Dərs 20. Gizlilikdən Aşkarlığa

Dərs 20. Gizlilikdən Aşkarlığa

Dərs məzmunu
Materiallar
Dərs 20. Gizlilikdən Aşkarlığa

SLAYDLAR 2-3

"…İnsanın başlanğıcda özünə yaxşı anlayışlar aşılayan  bir mühiti,  kitabları və bələdçiləri  seçməkdə iradə azadlığı var. Əgər kimsə bunu etmirsə, qarşısına çıxan hər hansı bir mühitə girməyə və əlinə düşən hər hansı bir kitabı oxumağa razıdırsa, [...] o, seçimi olmayan şər düşüncələrinə və ya əməllərinə görə deyil, məhz yaxşı bir mühitdə olmağı seçmədiyi üçün mütləq cəzalandırılacaqdır, çünki bu məsələdə qəti seçim var.

Buna görə də, daim daha yaxşı bir mühit seçməyə can atan kəs tərifə və mükafata layiqdir. Lakin burada da, onun seçimi olmadan ona gələn yaxşı düşüncə və ya əməllərinə görə deyil, ona bu yaxşı düşüncə və əməlləri gətirən yaxşı bir mühit əldə etmək üçün göstərdiyi səyə görədir."

Baal Sulam “Azadlıq”


 

SLAYD 4

"…Bizə bir mühit, yəni hamısı kamil inama (emuna şlema) nail olmağın vacibliyi fikrində olan bir qrup insan lazımdır. Kollektivin baxışlarından insanı xilas edə biləcək yeganə şey budur. Həmin vaxt hər kəs kamil inama nail olmaq arzusunu gücləndirmək üçün bir-birinə dəstək olur ki, o, Yaradana məmnunluq bəxş edə bilsin və bu, onun yeganə canatması olsun."

Rabaş, məqalə №37. 1985


SLAYD 5

"…Yaradan Özü insanın əlini yaxşı taleyin üzərinə qoyur; belə ki, ona əzab və ağrılarla dolu, hər hansı bir məzmundan məhrum olan maddi həyatın içərisində həzz və məmnunluq dolu bir həyat verir. İnsan ölümdən də ağır olan bu həyatdan qaçmaq üçün dinc bir yer tapdıqda (hətta bu, sanki divardakı yarıqlardan görünən bir işıq kimi olsa belə), mütləq oradan uzaqlaşır və qaçır. Həqiqətən də, Yaradan tərəfindən insanın əlinin [taleyin üzərinə] qoyulmasıdan daha böyük bir şey ola bilməz.

Və insanın seçimi yalnız güclənməyə (möhkəmlənməyə) aiddir."

Baal Sulam “On Sfirotun Tədrisinə Giriş”, səh. 4


SLAYD 6

Hikmətin Gizlədilməsinin Üç Növü

"Tövratın sirlərində üç hissə var. Hər bir hissənin gizli qalmasının öz səbəbi var. Onlar aşağıdakı adlarla çağırılır:

  1. Lazımsız,

  2. Qeyri-mümkün,

  3. Rəbbin məsləhəti Ondan qorxanlar üçündür.

    Bu hikmətin elə bir kiçik zərrəsi yoxdur ki, bu üç hissənin araşdırmaları ona tətbiq edilməsin. Mən onları bir-bir aydınlaşdıracağam."

Baal Sulam “Bir hissəni aşkar etmək, ikisini örtmək”


SLAYD 7

Baal Sulam, "Kabalanın Tədrsii və Onun Mahiyyəti"

"Şadam ki, həqiqət hikmətini aşkar etməyə icazə verilən belə bir nəsildə doğulmuşam. Əgər bunun icazəli olduğunu haradan bildiyimi soruşsanız, cavab verərdim ki, çünki mənə aşkar etmək üçün icazə verilib. Yəni indiyədək hər bir sözü kütləvi şəkildə məşğul olmağın və tam izah etməyin yolları heç bir müdrikə açılmamışdır."


SLAYD 8

Baal Sulam, "Panim Meirot u-Masbirot Kitabına Giriş", №5

"Həqiqət hikmətinin böyük ölçüdə yayılmasına... ilk növbədə ehtiyacımız var ki, faydanı qəbul etməyə layiq olaq... Nəticə etibarilə, hikmətin yayılması ilə Məsihin gəlişi bir-birindən asılıdır.

Buna görə də, hikmətin bütün millətlər arasında yayılmasını sürətləndirmək üçün seminarlar təşkil etməli və kitablar yazmalıyıq."


SLAYD 9

Baal Sulam, “On Sfirotun Tədrisinə Giriş”, səh. 30

"Bu sirləri aşkar etmək nəinki qadağan deyil, əksinə, onları aşkar etmək böyük bir Mitsvadır (əmrdir). Və onları necə aşkar edəcəyini bilən və aşkar edən kəsin mükafatı bol olar. Çünki bu nurları çoxluğa, xüsusən də kütlələrə aşkar etməkdən Məsihin tezliklə, bizim günlərimizdə gəlişi asılıdır, Amin."


SLAYDLAR 10-11

Baal Sulam, “Son Nəslin Yazıları”

"Səhrada azmış, ac və susuz dostlar haqqında bir bənzətmə var. Onlardan biri hər cür nemətlə bol olan bir məskən tapır. O, yoxsul qardaşlarını xatırlayır...

O nə etdi? Ucadan qışqırmağa başladı... bəlkə onun yoxsul, ac dostları səsini eşidib ona yaxınlaşar və hər cür nemətlə dolu olan o məskənə gələrlər.

Bizim qarşımızdakı məsələ də belədir: biz bütün bəşəriyyətlə birlikdə dəhşətli səhrada azmışdıq və indi böyük, bol bir xəzinə, yəni xəzinədəki Kabala kitablarını tapmışıq. Onlar bizim can atan ruhlarımızı doyurur, bizi bolluq və məmnunluqla doldurur; biz doyuruq, hələ artıq da qalır.

Lakin biz dəhşətli səhrada ümidsiz qalmış dostlarımızı xatırlayırıq. Aramızda böyük məsafə var və sözlər bu məsafəni qət edə bilmir. Bu səbəbdən biz bu  (şeypuru) uca səslə çalmaq üçün qurduq ki, qardaşlarımız eşidib yaxınlaşsınlar və onlar da bizim qədər xoşbəxt olsunlar."


SLAYDLAR 12-13

Baal Sulam, “Dünyada Sülh”

"…Hər bir insanın öz xoşbəxtliyi üçün dünyadakı bütün ölkələrin yardımına ehtiyac duyduğu bizim nəslimizdə, fərdin bir maşındakı çarx kimi bütün dünyaya tabe olması zəruridir.

Buna görə də, bütün dünya ölkələrində eyni vəziyyət hökm sürmədikcə, tək bir dövlətdə yaxşı, xoşbəxt və dinc idarəçilik qurmaq qeyri-mümkündür və bu, əksinə də belədir. Bizim dövrümüzdə ölkələr öz həyati ehtiyaclarını təmin etmək üçün, keçmiş dövrlərdəki ailə daxilindəki fərdlər kimi bir-birinə bağlıdırlar.

Beləliklə, biz artıq yalnız bir ölkənin və ya bir millətin rifahını təmin edən idarəçilikdən danışa və ya onunla məşğul ola bilmərik; söhbət yalnız bütün dünyanın rifahından gedə bilər. Çünki dünyadakı hər bir insanın faydası və ya ziyanı, dünya üzərindəki bütün fərdlərin faydasından asılıdır və onunla ölçülür.

Bu, faktiki olaraq bilinsə və hiss edilsə də, dünya insanları hələ də bunu lazımi səviyyədə dərk etməyiblər. Niyə? Çünki təbiətdəki inkişafın gedişatı belədir: əməl dərketmədən öncə gəlir və yalnız əməllər bəşəriyyəti  irəli aparacaqdır."


SLAYDLAR 14-15

Baal Sulam, “Gələcəyin Cəmiyyətinin Qurulması”

"İnamın (imanın) yayılmasının üç əsası var: 1) İstəklərin təmin olunması; 2) Sübut; 3) Yayılma.

İstəklərin təmin olunması: Hər bir insanda, hətta dünyəvi olsa belə, Yaradanla vəhdət tələb edən naməlum bir qığılcım var. O, bəzən oyandıqda, insanı Yaradanı tanımağa və ya Onu inkar etməyə sövq edir, bu isə eyni şeydir… Əgər kimsə insanda bu arzunun təmin olunmasını yaradarsa, o, hər şeylə razılaşacaq. Buna ruhun ölməzliyini, axirət mükafatını, fərdin və millətin şan-şərəfini (yəni insanın millətin fəxri olacağını) əlavə etməliyik.

Sübut: Onsuz dünyanın varlığı mümkün deyil, xüsusən də atom bombaları dövründə.

Yayılma: Əgər səylə yerinə yetirilərsə, sübutu da əvəz edə bilər. Buna görə də, yuxarıdakı sözlərin kütlə arasında yayılması üçün insanlar cəlb edilməlidir. Genişlənmə və yayılma məqsədilə dünyadakı iztirablar, yoxsulluq, korrupsiya və müharibələr, eləcə də nicat axtaran dul qadınlar və yetimlər qeyd olunmalıdır…

Belə bir vəziyyətdə insanlar özlərini məhv olmaqdan və dəhşətli ağrılardan xilas etmək üçün bütün həyatlarını buna həsr etməyi o qədər də çətin hesab etməyəcəklər. Xüsusən də ürəkləri öz qüsurları ilə hələ kütləşməmiş gənclər üçün bu belədir. Onlar mütləq ürəkləri və ruhları ilə buna dəstək verəcəklər."


SLAYD 16

Baal Sulam, “Son Nəslin Yazıları”

"Həyatın istiqaməti Onunla qovuşmağa (dvekut) nail olmaqdır; bu, sırf Yaradana fayda vermək və ya toplumu Onunla birləşməyə nail olmaqla mükafatlandırmaq üçündür."