<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Müxtəlif qeydlər / 249.Günah edərəm və tövbə edərəm

  1. Günah edərəm və tövbə edərəm

«Günah edərəm və tövbə edərəm» – deyənə tövbə etmək imkanı verilmir». Sual: niyə?

Görürük ki, Məsih haqqında Müqəddəs Yazıda deyilir: «Və O, onu Yaradan qarşısında qorxu (titrəyiş) ruhu ilə dolduracaq». Və başa düşmək lazımdır ki, niyə Yaradan qarşısında qorxu məhz ruhla müqayisə edilir.

Görürük ki, insan hər zaman ruhu [yəni havanı] içərisinə çəkməlidir, əks halda o, həyatdan ayrılar. Və bu hava mütləq içəri–bayıra hərəkət etməlidir, yəni o, havanı bədəninə çəkəndən sonra onu dərhal çölə buraxmalı və elə həmin an yenidən yeni hava çəkməlidir. Əvvəlcədən içərisinə çəkdiyi hava ona yalnız müəyyən vaxt üçün kömək edir. Və əgər o, öz varlığını davam etdirmək istəyirsə, dərhal yenidən yeni hava çəkməyə məcburdur.

Ruhani hava ilə – yəni «göylərdən qorxu» adlanan hava ilə də eyni cürdür. Hər dəfə göylərdən qorxunu yenidən öz üzərinə götürmək lazımdır, yəni o, daha əvvəl öz üzərinə yuxarı Malxutun boyunduruğunu götürdüyü ölçü yalnız müəyyən vaxt üçün kifayətdir.

Və əgər o, ruhani varlığını – inam adlanan bu varlığı – davam etdirmək istəyirsə, yuxarı Malxutun boyunduruğunu qəbul etməyi yenidən öz üzərinə götürməlidir. Və bu da yalnız həmin an üçün kifayət edir və bundan dərhal sonra o, təzədən «özünə çəkməlidir».

Və o, inamın onda itəcəyini gözləməməlidir, yəni öz üzərinə götürdüyü inam ölçüsünün yox olmasını gözləməməlidir, əksinə, daim inamı yenidən–yenidən özünə cəlb etməlidir. Və inam hələ onun üzərində qərar tutduğu vaxtda, o, göylərdən qorxunu yenidən öz içinə çəkməlidir – eynilə maddi nəfəsalma zamanı olduğu kimi. Axı insan, bədənində olan bütün havanın tamamilə çıxmasını gözləmir ki, sonra yeni hava çəksin, əksinə, hər dəfə nəfəsini yeniləyir, yəni əvvəlki hava hələ fəaliyyət göstərdiyi halda onu dəyişir.

Ruhani hava ilə də eyni cürdür – o, onda olan ruhani havanı da dəyişməlidir. Hərçənd ki, özü hiss edir ki, hələ onda olan inam səviyyəsi ilə də tuta bilər, yenə də hər bir halda o, inamı yenidən öz üzərinə götürməlidir. Əks halda, nəticə etibarilə, həyatdan məhrum olacaq – eynilə yeni hava çəkməyən insanın maddi həyatdan məhrum olduğu kimi. Və sözlərin mənası budur: «Və O, onu Yaradan qarşısında qorxu ruhu ilə dolduracaq».

Ruhaniyyətdə da belədir – əgər o, inamı yenidən–yenidən öz üzərinə götürmürsə, ölü sayılır. Və hərçənd o, öldüyünü hiss etmir, bu, elə bir adam kimidir ki, o, ölüb, amma bunu hiss etmir. Ancaq canlanandan sonra bilir ki, bundan əvvəl ölü olub.

Ruhaniyyətdə da belədir – o, inamı yeniləməyəndə, ölü hesab olunur, lakin ruhaniyyətdə bunu hiss etmir. Və inamın boyunduruğunu yenidən öz üzərinə götürəndə, o, sanki canlandı sayılır və bu vəziyyət ölümdən dirilmə, yeni reinkarnasiya adlanır, hərçənd bədənin qüvvəsi hələ itməyib və ayrılmayıb.

Buna əsasən belə çıxır ki, əgər insan bir anlıq belə inam boyunduruğundan əl çəkməyə hazırdırsa, bu, sanki o, bir anlıq maddi həyatdan əl çəkməyə hazırdır. Və insan maddi həyatdan əl çəkməyə qadir olmadığı kimi, ruhani həyatdan da əl çəkməyə qadir deyil. Buna uyğun olaraq alınır ki, kim günah edibsə, ölüdür, əgər tövbə edibsə, onda artıq bunu başqa bir adam yerinə yetirib, çünki bu, eyni insan deyil, yeni bir varlıqdır.

Və sözlərin mənası budur: «“Günah edərəm və tövbə edərəm” – deyənə tövbə etmək imkanı verilməz» – yəni əgər o, günah edibsə, dərhal oradaca ölü hesab olunur. Və tövbə edən adam artıq yeni bir bədən sayılır, yəni yeni bir reinkarnasiya.