Dərs 28. Kabala Müdrikliyində "Müəllim"in Rolu

Dərs 28. Kabala Müdrikliyində "Müəllim"in Rolu

Həqiqi Kabala müəllimi kimdir? | Kabalistin şagirdi olmaq nə deməkdir? | Ruhani bilik necə ötürülür?

Dərs məzmunu
Materiallar

Dərs 28

Həqiqi Kabala müəllimi kimdir? | Kabalistin şagirdi olmaq nə deməkdir? | Ruhani bilik necə ötürülür?


Slayd 2
Mənbə: Baal Sulam, "Zoar Kitabına Ön söz", 57-ci Məktub.
"Əgər min kor insandan ibarət bir sıra yolla gedirsə və onların arasında görən ən azı bir rəhbər varsa, onların düzgün yolla gedəcəklərinə və çuxur və maneələrə düşməyəcəklərinə zəmanət verilir. Çünki onlar rəhbərlik edən görənin arxasınca gedirlər. Amma əgər o insan yoxdursa, onlar yolda olan hər bir maneəyə ilişəcəklərinə və hamısı çuxura düşəcəyinə əmindirlər."


Baal Sulam “Fəaliyyət Zamanı”
"Amma kitabların çapı geniş yayıldıqdan və yazıçılar artıq katiblərə ehtiyac duymadıqdan sonra, kitabların qiyməti azaldı. Bu da etibarsız yazıçılara istədikləri kitabları istər pul, istər şöhrət naminə nəşr etdirməyə yol açdı. Lakin onlar öz əməllərini nəzərə almırlar və işlərinin nəticələrini araşdırmırlar. [...]

Buna görə də, bu məsələlərə dair ictimai rəy çox pozulub. Üstəlik, yüngüllük atmosferi hökm sürür və insanlar hesab edirlər ki, belə uca məsələlərin öyrənilməsi üçün boş vaxtda bir baxış kifayətdir, [...] və nəticələri öz düşüncələrinə əsaslanaraq çıxarırlar.

Bu səbəblər məni öz yolumdan çıxmağa və “Yaradan üçün əməl etmək zamanıdır” deyə qərar verməyə vadar etdi ki, hələ xilas etmək mümkün olanı xilas edim. Beləliklə, mən, yuxarıda qeyd olunan məsələyə aid olan həqiqi mahiyyətin müəyyən bir hissəsini açıqlamağı və onu millətə yaymağı üzərimə götürdüm."


5-ci slayd

Mənbə: Baal Sulam “On Sfirotun Tədrisi”. I cild. 1-ci hissə. Daxili təfəkkür
"…Gözləri göylərin mənzərələrinə açılmamış və bu dünyanın budaqları ilə yuxarı aləmlərdəki kökləri arasındakı əlaqələri biliklə qazanılmamış olanlar divara toxunan korlar kimidirlər. Onlar bircə kəlmənin belə əsl mənasını anlamayacaqlar, çünki hər bir söz, onun kökü ilə əlaqəli olan budağın adıdır.
Yalnız əsl bilici olan bir müdrikdən izah aldıqda və bu mövzunu danışıq dilində izah etməyə hazır olduqda, bu isə mütləq bir dildən digər bir dilə tərcümə etmək kimidir, yəni budaqların dilindən danışıq dilinə, yalnız bu halda o, mənəvi termini olduğu kimi izah edə bilər."


Slayd 6

Mənbə: Baal Sulam “Azadlıq”
Bu, öz xəstəliyinin necə sağalacağını özü başa düşmədən həkimin məsləhətlərinə əməl etmək istəməyən bir xəstəyə bənzədilə bilər. Buna görə o, tibbi özü öyrənməyə başlayır. O, tibbi öyrənməzdən əvvəl xəstəliyindən öləcək.


Slayd 7

Mənbə: Baal Sulam. Şamati Məqalə №99.
…İnsanın salehlərin olduğu yerə gedib-getməmək seçimi var. İnsan onların hakimiyyətini qəbul edə bilər və belə olduqda öz təbiətindən əskik olan bütün gücləri onlardan alacaq. O, bunu salehlərdən alacaq. “Onları hər bir nəslə əkməkdə” olan fayda budur ki, hər bir nəsil müraciət edə biləcəyi, yaxın ola biləcəyi və saleh məqamına yüksəlmək üçün lazım olan gücü ala biləcəyi bir kəsi olsun. Beləliklə, onlar da sonradan saleh olurlar.


Slayd 8

Mənbə: Baal Sulam, Məktub № 47
"Sizə xatırlatmaq istəyirəm ki, yoldaş sevgisinin bu zamanda hər şeyə baxmayaraq qüvvədə qalması çox vacibdir, çünki bizim yaşamaq haqqımız bundan asılıdır və yaxın gələcəkdəki uğurumuz da bununla ölçülür...

Buna görə, bütün xəyali məşğuliyyətlərdən uzaqlaşın və ürəklərinizi həqiqətən birləşdirmək üçün münasib üsullar və taktikalar fikirləşməyə yönəldin ki, “Yoldaşını özün kimi sev” kəlamı sözün əsl mənasında sizdə həyata keçsin.

[...] və siz bütün günahları örtəcək sevgi fikri ilə təmizlənəcəksiniz. Bunu mənim üzərimdə sınayın və sevgi ilə həqiqətən birləşməyə başlayın, onda görəcəksiniz, “damaq dadacaq”..."


Slayd 9

Mənbə: Rabaş, Məqalə № 14, “Yoldaş sevgisinin zəruriliyi”
"Yoldaşların birləşməsində xüsusi bir güc var. Çünki baxışlar və fikirlər onlarda olan birllik vasitəsilə birindən digərinə ötürülür, hər kəs digərinin güclərinə daxil olur və bununla da, hər biri bütün cəmiyyətin gücünə sahib olur. Ona görə də, hər bir insan fərdi olsa da, o, bütün cəmiyyətin gücünə malikdir."


Slayd 10-11

Mənbə: Baal Sulam, Şamati, Məqalə № 25, "Qəlbdən gələn şeylər"
"...İnsan müəllimindən Tövratın sözlərini eşidəndə dərhal müəllimi ilə razılaşır və müəlliminin sözlərinə ürəkdən və canla əməl etməyə qərar verir. Lakin sonra, dünyaya çıxanda görür, arzulayır və dünyada dolaşan saysız-hesabsız istəklərlə yoluxur. [...] Onlar onu ram edirlər, o onların arzularına qarışır [...]. Onun başqa yolu yoxdur; o, çoxluğun istədiyi hər şeyi düşünməyə, arzulamağa, həsrət çəkməyə və tələb etməyə məcbur olur. O zaman o, onların yad fikirlərini və mənfur şəhvət və istəklərini seçir [...].

Bunun əvəzinə, o zaman yalnız bir məsləhət var: müəllimə və kitablara bağlanmaq. [...] Yalnız onlara bağlanmaqla insan düşüncəsini və istəyini yaxşıya doğru dəyişə bilər. Lakin ağıllı mübahisələr düşüncəni dəyişməyə kömək etməz, yalnız Dvekut [yapışmaq] dərmanı kömək edər..."


Slayd 12-15

Baal Sulam “Zoarın Tamamlanması üçün Nitq” məqaləsindən

“…Böyüklərimiz bizə belə tövsiyə ediblər: “Özünə rav [müəllim/ böyük insan] seç və özünə yoldaş satın al.” Bu o deməkdir ki, insan özü üçün əhəmiyyətli və tanınmış bir şəxsi rav seçməlidir ki, onun vasitəsilə Tövrat və Mitzvotla Yaradana məmuniyyət gətirmək məqsədilə məşğul ola bilsin.

Bunun səbəbi budur ki, insanın ravı ilə bağlı iki yüngülləşdirici səbəb var:

Ravı əhəmiyyətli bir şəxs olduğuna görə, tələbə ravının böyüklüyünü nəzərə alaraq ona məmuniyyət əta edə bilər; çünki əta etmək onun üçün qəbul etmək kimi olur. Bu, təbii bir yanacaqdır və insan həmişə əta etmək əməlini artıra bilər. İnsan ravına əta etməklə məşğul olmağa öyrəşdikdən sonra, bunu Tövrat və Mitzvot Lişma ilə Yaradana əta etməyə ötürə bilər, çünki vərdiş ikinci təbiət olur.
[…] Ravı ilə formaca bərabərlik. Rav bu dünyada, zaman içərisində olduğu üçün, onunla formaca bərabərlik hətta yalnız müvəqqəti olsa və insan sonradan yenidən pisləşsə belə, kömək edir.
Beləliklə, hər dəfə insan özü ilə ravı arasında forma bərabərliyi yaradırsa, bir müddət ona tutunur. Nəticədə, ravın biliyi və düşüncələrini, dərəcəsinə uyğun olaraq Dvekut yoluyla əldə edir…[…]. Bu səbəbdən, tələbə ravının Yaradanın böyüklüyü ilə bağlı nailiyyətindən yararlana bilər; bu isə əta etməni qəbul etməyə çevirir və insanın ürəyini və ruhunu vermək üçün kifayət qədər yanacağı olur. O zaman tələbə də, öz ürəyi və ruhu ilə Tövrat və Mitzvotla Lişma ilə məşğul ola biləcək ki, bu da Yaradan ilə əbədi Dvekut verən dərmandır."


Slaydlar 16-17

Mənbə: Baal Sulam, Şamati, 40-cı məqalə, "Ravda İnamın Ölçüsü Nədir?"
"Yalnız artıq tək hakimiyyətə daxil olmuş insan həqiqəti dərk edib bilə bilər. Buna görə də insan öz ravının fikrinə güvənməli və ravının dediyinə inanmalıdır. Bu o deməkdir ki, insan ravı ona necə demişsə, eləcə də hərəkət etməlidir.

Və baxmayaraq ki, o, çoxlu mübahisələr və müxtəlif təlimlər görür ki, onlar ravının fikri ilə uyğun gəlmir, yenə də insan ravının fikrinə güvənməli və deməlidir ki, başa düşdükləri və digər kitablarda gördükləri, əgər ravının fikri ilə üst-üstə düşmürsə, deməli, o, çoxlu hakimiyyətlər daxilində olduğu müddətcə həqiqəti dərk edə bilmir və digər kitablarda yazılanları, onların dediyi həqiqəti görə bilmir.

Məlumdur ki, insan hələ mükafatlandırılmayıbsa, onun Tövratı ona ölüm cövhəri olur."


Slaydlar 18-19

Mənbə: Lizhenskli Ravvin Elimelex, Noam Elimelex [Elimelexin xoşagələnliyi]

"Saleh insan öz salehliyi ilə yaxşı istəklərini və düşüncələrini başqalarına ötürür ki, onlar da bütün qəlbləri ilə Yaradana bağlanmaq istəyini hiss etsinlər. Başqalarına bu istəyi aşılamaq artıq bir əməl sayılır, çünki onda olan istək başqalarında əmələ çevrilib. Bu, 'Sən əlini açırsan və hər canlı varlığı istəklə doydurursan' ayəsinin mənasıdır, çünki saleh insan bolluğu aləmlərə və hər bir insana yayır. Bəs bunu necə edir?

Öz istəyini başqalarına aşılamaqla. Beləliklə, onların hamısı onun vasitəsilə saleh olur. Bu yolla o, onların üzərinə böyük bolluq gətirə bilər, çünki saleh insan dünyaya əta etmək üçün, guya, qollarını Yaradana açandır. Bəs o, nə ilə açır? Ayə belə izah edir: 'və hər canlı varlığı istəklə doydurur'— hamını Yaradanı sevmək istəyi ilə təmin etməklə."