<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Rabaş / Müxtəlif qeydlər / 70.Müqəddəslik və Sitra Axra arasındakı fərq

70.Müqəddəslik və Sitra Axra arasındakı fərq

 

Müqəddəslikdə olan almaq istəyi ilə şər qüvvələrdə olan almaq istəyi arasındakı fərq ondadır ki, müqəddəslikdə yalnız almaq istəyinin bir hissəsi istifadə olunur, hansı ki, bu hissə bəxş etmə niyyəti ilə yönəldilə bilər. O halda isə almaq istəyinin, yalnız almaq niyyəti ilə istifadə olunan hissəsi müqəddəslikdə yer almır. Və təbii ki, almaq niyyəti ilə olan almaq istəyi islah olunmaz- deyə söyləmək olmaz, çünki bunun müqəddəsliklə heç bir əlaqəsi yoxdur. Çünki səndə olmayan  şeyi necə islah edə bilərsən?

Və Sitra Axra-da (şər qüvvələrdə) bu almaq istəyi yalnız almaq niyyəti ilə mövcuddur. Amma onu necə düzəldə bilərik, belə ki müqəddəslik nuru ora heç vaxt çatmır və  kelimlər vermək niyyətindən uzaqlaşaraq nur bolluğundan azad bir məkan halına gəlmişdir. O zaman onlar necə islah olunacaqlar, çünki bu kelimlərin düzəlməsi üçün nur və bolluq lazımdır, nur kelimləri islah edir, amma əgər o yoxdursa, onları nə düzəldəcək?

Buna görə də insan yaradılmışdır, hansı ki, 13 yaşa qədər yalnız almaq niyyəti ilə kelimlər əldə edir. Amma hələ nur olmadıqda, o, onu müqəddəslikdən ayıran kelimlər əldə edir. Və 13 yaşından sonra, ürəkdəki nöqtə ilə işləməyə başlayır, Tövrat və əmrləri bəxş etmə niyyəti ilə yerinə yetirəndə, o, müqəddəslikdən müəyyən bir dərəcəyə nail olur. Və artıq bu zaman Sitra Axra-dan əldə etdiyi kelimləri islah etməyə başlaya bilər.