Dərs 9. “Ondan Başqa Heç Kim Yoxdur” - Kabalistik Mətnin Öyrənilməsi

Dərs 9. “Ondan Başqa Heç Kim Yoxdur” - Kabalistik Mətnin Öyrənilməsi

Baal Sulamın orijinal Kabalistik mətninə nüfuz edirik, hər şeyin Yaradandan qaynaqlandığı və reallığın hər bir aspektinin bu prinsip tərəfindən idarə olunduğu anlayışını araşdırırıq. Yaradanla birliyin dərin mənasını və bu anlayışın həyat və ruhani inkişaf anlayışımızı necə dəyişə biləcəyini başa düşürük.

Dərs məzmunu
Materiallar

Həqiqi Kabala mətninin təcrübi oxunuşu,  Rav Yehuda Leyb Levi Aşlaq (Baal Sulam) tərəfindən yazılmış Şamati kitabından-"Ondan Başqa Heç Kim Yoxdur" məqaləsi.

Suallar:

  • Həqiqi Kabalaya görə daxili işin prinsipləri nələrdir?
  • Həyatda çətinliklər və mürəkkəb vəziyyətlərlə necə məşğul olmaq lazımdır və həqiqi Kabala müdrikliyinə görə insan özü ilə ruhani reallıq arasında düzgün münasibəti necə qurur?

Əsas məqamlar

  • Yaradan hiss edilmədən başa düşülə bilməz.
  • Atsmuto (Onun Mahiyyəti) əsas mənbədir və əldə edilə bilməz.
  • Biz Yaradanı aramızda xeyir və həqiqi əlaqə kimi hiss edirik, çünki "Yaradan" sözü "gəl və gör" sözündən ibarətdir.
  • Yaradan vermə (əta etmə) qüvvəsidir. Xüsusiyyətlərin bərabərliyi qanununa görə, Onu hiss etmək üçün Onun keyfiyyətlərini əldə etməliyik. Vermə  qabiliyyətimizi necə ifadə edə və yoxlaya bilərik? Yalnız cəmiyyət vasitəsilə.
  • Heç bir halda heç bir obraz yaratmırıq. Bu ən böyük səhvdir. Xarici obraz formalaşdırdığımız an dərhal bütpərəstlik səviyyəsinə enirik.

Ondan Başqa Heç Kəs Yoxdur - Əməllərin Qaydaları

  • Hər şeyi Ona aid et.

  • Xeyirxah və xeyir verən: Ondan yalnız xeyir gəlir - "almaq naminə" niyyəti Onun xeyirxahlığını məndən gizlədir.

  • Yoxlama: Yaradanın məni gətirmək istədiyi vəziyyətə münasibətdə haradayam. "Ondan başqa heç kim yoxdur" fikri insanı şüursuz vəziyyətdən şüurlu vəziyyətə çəkir və ona yaradılış məqsədinə münasibətdə öz vəziyyətini yoxlamağa və niyyətin düzəldilməsi üçün təvəqqe qurmağa imkan verir.

Dərs 9. “Ondan   Başqa Heç Kim Yoxdur”
Kabalistik Mətnin Təhlili


Slaydlar 2-3

Rav Dr. Mixael Laytmandan Ön söz

Müəllimim Rav Barux Şalom Levi Aşlaq (Rabaş), Baal Sulamın böyük oğlu , onun yolu ilə davam etdi, öyrəndiyi kitablar və əlyazmalar arasında xüsusi bir dəftər var idi və onun üzərində müəllimimin əl yazısı ilə yazılmışdı: "Eşitdiklərim". O, heç vaxt bu dəftəri tərk etmədi və hara getsə, onu özü ilə aparır və dönə-dönə ona baxırdı. Ölüm yatağında olarkən, gecənin gec saatlarında o, dəftəri mənə verdi və dedi: "Dəftəri götür və öyrən." Ertəsi gün səhər tezdən, mən onun çarpayısının yanında olarkən, o, artıq aramızda deyildi.

Dəftərdə Baal Sulamın məqalələr toplusu var ki, Rabaş bunları atası dedikləri anda onun ağzından yazdı. Onların  Rabaşın susuzluqla içdiyi və öz təliminin əsaslarını üzərində qurduğu özünəməxsusluğuna görə, məqalələrdə istifadə olunan danışıq dili üslubunu qoruyub saxlamışıq.


Slayd 4

Şamati dəftərindən orijinal nüsxə


Slaydlar 5-10

Baal Sulam, Şamati, məqalə 1 - "Ondan Başqa Heç Kim Yoxdur"

“Ondan başqa heç kim yoxdur” yazılıb.  Bu o deməkdir ki, aləmda Onun əleyhinə hər hansı bir iş görməyə qadir olan ikinci qüvvə yoxdur.  O ki qaldı, bu aləmda Ali qüvvələrin varlığını inkar edən şeyləri və qüvvələri insan  görə bilir, bunun da səbəbi Yaradanın ona izn verməsidir.

Bu "sol rədd edir və sağ yaxınlaşdırır" adlanan islah sayılır, yəni solun rədd etdiyi şey islah hesab olunur. Bu o deməkdir ki, dünyada elə şeylər var ki, ilk növbədə insanı doğru yoldan sapdırmaq məqsədi daşıyır və bunun vasitəsilə o, Kduşadan [müqəddəslikdən] rədd edilir.

Bu təkanların (itələmələrin) faydası odur ki, bunların vasitəsilə insan kömək üçün Yaradana   müraciət etməyə tam ehtiyac və istək qazanır və anlayır ki, əks halda məhv olacaq.

Və həmişə “mətinlikdən çox sınmaları var,” yəni yıxılmaları yüksəlişlərindən daha çoxdur və bu vəziyyətlərin sonunu görmür, əbədi olaraq müqəddəslikdən kənarda qalacağını düşünür, çünki hətta ən kiçik  (ruhani) ehkamları belə yerinə yetirməkdə çətinlik çəkdiyini  və  yalnız bilikdən üstün inamla çalışmaqla bu maneələri dəf edə biləcəyini görür. Ancaq o, həmişə dəf etmək qüvvəsinə malik deyil, bəs bunun sonu necə olacaq?

Sonra o qərara gəlir ki, yalnız Yaradanın Özündən başqa heç kəs kömək edə bilməz. Bu, ona ürəkdən tələb etməyə səbəb olur ki, Yaradan onun gözlərini və ürəyini açsın və onu həqiqətən Yaradanla əbədi Dvekuta [qovuşmaya] yaxınlaşdırsın.

Dünyada başqa qüvvə olduğunu deyən, yəni Klipot [qabıqlar]-o insan "başqa tanrılara ibadət" vəziyyətindədir. Ziddiyyət mütləq kafirlik düşüncəsi deyil, amma əgər o fikirləşirsə ki, Yaradandan başqa  bir hakimiyyət və qüvvə var, o, ziddiyyət törədir."


Slayd 11

"İnsan inanmalıdır ki, "Ondan başqa heç kim yoxdur," hər şeyi edən Yaradandır. Başqa sözlə, Baal Sulamın dediyi kimi, hər hərəkətdən əvvəl insan deməlidir ki, insana yalnız seçim verilmişdir, çünki "Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək?" [...] Lakin əməldən sonra, insan deməlidir ki, hər şey xüsusi İdarədədir və heç nəy öz-özünə baş vermir". - Rabaş "Əməldə Tövrat niyə "Orta Xətt" adlanır? - 2"


Slayd 12

"Hətta biz görsək ki, Tövratda iki hissə var - birincisi, insan və Yaradan arasında Mitsvot (əmrlər) və ikincisi, insanla  insan arasındakı Mitsvot - hər ikisi eyni şeydir. Bu o deməkdir ki, onların tətbiqi və onlardan arzu olunan məqsəd birdir: Lişma. İnsan öz yoldaşı üçün işləyir, yoxsa Yaradan üçün - heç bir fərq yoxdur, çünki yaradılmışın varlığında doğulduğu andan həkk olunub ki, başqasından gələn hər şey boş və qeyri-real görünür." - Baal Sulam "Yadanın sevgisi və insanın sevgisi"


Slayd 13

Xülasə:

  • Yaradan hiss edilmədən başa düşülə bilməz.
  • Atsmuto (Onun Mahiyyəti) əsas mənbədir və əldə edilə bilməz.
  • Biz Yaradanı aramızda xeyir verən və həqiqi əlaqə kimi hiss edirik, çünki "Yaradan" sözü "gəl və gör" sözündən gəlir.
  • Yaradan vermə (əta etmə) qüvvəsidir. Xüsusiyyətlərin bənzərliyi  qanununa görə, Onu hiss etmək üçün Onun keyfiyyətlərini əldə etməliyik. Vermə  qabiliyyətimizi necə ifadə edə və yoxlaya bilərik? — Yalnız cəmiyyət vasitəsilə.
  • Heç bir halda heç bir obraz yaratmırıq. Bu ən böyük səhvdir. Xarici obraz formalaşdırdığımız an dərhal bütpərəstlik səviyyəsinə enirik.