Dərs 29. «Onluq» anlayışına giriş

Dərs 29. «Onluq» anlayışına giriş

Dərs məzmunu
Materiallar
Dərs 29
Mövzu: «Onluq» anlayışına giriş
İlkin mənbələrdən seçilmiş parçalar

Slaydlar 2-4

Baal Sulam “On Sfirotun Tədrisinə Giriş”, bənd 4

“Çünki həqiqətən və çox doğrudur ki, Yaradan Özü insanın əlini yaxşı taleyə qoyur, ona iztirab və əzablarla dolu, hər cür məzmundan məhrum maddi həyatın içində zövq və həzz verməklə, belə ki, bu, mütləq insanı yerindən qoparır və o, ona hər hansı sakit bir yer göstərilən kimi, hətta bir yarıqdan belə, oraya qaçır. O, ölümdən də ağır olan bu həyatdan oraya qaçıb qurtulmaq istəyir. Və insan üçün Yaradan tərəfindən bundan böyük göstəriş yoxdur.

İnsanın seçimi isə yalnız möhkəmlənməkdən ibarətdir, çünki əlbəttə, bədənini təmizləyənə və Tövratı və ehkamları lazım olduğu kimi, yəni özündən həzz almaq naminə deyil, Yaradana həzz vermək üçün yerinə yetirə bilənə qədər böyük iş və çoxsaylı səylər tələb olunur, bu da “Lişma” adlanır. Və yalnız bu şəkildə Tövratın yerinə yetirilməsini müşayiət edən xoşbəxt və şirin həyata layiq olur.

Lakin insan belə təmizliyə çatmazdan əvvəl, əlbəttə ki, hər cür vasitə və hiylələrlə yaxşı yolda möhkəmlənməyi seçir. Və təmizlənmə işini başa çatdırana qədər əlindən gələni edəcək; və yolun ortasında öz yükünün ağırlığı altında yıxılmayacaq.”


.

Slayd 5

Lyadlı Ravvin Şneur Zalman. Tanya, İgeret Kodeş, 23

“Mişna müdrikləri öyrədirdilər: oturub Tövratı öyrənən on yoldaşın arasında Şxina məskən salır, çünki insanın bütövlüyü bundadır”.


Slayd 6

Rabaş. Məqalə 28 (1986) “On nəfərdən  az toplantı yoxdur”

“Müdriklər dedilər: «Hər onluqda Şxina məskən salır». Məlumdur ki, Malxut “onuncu” adlanır. Həmçinin məlumdur ki, alan kli də Malxut adı ilə adlanır – ali bolluğu alan onuncu sfira. O, “almaq arzusu” adlanır və bütün yaradılanlar yalnız ondan qaynaqlanır. Buna görə də ondan az toplantı yoxdur: çünki bütün maddi budaqlar ali köklərdən qaynaqlandığına görə, “on sfirotu olmayan nur yoxdur” prinsipinə uyğun olaraq, maddi aləmdə ruhani pillələrin nümunəsinə görə toplantıda on nəfər yoxdursa, bu vacib bir şey sayılmır”.


Slayd 7

Maor ve-Şemeş (Nur və günəş). Vayexi fəsli

“Toplantıda əsas olan budur ki, hamı birlikdə olsun və birlikdə bir şeyi – Yaradanı tapmağı istəsin, çünki hər onluqda Şxina mövcuddur. Əlbəttə, əgər on nəfərdən çox varsa, Şxinanın daha böyük aşkarlanması var. Qoy hər kəs yoldaşı ilə birləşsin və onun yanına gəlsin ki, ondan Yaradanın işi haqqında və Yaradanı necə tapmaq haqqında nəsə eşitsin, və özünü yoldaş qarşısında ləğv etsin, yoldaş da özünü onun qarşısında ləğv etsin, və hamı belə etsin. Və hər halda, toplantı bu niyyətlə keçiriləndə, necə olursa olsun, buzov yemək istədiyindən daha çox, inək onu yedirtmək istəyir. Hər halda Yaradan Özünü onlara yaxınlaşdırır və onlarla məskən salır…”


Slaydlar 8-9

Rabaş. Məqalə 6 (1984) “Yoldaşlara sevgi – 2”

“Əgər bir neçə insan toplaşırsa və onlarda eqoist sevgidən çıxmağa dəyər olduğuna [inandıran] bu kiçik qüvvə varsa, lakin xarici kömək olmadan müstəqil ola bilmələri üçün onlarda əta etmənin bütün qüvvəsi və əhəmiyyəti yoxdursa, və bütün bu insanlar hər biri digərinin qarşısında özünü ləğv edirsə,hamısında potensial olaraq Yaradana sevgi var, lakin praktikada bunu həyata keçirə bilmirlər, buna görə də hər kəs qrupa daxil olub qrup qarşısında özünü ləğv etməsi sayəsində vahid bədən yaranır. Və bu bədən, məsələn, on nəfərdən ibarət olduqda, bu bədəndə onun tək olduğu haldakından on dəfə böyük qüvvə olur.

Lakin bir şərtlə ki, onlar toplandıqda, hər kəs düşünsün ki, indi özünə sevgini ləğv etmək məqsədi ilə gəlib, yəni indi almaq arzusunu necə dolduracağını düşünməsin, indi mümkün qədər yalnız yaxınına sevgi haqqında düşünsün, [çünki] yalnız bunun sayəsində o, əta etmək arzusu adlanan yeni xüsusiyyəti almaq üçün arzu və ehtiyac əldə edə bilər. Yoldaşlara sevgidən isə o, Yaradana sevgiyə çata bilər, yəni Yaradana həzz vermək istədiyi zaman”.


 

Slayd 10

Baal Sulam, məktub 47

“Mən sizə yoldaşlara sevginin təsir gücünü bir daha xatırladacağam – məhz bu anda, – çünki bizim mövcud olmaq haqqımız bundan asılıdır və yaxın olduğumuz uğurumuzun ölçüsü bununla ölçülür.

Buna görə də bütün [öz] xəyali məşğuliyyətlərinizdən azad olun və ürəyinizi düzgün düşüncələr düşünməyə və düzgün hiylələr icad etməyə verin ki, ürəklərinizi həqiqətən bir ürəkdə birləşdirəsiniz və sizdə deyilən sadəlikdə yerinə yetsin: «Yaxınını özün kimi sev» . Və siz bütün günahları örtəcək sevg düşüncəsindən təmiz olacaqsınız, və məni bunda sınayın, və həqiqi ölçüdə sevgidə birləşməyə başlayın, onda görəcəksiniz, «və damaq dadı hiss edəcək»”.


Slayd 11

Rabaş, məqalə 7, 1984

“…«Yaxınını özün kimi sev» qaydasını yerinə yetirmək istəyən və bütün niyyəti eqoist sevgidən çıxmaq və öz üzərinə başqa təbiəti, yəni yaxınına sevgini qəbul etmək olan kəs. Lakin, baxmayaraq ki, bu yerinə yetirilməli olan bir ehkamdır və insan özünü buna güclə məcbur edə bilər, sevgt ürəyin ixtiyarında olan bir şeydir, ürək isə təbiətcə buna razı deyil. Belə olan halda insan nə edə bilər ki, yaxına sevg onun ürəyinə toxunsun?”


Slaydlar 12-13

Rabaş. Məktub 40

“Onun yoldaşına verdiyi hər bir hədiyyə , bu, daşa boşluq açan güllə kimidir, və baxmayaraq ki, birinci güllə daşda yalnız görünməz bir cızıq qoyur, lakin eyni yerə dəyən ikinci artıq çapıq , üçüncü isə dəlik açır.

Və onun hədəfə göndərdiyi güllələrin köməyi ilə dəlik böyüyür və yoldaşın daş ürəyində boşluq əmələ gəlir, orada bütün hədiyyələr toplanır, və hər bir hədiyyə sevgi qığılcımları verir, ta ki daş ürəyin boşluğunda bütün sevgi qığılcımları toplanana və onlardan alov yaranana qədər.

Qığılcımla alov arasındakı fərq isə ondadır ki, sevgi olan yerdə o, çölə çıxır, yəni bütün xalqlara aşkarlanır ki, onda sevgi odu alovlanır. Və sevgi odu yolda rast gəlinən bütün günahları yandırır”.


Slaydlar 14-15

Rabaş. Məktub 40

“Ürəklərin sürtünməsi sayəsində, hətta bunlar bahadırların ürəkləri olsa belə, hər kəs öz ürəyinin divarlarından istilik saçır, istilik isə sevgi qığılcımları yaradır, ta ki onlardan sevgi libası əmələ gələnə qədər, və onda onların hər ikisi bir örtük altında gizlənir, yəni bir sevgi onların hər ikisini bürüyəcək və örtəcək, çünki məlumdur ki, qovuşma iki obyekti  birləşdirir.

Və yoldaşın sevgisini hiss etməyə başladıqda, onda dərhal sevinc və həzz oyanır.

Çünki yoldaşın onu sevməsi – onun üçün yeni bir şeydir, çünki o həmişə yalnız özünün öz sağlamlığı və rifahı haqqında qayğı çəkdiyini bilirdi. Lakin yoldaşının onun haqqında qayğı çəkdiyini aşkarladığı anda, bu onda təsvir edilə bilməyən sevinc oyadır və o artıq yalnız özü haqqında qayğı çəkməyə qadir olmur, çünki insan yalnız həzz hiss etdiyi yerdə səy göstərə bilər.Yoldaşın qayğısına qalmaqda həzz hiss etməyə başladığına görə isə, o özü haqqında düşünməyə qadir deyil”.


 

Slayd 16

Baal Sulam, Şamati 225. “Özünü qaldırmaq”

“İnsan özünü çevrəsindən yuxarı qaldırmaq mümkün deyil. Buna görə də insan öz mühitindən qidalanmalıdır. Və onun üçün Tövrat və böyük səylər vasitəsilə [irəliləməkdən] başqa heç bir məsləhət yoxdur.

Buna görə də əgər insan özü üçün yaxşı mühit seçirsə, o zaman vaxtda və səylərdə qazanır, çünki o, öz mühitinin ardınca gedir”.