<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

192. Təməllər

"Əgər bizi Sinay dağının yanına gətirsəydi, amma bizə Tövratı verməsəydi, bu bizə kifayət edərdi".

Müqəddəs yazıların şərhçiləri soruşurlar: Tövratsız "bizə kifayət edərdi" necə deyilə bilər? Axı, müdriklərin dediklərinə görə, Yaradan dünyanı Tövrat üçün yaratdı, necə ki, deyilir: "Gündüzlərim və gecələrimin birliyi olmasa, göyün və yerin qanunlarını meydana çıxartmaram" (Talmud, "Avoda Zara" traktatı, b. 3, s. 2).

Müdriklərin dediklərinə dair soruşmaq lazımdır: "Şər başlanğıcı Mən yaratdım, ona qarşı Tövratı ədviyyat (çarə) olaraq yaratdım" (Talmud, "Kiduşin" traktatı, b. 30, s. 1). Əgər Sinay dağı yanında durarkən onlardan çirkab çəkilib getsəydi, yəni onlardan şər başlanğıc ayrılıb getsəydi, deməli, artıq Tövrata ehtiyac qalmazdı?

O zaman onlara verilən Tövrat daha yüksək bir səviyyədə idi – bir mahiyyət şəklində, vasitə kimi deyil.

"Bir ayaq üstündə dayanan müddətdə mənə Tövratı öyrət" sualına cavab olaraq deyildi: "Özün nifrət etdiyin şeyi yaxının üçün etmə" (Talmud, "Şabat" traktatı, b. 33, s. 1). Necə ki, ravvin Akiva deyib: "Yaxınını özün kimi sev – bu, Tövratın böyük qaydasıdır". İsrail xalqı bu sevgiyə layiq olur, necə ki, müdriklər "Və xalq düşərgə qurdu… bir insan kimi, bir ürəkdə" ifadəsini izah edirlər.

Buradan belə nəticə çıxır ki, Tövratın verilməsi bir hədiyyə idi, yəni mahiyyət şəklində, 613 məsləhət adlanan əmr şəklində deyil.