Xevruta 8-ci Dərsin davamı: Seçim Azadlığı

Xevruta 8-ci Dərsin davamı: Seçim Azadlığı

8-ci Dərsin davamı: Seçim Azadlığı

Dərs məzmunu
Materiallar

8-ci Dərsin davam: Seçim Azadlığı

Hissə 2

 

https://soundcloud.com/niguneybaalhasulam/ki-hilatzta-2?si=2cb05f0a1fc04bfe9f603d349529f955&utm_source=clipboard&utm_medium=text&utm_campaign=social_sharing

 


Keçən həftə biz 2 vacib prinsipi müəyyən etdik:

Zövq və ağrı
Biz zövqü seçməyə və ağrını rədd etməyə məhkumuq. Ən yaxşı halda, gələcək zövq naminə ağrı qəbul etmək üçün bir haqq -hesab apara bilərik.

 

 

Səbəb və nəticə Qanunu
Reallığın bütün elementləri səbəb və nəticə qanununa əsasən bir-biri ilə əlaqəlidir və biz reallığın bir hissəsi kimi, səbəb və nəticələrin ardıcıllığından təsirlənirik.

Baal Sulam bunları aşağıdakı 4 amilə bölür:

1. Təməl - həmçinin əsas kimi tanınır (Matsa) və ya ilkin vəziyyət.

2. Səbəb və nəticə ardıcıllığı - təməlin öz atributu ilə əlaqəlidir.

3. Səbəb və nəticə ardıcıllığı - ətraf mühitlə təmasda dəyişən.

4. Xaricdən ona təsir edən kənar amillərin səbəb və nəticə qaydaları.

 


Bu 4 amilin bizi necə təsirləndirdiyini və inkişafımıza təsir etmək üçün onlardan necə istifadə edə biləcəyimizi başa düşmək üçün onlara daha dərindən baxaq.


İrsən Qazanılanlar


Birinci amil əsas (təməl)dir; bu, onun ilkin maddəsidir. Çünki insan “var olandan var” (Yeş mi-Yeş) kimi yaradılmışdır və buna görə də müəyyən bir ölçüdə mövcuddur, sanki kitabdan kitaba köçürülən bir nüsxə kimi. Yəni, atasının və ata-babalarının qəbul edib əldə etdikləri məsələlərin demək olar ki, hamısı gəlib onda da köçürülür.

Çünki əcdadlarında intellektual nailiyyətlər kimi olan anlayışlar onda, nə üçün bu cür davrandığını belə bilmədən, sadəcə meyllərə çevrilir; bunlara xüsusiyyətlər və ya vərdişlər deyilir. Bunlar, həqiqətən, əcdadlarından miras aldığı gizli qüvvələrdir. Beləliklə, bizə əcdadlarımızdan irsən yalnız maddi qazanclar deyil, həm də ruhani qazanclar, eləcə də əcdadlarımızın məşğul olduqları bütün intellektual nailiyyətlər nəsildən-nəslə irsən keçir.


Ətraf Mühitin Təsiri


İkinci amil, dəyişməyən, əsasın öz keyfiyyətinə aid edilən, birbaşa şəkildə “səbəb və nəticə” qaydasıdır.

Beləliklə, burada da belədir: insan əsas kimi mühitin, yəni cəmiyyətin içərisinə yerləşdirilir və o, buğdanın öz mühitindən təsirləndiyi kimi, labüd şəkildə ondan təsirlənir. Çünki əsas yalnız xammal formasıdır və buna görə də mühit və cəmiyyətlə daimi təması və qarşılıqlı əlaqəsi vasitəsilə, onlardan tədrici bir proseslə, bir-birinin ardınca vəziyyətlərin düzümü içində, səbəb və nəticə yolu ilə təsirlənir. Bu müddətdə onun təməlinə daxil olan meyllər dəyişilir.


Vərdiş İkinci Təbiətə Çevrilir


Üçüncü amil, əsasın üzərindən keçən və onlar tərəfindən dəyişdirilən, birbaşa şəkildə səbəb və nəticə ardıcılığıdır. Çünki irsi meyllər mühit vasitəsilə insanda intellektual ayırd etmələrə çevrildiyindən, onlar buna görə də bu intellektual ayırd etmələrin müəyyən etdiyi istiqamətlərdə fəaliyyət göstərirlər.

Məsələn, təbiətcə xəsis olan biri: mühit vasitəsilə onda xəsislik meyli intellektual ayırd etməyə çevrilir və o, xəsisliyi müəyyən bir intellektual sərhəd daxilində anlayır.

Fərz edək ki, o, bu davranışı bununla əsaslandırır ki, bunun vasitəsilə o, başqalarına möhtac olmaqdan özünü qoruyur. Onda o, xəsislik üçün müəyyən bir ölçü əldə etmiş olur; bu ölçü ilə o, həmin qorxunun mövcud olmadığı bir zamanda güzəştə gedə bilər. Belə çıxır ki, o, ata-babalarından miras aldığı xüsusiyyətdən yaxşılığa doğru xeyli dəyişmişdir.

Və bəzən o, pis bir meyli öz içindən tamamilə kökündən çıxarmağa nail olur və bu, gücü ikinci təbiətə çevrilməyə yetən vərdiş vasitəsilə mümkün olur.

Bunda insanın gücü bitki aləminin gücündən üstündür. Çünki buğda, yuxarıda izah edildiyi kimi, yalnız öz fərdi hissəsində dəyişə bilər, halbuki insan, mühitin “səbəb və nəticə” gücü ilə hətta ümumi hissələrdə də dəyişmək, yəni bütöv bir meyli dəyişmək və onu kökündən çıxarıb öz əksinə çevirmək qabiliyyətinə malikdir.


Xarici Amillər


Dördüncü amil, əsasın üzərindən ona tamamilə yad olan məsələlərdən keçən və ona kənardan təsir edən səbəb və nəticə ardıcılığıdır.

Klip 1.Dörd amil

 



Azad Seçim


Lakin bu dörd səbəbi araşdırdıqda görürük ki, birinci səbəb olan əsas qarşısında dayanmağa gücümüz çatmasa da, buna baxmayaraq, digər üç amildən özümüzü qorumaq qabiliyyətimiz və azad seçimimiz var. Bunlara əsasən, əsas öz təfərrüatlarında, bəzən də ümumi hissəsində – yuxarıda izah edildiyi kimi, ikinci təbiət qazanan vərdiş vasitəsilə dəyişir.


 Mühit bir amil kimi


Və bu qorunma o deməkdir ki, biz həmişə öz mühitimizi seçmək məsələsində əlavə etmək imkanına malikik: yoldaşlar, kitablar, müəllimlər və buna bənzər şeylər.

Çünki həqiqətən də, istəyin özündə azadlıq yoxdur, lakin o, yuxarıda qeyd olunan dörd səbəbdən təsirlənir və onlara uyğun olaraq düşünməyə və araşdırmağa məcbur olur; onun nə tənqid, nə də dəyişiklik üçün heç bir gücü yoxdur, elə bil ki, artıq öz mühitinə səpilmiş buğda kimidir.

Lakin istəyin azadlığı var ki, başlanğıcdan elə bir mühit, elə kitablar və bələdçilər seçsin ki, ona yaxşı intellektual ayırd etmələrlə təsir etsinlər.

Buna görə də, ömrünün günləri ərzində səy göstərən və hər dəfə daha yaxşı bir mühit seçən insan tərifə və mükafata layiqdir.

Klip 2 Biz kimin və ya nəyin quluyuq?


Bədənin üzərində ağlın hökmü

Çünki insanda təxəyyül ağla, mikroskopun gözlərə xidmət etdiyi qədər az xidmət etmir. Mikroskopsuz insan zərərin kiçikliyinə görə zərərli heç nə görmür. Lakin mikroskop vasitəsilə zərərli məxluqu gördükdən sonra insan özünü həmin zərərdən uzaqlaşdırır.

Beləliklə, insanı zərərdən uzaqlaşmaq əməliyyatına gətirən mikroskopdur, hiss deyil, çünki hiss zərəri hiss etməmişdi. Bu dərəcədə, əlbəttə, ağıl insanın bədəninə tam hökmranlıqla hökm edir — onu şərdən uzaqlaşdırmaq və xeyrə yaxınlaşdırmaq üçün.

Yəni, bədənin xüsusiyyətinin faydalı  və zərərli olanını tanımaq üçün həddən artıq zəif olduğu bütün yerlərdə və yalnız idrakın tələb olunduğu yerlərdə. Üstəlik, insan ağlı həyat təcrübələrini etibarlı nəticə kimi tanıdığı üçün, o, etibar etdiyi bir insandan ağıl və anlayışı  qanun formasında qəbul etməyə qadirdir, hətta onun həyatındakı hadisələr ona belə bir idrakı aşkar etməyə kifayət etməmiş olsa belə.


Burada Baal Sulamdan bir neçə əsas məqamımız var:

  • İnkişafımızı necə idarə edə biləcəyimiz təyin edən mühit seçimi öz əlimizdədir. Bu baxımdan biz həm toxum, həm də bağbanıq. Özümüzü ruhaniyyətə olan istəyimizi qidalandıracaq bir mühitə yerləşdirməliyik.

  • Vərdiş məsələsi

  • Ağlın bədən üzərində hökmü — bunu da aydınlaşdırmalıyıq.

Amma gəlin, hələlik vərdiş məsələsinə fokuslanaq.

Görürük ki, Baal Sulam 3-cü amili (mühitin seçimi) “Vərdiş ikinci təbiətə çevrilir” başlığı altında təsnif edir — səncə bu niyə belədir? Vərdiş, azadlıq və mühit bir-biri ilə necə bağlıdır?

Gəlin bunu müzakirə edək.


Gəlin Baal Sulamın digər bir məqaləsindən oxuyaq - Şamati adlı kitabdan qısa bir məqalə (bu barədə gələcək dərslərdə daha çox məlumat əldə edəcəyik)

“Xarut.” “Xarut” kimi oxuma, əksinə “Xerut” (azadlıq) kimi oxu.
Mənası belədir: “Onları ürəyinin lövhəsi üzərinə həkk elə” yazılıb. Yazı mürəkkəblə həkk edilir və bu, qaralığı nəzərdə tutur. İnsan hər dəfə “yazanda”, yəni necə davranacağı barədə müəyyən qərarlar qəbul edəndə və sonra yenidən əvvəlki yollarına qayıdanda, bu, yazının silinmiş olmasına görədir. Buna görə də hər dəfə yenidən yazmaq lazımdır. Lakin bu, xarut formasında olmalıdır ,yəni ürək üzərinə həkk olunmuş kimi  ki, silinməsin.

Onda insan dərhal “xerut” (azadlıq) keyfiyyətinə layiq olur, çünki bu, azadlıq üçün qabdır (kli), onun ürəyində həkk olunması ölçüsünə görə. Həkk olunma ölçüsünə görə də xilas olma vardır. Çünki klinin mahiyyəti boşluqdur. Bu, “Ürəyim içimdə boşdur” sözlərinin mənasıdır. Onda insan Ölüm Mələyindən azad olmağa layiq olur, çünki alçaqlığın özü Sitra Axradır (Başqa Tərəf). İnsan onu tam ölçüsündə tanımalı və onudəf etməlidir ki, Yaradan ona kömək etsin.

Baal Sulam, Şamati, §198, “Azadlıq”


İndi biz daha yaxşı anlayırıq ki, vərdiş niyə bu qədər vacibdir.

Çünki inkişaf edib böyüdükcə, içimizdəki alçaq ünsürləri getdikcə daha çox aşkara çıxarırıq, amma eyni zamanda o zaman mühitdən, kitabdan, bizimlə birgə oxuyan və kitabların məzmununu aydınlaşdırmağa kömək edən yoldaşlardan, eləcə də müəllimlərdən daha çox güc əldə etmək imkanımız olur.


İndi, vaxt imkan verirsə, gəlin ağlın bədən üzərində hökmü qaydasını müzakirə edək.

Biz reallığın qavranılması mövzusunu öyrənəndə ağlın rolunu artıq dəfələrlə müzakirə etmişdik və gördük ki, ağıl əsasən arzularımızın xidmətindədir.

Amma azadlığımızda o hansı rolu oynayır? Gəlin Baal Sulamı yenidən oxuyaq və ağlın rolunu necə anladığımızı müzakirə edək. (Yuxarıdakı 4 slayd — “Ağlın Bədən Üzərində Hökmü” qaydası.)


Baal Sulamın “Şamati” kitabından başqa bir məqalə oxuyaq

Fikir istəyin nəticəsidir

Fikir istəyin nəticəsidir. İnsan istədiyi şey haqqında düşünür. İstəmədiyi şey haqqında düşünməyəcək. Məsələn, insan heç vaxt ölüm gününü düşünmür. Əksinə, o həmişə öz əbədiliyini düşünəcək, çünki istədiyi budur. Deməli, insan həmişə onun üçün arzu olunan şey haqqında düşünür.

Lakin fikrin xüsusi bir rolu var: o, istəyi gücləndirir. İstək öz yerində qalır; onun genişlənib öz təsirini göstərmək və əməlini yerinə yetirmək gücü yoxdur. Ancaq insan bir məsələ haqqında düşünəndə və onu təfəkkür edəndə, istək fikirdən onu həyata keçirmək üçün hansısa məsləhət və yol göstərməsini tələb edir, və bu zaman istək böyüyür, genişlənir və əməli  şəkildə real iş görür.

Belə çıxır ki, fikir istəyə xidmət edir, istək isə insanın “mən”idir. İndi böyük “mən” var, kiçik “mən” var. Böyük “mən” kiçik “mən”ləri idarə edir.Kiçik “mən” olan və heç bir idarəsi olmayan insana “mən”ini böyütmək üçün verilən məsləhət — arzunu daimi fikir vasitəsilə böyütməkdir, çünki insan nə qədər çox düşünürsə, fikir də o qədər böyüyür.Və buna görə: “Onun qanununu gecə-gündüz təfəkkür edəcək”, çünki bunda davamlı qaldıqca, o, böyük “mən”ə çevrilir, ta ki, həqiqi hakim olana qədər.

İndi biz daha yaxşı anlayırıq ki, ağıl bizdə sahib olmaq istədiyimiz istəkləri böyütməyə kömək edir və ən böyük istək daha kiçik arzulara üstün gəldiyi üçün, bu, bizim inkişafımızı idarə etməyə kömək edir.Və mühitin və təhsilin köməyi ilə biz ağlımızı inkişaf etdiririk ki, hansı arzunu böyütməyin, hansından isə uzaq durmağa çalışmanın daha düzgün olduğunu  yaxşı anlaya bilək.Və düzgün vərdişlə birlikdə biz bu prosesi gücləndirməyə gələ bilərik ki, o, bir gündə , bəlkə hətta bir anın içində belə,bir neçə halı aydınlaşdırmağa kömək etsin.