Xevruta - 24-cü dərsin davamı - Ali aləmlərin quruluşu
Xevruta - 24-cü dərsin davamı
Ali aləmlərin quruluşu
Başlamazdan əvvəl Baal Sulamın “On Sfirotun Tədrisinə Giriş” əsərindən, niyə öyrəndiyimizi və nə öyrəndiyimiz barədə oxuyaq:
Kabala hikməti ilə məşğul olanlar üçün möcüzəli, əvəzsiz bir çarə vardır. Onlar öyrəndiklərini başa düşməsələr də, öyrəndiklərini anlamağa olan həsrət və böyük arzu vasitəsilə öz ruhlarını əhatə edən nurları oyadırlar.
Bu o deməkdir ki, hər bir insana sonda Yaradanın yaradılış fikrində hər bir məxluqa həzz vermək üçün nəzərdə tutduğu bütün möcüzəli dərketmələrə nail olmaq zəmanəti verilib. Və bu həyatda buna layiq olmayan kəs növbəti həyatda buna layiq olacaq və s., ta ki, Zoarda yazıldığı kimi, Yaradanın onun üçün planlaşdırdığı fikri tamamlamağa layiq olana qədər.
Və insan kamilliyə çatmayınca, ona çatmalı olan nurlar əhatə edən nurlar sayılır. Bu o deməkdir ki, onlar onun üçün hazır dayanırlar, amma onun alma kelim-ini təmizləməsini gözləyirlər və onda bu nurlar uyğun kelim-ə bürünəcəklər.
Beləliklə, hətta onun kelim-i olmadıqda belə, bu hikmətlə məşğul olduğu zaman, ruhuna aid olan nur və kelim-in adlarını xatırlatdıqda, onlar dərhal müəyyən dərəcədə onun üzərində nur saçırlar. Lakin qəbul etməyə qadir olan kelim çatışmadığına görə, onun ruhunun daxilinə bürünmədən onun üçün nur saçırlar. Bununla belə, insanın məşğul olduğu zaman dəfələrlə aldığı nurlanma ona yuxarıdan lütf çəkir və ona müqəddəslik və təmizlik bolluğu verir ki, bu da onu öz kamilliyinə çatmağa çox yaxınlaşdırır.
Həmin girişdə Baal Sulam təriflərin əhəmiyyətindən də danışır:
Mən əlifbaya uyğun “sözlərin izahını” yazmağa başladım, Kabala kitablarında görünən və izah tələb edən bütün sözlərlə bağlı. Bir tərəfdən, mən ARİ-nin və digər ilk kabalistlərin həmin söz barədə dedikləri hər şeyə dair şərhlərini topladım. Digər tərəfdən, bütün bu izahlardan mahiyyəti açıqladım və həmin sözü elə bir şəkildə izah edən möhkəm bir tərif tərtib etdim ki, oxucu bu sözlə həqiqi Kabala kitablarının hər bir yerində, birincidən sonuncuya qədər qarşılaşdıqda onu başa düşmək üçün bu kifayət etsin. Mən bunu Kabala hikmətində işlədilən bütün sözlərlə etdim.
Mən artıq Alef [A] hərfi ilə başlayan sözləri və Bet [B] hərfindən bəzilərini çap etmişəm, amma yalnız bir tərəfdə. Bu artıq min səhifəyə yaxındır. Təəssüf ki, vəsait çatışmazlığına görə mən bu işi elə başlanğıcında dayandırdım və artıq təxminən bir ildir ki, bu mühüm işi davam etdirmirəm, və Yaradan bilir , mən nə vaxtsa ona qayıda biləcəyəmmi, çünki çoxlu xərclər var və hazırda dəstək yoxdur.
Bu səbəbdən mən başqa bir yol tutdum, “Əldə olan sərçə daha yaxşıdır…” prinsipinə uyğun olaraq, və bu, ARİ ilə bağlı Talmud Eser Sfirot [On Sfirotun Tədrisi] kitabıdır. Orada mən ARİ-nin kitablarından – xüsusilə də onun “Həyat Ağacı” kitabından – on sfirotun izahına aid bütün əsas məqalələri toplayıram. Onları hər səhifənin yuxarısında yerləşdirdim və bu barədə “Or pnimi” [Daxili nur] adlı geniş bir izah, həmçinin “Histaklut pnimit” [Daxili təfəkkür] adlı başqa bir izah etdim. Bunlar səhifənin yuxarısında ARİnin sözlərində verilmiş hər sözü və məsələni mənim bacardığım qədər sadə və asan şəkildə izah edir.
Mən kitabı on altı hissəyə böldüm ki, hər hissə on sfirotda müəyyən bir mövzu haqqında xüsusi bir dərs olsun. Or pnimi əsasən həmin dərsdə təqdim olunan ARİ-nin sözlərini aydınlaşdırır, Histaklut pnimit isə əsasən mövzunu ümumi şəkildə aydınlaşdırır. Bunların üzərinə, həmin hissədə təqdim olunan bütün sözlər və məsələlər üçün Suallar cədvəli və Cavablar cədvəli qurdum.
Oxucu həmin hissəni bitirdikdən sonra özünü yoxlamalıdır ki, Suallar cədvəlində təqdim olunan hər bir suala düzgün cavab verə bilirmi. Cavab verdikdən sonra, düzgün cavab verib-vermədiyini görmək üçün Cavablar cədvəlində həmin sualla bağlı cavaba baxmalıdır. Hətta suallara yaddaşla yaxşı cavab verə bilsə də, sualları dəfələrlə təkrar etməlidir, ta ki, sanki onlar bir qutuya qoyulmuş kimi olsun. O zaman o, lazım olan anda hər bir sözü xatırlayacaq və ya ən azı onu axtarmaq üçün yerini xatırlayacaq, “və Yaradanın iradəsinə onun vasitəsilə müvəffəq olacaq.”
Baal Sulam üçün təriflərin nə qədər əhəmiyyətli olduğunu gördüyümüzə görə, gəlin bunu bir daha oxuyaq:
-
Nur (1-ci hissə, Daxili Təfəkkür, 18)
Aləmlərdə “vardan var olan” kimi mövcud olan hər şey, yəni kelim-in mahiyyətindən başqa hər şey (bax: 2-ci və 24-cü bəndlər).
-
Nur və kli (1-ci hissə, 1-ci fəsil, Daxili Nur, 6)
Yaradılmış varlıqda almaq arzusu kli adlanır; onun aldığı bolluq isə nur adlanır.
-
Xoxma nuru (1-ci hissə, 1-ci fəsil, Daxili Nur, 50)
Yaradılmışa birinci yayılmada uzanan nur, bu, yaradılmışın ümumi həyatı və mahiyyətidir.
-
Xasadim nuru (1-ci hissə, 1-ci fəsil, Daxili Nur, 5)
Xoxma nuruna bürünən və ilk güclənmədə yaradılmışa uzanan nur.
-
Yaradan (1-ci hissə, Daxili Təfəkkür 18)
Yaradan adı yalnız həqiqi yeniliyə aiddir, yəni “yoxdan mövcud”a, bu da kelim-in mahiyyətidir, hər bir varlığın içində “almaq arzusu” kimi müəyyən edilir. O, yaradılışdan əvvəl hökmən Onun Özündə yox idi.
-
Zaman (1-ci hissə, Daxili Təfəkkür, 34)
Bu, səbəb və nəticə qaydası ilə bir-birindən enən və bir-birinə qarışan müəyyən mərhələlərin cəmidir, məsələn, günlər, aylar və illər.
-
Qaranlıq (1-ci hissə, Daxili Təfəkkür, 24)
Arzudakı dördüncü mərhələ, ixtisar qüvvəsinə görə ali nuru öz daxilində qəbul etməyən, qaranlığın kökü hesab olunur.
-
“İxtisar” Tzimtsum nədir (1-ci hissə, 1-ci fəsil, Daxili Nur, 40)
Öz arzusuna qalib gələn. Başqa sözlə, almağa böyük arzusu olsa da, özünü saxlayan və almayan, özünü ixtisar edən sayılır. -
Əks olunan nur (Or Xozer) nədir (İkinci hissə, Daxili Təfəkkür, 79)
Bu, dördüncü mərhələdə qəbul olunmayan nurdur. Bu, dördüncü mərhələni doldurmaq üçün nəzərdə tutulmuş nurdur və o, masaxa görə onu qəbul etmir, çünki masax onu saxlayır və geri itələyir. Bu əməliyyat "zivuq de-akaa" [“zərbə ilə birləşmə”] adlanır (İkinci hissə, Daxili Təfəkkür, 22). İxtisardan etibarən Partsuflardakı bütün alma kelim-i həmin əks olunan nurdan uzanır və o, onlara Eyn Sofdakı dördüncü mərhələ əvəzinə xidmət edir. -
Ekran (Masax) (Üçüncü hissə, 2-ci bənd)
Ekran – yaradılmış varlıqda ali nura qarşı oyana bilən ixtisar qüvvəsidir ki, onu dördüncü mərhələyə enməkdən saxlasın. Bu o deməkdir ki, nur dördüncü mərhələyə çatan və ona toxunan kimi, bu qüvvə dərhal oyanır, ona zərbə vurur və onu geri itələyir. Bu qüvvə “ekran” adlanır. Sən yaradılmış varlıqdakı ekranla ixtisar arasındakı fərqi başa düşməlisən, çünki bunlar tamamilə ayrı iki məsələdir. Dördüncü mərhələdə edilmiş ixtisar qüvvəsi yaradılmış varlıqdakı almağa canatma olan kli-yə yönəlmişdir. Bu o deməkdir ki, Yaradanla forma bənzərliyinə çatmaq arzusu səbəbindən o, almağa can atdığı halda özünü almaqdan saxladı, çünki ondakı “dördüncü mərhələ” adlanan canatma ali qüvvədir və yaradılmış varlıq onu heç azacıq da ləğv edə və ya azalda bilməz. Əksinə, o, böyük canatmaya baxmayaraq, özünü almaq istəməkdən saxlaya bilər. -
Bu saxlayıcı qüvvə yaradılmış varlıqda dördüncü mərhələnin üzərində daimi olaraq yerləşir, yalnız o, yeni nur cəlb etdiyi anlar istisnadır. Bu halda o, mütləq saxlayıcı qüvvəni, yəni içindəki ixtisarı ləğv etməlidir və onda ali nura canatma meydana çıxır. Bu, ona nuru özünə cəlb etmək gücü verir. Burada yaradılmış varlıqdakı ekranın fəaliyyəti başlayır, çünki hər bir canatma ali nuru Eyn Sofda olduğu kimi bütövlükdə cəlb edir, çünki bu, ali qüvvədir və aşağı olanın onu azaltmağa gücü yoxdur. Buna görə də nur dördüncü mərhələni doldurmaq üçün enir.
Lakin nur dördüncü mərhələyə toxunan anda ekran dərhal oyanır, nura zərbə vurur və onu geri itələyir. Belə çıxır ki, o yalnız üç mərhələnin nurunu qəbul edir, dördüncü mərhələ isə onu qəbul etmir. Beləliklə görürsən ki, ekran yalnız nur gəldikdə, ixtisar müvəqqəti ləğv edildikdən sonra, yeni nuru cəlb etmək üçün işləyir, necə ki, izah edildi. Halbuki ixtisar əməli daimi olaraq qalır, o, özünü nur cəlb etməkdən saxlayır. Beləliklə, ixtisar və ekran tamamilə ayrı iki vəziyyətdir və bil ki, ekran ixtisarın nəticəsidir.
Masax və Or Xozerin (ekran və əks olunan nurun) əsas anlayışını başa düşmək üçün Baal Sulam aşağıdakı nümunəni verir:
Həqiqətən, biz bu əks olunan nuru və onun necə alma kli-si olduğunu başa düşməliyik, çünki başlanğıcda o, yalnız almaqdan rədd edilmiş bir nur idi. Beləliklə, indi o, öz mahiyyətinə zidd bir vəzifədə xidmət edir.
Mən bunu həyatdan bir məsəl ilə izah edəcəyəm. İnsanın təbiəti əta etmə xüsusiyyətini əziz tutmaq və ona üstünlük vermək, yoldaşından almağa isə xor baxmaq və ikrah duymaqdır. Buna görə də bir insan yoldaşının evinə gəlib o [ev sahibi] onu yeməyə dəvət edəndə, o [qonaq] çox ac olsa da, bundan imtina edəcək, çünki yoldaşından hədiyyə almaq onun gözündə alçaldıcıdır.
Lakin yoldaşı onu kifayət qədər təkid edərək xahiş etdikdə və ona aydın olduqda ki, yeməklə yoldaşına böyük bir yaxşılıq edəcək, o razılaşıb yeməyə başlayır, çünki artıq yoldaşından hədiyyə aldığını və yoldaşının əta olduğunu hiss etmir. Əksinə, o [qonaq] əta edəndir, çünki ondan bu yaxşılığı qəbul etməklə yoldaşına yaxşılıq edir.
Beləliklə görürsən ki, baxmayaraq ki, aclıq və iştaha yemək üçün nəzərdə tutulmuş alma kelim-idirsə və həmin insanın yoldaşının yeməyini qəbul etmək üçün kifayət qədər aclığı və iştahası var idisə də, xəcalət səbəbindən o heç nə dada bilmirdi. Lakin yoldaşı onu təkidlə xahiş etdikcə və o onu rədd etdikcə, onda yemək üçün yeni kelim formalaşmağa başladı, çünki yoldaşının xahişinin qüvvəsi və onun öz rədd etməsinin qüvvəsi toplanaraq nəhayət kifayət qədər bir ölçü yaratdı və bu, qəbul ölçüsünü əta etmə ölçüsünə çevirdi.
Nəhayət, o gördü ki, yeməklə yoldaşına böyük bir yaxşılıq edəcək və ona böyük məmnunluq gətirəcək. Bu vəziyyətdə onda yoldaşının yeməyini qəbul etmək üçün yeni qəbul kelim-i doğuldu. İndi belə hesab olunur ki, onun rəddetmə qüvvəsi yeməyi qəbul etmək üçün əsas kli-yə çevrilib, aclıq və iştaha isə yox, baxmayaraq ki, əslində onlar adi alma kelim-idir.
Rav Dr. Mixael Laytmanın Ev sahibi və qonaq haqqında izahı:
Yuxarıdan yaradılan Kli (qab) — birinci, ikinci, üçüncü və dördüncü dərəcələrdən keçərək hər şeyi qəbul etdi və bu, "Eyn Sof" (Sonsuzluq) dünyası adlanır. Ondan sonra o, Tsimtsum (məhdudiyyət) etdi, hər şeyi xaricə çıxardı — bu, birinci Tsimtsumdur — və sonra boş qaldı. Və qərara gəldi ki, yalnız bir Masax (ekran) vasitəsilə işləyəcək; nə qədər bacararsa, içəri o qədər qəbul edəcək, bacarmasa isə qəbul etməyəcək. Bütün bu qərarlardan sonra bizim üçün Adam Kadmon dünyası doğulmağa başlayır.
Bütün bu vəziyyətlərdən, hər bir mərhələdə Reşimotlar (keçmiş vəziyyətlərin izləri), hər bir mərhələ haqqında məlumatlar qalır. Yəni hər növbəti mərhələ — tutaq ki, ikinci mərhələ — öz daxilində birinci mərhələni ehtiva edir və onun üzərində ikinci qurulur. Üçüncü mərhələ — yəni onda həm bir, həm iki var, kənardan isə üç, və bu minvalla son vəziyyətə çatana qədər davam edir; belə məlum olur ki, buradakı son vəziyyət öz daxilində keçdiyi bütün əvvəlki vəziyyətləri saxlayır. Və o, bir qərar verəndə keçdiyi bütün əvvəlki mərhələlərə əsaslanaraq qərar verir.
Bəs o nə düşünür? O, həmişəki kimi düşünür, danışdığımız kimi: mənim bir Kli-m var, gəlin Kli-ni yuxarıdan aşağıya doğru belə çəkək. Yəni bu Kli-nin bütün ölçüsünü hündürlük boyunca çəkəcəyik. Bəli? Beləliklə, Kli-nin ölçüsündə nəyimiz varsa, onu burada belə hündürlükdə göstərəcəyik. Necə işləyəcəyinə qərar vermək istəyən Roşu (Baş) isə burada çəkəcəyik.
Üst Nur Kli-yə, yəni arzuya doğru gəlir, elədir? Bu, Kli-nin bütünüdür və Nur içəri girmək istəyir, Kli isə onu rədd edir, geri itələyir. Çünki əgər yenidən qəbul etsə, utanacaq. Və o, utanmadan nə qədər qəbul edə biləcəyinə qərar verir ki, bununla özünü tamamilə Nura bərabər etsin, bununla tam mənada əta edən (verən) olsun. Biz sizinlə bu barədə ev sahibi və qonaq nümunəsində danışmışdıq.
Mən birinin yanına qonaq gedirəm və o mənə təamlar təklif edir, mən isə deyirəm ki, yemək istəmirəm, ac deyiləm, hər şeyi rədd edirəm. Niyə? Çünki bu mənim üçün xoş deyil, utanıram. Niyə? Çünki özümü alan, onu isə verən kimi hiss edirəm. Yəni belə alınır: o verir — o yuxarıdadır, mən alıram — mən aşağıdayam. Buna görə də aramızdakı dərəcə fərqinə görə utanc hiss edirəm.
Mən necə qəbul edib həzz ala bilərəm ki, utanmayım? Beləliklə, mən ev sahibinə deyirəm — adətən hər kəs bu şeyləri bilir — deyirəm ki, istəmirəm. O zaman ev sahibi və ya yanına getdiyim dostum mənə təzyiq edir və deyir: "Xeyr, mütləq yeməlisən, hər şeyi sənin üçün hazırlamışam". Və əgər mən bir neçə dəfə rədd etsəm, o mənə təzyiq etməyə davam edəcək, mən də rədd etməyə davam edəcəyəm; əgər mənim imtinalarım onun təzyiqinə bərabər olarsa, o zaman məlum olar ki, biz bərabərik. O vermir, mən vermirəm, o qəbul etmir, mən qəbul etmirəm — biz sanki bərabərik. Təamlar isə ortada, aramızda qalır. Və artıq indi mənim əksinə — ona verən (əta edən) tərəf olmaq imkanım yaranır.
Çünki O deyir: “Mən sənin üçün hazırlamışam, səni sevirəm, sənin həzz almağını istəyirəm; Məni elə təsvir etmə ki, sanki Məndən heç nə almırsan”. Beləliklə, mən bu şəkildə düşünməyə başlayıram: mən yalnız Onun həzz alması üçün qəbul edəcəyəm. Beləliklə, O yuxarıda, mən isə aşağıda olmayacağam, xeyr. Mən yuxarıda, O isə aşağıda olacaq. Mən — yəni Kli (qab) — Yaradana əta edəcəyəm. Bəs O mənə əta edirmi, yoxsa yox? Mən Ona necə əta edəcəyəm? Mən həzzləri qəbul etməklə Ona əta edəcəyəm. Beləcə, biz bərabər olacağıq. Yəni, bu yaradılan, bu isə Yaradandır; yaradılan Yaradandan qəbul edir, çünki Yaradanın həzz almasını istəyir və hər ikisi bərabərdir. Yaradan yaradılana həzz verir, həzzi qəbul edən yaradılan isə bununla Yaradana həzz verir. Burada çatışmayan nədir? Burada yalnız yaradılan tərəfindən olan niyyət çatışmır. O, həzzi yalnız Yaradan üçün qəbul edir və bu, hazırda dərəcənin Roşunda (Başında), yəni Klidə yerinə yetirilən işdir.
O, hər şeyi yoxlayır — bunların onun arzusuna görə həqiqətən bərabər olub-olmadığını yoxlayır və deyir: “Mən arzumu müəyyən bir hündürlüyə qədər, Tabur adlanan yerə qədər işlədə bilərəm”. Bu arzuları mən həzzlərlə doldura bilərəm. Və o zaman bu hissə Tox (İçəri) adlanır. Tox — hansının ki içində Nur və həzz var. Məni həzzlərlə doldura bilməyən yer isə Sof (Son) adlanır. Niyə doldura bilmir? O, həzzləri buradan geri itələyir və bu yer boş qalır. Çünki Yaradanın ona gətirdiyi həzzlər burada o qədər böyükdür ki, o, onları əta etmək naminə qəbul etməyə qadir deyil.
Tutaq ki, qarşımda masanın üstündə ət, balıq, şərab, pirojnalar və Koka-Kola var və mən bir hesab aparıram: mən nəyi qəbul edə bilərəm ki, qəbulum həzz hissi olsun, lakin bu, özüm üçün deyil, yalnız Yaradan üçün olsun? Beləliklə, mən həzzlərlə, arzumla, ev sahibinin böyüklüyünü dərk etməyimlə və özümlə bir hesab aparıram və nəticədə görürəm ki, məsələn, Koka-Kolanı içə və bu həzzi ev sahibindən qəbul edə bilərəm. Həmçinin pirojnanı da yeyə bilərəm, o qədər də böyük həzz deyil, tamamilə qaydasındadır, mən onu ev sahibi üçün qəbul edib həzz ala bilərəm. Bir az balıq da olar, amma deyək ki, əti yeyə bilmərəm. O elə böyük bir həzzdir ki — məsələn, yaxşı bir steyk — əgər mən onu yesəm, ev sahibi haqqında düşünmərəm, yalnız həzz haqqında düşünərəm. Və o zaman mən özümü məhdudlaşdırıram və belə məlum olur ki, həzzlərin bir hissəsini içəri (Tox) qəbul edirəm, bir hissəsini isə edə bilmirəm.
Mən hesabı nəyə əsasən aparıram? Mən hesabı buradakı əvvəlki işimdə, bütün əvvəlki təcrübəmdə əldə etdiyim məlumatlara əsasən aparıram. Sizdən çox xahiş edirəm, bunun necə mümkün ola biləcəyi haqqında düşünün. Birinin evində qonaq olduğunuz halda hesabı necə aparırsınızsa, bu, sizin üçün Kelimləri (qabları) açacaqdır.
Buna görə də sən anlamağa başlayacaqsan ki, daxildə həqiqətən çox, çox dəqiq bir hesab var: mən özüm üçün həzz alıram, yoxsa Ev Sahibinə məmnunluq vermək üçün həzz alıram? Əgər sən doğru hesabı etməyə başlasan — yəni sənin həzzin Ev Sahibinə məmnunluq vermək üçündürsə — o zaman qidada olan dadları hiss etməyi dayandıracaqsan. Biz hamımız özümüz üçün olan həzzə o dərəcədə qərq olmuşuq. Yəni, əgər mən götürsəm — tutaq ki, burada bir fincan qəhvəm var — əgər mən qəhvəni götürsəm və belə bir hesab etsəm ki, mən bundan yalnız ona görə həzz almaq istəyirəm ki, bu həzzi Ev Sahibi hiss etsin, bunu yalnız Onun üçün edirəm, özüm üçün deyil. Əgər qəhvəni dadsam, onda heç bir dad hiss etməyəcəyəm, çünki mən onu Ev Sahibinə ötürmək istəyirəm, Ev Sahibini isə hiss etmirəm. Beləliklə, dad yoxa çıxır. Bunu etməyə çalışan hər kəs, sonradan hiss edəcək ki, o, mütləq Ev Sahibinin aşkar olmasına (təzahürünə) ehtiyac duymalıdır. Çünki Onu hiss etmədən, Onu görmədən mən əta etmək (vermək) hərəkətini yerinə yetirə bilməyəcəyəm. Və buna görə də başqa seçim yoxdur, mən Ona əta etmək üçün Ev Sahibinin aşkar olmasını tələb edəcəyəm, əks halda Ondan heç nə qəbul etməyəcəyəm. Və əgər Ev Sahibi, əgər Yaradan görsə ki, mən bu məsələdə israrlıyam — yəni yalnız Ona həzz vermək üçün qəbul edəcəyəm və əks halda qəbul etməyəcəyəm — O, Özünü mənə aşkar etməyə başlayır, Özünü göstərməyə başlayır və bununla mənə əta etmə hesabını (niyyətini) qurmağa kömək edir. Və o zaman biz bir-birimizlə bağlanmağa başlayırıq, Yaradanın gücü, Nurun gücü, üst qüvvə mənə aşkar olur və mən Onunla əlaqədə olmağa başlayıram. Lakin bu, yalnız o şərtlə mümkündür ki, mən öz xəttimdə israr edim və əgər Ev Sahibinin xeyrinə olmayacaqsa, əgər bu əta etmək olmayacaqsa, heç nə qəbul etmək istəməyim. Və o zaman mən bununla Onu Özünü mənə aşkar etməyə məcbur edirəm. Buna görə də, indidən etibarən biz artıq həyatımızın hər növ hallarında "praktik Kabbala" adlanan bu cür məşqləri etməyə başlaya bilərik; dünyadan qəbul etməyə başlamaq, yalnız Yaradanla bağlı olacaq şeyləri sınamaq. Gəlin görək biz bunda dura bilirikmi, yoxsa yox. Əgər bir insan Kabbala mütaliəsi vasitəsilə, belə bir cəhd vasitəsilə özünü elə bir vəziyyətə gətirərsə ki, orada həqiqətən desin: "Mən özüm üçün heç nə qəbul etmirəm, yalnız Ev Sahibinin xeyrinə qəbul edirəm və əgər O, Özünü aşkar etməsə, mən heç nə qəbul etmirəm", o zaman Ev Sahibi Özünü aşkar etməlidir. Birinin yanına qonaq getdiyiniz halı yoxlayın və ondan bunu tələb edin: "Sənin xatirinə olmasa, qəbul etməyəcəyəm". O zaman o, özünü aşkar etməli, sizinlə əlaqədə olmalıdır. Və beləliklə məlum olur ki, belə bir halda biz Yaradanın təzahürü ilə, İlahi olanın aşkar olması ilə mükafatlandırılırıq. Və biz əta etmək üçün aşkar olmağı nə qədər çox tələb edə bilsək, Yaradan bir o qədər aşkar olacaq, çünki nəticədə bu, bizə əta etmənin daha yüksək dərəcələrinə çatmağa kömək edir.
-
Suallar və cavablar