"Xevruta" - 10-cu dərsin davamı. Bədən və Ruh

"Xevruta" - 10-cu dərsin davamı. Bədən və Ruh

"Xevruta" - 10-cu dərsin davamı. Bədən və Ruh

Dərs məzmunu
Materiallar

Ruh (Neşama):
Partsufun daxilində Bina keliminə bürünən nur Neşama adlanır.

Bu ona görədir ki, nurların on sfirotu NaRaNXaY (Nefeş, Ruax, Neşama, Xaya, Yexida) adlanır, kelimlərin on sfirotu isə KaXaB ZON (Keter, Xoxma, Bina, Zeir Anpin, Nukva) adlanır.


Bu tərif Baal Sulam tərəfindən Sfirot dili ilə izah edildiyi kimi və Ari-nin "Həyat Ağacı" kitabında olduğu kimi, bir Kabalist "Ruh" və ya Neşama haqqında danışanda onların çox dəqiq tərifi olduğunu xatırladır - və çox vaxt bu tərif adi olandan çox fərqlənir.

 
Burada tərifdə oxuya bilərik:

Partsuf-dakı Bina klisinin içinə bürünən nura  Neşama deyilir

Yəni, biz Ruhdan danışanda, əslində yalnız ruhani qabların – yəni islah olunmuş istəklərin – qəbul etdiyi nur dərəcələrindən danışırıq.

Bu özü çox şeyi aydınlaşdırır - çünki indi görürük ki, biz tanış olan bir şeyə qayıdırıq: Nur və Kli, istək və istəyə qəbul edilən.

Beləliklə, xüsusi bir islah olunmuş istək var - buna Bina deyirlər - və bu klidə, bu islah olunmuş istəyə qəbul olunan hiss  Neşama – ruh adlanır.

Və digər bütün dərəcələr, Nefeş, Ruax, Neşama, Xaya, Yexida, islah olunmuş almaq istəyi funksiyasına görə nurun  müxtəlif dərəcələridir.


Altı yüz min ruh

Deyilir ki, altı yüz min ruh var və hər bir ruh bir neçə qığılcıma bölünür. Ruhani olanın bölünməsi necə mümkün olmasını anlamaq lazımdır , çünki əvvəlcə yalnız bir ruh yaradılmışdı – Adam Rişonun ruhu.

Həqiqətdə, dünyada bir ruhdan artıq ruh yoxdur və elə həmin ruh hər birinin içində tam ölçüdə mövcuddur, Adam Rişonda olduğu kimi. Çünki ruhani olan kəsiklərə və ya bölünmələrə gəlmir; bunlar yalnız cismaniliyin təriflərinə aiddir. Əksinə, altı yüz min ruhun və ruh qığılcımlarının olması barədə deyilən, hər bir bədənin qüvvəsi ilə görünən bölünmədir. Yəni əvvəlcə bədən ayırır və ruhun saçılmasının onun üzərində parlamasına tamamilə mane olur, bədən saflaşdıqda isə, nə qədər saflaşırsa, elə həmin ölçüdə ümumi ruh onun üzərində parlayır.

Buna görə də, bütün ruhların islahı zamanı onlar Atsilutun yuxarı ruhunun bütün cəhətlərini özlərinə çəkəcəklər, hər bir ruh üçün və hər bir ruha, çünki ruhani olan bölünmür. O zaman, yazıldığı kimi: “Və Yaradan bütün yer üzündə Padşah olacaq.”

Həqiqətən, hər bir fərdidə bütövlük mövcuddur, çünki sonda bütün ruhlar bir dərəcədə, öz ruhani köklərinə birləşəcəklər.

Baal Sulam – “Altı yüz min ruh” məqaləsi


Beləliklə, 600 000  tamlığın bir vəziyyətidir ki, burada bütün nur (çünki ruh alınan nurdur, özü-özlüyündə mövcud olan bir şey deyil) – hamımız bu bütün nuru qəbul etmək potensialına malikik, amma bu “bədənin saflaşdırılması”na, yəni almaq istəklərinin islahına bağlıdır.

İndi isə  necə bu tam dərəcəyə çata bilərik-ona baxaq,.


 İnsan yenidən gilgul etməmək üçün hansı dərəcəyə çatmalıdır.
1984 – Məqalə 10 – Rabaş

Sual:
İnsan hansı dərəcəyə çatmalıdır ki, artıq yenidən gilgul etməyə ehtiyacı qalmasın?

Şa’ar Qilqulimdə [Qilqullar Fəsli – ARİ ] orada yazılıb: “İnsan bütün NaRaN’XaY-nı tamamlayana qədər qilqul etməlidir.”
Bu o deməkdir ki, hər bir insan yalnız öz hissəsini və öz ruhunun kökünü islah etməlidir, daha artığını yox. Bununla o, islah etməli olduğunu tamamlayır.

Məsələ belədir: bilmək lazımdır ki, bütün ruhlar Adam Rişonun ruhundan gəlir. Çünki o, Bilik Ağacının günahı ilə günah etdikdən sonra, onun ruhu altı yüz min ruha bölündü. Yəni Adam Rişonun bir olaraq malik olduğu – Zoarın dilində “Zihara İla’a” (Yuxarı Parıltı) adlanan – və Cənnət Bağında [Atsilutda] bir anda malik olduğu şey çox hissələrə yayıldı.

Bunu bir hekayə ilə anlamaq olar: bir padşah uzaq bir ölkədə olan oğluna böyük miqdarda qızıl dinar göndərmək istədi. Lakin ölkəsinin bütün adamları oğru və fırıldaqçı idi, onun isə etibarlı elçisi yox idi. O nə etdi? Dinarları xırda sikkələrə böldü və onları çox saylı elçilər vasitəsilə göndərdi ki, oğurluğun faydası onların krallığın şərəfini ləkələməsinə dəyməsin.

Buradan belə çıxır ki, doğulan hər bir insan yalnız Adam Rişonun ruhunun kiçik bir hissəsi ilə doğulur. O, öz hissəsini islah etdikdə, artıq yenidən gilgul etməyə ehtiyacı yoxdur. Buna görə də, insan yalnız öz hissəsinə aid olanı islah edə bilər. Bu barədə ARİ-nin “Etzs Xaim” kitabında yazılıb: “Heç bir gün başqa gün kimi deyil, və heç bir an başqa an kimi deyil, və heç bir insan başqa insan kimi deyil; əksinə, hər kəs öz hissəsinə aid olanı islah etməlidir.”

Lakin bilmək lazımdır ki, doğulan hər bir insanda seçim əməli var, çünki heç bir insan saleh doğulmur. Müdriklərimizin dediyi kimi: “Hamiləliyə təyin olunmuş mələk bir damcı götürür və onu Yaradanın qarşısına qoyur və Onun qarşısında deyir: Bu damcı nə olacaq – güclü, yoxsa zəif, ağıllı, yoxsa axmaq, varlı, yoxsa kasıb; lakin kafir, yoxsa saleh – demir.”

Bu o deməkdir ki, heç bir insan saleh doğulmur, çünki “kafir, yoxsa saleh – demir.” Əksinə, bu, insanın seçiminə verilib. Hər kəs, Tövratda [nur] və Mitsvotda [istəklərin islahı] öz zəhmətinə görə, qəlbini saflaşdırmağa və öz ruhunun kökündən ona qoyulmuş fərqləndirməni islah etməyə layiq olur, və o zaman o tamamlanır.

İnsanın doğulduğu ilk dərəcə

Ruhun kamilliyi ondadır ki, insanda BYA-dan (Briya,Yetsira, Asiya) NaRaN (Nefeş, Ruaх, Neşama) və Atsilutdan NaRaN olsun. Bu kamillik Adam Rişonda günahdan əvvəl var idi. Yalnız günahdan sonra o, öz dərəcəsindən endi və yuxarıda qeyd edildiyi kimi, onun ruhu altı yüz min ruha bölündü.

Bu səbəbdən, insanın ruhaniyyəti, hətta onda yalnız Nefeş de-Nefeş olduqda belə, “ruh” (Neşama) adlanır.

Lakin, hər bir insan ən kiçik dərəcədə doğulsa da, eyni zamanda (Şa’ar Qilqulim) belə deyilir: “Hər bir insan, əgər əməllərini saflaşdırmaq istəsə, Musa kimi ola bilər, çünki o, özünə Yetsira yüksəkliyindən başqa, daha yüksək Ruaх da ala bilər və həmçinin Briya yüksəkliyindən Neşama da.”

Buradan belə nəticə çıxır ki, “İbrahim, İtshaq və Yaqub kimilərinin olmadığı heç bir nəsil yoxdur” deyildikdə, bunun mənası onların elə doğulması və seçimlərinin olmaması deyil. Əksinə, bunlar həqiqət yolunda getməyə çalışan və verməli olduqları zəhməti verən insanlardır. Belə insanlar həmişə yuxarıdan kömək alırlar, daha yüksək dərəcələrə qalxmaq üçün qüvvə alırlar.

Buradan belə çıxır ki, yuxarıdan verilən hər şey kömək yolu ilədir,  heç bir iş və seçim olmadan deyil.


Seminar
Məqalədə ruhun ən yüksək dərəcəsinə necə çatmağın mümkün olduğu təsvir olunur, lakin orada deyilir ki, bu, əməyə və seçimə bağlıdır. Sizcə bu əmək və seçim nədir?


Suallar və Cavablar