883. Çünki insan - çöl ağacıdır - 1
"Ravvin Yoxanan dedi: "Niyə deyilir: "Çünki insan - çöl ağacıdır"¹, məgər insan çöl ağacıdır? Lakin bu ona görədir ki, deyilir: "Çünki ondan yeyirsən və onu kəsmə"¹, və deyilir: "Onu poza və kəsə bilərsən"². Necə? Əgər müdrik olan layiqdirsə, ondan ye və onu kəsmə, əgər yox, onu poza və kəsə bilərsən"³.
Və soruşmaq lazımdır ki, layiq olan müdrikin bəhrəli ağaca, layiq olmayanın isə bəhrə verməyən ağaca nə münasibəti var? Axı Yazı deyir: "Onun ağaclarını onlara balta qaldıraraq pozma, çünki ondan yeyirsən... yalnız bəhrə vermədiyini bildiyin ağacı poza və kəsə bilərsən"⁴.
Və budur, Zoar kitabı deyir: "Başqa tanrı isə axtalanacaq və bəhrə verməyəcək" (bax Zoar kitabına Ön söz, b. 23). Və orada belə deyilir.
"Və buna görə də onda səhv edənlərdə və murdarlıq aləmlərinin ABYA yolları ilə gedənlərdə onların mənbəyi quruyur və onlarda bərəkət üçün heç bir ruhani bəhrələr yoxdur, və onların qüvvələri tamamilə qurtarana qədər tükənir. Və onların tam əksi - müqəddəsliyə tutunanlardır ki, öz əllərinin əməllərinin bərəkətinə nail olurlar, necə ki deyilir: "Su axarlarının yanında əkilmiş ağac kimi vaxtında bəhrə verir və yarpağı solmur. Və nə edərsə, uğur qazanar"⁵"⁶.
Və buradan layiq olan müdrikin bəhrəli ağacla əlaqəsini başa düşmək olar ki, Yazı onun haqqında deyir: "Çünki ondan yeyirsən və onu kəsmə"¹. Çünki bəhrə verən ağac müqəddəsliyin əlamətidir, bəhrə verməyən isə murdarlığın əlamətidir və o, layiq olmayan müdrik adlanır.
Həmçinin: ""Budur Nuhun nəsilləri" yazılıb⁷. Buna görə deyilir: "Saleh insanın bəhrəsi - həyat ağacıdır"⁸. Saleh insanın bəhrələri nədir? Əmrlər və xeyirli işlər"⁹. Və buradan izah etmək lazımdır: əgər müdrik olan layiqdirsə, yəni bəhrə verirsə, yəni onda əmrlər və xeyirli işlər varsa, "ondan ye", əgər yoxsa - "onu pozmaq və kəsmək olar".
Və məhz bu kəlamdan əvvəl Qmara belə bir ifadə gətirir:
«Biz öyrəndik ki, Ravvin Bnaa deyir: “Kim Tövratı lişma-da öyrənirsə, Tövrat onun üçün həyat cövhərinə çevrilir, necə ki deyilib: ‘O, ona sarılanlar üçün həyat ağacıdır’¹⁰ və deyilib: ‘Bu, sənin bədənin üçün şəfa olacaqdır’¹¹ və deyilib: ‘Çünki Məni tapan həyat tapar’¹². Amma kim Tövratı lo lişma-da öyrənirsə, Tövrat onun üçün ölüm cövhərinə çevrilir, necə ki deyilib: ‘Tədrisim yağış kimi yağıb töküləcək (yaarof)’¹³, və “arifa” yalnız öldürmə mənasını daşıyır, necə ki deyilib: ‘Orada dərədə dananın boynunu sındıracaqlar’¹⁴”»³.
Və anlamaq lazımdır ki, niyə bu ifadələr bir-birinin ardınca gətirilmişdir.
Və başa düşməliyik ki, Ravvin Yoxanan burada mütləq şəkildə demək istəmir ki, kimsə müdrikdən dərs alarkən onun layiqli olub-olmadığını yoxlamalıdır. Burada söhbət şagirddən gedir – onun necə öyrəndiyindən.
Yəni, əgər insan Tövratı öyrənir və görürsə ki, öyrəndiyi sözlər onu bu tədrisin bəhrələrinə – yəni əməllərə və xeyirxah işlərə gətirmir, onda “onu kəs və ondan yemə”. Əksinə, o, Tövratı öyrənərkən diqqət etməlidir ki, bu Tövrat ona əmr və xeyirxah əməlləri yerinə yetirmək üçün güc və qüvvət versin – hansı ki, bəhrələr adlanır – və məhz ondan yesin.
Bu yolla müdriklərin aşağıdakı ayə haqqında dediklərini də anlamaq olar:
«Sənin Qüdrətli olan Yaradanın gözləri onun üzərindədir»¹⁵ – bəzən xeyir üçün, bəzən isə şər üçün.
“Xeyir üçün” – bu necə olur? Əgər İsrail Roş a-Şanada tam günahkar sayılmışdısa və onlara az yağış hökm olunmuşdusa, amma sonradan tövbə etdilərsə, artıq hökm dəyişdirilə bilməz, çünki qərar verilib. Lakin Yaradan yağışları onların ehtiyacı olan torpaqlara göndərir. (Raşi izah edir: “Ehtiyacı olan torpaqlara” – yəni əkin sahələrinə, bağlara və üzümlüklərə). Hər şey torpağın ehtiyacına görə olur.
Bəzən şər üçün – bu necə? Əgər İsrael Roş a-Şanada tam saleh idisə və onlara bol yağışlar müəyyən edilmişdisə, sonunda isə pozulublarsa, onları [yəni yağışları] azaltmaq mümkün deyil, çünki qərar artıq onlar üçün qəbul olunub, lakin Yaradan onları vaxtsız yerə göndərir ,harada ki, onlara ehtiyac yoxdur. (Və Raşi izah edir: "Onlara ehtiyacı olmayan yerə" - meşələrə və səhralara)»¹⁶.
Yağışlar isə su deməkdir və Tövratdan başqa su yoxdur. Və müdriklər demişlər: "Əmrin mükafatı - əmrdir"¹⁷. Yəni Roş a-Şanada insan öz əməllərinə görə mühakimə olunur. Və hökm çıxarırlar ki, bu saat o nə qədər Tövrat öyrənəcək.
Buna görə də əgər onun əməlləri Roş a-Şanada saleh xassəsində idisə, ona bol yağışlar müəyyən edirlər. Sonra isə "onlar pozuldular", yəni günah etdilər və o zaman o, günahkar xassəsi adlanır. "Günahkara Qüdrətli dedi: 'Niyə sən Mənim qanunlarımı sadalayırsan?'"¹⁸ Və onda O, ona hökümdə müəyyən edilmiş yağışları verir.
Məsələn, ona müəyyən edilir ki, gündə səkkiz saat oxusun. Onda ona səkkiz saat oxumaq verilir, lakin elə bir yerdə ki, “orada buna ehtiyac yoxdur”, yəni meşələrdə və səhralarda – yəni elə yerlərdə ki, orada bəhrə vermək mümkün deyil.
Yəni ona elə şeylər öyrədilir ki, onlar onda bəhrə vermir, yəni əmr və xeyirxah əməllər doğurmur. Əksinə, bu tədris onun üçün ölüm cövhəinə çevrilir, necə ki, müdriklər demişlər: «Tövratı “lo lişma-da” öyrənən hər kəs üçün…».
Halbuki əgər o, Roş a-Şanada günahkar idisə və ona az yağış hökm olunmuşdusa, yəni gündə cəmi iki saat öyrənəcəyi qərara alınmışdısa, lakin sonradan tövbə edib dönüş etmişdirsə, onda ona Tövratdən az miqdar verilir, amma elə bir yerdə ki, oradan bəhrə versin – yəni “üzüm bağları, tarlalar və bağlar” adlanan yerdə. Yəni bu Tövratdan “əmrlər və xeyirxah əməllər” adlanan bəhrələr yetişsin deyə.