Dərs 18: Kabala elminə görə “Dua”

Dərs 18: Kabala elminə görə “Dua”

Kabalada "dua" sadəcə sözlərin deyilməsi deyil, ürəyin işidir. Bu daxili təhlil prosesidir, burada insan həqiqətən nə istədiyini araşdırır və onun daxili ehtiyacı (ivrit dilində "xisaron") formaca Yaradanla uyğun olub-olmadığını müəyyən edir.

Dərs məzmunu
Materiallar

Bu dərsdə biz aşağıdakıları nəzərdən keçirəcəyik:

  • «Dua» kabala dilində nə deməkdir
  • Onun adi dua anlayışından fərqi nədir
  • Baal Sulama görə duanın üç şərti
  • Dua ruhani inkişaf üçün necə praktik bir alətə  çevrilir
Dərs № 18
"Kabala elminə görə dua"

Slayd 2

Rabaş, məqalə 27, 1991
"İstək – insanın nəyi hiss etdiyini, nəyin ona çatmadığını bildirir. Və bu məhz qəlbdə olur. Yəni insanın dili ilə nə deməsinin fərqi yoxdur, çünki istək, yuxarıda deyildiyi kimi, insana çatmayan şeydir – o, bu barədə xahiş edir. Və insanın bütün ehtiyacları onun dilində deyil, qəlbindədir. Və buna görə də insanın dili ilə nə deməsinin fərqi yoxdur, axı Yaradan insanın fikirlərini bilir. Və buna görə də yuxarıda yalnız qəlbin istədiyi eşidilir, dilin istədiyi deyil. Çünki dildə doldurulması lazım olan ehtiyac yoxdur."


Slayd 3

Baal Sulam, Şamati #122
"Ona görə də dua üçün hazırlıq olmalıdır ki, insan özünü duaya öyrəşdirsin, sanki, dili və ürəyi razıdır. Bu isə o zaman baş verə bilər ki, ürək vərdiş nəticəsində razılaşsın, yəni anlasın ki, almaq vəziyyəti ayrılıq adlanır, əsas isə Həyat Mənbəyi ilə birləşməkdir ki, bu da əta etməkdir."


Slayd 4

Rabaş, məqalə 27, 1991
"Ona görə də dua etməyə hazırlaşan bir insan dua üçün hazırlıq görməlidir. Bəs bu hazırlıq nədir?.. Orada deyilir ki, hazırlığa gəlincə, hər biri bunu öz anlayışına uyğun edirdi. Və bunu belə izah etmək lazımdır ki, hər kəs hazırlıq etdi ki, nəyi istəmək lazım olduğunu bilsin. Çünki insan nə istədiyini bilməlidir, yəni nəyi çatışmır, onu anlamalıdır".


Slayd 5

Rabaş, Məqalə 22, 1986

“…Yaradana hər şeyi əta etmək arzusuna çatmağın yeganə vasitəsi duadır. Dua insanla onun çatışmazlıq hissi arasında aralıq pillə hesab olunur. Yəni insan Yaradana dua etməlidir ki, ona ehtiyacı olmadığı şeyi versin. Belə müəyyən edək ki, arzu – insanın ona çatmayan şeyi hiss etməsidir, amma hazırda o bunu hiss etmir. Buna görə də insan Yaradana dua edir ki, ona nur–həzz versin, bu da onun çatışmazlığının dolumudur, yəni insana çatmayan şeydir. Belə çıxır ki, dolum çatışmazlığın hiss edilməsidir. İnsanın başqa vasitəsi yoxdur, yalnız Yaradana dua etmək ki, ona çatışmazlıq hissini versin. Bu da istək ilə həzz arasındakı əlaqədir.”


Slayd 6

Rabaş, Məqalə 4, 1988

“…İnsanın günahı ondadır ki, o, Yaradandan kömək istəməyib. Çünki əgər o kömək istəsəydi, şübhəsiz ki, Yaradan tərəfindən kömək alardı. Amma əgər insan deyirsə ki, o kömək istədi və Yaradan ona vermədi, buna cavab belə verilir: insan inanmalıdır ki, Yaradan duaları eşidir. Necə deyilib: «Çünki Sən bütün ağızların duasını eşidirsən». Əgər o həqiqətən inansaydı, onun duası kamil olardı. Yaradan isə kamil duanı eşidir, yəni insan bütün qəlbi ilə Yaradanın ona kömək etməsini arzuladıqda. Əgər onun duası daim onun ağzından çıxmırsa, bu o deməkdir ki, onda Yaradanın ona kömək edə biləcəyinə və Yaradanın Ondan istəyən hər kəsi eşitdiyinə həqiqi inam yoxdur və Onun üçün kiçiklə böyük eynidir, yəni O hamıya cavab verir. Deməli, dua kamil deyil…”.


Slayd 7

Baal Sulam, Şamati, 5

“…Dua kamil olmalıdır. Yəni qəlbin dərinliyindən olmalıdır. Bu o deməkdir ki, insan yüz faiz bilir ki, dünyada ona kömək edə biləcək heç kim yoxdur, yalnız Yaradanın Özündən başqa. İnsan bunu necə bilir ki, Yaradanın Özündən başqa ona kömək edəcək heç kim yoxdur? Bu biliyi insan yalnız o zaman əldə edə bilər ki, onun ixtiyarında olan bütün gücünü sərf etsin və bu ona kömək etməsin. Buna görə də insan “səmalar naminə” xüsusiyyətinə layiq olmaq üçün dünyada mümkün olan bütün hərəkətləri etməlidir. O zaman o qəlbin dərinliyindən dua edə bilər. Və o zaman Yaradan onun duasını eşidir”.


Slayd 8

Baal Sulam, Şamati, 20

“Və demə: əgər lişma xüsusiyyəti yuxarıdan verilən bir bəxşişdirsə, o zaman insanın səyi və işi, lişma-ya çatmaq üçün etdiyi bütün möcüzəli vasitələr və islahatlar nə ilə kömək edə bilər – əgər bu Yaradanın əlindədirsə?

Müdriklərimiz bunu belə izah ediblər: “Və sən ondan azad deyilsən”. İnsan aşağıdan oyanış etməlidir. Bu isə dua xüsusiyyətidir. Lakin insan bundan əvvəl bilməzsə ki, dua olmadan arzulanan şeyə çatmaq mümkün deyil, həqiqi dua ola bilməz. Buna görə də lişma-ya layiq olmaq üçün etdiyi hərəkətlər və tətbiq etdiyi xüsusi vasitələr sayəsində onda islah olunmuş kelim yaranır ki, onlar “lişma”nı almaq istəsinlər.


Slayd 9

Baal Sulam, Şamati, 20

Və sonra, bütün hərəkətlərdən və bütün vasitələrdən sonra o, həqiqi dua qaldıra bilər. Çünki o görür ki, onun bütün hərəkətləri ona heç kömək etməyib. Və yalnız bundan sonra o qəlbin dərinliyindən həqiqi dua qaldıra bilər. O zaman Yaradan onun duasını eşidir və ona “lişma”nı bəxşiş olaraq verir”.


Slayd 10

Rabaş, Məqalə 29, 1987

“…İnsan öz gücü ilə özü üçün alma hakimiyyətindən çıxa bilməz, çünki bu Yaradanın insanı yaratdığı təbiətdir və onu yalnız Yaradanın Özü dəyişə bilər. Başqa sözlə, necə ki, O yaradılışlara alma arzusunu verdi, eləcə də sonradan onlara əta etmək arzusunu verə bilər.

Lakin “nur- kli olmadan yoxdur, dolum isə xisaron olmadan yoxdur” qaydasına görə əvvəlcə insan xisaron əldə etməlidir. Yəni o hiss etməlidir ki, ona “əta etmək arzusu” adlanan kli çatmır.


Slayd 11

Rabaş, Məqalə 29, 1987

Əgər insan, “əta etmək istəyi” adlanan klinin onda olmadığı üçün nə itirdiyini bilmirsə ,hissiyat adlanan heç bir xisaronu hiss edə bilməz. Buna görə də insan özündə hesabat aparmalıdır və bu onu belə nəticəyə gətirir ki, onda əta etmək arzusu yoxdur.

Və itkinin ölçüsü nə qədərdirsə, insanın hiss etdiyi ağrı və iztirabın ölçüsü də o qədərdir. Və onda həqiqi xisaron olduqda, yəni o artıq Yaradana qəlbin dərinliyindən dua edə bildikdə ki, onun Yaradana görə işləmək üçün gücü yoxdur, o zaman onda bu kli, yəni həqiqi xisaron olduqda, məhz bu onun duasının qəbul olunduğu həqiqi andır. Və o yuxarıdan kömək alır, necə ki müdriklərimiz demişlər: “Təmizlənməyə gələnə kömək edirlər”.


Slayd 12

Baal Sulam, Şamati, 209
“Duanın üç şərti”

“Duanın üç şərti vardır:

  1. İnanmaq ki, Yaradan onu xilas edə bilər. Baxmayaraq ki, onun vəziyyəti bütün müasirləri arasında ən pisidir, yenə də Yaradanın əli qısa ola bilərmi ki, onu xilas etməsin? Əks halda, deyilməsi belə qorxuludur ki, “Ağa Öz malını -‘kelim’ -i xilas edə bilmir”.

  2. İnsan artıq heç bir çıxış yolu görmədikdə, çünki onun gücündə olan hər şeyi artıq etmişdir, lakin yaralarına şəfa gəlməmişdir.


     

Slayd 13

Baal Sulam, Şamati, 209
“Duanın üç şərti”

  1. Əgər O kömək etməsə, belə həyatdansa ölüm daha yaxşıdır.

Və dua – qəlbdə itkinin hissidir. Yəni insan özünü nə qədər itmiş hiss edirsə, onun duasının böyüklüyü də o qədərdir. Şübhə yoxdur ki, ifrat şeyləri çatmayan insan ilə ölüm hökmü verilmiş və yalnız onun icrası qalmış insanı müqayisə etmək olmaz. O artıq dəmir zəncirlərlə bağlanıb və dayanıb öz həyatı üçün yalvarır. Şübhə yoxdur ki, o nə yatacaq, nə mürgüləyəcək və öz həyatı üçün etdiyi duadan bir an belə ayrılmayacaq.