Dərs #15. On Sfirotun Tədrisi
Dərs #15. On Sfirotun Tədrisi
SLAYD #2
Kabala dili həqiqətən də tam mənada bir dildir, həm kök və budaq, həm də səbəb və nəticə baxımından çox dəqiqdir və xüsusi bir üstünlüyə malikdir: Bu dildə həm xüsusi elementlər, həm də həmin xüsusi elementlərin elementləri haqqında heç bir məhdudiyyət olmadan danışmaq mümkündür. Bundan əlavə, ondan istifadə edərək,onu özündən əvvəl və ya sonra gələnlərlə əlaqələndirməyə ehtiyac olmadan istənilən elementə dərhal çatmaq olar,.
SLAYD #3
Lakin bütün bu açıq-aşkar yüksək üstünlüklərinə baxmayaraq, onun böyük bir çatışmazlığı var: onu dərk etmək çətindir və demək olar ki, onu yalnız bir müdrik kabalist ağzından, anlayışı olan diğər müdrikin ağzına ötürülmə yolu ilə dərk etmək mümkündür. Başqa sözlə, hətta əgər o, qeyd olunan pillələrin bütün ardıcıllığını, həm aşağıdan yuxarıya, həm də yuxarıdan aşağıya doğru öz anlayışı ilə dərk edirsə belə, bu dili heç vaxt başa düşə bilməz, ta ki onu artıq öz müəllimindən «panim el panim» (üzbəüz) qəbul etmiş olan müdrikin ağzından almayana qədər.
(Baal Sulam “Kabala elmi və onun mahiyyəti”)
SLAYD #4
Əvvəlcə on sfirotun adları ilə tanış olmaq lazımdır.
KAХAB ХAQAT NEХIM – bu, Keter, Xoxma, Bina, Xesed, Qvura, Tiferet, Netsax, Xod, Yesod, Malxut adlarının ilk hərfləridir. Və bu, aşağıların bu nuru ala bilməsi üçün müəyyənləşdirilmiş Yaradanın nurunun on növ örtülməsidir. Günəşin işığına yalnız onu azaldan və gözün görmə qabiliyyətinə uyğunlaşdıran tutqunlaşdırılmış şüşə eynək vasitəsi ilə baxmaq mümkün olduğu kimi, aşağılar da eyni qaydada əgər o, «on sfirot» adlanan on örtüklə örtülməsəydi,Yaradanın nurunu dərk edə bilməzdilər. Bu zaman biri o birindən nə qədər aşağıdırsa, Yaradanın nurunu bir o qədər çox örtür.
Baal Sulam, “Sulam” şərhinə giriş, b. 1
SLAYD #5
Bil ki, hər bir aləm on sfirotdan ibarətdir və hər bir sfira özündə daha on sfiranı ehtiva edir, və bu onların hər biri öz növbəsində yenə on sfiranı ehtiva edir və bu, Sonsuzluğa qədər belə davam edir. Belə ki, biz ayırd etdiyimiz və bütün nurlar arasında qeyd etdiyimiz hər bir nurun özündə on sfiranı ehtiva etdiyini başa düşməliyik.
Ramxal, “Hikmət” məqaləsinin qaydaları
SLAYD #6
Və bu, Ari-nin əsərlərində gətirilən “Sonsuzluq nuru aşağıları işıqlandırır” ifadəsinin mənasıdır. Çünki Sonsuzluq, Öz məxluqlarına həzz bəxş etməık istəyinə deyilir. Və biz çoxlu aləmlər, on sfirot və digər adları fərqləndirsək də, bütün bunlar Yaradılış Məqsədi adlanan Sonsuzluqdan irəli gəlir.
Sfiraya və ya aləmə verilən ad isə ona görədir ki, Sonsuzluqdan ötürülən ali xeyir məhz bu sfira və ya aləm vasitəsi ilə enir. Yəni aşağılar Yaradanın xeyirini hazırlıq və islah olmadan ala bilmədiklərinə görə – belə ki, aşağı olanın ala bilməsi üçün uyğun hala gəlməsi lazımdır – buna görə də, alınma imkanını yaradan və mövcud edən bu islahatlar «sfirot» adlanır.
Baal Sulam, “Şamati”, məqalə 73.
SLAYD#7 ÜÇOXLU MODEL

SLAYD#8- - "Tsimtsum Dünyası"-nın diaqramı

SLAYD #9
155.Və soruşmaq lazımdır: Niyə kabalistlər hər kəsə Kabala elmini öyrənməyi vacib bilmişlər? Lakin burada böyük və elan olunmağa layiq bir həqiqət gizlənmişdir, çünki Kabala elmi ilə məşğul olanlar üçün ölçüyəgəlməz dərəcədə möcüzəli bir xüsusiyyət mövcuddur. Və hərçənd ki, onlar öyrəndiklərini başa düşmürlər, lakin öyrəndikləri materialı anlamağa qarşı güclü istək və meyl sayəsində onların ruhlarını əhatə edən nurları özlərinə cəlb edirlər.
Baal Sulam, TES-ə Ön söz, b. 155.
SLAYD #10
156.Lakin bu elm ilə məşğul olmaq üçün ciddi bir şərt mövcuddur: anlayışları xəyali və maddi şeylərlə təsəvvür etməmək, çünki bu zaman insanlar «Özünə büt və hər hansı bir təsəvvür yaratma» əmrini pozurlar. Üstəlik, bu, fayda əvəzinə zərər gətirir. Buna görə də müdriklər ehtiyat naminə bu elmi yalnız qırx yaşdan sonra və ya ravın ağzından və s. öyrənməyi tövsiyə etmişlər. Və bütün bunlar yuxarıda deyilənlərdən irəli gəlir.
Baal Sulam, TES-ə Ön söz, b. 156.
SLAYD#11 - "On Sfirotun Tədrisi"nin 6 cildi - İvrit Nəşri

SLAYD #12 - "On Sfirotun Tədrisi"nin İlk Səhifəsi

SLAYD #13 - Baal Sulamın "Sözlərin Mənası üçün Cavablar Cədvəli" əlyazması

SLAYD #14 - "Baal Sulam"ın "Sözlərin Mənası ilə Bağlı Cavablar Cədvəli" adlı əlyazması
SLAYD # 15
1.Nur (Or) nədir?
Aləmlərdə kelim (qablar) materiyası istisna olmaqla,"yeş mi yeş" (var olanın var olandan çıxması) kimi alınan, hər şeyi əhatə edir.
Baal Sulam, “On Sfirotun Tədrisi”. 1-ci hissə. “İxtisar və xətt. Sözlərin mənası haqqında cavablar.”
SLAYD# 16
(20). Sonsuzluqdan məxluqlara yayılan nur birbaşa nur adlanır və bu nur, aşağıda izah olunacaq zivuq de-akaanın gücü ilə yuxarı qalxan əks olunan nur vasitəsilə məxluqla bağlanır. O, birləşmə, əlaqə adlanır, çünki bu əks olunan nur düz xəttin 4-cü mərhələsində ekrandan yuxarı qalxır. O, ali nuru dairəvi şəkildə əhatə edib örtür, belə ki, əgər əks olunan nur ali nuru örtməsə, o zaman bu nur məxluqlar üçün mövcud olmayan sayılır. Çünki onu yalnız əks olunan nur adlanan bu örtüklə dərk etmək mümkündür.
Baal Sulam, “On Sfirotun Tədrisi”. 2-ci hissə, 1-ci fəsil, b. 20
SLAYD 17 - şəkil

SLAYD #18
Talmud Eser Sfirot-da (On Sfirotun Tədrisi) deyilir ki, «ekrandan yuxarı qalxan əks olunan nur… “birləşmə” adlanır, çünki o, ali nuru dairəvi şəkildə saxlayır və tutur. Belə ki, əks olunan nur ali nuru bürümədiyi yerdə, məxluq üçün bu nur sanki mövcud deyil, çünki onu bu bürünmə – əks olunan nur olmadan dərk etmək mümkün deyil».
Və izah olunduğu kimi, əgər əks olunan nur adlanan bürünmə yoxdursa, o zaman ali nurun məxluq üçün sanki mövcud olmadığı hesab olunur. Və çünki əks olunan nurun bütün mahiyyəti ondan ibarətdir ki, insan yalnız əta etmə niyyətinə uyğun olaraq alır, özü üçün almaqdan çıxmayana qədər onda bu əks olunan nur yoxdur. Buna görə də, «bütün yer Onun şöhrəti ilə doludur» deyilsə də, aşağı olan üçün sanki O mövcud deyil.
Rabaş, qeyd 557. Əks olunan nur haqqında.
SLAYD №19
Və dərketmə dərəcələri zaman-zaman dəyişir, çünki bu, aşağıların hazırlığından asılıdır — hazırlığın az və ya çox olmasına uyğun olaraq Nur aşkar olunur. Hər bir dərketmə ölçüsünün özünəməxsus adı var, çünki sfirot örtüklər adlanır. Və insanın səylərinə uyğun olaraq, bu örtüklər aradan qalxır və sfira parıldamağa başlayır...
...Və hər bir sfiraya verilmiş adlar ona görə belədir ki, Tədricən Yaradanın Nurunu öz əməyi ilə dərk etmişlərin hamısı istəyirdi ki, onların arxasınca gedənlər də artıq onların aşkar etdiyi Nurdan zövq ala bilsinlər. Ona görə də hər bir dərketməyə ad vermişlər ki, onların niyyətlərini və nail olduqları dərəcələri digərləri də başa düşə bilsin. Və bununla onlar arasında ortaq bir dil yaranacaq.
– Rabaş, Məktub 19