924.Və Yaradan Musaya dedi
«Və Yaradan Musa ilə danışdı və ona dedi: Mən – Yaradanam».
Bu kəlamın bizə nə demək istədiyini anlamaq lazımdır. Görünür, bu, müəllimimiz Musanın «Şmot» fəsli sonunda verdiyi suala aiddir. Orada belə deyilir: «O vaxtdan ki, mən firona Sənin adından danışmağa gəldim, bu xalqın vəziyyəti daha da pisləşdi, lakin Sən Öz xalqını qurtarmadın».
Musanın sualı ondan ibarət idi ki, o, onlara «lişma» xüsusiyyətində çalışmalı olduqlarını dedikdə, hamı düşündü ki, bu, onları işlərində daha da gücləndirəcək və qüvvətləndirəcək. Amma əslində əksinə oldu – onlar işdən zəifləmişdilər.
Belə olan halda, onlar Musaya qışqırmağa başladılar: «Bizə nə yaxşılıq etdin? Axı sən bizə söz vermişdin ki, Misir sürgünündən çıxacağıq, yəni sürgündə olan biliyimizdən azad olacağıq və sənin bizə verdiyin yol vasitəsilə, lişma xüsusiyyətində işləməklə,firon adlanan bədənimizin köləliyindən azad olacağıq. Amma əslində isə bizdə güc yoxdur. Belə olan halda, ağlımız bizə deyir ki, səndə olan o uca məqsədə çatmaq bizə qismət olmayacaq».
Buna cavab olaraq deyilir: «Və Yaradan Musaya dedı». «Yaradan» – təbiət xüsusiyyəti deməkdir. Yəni təbiət baxımından siz haqlısınız, sizdə bu işi davam etdirmək üçün güc yoxdur. «Və dedi ona: Mən – Yaradanam», yəni Yaradan – mərhəmət xüsusiyyətidir və mərhəmət baxımından güc və enerji cəlb etmək mümkündür, bu isə təbiətdən və ağıldan yuxarıdır, və burada artıq mübahisə etməyə yer yoxdur.
Axı insanın edə biləcəyi bütün mübahisələr ancaq ağılın dəlillərinə əsaslanır, halbuki ağıldan yuxarı olan hər şey mümkündür – yalnız inam xüsusiyyətində möhkəmlənmək lazımdır ki, Yaradan təbiətdən yuxarı səviyyədə kömək edə bilər. Əslində isə, insan yalnız təbiət daxilində bunun mümkün olmadığını qərara aldıqdan sonra, təbiətdən yuxarı bir şey ala bilər.
Və yalnız təbiətinə dair ümidsizliyə çatdıqdan sonra insan səmadan kömək istəyə bilər ki, ona təbiətdən yuxarı kömək edilsin.