"Hevruta" - 6-cı Dərsin davamı. Nəsillər boyu Kabala müdrikliyinin inkişafı
Kabala hikməti tarix boyu necə inkişaf etdi, Kabala hikməti nəsildən-nəslə necə ötürülür?
Kabala elminə dair öyrəndiyimiz hər şey, bütün kitablar və bütün yazılar müəllimdən şagirdlərə ötürülməyə əsaslanır və nəsildən-nəslə belə olmuşdur.Bunu müxtəlif yerlərdə kabalistlərin yazılarından görürük: onlar kimdən öyrəndiklərinə böyük diqqət yetirirdilər, çünki bu, dərkə çatmaq üçün açardır.
Onların yazdıqları hər şey kitablarındadır — hansı ki, keçən həftədən bir xatırlatma kimi, 4 dildə yazılıb, amma hamısı eyni şeydən danışır — yəni ali reallıqdan.
Bu həftə biz bu kitabların müəlliflərinə və Kabala elminin nəsildən-nəslə necə ötürüldüyünə yenidən qayıdırıq.
Gəlin, mənbələrdən bir neçə sitatla başlayaq.
Adam Rişon (sözün əsl mənasında — ruhaniyyata çatan “İlk insan”) ruhaniyyətə çatmaq üçün ilk dəfə, öz qavrayışı ilə gördüyü və dərk etdiyi hər şeyi anlamağa, buna nail olmağa və ondan tam istifadə etməyə yetərli olan bilik ardıcıllığını qəbul edən ilk şəxs olmuşdur. Bu dərk “Həqiqət Elmi” adlanır. Bu bilik yalnız ağızdan-ağıza ötürülür. Həmçinin o, inkişaf prosesinə tabedir: hər bir insan öz sələfinin dərk etdiyinə əlavə edə bilər.
— Baal Sulam, “Kabala elmi və onun mahiyyəti”
Bu elmdə bizdə olan ilk kitab “Sefer Yetsira”dır, hansı ki, İbrahimə aid edilir və onun üz qabığında da belə yazılıb. (...)
Məbədin dağılmasından sonra Tövratın unudulacağından qorxdular... Ravvin Akivanın şagirdləri yazmağa başladılar... Onların hər biri öz üzərinə xüsusi bir hissə götürdü. Ravvin Meir Mişnanı redaktə etdi, Ravvin Yehuda Tosaftotu redaktə etdi, Ravvin Şimon bar Yoxay isə peşəkar olduqları Kabala elmini redaktə etdi və “Zoar Kitabı”nı və “Tikkunim”i tərtib etdi.
Beləliklə, Mişna Ravvin Meirin nəsli dövrünə qədər olan bütün nəsillərin qanun və yeniliklərinin toplanması və bir yerə yığılması olduğu kimi, Zoar da Raşbidən əvvəl gələn bütün birincilərdən Kabala elminin toplanması və bir yerə yığılmasıdır və yalnız Raşbinin adı ilə yazılmışdır, çünki onu o redaktə etmişdir. Əlbəttə, o, həm də öz dərk etdiklərini əlavə etmişdir."
Baal Sulam — Kabala elminin tarixi
Musa Sinayda Tövratı qəbul etdi və onu Yuşaya ötürdü, Yuşa ağsaqqallara, ağsaqqallar peyğəmbərlərə, peyğəmbərlər isə Böyük Məclisin Adamlarına ötürdülər.
Pikey Avot 1.1
Onu arzulayan birisi üçün öyrənmənin ən uğurlu yolu — bir müdrik, həqiqi kabalist axtarıb tapmaq və onun dediyi hər şeydə onun ardınca getməkdir, ta ki, o, öz ağlı ilə elmi anlamağa, yəni birinci dərkə layiq olsun.
Rabaş — Kabala elminin ötürülmə qaydası
Böyük kabalistlər
İtshaq Luriya (Ari)
Ravvin İtshaq ben Şlomo Luriya (1534–1572, Ari kimi tanınır)
1570-ci ildə o, həyat yoldaşı və iki qızı ilə birlikdə Safedə gəldi və orada iki il yaşadı. Safedəki ilk ilində Ari Safedin bir neçə müdrikinə tanındı və Kabala elmindəki dərketmələrini onlara ötürdü. Daha sonra o, Xaim Vital ilə görüşdü, onu öz şagirdlərinin ən böyüyü və onun metodunun davamçısı kimi müəyyənləşdirdi. Bu məsələlər sonradan Xaim Vital tərəfindən yazılıb tərtib edilən Arinin yazıları üçün əsas oldu.
Ravvin Xaim Vital onun haqqında yazırdı:
Bu elmdə onun qədər həqiqi dərk etmiş heç kim olmayıb. Çünki o, Mişnada və Talmudda, həmçinin Aqadotda və Midraşimdə, həm də Pardesdə hər bir məsələdə çoxlu təhlillərdə və Ma‘aseh Bereşitdə və Ma‘aseh Merkavada bilikli idi.
O, həmçinin Partsuf hikmətini də bilirdi... O, ruhun kökünün izahını öyrədərdi... O, kitablara nə qədər səhvlərin daxil olduğunu bilirdi. O, sələflərinin öyrəndiklərinin hamısını bilirdi. O, xasidutla, derex eretslə, təvazökarlıqla, Yaradan qorxusu və Yaradan sevgisi ilə, günah qorxusu ilə dolu idi və bütün yaxşı keyfiyyətlər və yaxşı əməllər onda var idi.
Bütün bunları o, hər vaxtda, saatda və anda bilirdi. Bütün bu hikmətlər daim onun yanında idi. Mənim gözlərim bunu gördü, başqası şeyi deyil. Və bütün bunlara o, bu hikmətdə həm qədim kitablarda, həm də daha yeni kitablarda çox günlər məşğul olduqdan sonra nail oldu.
Yeguda Aşlaq — Baal Sulam
Yeguda Aşlaq (1885–1954) Zoar Kitabına yazdığı “Sulam” (Nərdivan) şərhinə görə Baal Sulam kimi tanınır.
Baal Sulam Polşanın Lukuv şəhərində anadan olub. On doqquz yaşında dövrünün aparıcı ravvinləri tərəfindən ravvin kimi təyin olunub və on altı il Varşavada dayan (ravvin məhkəməsinin hakimi) və müəllim kimi xidmət edib. 1921-ci ildə Baal Sulam İsrail Torpağına köçüb və onun adı ağızdan-ağıza yayılmağa başlayıb. Çox keçmədən onun şöhrəti hər yerə yayılır o, Kabala elmində böyük biliyə malik biri kimi tanınıb.
Onun uzun illər əməyi nəticəsində yaranan iki əsas əsəri Arinin yazıları əsasında olan “Talmud Eser Sfirot” və Zoar Kitabına bu günə qədər yazılmış ən tam və ən əhatəli şərh olan “Zoar Kitabına Sulam Şərhi”dir. Bu şərhlərlə yanaşı, Baal Sulam “Matan Tövrat” adlı məqalələr silsiləsini də nəşr etdi ki, sonradan bu adla bir toplu halına gəldi.