Xevruta - 27-ci dərsin davamı - Kabalistik Qrupun Təməli
Xevruta - 27-ci dərsin davamı - Kabalistik Qrupun Təməli
Kabalistlər hər zaman qruplar halında öyrəniblər. Bu, yeni bir şey deyil, çox qədim bir ənənədir.
Və Kabaladakı hər bir şeydə olduğu kimi, istifadə etdiyimiz anlayışların daxili mənasını öyrənməliyik. Kabalada "nur", "qab" və bir çox digər unikal anlayışların təriflərinə aydınlıq gətirməli olduğumuz kimi, "qrup" anlayışını da aydınlaşdırmalıyıq.
Kabalistik qrup sadəcə nə isə etmək üçün bir araya gələn insan qrupu deyil. Əlbəttə ki, bura bir yerdə olmaq daxildir, lakin biz onun ruhani məqsədini anlamalıyıq.
Bir araya gəlməyin ruhani faydası nədir?
Bundan nə qazanırıq?
Və Kabalistik mühit və ya Kabalistik qrup adlanan bu xüsusi alətdən istifadə edərkən irəliləyişimizi necə ölçə bilərik?
Biz "Azadlıq" məqaləsini öyrənərkən artıq bu mövzuya toxunmuşduq. Orada öyrəndik ki, real dəyişiklik yaratmaq və gələcək mənliyimizə, yəni kim olmaq istədiyimizə təsir etmək üçün düzgün mühit qurmalıyıq.
Kabalistlər izah edirlər ki, bu mühit üç əsas elementə əsaslanır:
Kabalistlərin bizə qoyub getdikləri kitablar.
Rav, yəni mənəviyyata nail olmuş və kitablarda yazılanları izah edə bilən Kabalist.
Yoldaşlar.
Bu "yoldaşlar" anlayışı da aydınlaşdırmalı olduğumuz bir şeydir. Kabalada tanış sözlər çox vaxt daha dərin və daha dəqiq məna kəsb edir.
Ona görə də bu gün məqaləni oxumağa davam edəcəyik və bu anlayışları daha dərindən təhlil etməyə çalışacağıq. Həmçinin qrupun nə olduğunu, yoldaşların kim olduğunu və Kabalistik mühitin insana ruhani cəhətdən irəliləməyə necə kömək etdiyini müzakirə edəcəyik.
Rabaş. Məqalə 1
Biz bura Baal Sulamın yolunu və metodunu izləmək istəyənlərin hamısı üçün bir cəmiyyət qurmağa toplaşmışıq; elə bir yol ki, onun vasitəsilə insan dərəcələrinə ucalaq və heyvan kimi qalmayaq.
İnsanın fəzilətini anlamaq üçün indi müdriklərimizdən bir ayə gətirəcəyik.
Ravvin Elazar dedi: "Yaradan buyurdu: 'Bütün dünya yalnız bunun üçün yaradılıb'. Bu o deməkdir ki, bütün dünya Yaradan qorxusu üçün yaradılıb".
Lakin dünyanın yaradılma səbəbi olan Yaradan qorxusunun nə olduğunu anlamalıyıq.
Müdriklərimizin bütün sözlərindən öyrənirik ki, yaradılışın səbəbi Onun yaratdıqlarına xeyir vermək idi.
Bu o deməkdir ki, Yaradan yaradılanlara həzz vermək istəyirdi ki, onlar dünyada özlərini xoşbəxt hiss etsinlər. Və burada müdriklərimiz "Çünki bütün insan budur" ayəsi haqqında dedilər ki, yaradılışın səbəbi Yaradan qorxusudur.
Lakin "Matan Tora" ["Tövratın bəxş edilməsi"] məqaləsində izah edildiyinə görə, yaradılışın səbəbinin bu olmasına rəğmən yaradılanların zövq və həzz ala bilməmələrinin səbəbi Yaradanla yaradılanlar arasındakı forma fərqliliyidir. Yaradan verəndir, yaradılanlar isə alandır. Lakin bir qayda var ki, budaqlar doğulduqları kökə bənzəyirlər.
Və madəm ki, kökümüzdə almaq xüsusiyyəti yoxdur – çünki Yaradan heç bir şəkildə əskik deyil və Öz ehtiyacını qarşılamaq üçün heç bir şeyə möhtac deyil – insan alan olmaq məcburiyyətində qaldıqda narahatlıq hiss edir. Buna görə də hər bir insan utanc çörəyi yeməkdən utanır.
Bunu islah etmək üçün dünya yaradılmalı idi. Olam [dünya] He'elem [gizlənmə] deməkdir, belə ki, zövq və həzz gizlənməlidir.
Niyə belədir? Cavab budur: qorxu üçün. Başqa sözlə, bu onun üçündür ki, insan "özünə sevgi" adlanan alma qablarından istifadə etməkdən qorxsun. Bu o deməkdir ki, insan can atdığı üçün həzz almaqdan özünü saxlamalı və canatımına, arzuladığı obyektə qalib gəlmək gücünə malik olmalıdır.
Əvəzində isə Yaradana məmnunluq gətirən həzzləri qəbul etməlidir. Bu o deməkdir ki, yaradılan Yaradana əta etmək istəyəcək və Yaradandan, özü üçün almaqdan qorxacaq, çünki həzzi qəbul etmək – insan öz mənfəəti üçün aldıqda – onu Yaradanla qovuşmaqdan uzaqlaşdırır.
Buna görə də, insan Yaradanın ehkamlarından birini yerinə yetirdikdə [əta etmək üçün arzunun islahı], niyyət etməlidir ki, bu ehkam Yaradanın ehkamlarını qorumaqla Ona əta edəcəyi saf düşüncələr gətirsin. Necə ki, müdriklərimiz buyurmuşlar: "Ravvin Xananiya Ben Akaşiya deyir: 'Yaradan İsraili saflaşdırmaq istədi; buna görə də onlara bol Tövrat və ehkamlar verdi'".
Və biz bura məhz buna görə toplaşmışıq – hər birimizin Yaradana əta etmək ruhunu izlədiyi bir cəmiyyət quraq. Və Yaradana əta etməyə nail olmaq üçün biz insana əta etməkdən başlamalıyıq ki, bu da "yaxınını sevmək" adlanır.
Yaxınını sevmək isə yalnız öz eqosunu sıfırlamaqla mümkündür.
Beləliklə, bir tərəfdən hər bir insan özünü aşağı görməli, digər tərəfdən isə fəxr etməlidir ki, Yaradan bizə hər birimizin yalnız tək bir məqsədi olan bir cəmiyyətdə olmaq şansı verib: Şxinanın [İlahiliyin] aramızda olması məqsədi.
Və bu məqsədə hələ nail olmasaq da, ona nail olmaq arzumuz var. Və bu da bizim tərəfimizdən dəyərləndirilməlidir, çünki yolun başında olsaq da, o uca məqsədə nail olmağa ümid edirik.
Müzakirə:
Hansı terminləri və ya anlayışları qarışıq hesab edirsiniz və ya izahata ehtiyacınız var?
-
İnsan dərəcəsi
İlk qarşımıza çıxan anlayış "insan dərəcəsi"dir.
Kabalada "insan" sözü ivrit dilindəki "Adam" sözündən gəlir. "Adam" sözü isə "Edame le-Elyon" ifadəsi ilə bağlıdır ki, bu da "Ali Olana bənzəyəcəyəm" deməkdir.
Bu o deməkdir ki, insanın həqiqi dərəcəsi sadəcə fiziki mənada bir bəşər övladı olmaq deyil. Bu, Yaradana bənzəmək istəyən şəxsə aid bir anlayışdır.
Bizim nail olmaq istədiyimiz məqam budur: əsas arzumuz Yaradana bənzəmək, Onun əta etmə və vermək xüsusiyyətini qazanmaq olsun.
Ona görə də Kabalada "insan" dedikdə, ruhani bir dərəcə nəzərdə tutulur. Bu, özü üçün almaq arzusundan uca qalxmaq və Yaradana bənzəmək istəyən kəsin dərəcəsidir.
-
Heyvan dərəcəsi
Məqalədə eyni zamanda "heyvan" dərəcəsindən də bəhs olunur.
Bu, bizim dünyamızdakı heyvanlara aid deyil. Kabalada "heyvan" da ruhani bir anlayışdır.
"Heyvan" ilə "insan" arasındakı fərqi sadə bir şəkildə anlamaq olar.
Heyvan dörd ayaq üstündə gəzir. Onun başı və bədəni eyni səviyyədədir. Bu, zəkanın, düşüncələrin və hesablamaların bədənlə, yəni almaq arzusu ilə eyni səviyyədə olduğu vəziyyəti ifadə edir.
Başqa sözlə, eqoist arzunun fövqündə dayanan heç bir hesablama yoxdur.
Lakin insan dərəcəsində baş bədəndən ucadadır. Bu o deməkdir ki, insanın düşüncələri, hesablamaları və niyyətləri almaq arzusunun fövqündə yerləşir.
Deməli, "heyvan" təbii eqoist arzuya uyğun yaşamaq deməkdir, "insan" isə həmin arzunun fövqündə bir niyyət qurmağa çalışmaqdır.
Kabalanın "insan" və "heyvan" terminlərindən istifadə etməsinin səbəbi budur. Onlar fiziki insanlardan və ya fiziki heyvanlardan deyil, daxili ruhani vəziyyətlərdən danışırlar.
-
Yaradan qorxusu
Aydınlaşdırılmalı olan digər bir anlayış isə "qorxu"dur.
Biz tez-tez "Allah qorxusu" və ya "Yaradan qorxusu" ifadəsini eşidirik. Lakin Kabalada bu, sanki başımıza pis bir şey gələcəkmiş kimi Yaradandan qorxmaq demək deyil.
Bu, adi bir qorxu deyil.
Bu dünyada bizim qorxumuz adətən almaqla bağlıdır. Nəyisə ala bilməyəcəyimizdən qorxuruq. Nəyinsə əskik olacağından qorxuruq. Nəyisə itirəcəyimizdən, nədənsə məhrum olacağımızdan və ya istədiyimizi əldə edə bilməyəcəyimizdən qorxuruq.
Lakin Yaradan qorxusu fərqlidir.
Yaradan qorxusu o deməkdir ki, insan narahat olmağa başlayır: "Mən verirəmmi? Mən əta edirəmmi? Mən düzgün niyyətlə hərəkət edirəmmi?"
Yalnız "Bəlkə də ala bilməyəcəyəm" deyə narahat olmaq əvəzinə, insan "Bəlkə də əta edə bilmirəm" deyə narahat olmağa başlayır.
Bu, Yaradan qorxusu adlanır.
Bu, cəza qorxusu deyil. Bu, əta edə bilməmək, sevə bilməmək, Yaradanın keyfiyyətinə yaxınlaşa bilməmək qorxusudur.
-
Yaradan ilə yaradılan arasındakı forma fərqliliyi
Məqalədə həmçinin Yaradan ilə yaradılan arasındakı forma fərqliliyi izah olunur.
Yaradan əta etmə xüsusiyyətidir. O, verir.
Yaradılan isə təbiəti etibarilə almaq arzusudur.
Bu, Yaradan ilə yaradılan arasında forma fərqliliyi yaradır. Yaradan verir, yaradılan isə alır.
Bu forma fərqliliyi utanc hissi doğurur. Dünyaların quruluşundan bəhs edərkən biz bunu öyrənmişdik.
Yaradılan özünün Yaradana zidd olduğunu hiss edir. Yaradan əta etdiyi halda, yaradılan özü alır. Bu ziddiyyət hissi utanc (Utanc çörəyi) adlanır.
Və bütün islah prosesi məhz bu utanc hissindən başlayır.
-
"Dünya" anlayışı və gizlənmə
Biz həmçinin öyrəndik ki, ivrit dilində "dünya" sözü "Olam" deməkdir. Bu söz gizlənmə mənasını verən "He'elem" sözü ilə bağlıdır.
Bu o deməkdir ki, Yaradan bizdən gizlənib.
Biz əta etmə qüvvəsini aydın şəkildə görmürük. Əta etmə niyyəti ilə yaşamağın nə demək olduğunu təbii olaraq hiss etmirik. Bu xüsusiyyəti necə qazana biləcəyimizi dərhal görmürük.
Lakin bu gizlənmə bilərəkdən yaradılıb.
Niyə?
Ona görə ki, biz əta etmə xüsusiyyətini azad şəkildə qazana bilək.
Əgər Yaradan bizə tamamilə aşkar olsaydı, bizim real seçim şansımız olmazdı. Gördüyümüz və hiss etdiyimiz şeylər bizi məcbur edərdi.
Lakin O gizli olduğu üçün bizim azad seçim etmək imkanımız var. Biz bir mühit qurmağı, öyrənməyi, yoldaşlarla çalışmağı seçə bilərək, tədricən Ona bənzəmək arzusunu qazana bilərik.
-
Ehkamların mənası (Mitzvot)
Məqalədə daha sonra "ehkamlar" (mitzvot) anlayışından bəhs edilir.
Adətən "mitzvot" sözü xarici qanunlar və ya əmrlər kimi tərcümə olunur. Lakin Kabalada biz bunu daha dərindən anlamalıyıq.
Ehkam (mitzva) sadəcə xarici bir qayda və ya fiziki bir hərəkət deyil.
Bu, Yaradanın qanunları ilə bağlıdır.
Bəs Yaradanın qanunu nədir?
Yaradanın qanunu – əta etmə qanunudur.
Deməli, bir ehkamı yerinə yetirmək – bu qanuna yaxınlaşmaq deməkdir. Bu, niyyətimizi əta etmə istiqamətinə doğru islah etmək deməkdir.
Xarici hərəkət əsas nöqtə deyil. Əsas nöqtə daxili niyyətdir.
Mitzva o deməkdir ki, insan müəyyən dərəcədə əta etmə niyyətini izləməyə qadirdir.
-
Tövrat: İslah edən nur (Maor Şe-ba-Xazir le-Mutav)
Almaq arzusunu saflaşdırmaq və əta etmə arzusuna çatmaq üçün Kabalada "Tövrat və ehkamlar"dan bəhs edilir.
Tövrat sadəcə bir kitab deyil. Öz daxili mənası etibarilə Tövrat – insanı islah edən Nurdur.
Bu o deməkdir ki, düzgün niyyətlə aparılan düzgün mütaliə vasitəsilə insan özünü dəyişdirən bir qüvvəni cəlb edir.
Bu qüvvə insana sadəcə daha çox bilik vermir. O, qəlbi islah edir. Niyyəti dəyişdirir.
Ehkamlar (mitzvot) isə bu daxili islahın nəticəsində mümkün olan, islah edilmiş əta etmə əməlləridir.
Bu əməllər, əsasən, qəlbin əməlləridir.
Onlar niyyətdəki dəyişikliklərdir.
Niyyətimiz özümüz üçün almaqdan Yaradana əta etməyə doğru dəyişdikdə, biz Yaradana bənzəməyə başlayırıq.
-
Biz bu islahı harada məşq edirik?
Niyyətimizi dəyişdirməyi harada məşq edə bilərik?
Əsas yer qrupdur.
Qrup bizə çalışmaq üçün praktiki bir məkan verir. O, digərlərinə qarşı olan niyyətimizi yoxlaya biləcəyimiz bir yer təqdim edir.
Bu, yaxınını sevmək işi adlanır.
Digər insanlarla, xüsusən də qrupdakı yoldaşlarla qarşılıqlı əlaqədə olduqda, mən öz real niyyətimi görməyə başlayıram.
Onlar haqqında düşünürməm?
Onların irəliləməsinə kömək etmək istəyirəmmi?
Mətni daha dərindən hiss etmələrini istəyirəmmi?
Yaradana yaxınlaşmalarını istəyirəmmi?
Yoxsa yalnız özüm haqqında, öz irəliləyişim, öz anlayışım və öz hissiyyatım haqqında düşünüb narahat oluram?
İş məhz buradan başlayır.
-
Seminar daxilindəki praktiki iş
Konkret olaraq, biz bir yerə toplaşır və məqaləni oxuyuruq.
Lakin oxuyarkən biz sözləri sadəcə intellektual olaraq anlamağa çalışmırıq.
Biz eyni zamanda niyyətimizi yoxlamağa çalışırıq.
Məsələn:
Mən bu mətni yoldaşarıma mətni hiss etməkdə kömək etmək üçün oxuyurammı?
Mən aramızdakı bağı dəstəkləmək üçün dinləyirəmmi?
Mən qrupun Yaradana yaxınlaşmasına kömək etməyə çalışırammı?
Yoxsa yalnız öz irəliləyişimlə maraqlanıram?
Bunlar yalnız sadə nümunələrdir, lakin onlar daxili işin başlanğıcını göstərir.
Əsas məqam xarici olaraq nə etdiyimiz deyil. Əsas məqam əməlin arxasında duran niyyətdir.
-
Müzakirə üçün sual
İndi özümüzdən soruşa bilərik:
Məqalədən hələ də aydınlaşdırılmalı olan nə qalıb?
Hansı anlayış hələ tam aydın deyil?
Qrupdakı işi, yoldaşların rolunu və niyyətimizin islahını daha yaxşı anlamaq üçün birlikdə nəyi müzakirə etməliyik?