"Hevruta" - 12-ci dərsin davamı.. Birbaşa Nurun 4 Mərhələsi

"Hevruta" - 12-ci dərsin davamı.. Birbaşa Nurun 4 Mərhələsi

"Hevruta" - 12-ci dərsin davamı. Birbaşa Nurun 4 Mərhələsi

Dərs məzmunu
Materiallar

Birbaşa Nurun 4 mərhələsi

Tədris zamanı niyyət

"On Sfirotun Tədrisinə Giriş", b. 155

Və soruşmaq lazımdır: Niyə kabalistlər hər kəsi Kabala elmini öyrənməyə borclu ediblər?

Lakin burada böyük və elan olunmağa layiq olan bir həqiqət gizlənir, çünki Kabala elmi ilə məşğul olanlar üçün ölçüyəgəlməz dərəcədə möcüzəvi bir xüsusiyyət mövcuddur. Və öyrəndiklərini anlamasalar da, lakin güclü arzu və canatma ilə öyrəndikləri materialı dərk etməyə çalışdıqları üçün, öz üzərlərinə ruhlarını əhatə edən nurları oyadırlar.

Kabala elminə giriş

5. Və buna görə də AVAYA adında olan dörd mərhələ (bxinot) lazımdır ki, onlar Xoxma, Bina, Tiferet (=Zeir Anpin), Malxut adlanır. Çünki birinci mərhələ (bxina alef), "Xoxma" adlanan, əslində yaradılmış bütün məxluqatı, nuru və kli-ni özündə ehtiva edir, çünki burada böyük almaq istəyi var və onun daxilində nurun bütün məcmusu, "or xoxma" (. "hikmət nuru") və ya "or xaya" ( "həyat nuru") adlanır, çünki bu, varlıqlarda onun kli-sinə geyindirilmiş həyatın bütün nurudur. Ancaq bu birinci mərhələ (bxina alef) hələ də tam nur kimi qəbul edilir və kli oradanurla qarışıq olduğundan və onun qarşısında şam kimi ləğv edilmiş olduğundan demək olar ki, nəzərə çarpmır.


Rav doktor Mixael Laytman tərəfindən 4 mərhələnin izahı

Nur Yaradan­dan çıxır – Or, yəni həzz. Nurun Yaradan­dan bu şəkildə çıxışı sıfır mərhələ (0) və ya kök (Şoreş) adlanır.

Nur Kli yaradır və Kli nurun daxilində olan bütün həzzi hiss edə və qəbul edə bilir. Tutaq ki, Yaradan məxluqa 1 kq həzz vermək istəyib. Bu halda O, həmin həzzi qəbul edə biləcək 1 kq tutumlu “almaq istəyi”ni (Kli) yaratmalı idi ki, bütün həzzi qəbul edə bilsin.

Klinin Yaradanın nuru ilə tam dolu olduğu belə hal Alef mərhələsi (1) adlanır. Bu mərhələ almaq arzusu ilə xarakterizə olunur. Həzzi daşıyan nur “Or Xoxma” adlanır. Bu mərhələdə Kli Or Xoxma-nı qəbul edir, buna görə mərhələnin özü də “Xoxma” adlanır.

Kli Yaradanın nurunu qəbul edir, mütləq həzz hiss edir və Onun xüsusiyyətini – “vermək istəyini (əta etmək)”, sevindirmək istəyini əldə edir. Nəticədə Kli artıq almaq əvəzinə vermək istəyir və nuru qəbul etməyi dayandırır. Klinin içində ilkin istəyin əksinə yeni istək yarandığına görə o, Bet mərhələsi (2) adlanan yeni hala keçir – “vermək istəyi”, yaxud Bina.

Kli nuru qəbul etməyi dayandırıb. Nur isə Kli ilə qarşılıqlı təsirini davam etdirir və ona deyir ki, nuru qəbul etməkdən imtina etməklə o, nə Yaradılış Məqsədini, nə də Yaradanın istəyini yerinə yetirir. Kli bunu təhlil edir və belə nəticəyə gəlir ki, həqiqətən də Yaradanın istəyini yerinə yetirmir.

Bundan əlavə, Kli hiss edir ki, nur həyati qüvvədir və onsuz mövcud ola bilməz. Buna görə də Kli, hələ də vermək istəyində olaraq, nurun zəruri bir hissəsini qəbul etməyə qərar verir. Beləliklə, Kli iki səbəbə görə nuru qəbul etməyə razı olur: birincisi, Yaradanın istəyini yerinə yetirmək istəyir – bu əsas səbəbdir; ikincisi, nur olmadan mövcud ola bilmədiyini hiss edir.

Klinin içində nurun qəbuluna dair yeni, lakin çox kiçik bir “almaq istəyinin” yaranması Qimel mərhələsi (3) və ya Zeir Anpin adlanan yeni mərhələni yaradır.

Qimel mərhələsində eyni vaxtda bir az verərək və bir az alaraq, Kli başa düşməyə başlayır ki, Yaradanın istəyi onu nurla tam doldurmaqdır ki, o, sonsuz həzz ala bilsin. Kli artıq mövcudluğu üçün lazım olan bir az Or Xoxma aldığından, indi nurun qalan hissəsini də qəbul etməyə qərar verir. Bu Yaradanın istəyidir və Kli 1-ci mərhələdə olduğu kimi yenidən nuru qəbul etməyə başlayır.

Yeni mərhələ Dalet mərhələsi (4) adlanır. O, 1-ci mərhələdən onunla fərqlənir ki, burada “almaq istəyi” müstəqil şəkildə ifadə olunub.

Birinci mərhələ Yaradanın istəyi ilə şüursuz şəkildə nurla doldurulmuşdu, öz istəyi yox idi. Dördüncü mərhələ “istəklərin səltənəti”, yaxud Malxut adlanır. Bu hal – Malxut – “Sonsuzluq aləmi” (Olam Eyn Sof) adlanır: həzzi qəbul etmək və nurla dolmaq üçün sonsuz, məhdudiyyətsiz istək.

Bxina Şoreş (0) – Yaradanın məxluqu yaratmaq və ona maksimal həzz vermək istəyidir. Bu mərhələyə, toxum və ya embrion kimi, bütün sonrakı yaradılış əvvəldən axıra qədər, Yaradanın gələcək məxluqa münasibəti ilə birlikdə daxil edilib.

Bxina Şoreş (0) bütün yaradılışın İdeyasıdır. Sonrakı bütün proseslər yalnız bu İdeyanın reallaşmasıdır. Hər növbəti mərhələ əvvəlkinin məntiqi nəticəsidir. İnkişaf yuxarıdan aşağı gedir və hər əvvəlki mərhələ sonrakından “yüksəkdir”, yəni sonrakıların hamısını özündə ehtiva edir.

Yaradan­dan bizim dünyamıza qədər olan bu inkişaf zamanı yeni dərəcələr yaranır; hər şey kamilllikdən naqisliyə doğru inkişaf edir. Yaradan nuru – həzzi – Öz Mahiyyətindən yaratdı. Buna görə də deyilir ki, nur “Yeş mi Yeş”dir (mövcuddan mövcud olandır), yəni nur həmişə mövcud olub. Lakin 1-ci mərhələdə həzzi almaq istəyi, yəni Kli yarananda, o “Yeş mi Ayn” (yoxdan mövcud) adlanır, çünki Yaradan­da ən kiçik belə “almaq istəyi” ola bilməz.

Məxluqun ilk müstəqil arzusu ikinci mərhələdə yaranır. Bu mərhələdə ilk dəfə “vermək və ya əta etmək” istəyi meydana çıxır. Bu istək Yaradan­dan alınan nurun təsiri altında yaranır və artıq Yaradılış Məqsədində mövcuddur. Lakin Kli onu özünün müstəqil istəyi kimi hiss edir. Bizim istəklərimiz da belədir: hamısı yuxarıdan, Yaradan­dan gəlir, amma biz onları özümüzünki sayırıq.

İkinci mərhələdə “vermək istəyi”ni hiss edərək, “almaq istəyi”nə zidd olaraq, Kli artıq qəbuldan həzz hiss etmir və nuru həzz kimi duymur. Nur süzülür və onu boş qoyur.

Birinci mərhələdə həzzi almaq istəyi yaradıldı. Bu, Yaradan­da olmayan yeganə istəkdir. Məhz bu istək məxluqdur. Sonradan bütün kainatda yalnız bu istəyin müxtəlif formaları mövcuddur – ya almaqdan, ya verməkdən, ya da bu ikisinin birləşməsindən həzz almaq. Yaradan­dan başqa yalnız bir şey var – həzzi almaq istəyi.

Kli həmişə almaq istəyir. Onun mahiyyəti dəyişmir. İnsan bunu yalnız şəri dərk edib öz eqoist təbiətini başa düşəndə anlayır. Bizim təbiətimizə daxil olan hər şey – bədənimizin hər hüceyrəsində yalnız həzzi almaq arzusu var.

İkinci mərhələ, indi boş qalaraq, öz mövcudluğunu hiss etməyi dayandırır; o, nurla yaradılıb və nur olmayanda sanki ölür. Buna görə də Yaradanın nurundan heç olmasa bir az almaq istəyir. Nuru qəbul etməkdən gələn həzz “Or Xoxma”, verməkdən (əta etməkdən) gələn həzz isə “Or Xasadim” adlanır.

İkinci mərhələ (Bina) vermək istəyir, lakin başa düşür ki, verəcək heç nəyi yoxdur və Or Xoxma olmadan “ölür”. Buna görə də bir az Xoxma qəbul etməyə qərar verir.

Bu, üçüncü mərhələ – Bxina Qimel (3)-i təşkil edir. Bu mərhələdə klidə iki istək var: “almaq istəyi” və “vermək istəyi”. Lakin “vermək istəyi” üstünlük təşkil edir. Yaradan­a verəcək heç şeyi olmasa da, bu istək onda mövcuddur. Bu istək Or Xasadimlə doludur. Eyni zamanda “almaq istəyi”ni dolduran bir az Or Xoxma da var.

Dördüncü mərhələ – Malxut – tədricən üçüncü mərhələdən doğulur. “Almaq istəyi” güclənərək “vermək istəyi”ni sıxışdırır və bir müddət sonra yalnız “almaq istəyi” qalır. Buna görə bu mərhələ “Malxut”, yəni istək səltənəti adlanır – hər şeyi, bütün həzzi (Or Xoxma ) udmaq istəyi.

Bu mərhələ yaradılışın tamamlanmasıdır və hər şeyi sonsuz şəkildə qəbul etdiyinə görə “Sonsuzluq aləmi” adlanır.

Bunlar Yaradan­dan gələn Birbaşa Nurun dörd mərhələsidir. Qalan bütün yaradılış – bütün aləmlər, mələklər, sfirot, ruhlar – hamısı yalnız Malxutun hissələridir. Malxut özündən əvvəlki mərhələlərə bənzəmək istədiyi üçün bütün yaradılış bu 4 mərhələnin əksidir.

Bunu anlamaq, bu dörd mərhələnin hər aləmdə necə təzahür etdiyini, bunun bizim dünyaya necə təsir etdiyini və bizim yuxarıdan gələn əks-əlaqə ilə fəal işləyərək onlara necə təsir edə və kainatın ümumi prosesinə necə qoşula biləcəyimizi izah etmək – kabala adlanan elmin məqsədidir. Məqsədimiz bütün bunları dərk etməkdir.


“Almaq istəyi” ilə ruh arasındakı fərq nədir?

“Almaq istəyi” Bxina Dalet adlanır. Bu, hər şeyin ürəyidir; bütün dərəcələri hiss edir və dərk edir. Ümumiyyətlə, “nur”a “ruh” adı verilir. Onu dərk edən olmadan nur -“nur” adlanır. Nur onu dərk edənlə birlikdə olduqda isə “ruh” adlanır.

Məsələn, beş nəfər durbinlə bir təyyarəyə baxır və hər birinin durbini digərindən daha güclüdür. Birincisi deyir ki, təyyarənin ölçüsü 20 sm-dir. İkincisi isə onun 1 metr olduğunu iddia edir. Hər biri həqiqəti deyir, çünki gördüyünə əsasən danışır, lakin onların fikirləri təyyarənin özünə heç bir təsir göstərmir.

Fərqli fikirlərin səbəbi durbinlərin linzalarının keyfiyyət fərqidir. Bizdə də eyni hal baş verir: nurda heç bir dəyişiklik yoxdur, bütün dəyişikliklər onu dərk edənlərdədir və bizim qavradığımız şey “ruh” adlanır. Nümunəmizdə durbinlər xüsusiyyətlərin bərabərliyidir və bu mənada dərk edənlər arasında fərqlər var, eləcə də dərk olunan şeydə – yəni ruhda.


Suallar və Cavablar


Əlavə Materiallar