Dərs 11. Kabala Hikmətinin Unikallığı
Baal Sulam, “Zoar Kitabına Giriş”, s. 18
“İnsan bütün Yaradılışın mərkəzidir.”
Baal Sulam “Kabalanın Tədrisi və Onun Mahiyyəti”
"Yaradılışın bütün hərəkətləri, hər bir küncündə, girişində və çıxışında, insan növünü öz içindən bəsləmək, onun keyfiyyətlərini təkmilləşdirmək və nəticədə insanın yaxınını hiss etdiyi kimi Yaradanı da hiss edə bilməsi məqsədilə tamamilə əvvəlcədən tənzimlənmişdir.
Bu yüksəlişlər, məqsədə çatana qədər ard-arda düzülmüş nərdivanın pillələri kimidir."
Baal Sulam “Fəaliyyət Göstərən Ağıl”
“Hər bir insan ruhunun kökünü dərk etməyə məcburdur.”
Baal Sulam “Yaradanın Sevgisi və İnsanın Sevgisi ”
“Yaradılışın məqsədi bütün bəşəriyyətə aiddir, heç kəs istisna edilmir.”
Baal Sulam “Zoarın Tamamlanması Üçün Nitq”
“Ruhani Dvekut yalnız forma bərabərliyi olaraq təsvir edilə bilər. Buna görə də, formamızı Onun keyfiyyətlərinin forması ilə bərabərləşdirsək, Ona qovuşarıq.
Bu səbəbdən deyilir ki, “o mərhəmətlidir.” Başqa sözlə, Onun bütün hərəkətləri bağışlamaq və başqalarına fayda vermək üçündür, öz mənfəəti üçün deyil, çünki Onun tamamlanmağa ehtiyacı olan heç bir çatışmazlığı yoxdur. Və həmçinin, O, heç kəsdən ala bilməz. Eynilə, sizin bütün hərəkətləriniz bağışlamaq və başqalarına fayda vermək üçündür. Beləliklə, siz formanızı Yaradanın keyfiyyətlərinin forması ilə bərabərləşdirəcəksiniz və bu, ruhani Dvekutdur.”
Baal Sulam “On Sfirotun Tədrisinə Giriş”
“Bu səbəbdən soruşmalıyıq, niyə Kabalistlər hər bir insana Kabala elmini öyrənməyə məcbur etdilər? Doğrusu, burada, yaymalı olduğumuz böyük bir şey var: Kabala elmini öyrənənlər üçün mükəmməl, qiyməti olmayan bir vasitə var. Baxmayaraq ki, öyrəndiklərini anlamırlar, öyrəndiklərini anlamaq üçün böyük bir arzu və istək sayəsində, ruhlarını əhatə edən nurları oyadırlar.
Bu o deməkdir ki,Yaradan hər bir insana Yaradılışın Məqsədində hər bir məxluqa sevinc vermək üçün nəzərdə tutduğu bütün möhtəşəm anlayışları əldə etmək imkanı verəcək.”
Və Zoarda deyildiyi kimi, bu həyatda mükafatlandırılmayan bir insan,növbəti həyatda Yaradanın onlar üçün planladığı fikri tamamlamağa nail olana qədər mükafatlandırılacaq».
Rabaş “Əməldə Müqəddəslik və Paklıq Nədir?”
“Onun işinin başlanğıcı şər başlanğıcın dərk edilməsidir, yəni insan Yaradandan təvəqqə edir ki, almaq istəyinin nə dərəcədə pis olduğunu hiss etsin. Bu, “şər” adlanan almaq istəyini dərk etməsini yalnız Yaradan ona hiss etdirə bilər. Hesab olunur ki, bir insanın şər başlanğıcı dərk etməsi Tövrat vasitəsilə mümkün olur, yəni almaq istəyinin nə qədər pis olduğunu anlamaq və sonra onu dəyişdirib, ona əvəz olaraq vermək xüsusiyyətini istəməklə.”
Baal Sulam, Son Nəsil Məktubları
“Bütün xalqların dini forması əvvəlcə öz üzvlərini bir-birinə qarşılıqlı fayda verməyə məcbur etməlidir ki, yaxınının həyatı öz həyatından daha vacib olsun, yəni “Yaxınını özün kimi sev.” Cəmiyyətdə bir insan iztirab çəkən yaxınından daha çox zövq almamalıdır.
Bu, kommunizm çərçivəsində ola biləcək bütün xalqların ümumi dini olacaqdır. Bununla yanaşı, hər bir xalq öz dini və ənənəsinə əməl edə bilər və birinin digərinə müdaxilə etməsinə icazə verilməyəcək.”