<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Barux Şalom HaLevi Aşlaq (Rabaş)

895. Xanuka haqqında


Xanuka şamının [yandırılma] vaxtı – «[insan] ayağı bazardan çıxana qədər»1.

«Ayaq» sözü 'regel' «kəşfiyyatçı» 'meragel' sözündən gəlir. Bazar – çoxluğun hökmranlığıdır. Çünki biz Yaradanın hökmranlığında olanda, salehlikdə işləyirik və kəşfiyyatçılara yer yoxdur. Xanukada isə Xanuka nurunu, bazarda kəşfiyyatçıların bütün xassəsi ləğv olunana qədər cəlb etmək lazımdır, çünki nur olan yerdə Sitra Axraya yer yoxdur.

«Növbəti il [müdriklər] bu günləri bayram kimi [Halel oxunuşu] və şükür ilə təsbit etdilər»2. Bəs nə üçün onlar növbəti ili gözlədilər? Çünki birinci il, onlar qalib gələndə, möcüzənin böyüklüyü və aydınlığı səbəbindən, öz Yaradanları ilə birləşmişdilər və sanki bir bədən kimi olmuşdular, o dərəcəyədək ki, Haleli və şükürü qəbul olunmuş formalarında təsbit etməli deyildilər. Lakin növbəti il təsbit etmək lazım idi, – mismarlarla bərkitməyə bənzər, düşməsin deyə, – Haleli və şükürü, şükür vasitəsilə Yaradanla birləşmək üçün3.

Xanuka barədə mübahisələr Mişnada qeyd olunmayıb, baxmayaraq ki, Şamay evi ilə Hillel evi arasında mübahisə var, çünki Mişna dünyanın daxili tərəfidir. Bu [mübahisələr] yalnız Baraytada4 gətirilir, hansı ki, kənar tərəfdir, necə deyilir: «Çıx və bunu küçədə öyrət»5, çünki Xanuka, əsas aydınlığın müqəddəsliyi elə aparmaqda olduğunu göstərir ki, o, çöldə də nurlansın3.

Şamay evinin fikri – «tədricən azalır», bayram öküzü kimi, və bu, kənar müqəddəsliyin itələndiyini göstərir və [kənarlar] tədricən azalırlar. Hillel evinin [fikri] isə – «tədricən artır», və bu, müqəddəsliyə münasibətdə onu göstərir ki, müqəddəsliyi belə bir planda cəlb etmək lazımdır: «Müqəddəsliyə yüksəldirlər»3.

«Və sarayımın divarlarını deşdilər»6. «Divar»ın mənası – o, mühafizədir ki, yad biri sarayın içinə girməsin. «Saray»ın mənası isə – «bütün nemətlərlə dolu saray»7 adlanan müqəddəslikdir. Halbuki Sitra Axrada boşluqdan başqa heç nə yoxdur. Divar «müqəddəsliklə Sitra Axra arasında sahə və iz» adlanır və bu, inamdır. Və sahə adlanır, yəni düşüncənin və kənar ağlın sərhədi, və bu, «müqəddəs əhd nişanının izi» adlanır.

Anlamaq lazımdır: nə üçün yunanlar məhz sünnəti və şənbəni ləğv etmək istəyirdilər.

Sünnət «nişan» adlanır, şənbə də «nişan» adlanır, burada müqəddəs əhd nəzərdə tutulur. Əhdin mənası isə inamdır və buna işarə: «Ürəyinizin sünnət dərisini kəsin»8, çünki inam sayəsində insan Yaradanla birləşməyə layiq olur. «Dəri» adlanan klipa ondan [insandan] ayrılır və avtomatik olaraq müqəddəsliyin qalması üçün yer yaranır. Onların [yəni yunanların] bütün əməyi yalnız bunları ləğv etmək və onları inama zidd olan lənətli fəlsəfəyə yerləşdirmək idi.

Və bu, divar adlanır – onlar nə qədər fəlsəfə daxil etdilərsə, o qədər də divarın yarıldığı hesab olunur. Buna görə deyilir: «Və sarayımın divarlarını deşdilər və bütün yağı murdarladılar», çünki yağ Tövratda və işdə olan aydınlıq adlanır.

Və müqəddəsliyə münasibətdə axmaqlıq və karlıq yarandı, yəni onlar Tövratda və işdə heç bir həyat qüvvəsi hiss etmirdilər. Və yalnız bir küp yağ tapdılar ki, o, Baş Kahinin möhürü ilə möhürlənmişdi və [çırağın] yalnız bir gün yanmasına yetə bilərdi, onunla möcüzə baş verdi və onunla [çıraq] 8 gün yandırıldı.

«Və Öz böyük əli ilə O, möcüzəli vasitə törətdi»6.

Və anlamaq lazımdır: bu möcüzəli vasitə 'squla' nədən ibarətdir. «Tövratın Verilməsi» kitabında (p. 26) [Baal HaSulam] [ayəni] gətirir: «Və siz Mənə bütün xalqlardan seçilmiş olacaqsınız, çünki bütün yer Mənimdir»9. Və o soruşur: «seçilmişlik» 'squla' ilə «bütün yer Mənimdir» arasında necə əlaqə var. Və o orada izah edir ki, «siz Mənə “xüsusi vasitə” 'squla' olacaqsınız, çünki sizin vasitənizlə bədənin nurlanma və təmizlənmə qığılcımları bütün xalqlara keçəcək», çünki «xüsusi vasitə» 'squla' – yəni vermək arzusu nəzərdə tutulur.

Və əslində anlamaq lazımdır: nə üçün buna möcüzəli vasitə 'squla' deyilir. Çünki məlumdur ki, dünyada adət belədir: əgər ağıl nöqteyi-nəzərindən bir şey başqa bir vəziyyətə mütləq gətirən deyilsə, deməli səbəbin nəticə ilə birbaşa əlaqəsi yoxdur və bu, möcüzəli vasitə 'squla' adlanır.

Pul ehtiyacı olan, varlanmaq istəyən birinə deyirlər ki, möcüzəli vasitə 'squla' var – əgər o, xeyriyyəyə çox pul paylasa, bu, varlanmaq üçün möcüzəli vasitədir. Və ilk baxışdan bu, ağıla ziddir, çünki varlı olmaq istəyən hər qəpiyi başqasına verdiyinə heyfsilənir. Amma «onda birini ayır ki, varlanasan»10 – buna «möcüzəli vasitə» deyilir.

Bizim işlərimizə gəlincə, «yaşamaq istəyən özünü öldürməlidir»11, yəni həzzdə yaşamaq istəyən özünə heç nə istəməməli və almamalı, yalnız verməlidir, və yalnız bunun sayəsində o, xeyir və həzz alacaq. Deməli, vermək arzusu – bütün xeyrə onun vasitəsilə çatmağa imkan verən möcüzəli vasitədir.

Buna görə müdriklər dedilər: «Və Öz böyük əli ilə 'gdola'», hansı ki, mərhəmət əli adlanır, çünki mərhəmət 'xəsəd' «böyüklük» 'gdola' adlanır, İsrail xalqından bu möcüzəli vasitəni törətdi. Yəni O, yaranmışlara xesed xassəsi verdiyi üçün, onlar insanın tərkibindən ibarət olan verən kelim’i praktik olaraq həyata keçirə bilirlər.

Və bu, ayənin mənasıdır: «Çünki Sənin sağ əlin tövbə edənləri qəbul etmək üçün uzadılmışdır»12, yəni insan alan olmaq istəməyəndə, həmişə tövbə edənlərə aid olmaq istəyəndə, yəni almalı olduğu hər şeyi geri qaytaranda. Və onda, tövbə edənlərə aid olmaq istəyən [üçün], Sənin sağ əlin uzadılmışdır, yəni Yaradanın ona göndərdiyi mərhəmət xassəsi – bunun vasitəsilə O, möcüzəli 'squla' xassəsini törədir.

Müdriklərimiz dedilər: «Xanuka nədir? Dayandılar 'xanu' burada 'ko' (kaf–hey)». Məlumdur ki, «kaf–hey» malxut adlanır, Bon adı, alef–hey–yud, «hey» hərfi ilə doldurulmanın doldurulması ilə doldurulmuş. Bu o deməkdir ki, yuxarı malxutun boyunduruğunu üzərinə almaq üçün müharibə aparan o adamlar – çünki yuxarı malxutun qəbul edilməsi «alma uğrunda» əsasına söykəndiyindən, o zaman böyük müharibə olur, çünki bu, təbiətə ziddir. Buna görə də bu vəziyyətdən çıxış Xanuka möcüzəsi adlanır.

Və bu belə adlanır: «Təkəbbürlüləri yerə qədər alçaldan və aşağıları zirvələrə yüksəldən»13, çünki vermək xassəsi bizə alçaqlıq kimi görünür, belə ki, insan görür: bu əməl öz xeyri üçün heç bir kompensasiyaya gətirməyəcək, o, bunu alçaqlıq vəziyyəti kimi hiss edir.

Və bunun mənası odur ki, xanuka şamları ilə «bizə onlardan istifadə etməyə icazə yoxdur, yalnız onlara baxmaq olar»14. Çünki istifadə alma kelim’i vasitəsilə olur, burada isə möcüzə baş verdi: onlar Yaradanı verən kelim’i vasitəsilə xidmət etdilər.

Və bu, Xanuka ilə Purim arasındakı fərqdir, çünki xanuka möcüzəsi verən kelim’ə [yayılır], Purimdə isə möcüzə alan kelim’de baş verdi. Buna görə orada ziyafət və şənlik etmək adətdir, Xanukada isə «yalnız onlara baxmaq olar», istifadə etmək olmaz.