövratı ,ehkamları və хеyirxah əməlləri var - bəs başqa nəyi əskikdir ki?

Yəni, ola bilsin ki, hətta mən orijinal kitablardan oxusam da,  düzgün mühitim olsa da və zahirən hər şeyim olsa da, məhz ona görə ki, mənim hər şeyim var, mən öz üzərimə yeni hallar, yeni vəziyyətlər götürə bilərəm ki, mühitimdən daha yaxşı istifadə edim və təkcə öz-özümə “indi artıq dincələ bilərəm” deyə başımı sığallamayım.


Və yalnız bir insanın doğrudan da həqiqi bir istəyi varsa, belə bir insan yuxarıdan kömək alır və hər zaman hazırkı vəziyyətdə nə qədər şər içində olduğu göstərilir, yəni gördüyü əmələ qarşı yönəlmiş fikir və düşüncələri ona göndərirlər. Və bütün bunlar onun üçündür ki, Yaradanla mükəmməliyinin olmadığını görsün.
 
Özünü dəf etmək üçün nə qədər çalışsa da, Yaradanla tam mükəmməlliklə əlaqə quran digər çalışanlarla müqayisədə həmişə müqəddəslikdən uzaq bir vəziyyətdə olduğunu görür. Həmişə etiraz və şikayətləri var və Yaradanın  davranışına bəraət qazandıra bilmir. Və bu onu incidir – nə üçün o Yaradanla razılıqda deyil? Bu hiss, müqəddəsliyin olmadığı hissinə gəlincəyə qədər davam edir.

Hətta bəzən yuxarıdan müəyyən bir oyanış alsa da, onu bir müddət canlandırsa da, dərhal alçaq hallara düşür. Ancaq yalnız bu, Yaradanın ona kömək edə biləcəyini və həqiqi mənada daha da Özünə yaxınlaşdıracağını başa düşməyə məcbur edir.

İnsan həmişə Yaradanla birləşmə yolunu tutmağa çalışmalıdır ki, bütün düşüncələri Onun haqqında olsun. Ən dəhşətli bir vəziyyətdə olmasına baxmayaraq, və bundan daha böyük bir yıxılmanın ola bilməyəcəyi təqdirdə belə, müqəddəsliyə girməsinə imkan verməyən,xeyir və şər əməlləri yarada bilən başqa bir güvvənin olduğunu söyləməklə Yaradanın hakimiyyətinin altından kənara çıxmamalıdır.

Bu o deməkdir ki, şər qüvvələrdə hər hansı qücün olduğunu və insanın xeyirxah  işlər görməsinə mane olduğunu fikirləşmək belə olmaz - əksinə hər şeyin Yaradan tərəfindən edildiyini unutmamalıdır.


Videoklip--47.51-50.21        https://kabbalah.academy/az/videos/gfc-2026-01-11

 


İndi biz bu biliklə nə edirik?

Baal Sulam davam edərək deyir ki, biz bu hallardan zövq almağı öyrənməliyik, çünki onlar yuxarıdan gəlir — yəni indi mən işdə dadı itirmişəmsə, bu mənim pis olduğum üçün deyil, Yaradanın böyümək üçün daha çox imkan verdiyi üçündür, yəni biz sevinməliyik ki, ali qüvvə bizi Özünə daha da yaxınlaşdırmağa çalışır.

Başqa bir məqalədə o yazır:

“o görür ki, dünyada elə çox insan var ki, onlara müqəddəs işi ən sadə şəkildə belə yerinə yetirmək üçün güc verilməyib, nə niyyətdə, nə  Lo Lişma [Onun xatirinə deyil] vəziyyətində, nə də Lo Lişma-nın Lo Lişma-sında belə, hətta Keduşanın [müqəddəslik] libasının hazırlığının hazırlığında belə. Amma ona bəzən mümkün olan ən sadə şəkildə,ən azı hansısa daxili əməl  etmək üçün istək və fikir verilib; əgər insan bunun vacibliyini qiymətləndirə bilirsə, müqəddəs əmələ verdiyi vacibliyin ölçüsü dərəcəsində bunu tərifləməli və buna görə şükür etməlidir.”

Yəni bütün bu vəziyyətlər verilmiş bir hədiyyədir və biz onları maksimum dərəcədə istifadə etməyi öyrənə bilərik.


Suallar və cavablar

 

https://docs.google.com/document/d/1bkzvj2WCLKs3W6_wwnuk0_UT6uuHhGPC_xuPwa8OPtw/edit?usp=sharing

 


Seminar

Bu ali qüvvənin təsirini necə axtarmağa davam edə bilərik ki, "Ondan Başqa Kimsə Yoxdur" mərhələsinə çata bilək?