Dərs 22-24. Birinci ixtisar [Tsimtsum Alef] və ekran [Masax]

Dərs 22-24. Birinci ixtisar [Tsimtsum Alef] və ekran [Masax]

Mövzular: Forma  fərqi | Birinci ixtisar [Tsimtsum Alef] | Masax [Ekran] | Əks olunan nur| Zivuq də-Akaa [zərbəvi birləşmə] | Ekranda beş mərhələ

Dərs məzmunu
Materiallar

Mövzular:

  • Forma  fərqi
  •  Birinci ixtisar [Tsimtsum Alef]
  • Masax [Ekran] 
  • Əks olunan nur|
  • Zivuq də-Akaa [zərbəvi  toqquşma] 
  • Ekranda beş mərhələ

Dərs 22. Birinci ixtisar [Tsimtsum Alef] və ekran [Masax]

Baal Sulam, «Kabala elminə giriş» (Ptixa)
Seçilmiş p
arçalar


13.Məsələ bundadır ki, maddi obyektlər bir-birindən məkandakı məsafə ilə ayrıldığı kimi, ruhani obyektlər də bir-birindən onların daxili xüsusiyyətlərinin forma fərqi ilə ayrılırlar. Bunun bənzərini bu dünyada da görürük – məsələn, iki insan baxışlarında yaxın olduqda, onlar bir-birini sevirlər və məkandakı məsafə onlara elə təsir göstərə bilməz ki, onlar bir-birindən uzaqlaşsınlar. Və əksinə, əgər onlar baxışlarında bir-birindən uzaqdırlarsa, bir-birinə nifrət edirlər və yanaşı olmaları onları bir iynə ucu qədər də yaxınlaşdırmaz. Çünki baxışlarının fərqi onları bir-birindən uzaqlaşdırır, baxışlarının oxşarlığı isə yaxınlaşdırır. Və əgər, məsələn, onlardan birinin təbiəti hər şeydə digərinin təbiətinə ziddirsə, onda onlar şərqlə qərb qədər bir-birindən uzaqdırlar.

Və bu misal üzərində ruhaniyyətdə baş verəni başa düş: orada fərqləndirilən uzaqlaşma, yaxınlaşma, zivuq (birləşmə, sözün hərfi mənasında “qoşulma”) və birlik – bunların hamısı yalnız forma fərqi ilə müəyyən olunur; belə ki, forma fərqi ölçüsündə onlar bir-birindən uzaqlaşırlar, forma bənzərliyi ölçüsündə isə bir-biri ilə qovuşurlar. Və bununla yanaşı başa düş ki, almaq arzusu yaradılışda sarsılmaz qanun olmasına, yaradılışın bütün mahiyyətini müəyyən etməsinə və yaradılış Məqsədində qoyulan Məqsədə çatmaq üçün uyğun alan kli olmasına baxmayaraq – bununla belə, o (yaradılış) bunun sayəsində öz Yaradanından tamamilə ayrılır, çünki onunla Yaradan arasında tam əks  forma fərqliliyi mövcuddur. Çünki Yaradan tamamilə əta edəndir və Onda almaqdan ən kiçik bir qığılcım belə yoxdur, o (yaradılış) isə tamamilə alandır və onda əta etməkdən ən kiçik bir qığılcım belə yoxdur. Və bundan daha böyük forma fərqliliyi ola bilməz. Və bundan qaçılmaz olaraq belə çıxır ki, bu forma fərqliliyi onu Yaradanından ayırır.


14.Və məxluqları belə böyük uzaqlaşdırıcı ayrılıqdan xilas etmək üçün «tsimtsum alef» (TsA, birinci ixtisar) baş verdi, onun mahiyyəti ondadır ki, o, yuxarıda qeyd olunan bxina daleti müqəddəslikdəki bütün partsufim-dən (ruhani obyektlərdən) elə ayırdı ki, onun böyük alma ölçüsü tamamilə nurdan azad və boş bir məkan olaraq qaldı. Çünki müqəddəsliyin bütün partsufim-i öz Malxut kelim-ində islah olunmuş masaxla (ekranla) çıxdılar ki, bu bxina daletə nur almasınlar. Və ali nur yayılaraq məxluqa can atanda, bu ekran onu geri itələyir, bu, ali nur ilə ekran arasında zərbə (akaa) kimidir və aşağıdan yuxarıya əks olunan nuru qaldırır və ali nurun on sfirotuna büründürür. Çünki geri qaytarılan nur hissəsi «or xozer» (əks olunan nur) adlanır və onun ali nurun üzərinə bürünməsi sonra bxina daletin əvəzinə ali nur üçün alan kli olur, çünki sonra Malxut bu əks olunan nurun ölçüsü qədər – yuxarı qalxıb ali nuru aşağıdan yuxarıya bürüyən o rədd edilmiş nur qədər – genişləndi və həmçinin yuxarıdan aşağıya yayıldı və beləliklə nurlar kelim-ə, yəni bu əks olunan nura bürünür.

Və hər pillədə olan «roş» və «quf» (hərfi mənada «baş» və «bədən») anlayışlarının mahiyyəti də bundadır, çünki ali nurun ekranla «zivuq de-akaa»sı (zərbəli birləşməsi) aşağıdan yuxarıya əks olunan nuru qaldırır və ali nurun on sfirotunu on sfirot roş şəklində büründürür, onlar kelim-in kökləri hesab olunurlar, çünki orada hələ həqiqi bürünmə ola bilməz. Sonra isə Malxut bu əks olunan nurla yuxarıdan aşağıya yayılanda, əks olunan nur qəti şəkildə ali nur üçün bürünməyə çevrilir və onda nurların bu pillənin «quf»u adlanan kelim-ə bürünməsi baş verir və bunlar artıq tamamlanmış kelim-dir.


15.Beləliklə, birinci ixtisardan sonra müqəddəsliyin partsufim-ində bxina daletin əvəzinə yeni kelim yaradıldı − onlar ali nurun ekranla zivuq de-akaa [nəticəsində] əks olunan nurdan əmələ gəldi. Lakin bu əks olunan nuru başa düşmək lazımdır − o necə alan kli oldu, halbuki başlanğıcda o, sadəcə almaq üçün rədd edilmiş bir nur idi − belə çıxır ki, o, özünə əks bir rol oynayır. Və mən bunu bu dünyadan bir misal üzərində izah edəcəyəm, çünki insana əta etmək xüsusiyyətini sevmək və ona hörmət etmək təbiidir, dostundan almaq isə onun gözündə iyrənc və alçaqdır. Buna görə də, o, dostunun evinə gələndə və dostu ona öz evində yemək təklif edəndə, o hətta çox ac olsa belə − yeməkdən imtina edəcək, çünki dostundan hədiyyə alan olmaq onun gözündə iyrənc və alçaqdır. Lakin dostu onu dəfələrlə, onun üçün aydın olacaq qədər çox xahiş edəndə ki, onun yeməsi ilə dosta böyük bir yaxşılıq etmiş olacaq, onda o, güzəştə gedir və onun evində yeməyə razı olur. Çünki o artıq özünü hədiyyə alan, dostunu isə verən kimi hiss etmir, əksinə, özü verir və ondan bu qonaqlığı almaqla dostuna yaxşılıq edir.                                                                                                                                          Və beləliklə sən görürsən ki, baxmayaraq ki, aclıq hissi və iştaha yeməyi almaq üçün kli-dir (qabdır) və bu insanda dostunun qonaqlığını qəbul etmək üçün kifayət qədər iştaha və aclıq var idi, bununla belə, utandığına görə onun yanında heç nə dada bilmirdi. Lakin dostu onu razı salmağa başlayanda, o isə imtina etməkdə davam edəndə, o zaman yemək  üçün onda yeni kelim formalaşmağa başlayır. Çünki dostunun razı salma qüvvələri və onun öz itələmə qüvvələri getdikcə daha çox artaraq, nəhayət, onda alma xüsusiyyətini vermə xüsusiyyətinə çevirəcək qədər yetərli ölçüdə toplanır, o dərəcədə ki, artıq təsəvvür edə bilir ki, dostunun evində yeməklə ona yaxşılıq edəcək və ona böyük həzz çatdıracaq. Və məhz onda dostunun süfrəsi üçün onda alan kelim doğulur. Və indi hesab olunur ki, onun bu süfrə üçün əsas alan kli-si aclıq və iştaha deyil, məhz itələmə qüvvəsi oldu, baxmayaraq ki, əslində adi alan kelim məhz onlardır.


16.Və insanla onun dostu arasındakı [qonaqla ev sahibi arasındakı] bu misaldan yuxarıda qeyd olunan zivuq de-akaa və onun qaldırdığı əks olunan nurun nə olduğunu başa düşmək olar; məhz bu nur bxina daletin əvəzinə ali nur üçün yeni alan kelim-ə çevrilir. Çünki ali nurun ekrana vurub bxina daletdə yayılmaq istəyi, dostun onun evində yemək yeməsi üçün etdiyi təkidlərə bənzədilə bilər. Axı necə ki, o, dostunun onun qonaqlığını qəbul etməsini çox istəyir, eləcə də ali nur alanın içinə yayılmaq istəyir. Nura vuran və onu geri qaytaran ekran isə dostun onun qonaqlığını qəbul etməkdən imtina etməsinə və onu itələməsinə bənzədilə bilər, çünki o, onu itələyir və onun xeyrini ona geri qaytarır. Və necə ki, burada məhz imtina və itələmə çevrilib dostun qonaqlığını qəbul etmək üçün doğru alan kelim olmuşdur, eləcə də təsəvvür edə bilərsən ki, ekranın ali nurla toqquşması və onu itələməsi sayəsində qalxan əks olunan nur, məhz o, birinci ixtisardan əvvəl alan kli kimi istifadə olunan bxina daletin əvəzinə ali nuru qəbul etmək üçün yeni alan kelim olur.Lakin bu yalnız müqəddəsliyin ABYA partsufim-ində belə qurulmuşdur, klipot partsufim-ində və “bu dünyada” isə belə deyil, orada bxina daletin özü alan kli kimi istifadə olunur. Və buna görə də onlar ali nurdan ayrılırlar, çünki bxina daletin forma fərqi onları ayırır. Buna görə də klipot və günahkarlar ölü hesab olunurlar, çünki onlarda olan almaq arzusu ilə həyat mənbəyindən ayrılmışlar. Necə ki, yuxarıda 13-cü bənddə izah olunmuşdur – bu barədə ora yaxşı bax və buna tutun, çünki bundan artıq izah etmək mümkün deyil.

Ekrandakı beş bxina (səviyyə)                                                                                                                                                                                                                                                18.İndi isə biz ekranda olan beş bxinanı (səviyyəni) aydınlaşdıracağıq, onlara uyğun olaraq [əks olunan nurun] səviyyələri, [ekranın] ali nurla etdiyi zivuq de-akaa zamanı dəyişir. Və əvvəlcə bunu yaxşı mənimsəmək lazımdır ki, baxmayaraq ki, ixtisardan sonra bxina dalet on sfirot üçün alan kli olmaqdan yararsız oldu və ekranın zivuq de-akaa nəticəsində qaldırdığı əks olunan nur onun yerinə alan kli oldu, bununla belə, bxina dalet öz alma qüvvəsi ilə əks olunan nuru müşayiət etməyə borcludur və bunsuz əks olunan nur ümumiyyətlə alan kli olmağa qadir olmazdı. Və bunu yuxarıda 15-ci bənddə gətirilən [qonaq və ev sahibi] misalından başa düş. Çünki biz orada sübut etdik ki, qonaqlığı qəbul etməmək və ondan imtina etmək qüvvəsi aclıq və iştahanın yerinə alan kli oldu. Çünki aclıq və iştaha, yəni adi alan kelim, burada dostdan hədiyyə alan olmaq utancı və xəcalət səbəbindən alan kli olmaq üçün yararsız oldular və yalnız qəbul etməmək və imtina etmək qüvvələri onların yerinə alan kelim oldu. Çünki qəbul etməmək və imtina sayəsində alma verməyə çevrildi və [qonaq] beləliklə dostunun qonaqlığını qəbul etmək üçün uyğun alan kelim əldə etdi. Bununla belə, demək olmaz ki, indi onun artıq aclıq və iştaha olan adi alan kelimə ehtiyacı yoxdur. Çünki aydındır ki, yeməyə iştaha olmadan o, dostunun arzusunu doldura və onun evində yeməklə ona həzz çatdıra bilməz. Lakin məsələ ondadır ki, adi şəkildə [istifadə üçün] rədd edilən aclıq və iştaha indi qəbul etməmək və imtina etmək qüvvəsi sayəsində görnüşünü dəyişdi və yeni forma aldı − əta etmək naminə almaq. Və bunun sayəsində xəcalət hörmətə çevrildi. Çünki adi alan kelim indi də [əvvəlki kimi] həmişə olduğu kimi fəaliyyət göstərir, lakin onlar yeni forma almışlar.                                                        Və bunu həmçinin öyrəndiyimiz mövzuya da tətbiq et, çünki həqiqətən bxina dalet, içindəki aviuta görə on sfirot üçün alan kli olmağa yararsız oldu; bu da, yuxarıda deyildiyi kimi, əta edənə münasibətdə forma fərqi deməkdir və bu onu əta edəndən ayırır. Lakin bxina daletdəki ekran vasitəsilə əldə olunan islah nəticəsində, ekran ali nura vurub onu geri qaytardıqda, əvvəlki yararsız forma çevrilir və əks olunan nur adlanan yeni bir forma qəbul edir, necə ki, yuxarıda gətirilən misalda alma forması vermə formasına çevrilmişdi, halbuki ilkin forma öz mahiyyətinə görə dəyişməmişdi, çünki indi də o, iştaha olmadan yemir. Burada da eləcə − bxina daletdə olan bütün aviut, yəni almağın bütün qüvvəsi çevrilib əks olunan nurun içinə daxil oldu. Və bunun sayəsində əks olunan nur alan kli olmağa qadir oldu. Və bunu yaxşı mənimsə.                                               

Buna görə ekranda həmişə iki qüvvəni fərqləndirmək lazımdır:

1.kaşiyut (sərtlik) – onun ali nura münasibətdə olan itələmə qüvvəsi;

2.aviut – bxina daletdən gələn, ekrana daxil olmuş almaq arzusunun ölçüsü; hansı ki, ekrandakı kaşiyut qüvvəsi sayəsində, zivuq de-akaa vasitəsilə, onun içindəki aviut “zakut”a (təmizliyə) çevrilir, yəni alma əta etməyə çevrilir.

Və ekrandakı bu iki qüvvə beş bxinotda fəaliyyət göstərir − yuxarıda qeyd olunan dörd bxinada: XUB TUM-da və onların “Keter” adlanan kökündə.


KABALİSTİK LÜĞƏT
Baal Sulam "On Sfirotun Tədrisi", 1-ci cild, 1-ci hissə, "Sözlərin mənası haqqında cavablar"

  1. “İxtisar” (tsimtsum) nədir?
    Öz arzusunu tabe edən, yəni özünü saxlayan və çox almaq istəsə də almayan, özünü ixtisar edən adlanır (1-ci fəsil, “Or pnimi”, 40-cı bənd).

Baal HaSulam "On Sefirotun Təlimi", 1-ci cild, 2-ci hissə, "Sözlərin mənası haqqında cavablar"

  1. Əks olunan nur (2-ci hissə, Daxili təfəkkür, 79-cu bənd):
    Bu, dördüncü mərhələyə qəbul edilməmiş nurdur. İzahı: bu, dördüncü mərhələni doldurmaq üçün nəzərdə tutulmuş nurdur, lakin o, mane olan və onu geri qaytaran masaxa görə onu qəbul etmir. Bu hərəkət zivuq de-akaa [ivrit - "zərbəli birləşmə"] adlanır (bax: Dax. təfəkkür, 2-ci hissə, 22-ci bənd). Və ixtisardan sonrakı  partsuflardakı bütün alan kelim Sonsuzluq aləminin dördüncü mərhələsi əvəzinə onlara xidmət edən bu əks olunan nurdan çıxır.

Baal Sulam "On Sfirotun Tədrisi", 1-ci cild, 2-ci hissə, "Sözlərin mənası haqqında cavablar"

  1. Masax – ekran (3-cü hissə, 2-ci bənd):
    “İxtisar qüvvəsi” məxluqda ali nurla bağlı oyadılır ki, onun dördüncü mərhələyə eniş yolunu kəssin, yəni o, dördüncü mərhələyə çatdığı və ona toxunduğu anda dərhal bu qüvvə oyanır, ona zərbə vurur və onu geri itələyir. Bu qüvvə ekran adlanır. Və məxluqdakı ekranla ondakı ixtisar arasındakı fərqi başa düşmək lazımdır, çünki bunlar tamamilə fərqli iki anlayışdır. Çünki dördüncü mərhələdə baş vermiş ixtisar qüvvəsi, almağa can atan məxluqdakı kliyə yönəlmişdir.

Bu o deməkdir ki, Yaradanla xüsusiyyətlərin uyğunluğuna olan istək nəticəsində o, almağa can atdığı anda özünü almaqdan saxlayır, çünki ondakı “dördüncü mərhələ” adlanan canatma, məxluqun heç bir şəkildə ləğv edə və ya azalda bilmədiyi ali qüvvədir, o yalnız özünə mane ola bilər ki, çox can atmasına baxmayaraq almaq istəməsin.

Və bu maneə yaradan qüvvə məxluqdakı dördüncü mərhələyə daim təsir edir, yalnız yeni nur çəkdiyi anlar istisnadır; o zaman o mütləq bu saxlayan qüvvəni, yəni ondakı ixtisarı ləğv etməlidir və ondakı ali nura canatma aşkarlanır, bu da ona nuru özünə çəkmək qüvvəsini verir. Və burada məxluqdakı ekranın hərəkəti başlayır, çünki hər bir canatma ali nuru tam şəkildə çəkir, bu, Sonsuzluqda olduğu kimi, ali qüvvədir və aşağıların onu azaltmağa heç bir hakimiyyəti yoxdur, yuxarıda deyildiyi kimi. Buna görə də nur enir ki, dördüncü mərhələni də doldursun. Lakin nur dördüncü mərhələyə toxunduğu anda dərhal ekran oyanır, nura zərbə vurur və onu geri qaytarır. Beləliklə, o yalnız üç mərhələnin nurunu alır, dördüncü mərhələ isə onu almır və görürük ki, ekranın hərəkəti yalnız nurun gəlişi anında baş verir, məhz yeni nuru çəkmək üçün ondakı ixtisar qüvvəsi müvəqqəti olaraq ləğv edildikdə, necə ki, aydınlaşdırdıq. İxtisarın hərəkəti isə, əksinə, daimidir – nuru çəkməmək üçün özünü saxlamaqdır və beləliklə, ixtisar və ekran bir-birindən tamamilə ayrı iki anlayışdır. Və bil ki, ekran malxutun törəməsidir.