"Xevruta" - 19-cu Dərsin davamı
"Xevruta" - 19-cu Dərsin davamı
Biz əvvəllər seçim azadlığından danışmışdıq - amma bu azadlıq inkişafımızda necə təzahür edir - böyümə tərzimizə həqiqətən necə təsir edə bilərik?
"Yuxarıda izah etdiyimiz kimi, Ali idarənin insanın yaxşı, son məqsədə çatmasını təmin etməsinin iki yolu var: əzab yolu və Tövrat yolu. Tövratın yolundakı bütün aydınlıq bundan qaynaqlanır. Çünki peyğəmbərlərin və Tanrı adamlarının həyatındakı uzun hadisələr silsiləsindən sonra üzə çıxan və dərk edilən bu aydın anlayışlar — bunlardan tam yararlanan bir insan gəlir və bu anlayışlardan öz həyatının hadisələriymiş kimi bəhrələnir. Beləliklə görürsünüz ki, insan özü bu aydın dərki inkişaf etdirə bilmək üçün keçməli olduğu bütün sınaqlardan azad olur. Beləcə həm vaxtı, həm də ağrını qazanır.
Bu, həkimin tövsiyələrinə özü başa düşmədən əməl etmək istəməyən, buna görə müstəqil olaraq tibb öyrənməyə başlayan bir xəstəyə bənzəyir. O, tibb öyrənməzdən əvvəl xəstəliyindən ölə bilər.
Əzab yolu, Tövrat yolu ilə müqayisədə belədir. Tövrat və peyğəmbərliyin anlamasa da qəbul etməyi tövsiyə etdiyi anlayışlara inanmayan insan ,bu anlayışlara özü — həyat hadisələrindəki səbəb-nəticə zəncirini izləməklə gəlmək məcburiyyətindədir. Bunlar, gördüyümüz kimi, insanın seçimi olmadan — yaxşı mühit əldə etmək üçün göstərdiyi səylərin , bu düşüncə və əməllərə aparan mühitin nəticəsində — şərin dərk edilməsi hissini sürətlə inkişaf etdirən təcrübələrdir."
— Baal Sulam, "Azadlıq"
Bütün şərhimin əsası hər bir məxluqa həkk olunmuş almaq arzusudur və bu, Yaradanla forma uyğunsuzluğudur. Buna görə də ruh Ondan ayrılmışdır, necə ki, bədən üzvü bədəndən ayrılır, çünki ruhaniyyətdə forma uyğunsuzluğu maddi aləmdə ayıran balta kimidir. Deməli, aydındır ki, Yaradanın bizdən istədiyi – forma uyğunluğudur, o zaman biz yenidən Ona qovuşuruq, yaradılmadan əvvəl olduğu kimi.
Mən artıq demişəm ki, kamilliyi aşkar etmək üçün iki yol var: Tövrat yolu və ya əzab yolu.
Buna görə də Yaradan bəşəriyyətə texnologiya vermişdir, necə ki onlar atomu və hidrogen bombalarını ixtira ediblər. Əgər onların dünyaya gətirəcəyi ümumi məhvetmə hələ də dünyaya aydın deyilsə, onlar üçüncü dünya müharibəsini və ya dördüncüsünü gözləyə bilərlər.
“Bombalar öz işini görəcək və məhvdən sonra sağ qalan qalıqların başqa seçimi olmayacaq ki, bu işi üzərlərinə götürsünlər – burada həm fərdlər, həm də xalqlar özləri üçün yalnız yaşayışları üçün lazım olandan artıq işləməyəcəklər, qalan hər şey isə başqalarının xeyrinə olacaq. Əgər dünyanın bütün xalqları buna razılaşsalar, dünyada artıq müharibələr olmayacaq, çünki hər bir insan öz xeyri üçün deyil, yalnız başqalarının xeyri üçün işləyəcək.
Əgər sən Tövrat yolunu seçib “ədviyyəni” qəbul etsən, çox yaxşı. Əgər etməsən, əzab yolu ilə gedəcəksən...”
— Baal Sulam “Son Nəsil”
Biz zövq almaq istəyiyik
Əvvəlcə insan özünü beş hiss vasitəsilə yalnız hisslərinə görə mümkün olan ən yaxşı vəziyyəti axtaran və əldə edən emosional bir varlıq kimi qavrayır və hiss edir. Beş hiss vasitəsilə aldığı hər şey onun içində zövq kimi hiss edilir. Ağıl və insanda mövcud olan hər şey, hissləri elə istiqamətdə və ölçüdə fəallaşdırmağa yönəlib ki, onlarda hiss edilən hər şey insanın varlığının hər anında yalnız maksimal zövq kimi duyulsun. Bu — təbiətə görədir.
(Rav Laytmanın dərslərindən)
Yaradılışın Məqsədinə uyğun inkişaf
Amma Yaradanın yaradılışdakı məqsədi insanda onun hisslərinin üzərində, tamamilə fərqli olan və “ruhani kelim” adlanan qablar (kelim) inkişaf etdirməkdir. Ruhani kelimlərin xüsusiyyəti ondan ibarətdir ki, onlar maddi hisslərin üzərindədir və Yaradanın əta etmək istəyinin əldə edilməsini təşkil edir ki, bu da insan üçün kli olsun. Və insan, Yaradanın əta etmək istəyini öz arzusu kimi əldə etdikdən sonra, bu “Qalgalta ve Eynaim” adlanır, onun daxilindən o, artıq öz təbii qablarını da istifadə etməyə başlayır ki, bunlara “AXAP” (Ozen, Xotem, Pe) deyilir. O, onları Qalgalta ve Eynaim-in əta etmək istəyinin daha böyük təsiri naminə işə salır.
İnsanın inkişafı – Yaradanın formasını, Onun surətini qəbul etməkdir ki, bu “Qalgalta ve Eynaim” adlanır və bu formanı AXAP kelimlərində həyata keçirmək, reallaşdırmaqdır. Bu əməl “əta üçün almaq” adlanır – insanın təbiətindən istifadə etmək, amma əta formasında, Yaradanın formasında. Buna görə də heç vaxt zövq və ya əzab mexanizmi vasitəsilə məqsədə doğru irəliləmək mümkün deyil, çünki məqsədin özü almaq arzusunun üzərində əta etmə formasını əldə etməkdir.
(Rav Laytmanın dərsindən)
Əzab yolu – qaçmaqdır, Tövrat yolu isə məqsədə doğru qaçmaqdır
Əgər insan yalnız həzz və ya əzab hissində mövcuddursa, o zaman daha az həzz və ya əzabla müqayisədə heyvanlar kimi daha rahat olana, daha yaxşı olana, daha böyük həzz kimi hiss edilənə doğru qaçır. Mövcud vəziyyət ilə gözlənilən gələcək vəziyyət arasındakı fərq nə qədər böyükdürsə, bu, insanda hərəkət və əldə etmə üçün daha böyük qüvvələr oyadır və o, daha böyük sürət və istəklə vəziyyətdən vəziyyətə keçir. Lakin bununla o, heyvani dərəcədə qalır.
Halbuki inkişaf – ruhani kelimlərin əldə edilməsidir. Yəni insan baş verənlərə, yaxşı və ya pis kimi hiss edilənə reaksiya vermir, əksinə, daha böyük əta formasına və ya daha kiçik əta formasına reaksiya verir. Hər an insan öz vəziyyətini yaxşı və ya pis kimi müəyyən etməkdən uzaqlaşır, bu müəyyənləşdirmənin və diaqnozun üzərinə qalxır və öz vəziyyətini yalnız əvvəlki vəziyyəti ilə müqayisədə daha çox əta olub-olmamasına görə qiymətləndirir. Və insan maddi hisslərindən ruhani hisslərə keçməyənə qədər, onun yaradılışın məqsədinə doğru bir addım belə atdığı hesab olunmur.
Buna görə də “əzab yolu” adlı bir yol yoxdur. Əksinə, əgər insan əzabda və ya həzzdədirsə, o irəliləmir. O sadəcə yerində qalır, ta ki kifayət qədər zərbələr alana qədər ki, bu zərbələr onun daxilində toplanır və onu soruşmağa məcbur edir: “Həyatımızın mənası nədir?” – “Niyə əzab çəkirəm?” Onun xomer-i (maddi; חמור – eşşək sözü bəzən חומר – maddi sözünə işarə etmək üçün istifadə olunur) aldığı zərbələrin səbəbini soruşmağa başlayır. O başa düşməyə başlayır ki, zərbələrin bir səbəbi var və bu səbəb zərbələrin özündən yuxarıdır. Zərbələr yalnız vasitədir ki, o onların üzərinə qalxsın, bir qədər başını aşağı əysin və görsün ki, zərbələr vasitəsilə onu həzz və ya əzab hissinin üzərində inkişaf etməyə məcbur edirlər.
Və insana səbəb haqqında düşünmək imkanı verildikdən sonra, qalanı onun azad seçiminə qalır. Yuxarıdan yalnız kifayət qədər zərbələr verilir. Amma insan zərbələrdə səbəbiyyət və məqsədyönlülük olduğunu anlamağa başladığı andan etibarən, o, özü irəliləməlidir. Çünki altıncı hissin – Maşpia (əta etmək) formasının əldə edilməsində insan şəxsi istək göstərməlidir və bu istək yuxarıdan məcburiyyətlə gəlməməlidir. Yuxarıdan ona yalnız əzab gətirilir. Əgər insan yerində dayanıb əzab çəkirsə, bu, onun irəliləməsi hesab olunmur.
Əzab və ağrıda irəliləyiş yoxdur. İrəliləyiş eyni səviyyədə başlamır, yuxarıya qalxır. İnsan başa düşdüyü andan ki, o, öz üzərinə əta etmək formasını qəbul etməlidir, bu istiqamətdə etdiyi hər bir addım, hər bir hərəkət, hər bir əməl – onun səviyyədən yuxarı qalxdığı hesab olunur. Və bu irəliləyiş yalnız azad seçimdən, azad hərəkətdən mümkündür. Və bununla insan əzab yolundan Tövrat yoluna keçir – qaçmaqdan növbəti vəziyyətə doğru can atmağa.
(Rav Laitmanın dərsindən)
İnkişafdan imtina əzabın səbəbidir
Qüvvələr hər birimizə — hər kəsə ayrıca təsir edir. İrəliləməyən insan yoxdur; hətta tək bir fərd belə irəliləyir. Fərq hər kəsin irəliləmə tərzindədir və onun yerində durduğu, içindəki eqonun yüksəldiyi bir mərhələdə olub-olmadığındadır — ta ki, içindəki güclənən eqo ilə xaricdən onu əhatə edən Or (nur) arasındakı fərqi hiss etsin və beləcə zərbələr güclənsin.
Əslində heç bir zərbə yoxdur; insan Or Makif-in (Əhatəedici nurun) içindədir — bu, ona bu mərhələdə Or Makif kimi aşkar olan Or Pnimidir (Daxili nur).
İnsanın "mən" adlandırdığı şey mərkəzdədir, dünya isə ətrafındadır — başqa heç nə dəyişmir. İnsan öz "mən"ini və dünyasını müəyyən edir; eqosu hər dəfə artdıqca, bu Or Makifə nisbətən artan fərqi hiss edir — əzab kimi hiss edilən də budur.
Birinin digərinə bərabərliyi "zövq" adlanır, birinin digərindən fərqi isə "əzab" adlanır — bunlar aralarındakı uçurumun böyüklüyünə görə hiss edilir.
Heç kim insana əzab göndərmir — eqosu daim böyüyür, nə qədər böyüyürsə, o qədər Or-a (nura) zidd olur. İnsan eqosunun böyüməsinə və onu düzəltməməsinə görə günahkar deyil, çünki o, plana, zaman cədvəlinə və hər kəsin xüsusiyyətlərinə görə böyüyür — hər şey hesablanmışdır. Eqonun insanda olduğu hər anda onun onu islah etmək imkanı var.
Sual yarana bilər: niyə iki yüz il əvvəl, ya da iki min il əvvəl, eqo daha kiçik ikən onu islah eltmədilər ki, zamanla asandan çətinə doğru islah edə biləydik?
Bu, bu gün pis uşaq olduğunu, pis dostları olduğunu, pis şeylər istədiyini, narkotikə düşməyə hazır olduğunu və bütün bunlardan qurtulmaq çətin olduğunu söyləyən uşağa bənzəyir. Amma əvvəlki ilə qayıda bilsəydi , o zaman ki, valideynləri ona "burax bunları" dedikdə onların səsinə qulaq asmadığı vaxtı — bu günkü ağılla düzgün yolu tuta bilərdi.
İnsan belə düşünməməlidir. Hətta indiki vəziyyətində — irəliləyən, hələ islah edilməmiş istək və eqosu ilə, eqonun böyüklüyünə və zaman cədvəlinə görə indi əzab kimi hiss etdiyi halda — əvvəl bir şey edə bilərdim deməməlidir, çünki əvvəl heç nə edə bilməzdi. Hər şey elə qurulmuşdu ki, heç nə etməsin. Bu gün isə o, dünyanın vəziyyətinə və öz daxili xüsusiyyətlərinə uyğun olaraq, ideal vəziyyətdə özünü islah etmək qabiliyyəti ilə — hər şey islah üçün hazır olduğu halda — mövcuddur.
(Rav Laitmanın dərslərindən)
Əzab öz-özlüyündə irəliləyiş deyil
İnsan zərbələri qəbul edir , edir, ta ki müəyyən bir anda başa düşənə qədər ki, bu zərbələr məqsədlidir və onu daha yüksək bir pilləyə qalxmağa gətirmək üçündür. Və bundan əvvəl o, daha yüksək bir pilləyə qalxmırdı. Buna görə də bunu “yol” adlandırmaq mümkün deyil, baxmayaraq ki, buna “əzab yolu” deyilir. Və insanda olan bu illüziya – nə qədər çox əzab çəkirsə, bir o qədər irəliləyir – öz mənbəyini klipotdan (islah olunmamış qüvvələrdən) alır və tamamilə həqiqətin əksidir.
Yaradılışın məqsədi yaradılanlara həzz verməkdir. Və bu məqsəd hər an həyata keçməlidir. Deməli, ideal vəziyyətdə insan həyatının heç bir anında bir qram belə əzab hiss etməməlidir. Çünki Yaradanın niyyəti də, istəyi də insanın hər hansı formada əzab çəkməsi deyil. Və əgər insan maddi əzabdan ruhani əzaba – yəni əta etmə çatışmazlığından yaranan əzaba keçsəydi, o, daim ruhani inkişafda olardı və maddi əzab hiss etməzdi. Və insan fasiləsiz, yalnız yuxarıya doğru inkişaf edərdi.
Buna görə də “Tövrat yolu”na və ya “əzab yolu”na onların mahiyyətinə görə yanaşmaq lazımdır, iki ayrı yol kimi deyil. İnkişaf üçün yalnız bir yol var və o, “islah edən nur” adlanır. “Əzab yolu” adlanan şey isə yalnız ondan ibarətdir ki, hər dəfə insan tənbəllik etdikdə, əzab vasitəsilə onu düzgün qərarlara gətirsin. Əzab “xamor”-u (eşşək – yəni xomer, insanın maddəsi) düşünməyə və hərəkət etməyə məcbur edir. Amma düşünmək və hərəkət etmək ruhani səviyyədə olmalıdır.
Və əgər daxildən gələn əzab əvəzinə insan öz xomer-ini (maddəsini) ruhani qərara və hərəkətə – əta etmə formasına çatmağa başqa bir amil vasitəsilə, daxili deyil, xarici qüvvə ilə hərəkətə gətirə bilsəydi, onun həyatı daha uğurlu olardı. Və əzabsız irəliləyiş üçün yeganə mənbə cəmiyyətdir (qrupdur). İnsanın əlində başqa heç bir mənbə yoxdur ki, onu öz üzərində işə sala bilsin, ondan təsirlənsin, onu idarə etsin və ya onu haraya inkişaf etməli olduğunu yönəltsin – yalnız qrupun qüvvəsi.
Və ideal vəziyyətdə, əgər insan qrupdan düzgün istifadə etsəydi, o, özünü maddi və psixoloji əzablardan, həmçinin ruhani keyfiyyətləri hələ əldə etməmiş insanın yaşadığı bütün çətinliklərdən qoruyardı. O, tez və ən faydalı şəkildə inkişaf edərdi. Amma hətta əzab vasitəsilə də insan yenə də (məqsədə) çatacaq. Sual yalnız ondadır ki, o, özünü nə qədər sürətləndirir və özü başa düşür ki, yalnız cəmiyyət vasitəsilə, yalnız Yaradanın onun ixtiyarına verdiyi qüvvələrdən düzgün istifadə etməklə və onları nə dərəcədə işə sala bildiyi ölçüdə.
(Rav Laytmanın dərsindən)
Cəmiyyət növbəti addımımızın katalizatoru kimi
Buna görə də əzab yolundan (Derex Yissurim) Tövrat yoluna (Derech Torah) keçmək — inkişafını sürətləndirmək istəyən insana aiddir. Əks halda o yolu keçəcək, amma inkişafın buldozeri vasitəsilə — əzab yolu ilə. Amma insan inkişafını sürətləndirmək istəyirsə, cismani əzabı ruhani əzabla əvəz edir — bunu yalnız onu əhatə edən cəmiyyətdən ala bilər. Cəmiyyət ona ruhaniləşmənin əhəmiyyətini, məqsədin əhəmiyyətini verir. O zaman insan məqsədə sahib olmamaqdan əzab çəkməyə başlayır — bu əzab isə digər bütün əzablarını söndürür.
(Rav Laiymanın dərslərindən)
İnsanın içində özündən gələn ruhaniyyətə bir istəyi var. Başqa sözlə, hətta tək olduğunda və ətrafında ona təsir edəcək, ya da bir istək udacağı insanlar olmadığında belə, o bir oyanış alır və Yaradanın qulu olmağa can atır. Lakin onun öz istəyi, şübhəsiz ki, ruhani məqsədə çatmaq üçün onunla işləyə bilmək üçün gücləndirməyə ehtiyac duymayacaq qədər böyük deyil. Buna görə də bir yol var — cismani həyatda olduğu kimi — o istəyi xaricdəki insanlar vasitəsilə gücləndirmək; onlar onu öz baxışlarına və ruhlarına tabe olmağa məcbur edəcəklər.
Bu, onun da ruhaniyyətə ehtiyacı olduğunu gördüyü insanlarla bağ qurmaqla həyata keçirilir. Xaricdəki o insanların sahib olduğu istək onda bir istək doğurur — beləliklə o, ruhaniyyətə böyük bir istək qazanır. Başqa sözlə, içindən sahib olduğu istəyə əlavə olaraq, onların onda oyatdığı ruhaniyyətə istəyi də alır — o zaman məqsədə çata biləcəyi böyük bir istəyə sahib olur.
— RABAŞ, 13 saylı məqalə, 1985
Seminar
Mövcud qrupumuzdan istifadə edərək irəliləmə istəyini necə artırmaq olar?