-
Yüngül ehkamı yerinə yetirməkdə ağır olanı yerinə yetirdiyin kimi ehtiyatlı ol – 3
“Yüngül bir ehkamı yerinə yetirməkdə, ağır olanı yerinə yetirdiyin kimi ehtiyatlı ol”.
“Yüngül ehkam” insanın gözündə yüngül və elə də vacib görünməyən sayılır; bu da inamla bağlıdır, çünki inam biliyin fövqündədir və inam üçün böyük biliyə ehtiyac yoxdur, çünki bu, ağıl ilə dərk olunmur, qəlb ilə qəbul olunur.
“Ağır ehkam” isə – insan üçün böyük əhəmiyyət daşıyan bilikdir, çünki məlumdur ki, hər kəs dərkə nail ola bilmir.
Bu səbəbdən dərkə gəldikdə, insan əlindən çıxmasın deyə (aman, Yaradan eləməsin), çalışqanlıq göstərir. Yaxud da, yalnız biliklə dərk oluna bilən şeylər üçün güc sərf edə bilər, çünki bu, onun xeyrinədir. Amma inamla bağlı olan şeylər onun gözündə əhəmiyyət daşımır və o, tənbəlliyinə qalib gələ bilmir və elə də vacib saymadığı bir şey üçün güc sərf etmək istəmir.
Buna görə də deyilmişdir: “Yüngül bir ehkamı yerinə yetirməkdə, ağır olanı yerinə yetirdiyin kimi ehtiyatlı ol, çünki sən ehkamların əcrini bilmirsən”.
Yəni insan düşünür ki, əcr yuxarıda sevinc doğuran şeyə görə verilir. Ona görə də insan məşğul olduqda və öz işində bərəkət istəyirsə, yəni Tövratda yeni halları aşkar edə bildiyi və həyatverici gücü hiss etdiyi bir hal içindədirsə və ya dua etdiyi zaman məhəbbət, qorxu, birləşmə və ilham hiss edirsə – bu zaman o, cəhd göstərir və işini davam etdirmək istəyir.
Hətta görsə ki, vaxtı yoxdur və onu məşğuliyyətlər bürüyüb, yenə də Tövrat və duaya davam etmək üçün son gücünü verə bilər, çünki o, burada bilik hiss edir, yəni bilir və hiss edir ki, Tövrat və dua yuxarıda sevinc doğurur. Bu səbəbdən həmin anda o, bütün imkanları daxilində işini canla-başla yerinə yetirir.
Amma yüngül ehkamda, yəni yalnız yuxarı səma Malxutunun yükünü qəbul etmək qüvvəsinin olduğu halda isə, Tövratda dad hiss etmir və duaya gücü çatmır; belə zaman onun üçün əhəmiyyət daşımır.
Və bu cür işdə onun üçün əhəmiyyət olmadıqda, çalışqanlıq göstərmək və maneələrə qalib gəlmək istəmir, çünki deyir ki, belə ya elə, Tövrat və ehkamlarla məşğul olduqda həyat gücü hiss etmədiyi zaman bu, yuxarıda da əhəmiyyət daşımır və buna görə də bunun üçün böyük mükafat da almayacaq. Və kiçik bir maneədən sonra hər şeyi tərk etmək istəyir.
Lakin deyilmişdir: “Sən ehkamların mükafatını bilmirsən”. Yəni, Yaradan, insanın kiçik halından – yəni heç bir bilik olmadan səma Malxutunun yükünü qəbul etdiyi vəziyyətindən – onun bütün digər hissiyyat halında olduğu böyük vəziyyətinə nisbətən daha çox zövq alır. Çünki yuxarıda kiçik vəziyyətdə edilən iş böyük vəziyyətdə edilən işdən daha qiymətlidir.
Amma insan bilmir ki, hansı haldan yuxarıda daha çox zövq var, buna görə də “ağır olanı yerinə yetirdiyin kimi”, – yəni böyük vəziyyətdə,“yüngül ehkamı yerinə yetirməkdə də ehtiyatlı ol”, – yəni kiçik vəziyyətdə .