879.Yaxşı yazı və imza
Biz görürük ki, insan dostuna yazmalı olduğu məktubu, istər ona nəsə bildirmək, istərsə də ondan nəsə istəmək üçün, mütləq özü yazmalı deyil. Çünki insan bu məktubu imzalayarsa, artıq kifayətdir ki, yazılmış məktub doğru sayılsın və o, onun göndəricisi hesab edilsin.
Əksinə də belədir: əgər insan özü məktubu yazıb, amma başqa birisi onun məktubunu imzalayıbsa, bu məktub artıq həqiqət olduğuna dəlil sayılmır, baxmayaraq ki, [alan] bunun dostunun xətti olduğunu bilir.
Yaradanın işində isə «yazı» adlanan şey qarayazıdır, yəni insan Tövrat və ehkamlarla məşğul olduqda, bu, onun qəlbinin lövhələrinə yazmaq adlanır, başqa sözlə, insanın etdiyi əməllər yazılır.
Biz istəyirik ki, yazı «xeyirə» olsun, yəni yaxşı əməllərə. «İmza» isə niyyətdir və məktubun mahiyyətinə şahidlik edir, yəni niyyətim hansı ehkamları icra etdiyimə şahidlik edir. Yəni onun niyyəti ehkamların icrasında göylər naminəmi yönəlmişdir, yoxsa,deyilməsi belə qorxuncdur,əksinə.
Belə çıxır ki, yazı, yəni ehkamlar və yaxşı əməllər, yaxşı yazı adlanır, yəni əksinə də ola bilər ki, o, – deyilməsi belə qorxuncdur– pis əməllər edir. Deməli, əvvəlcə yaxşı əməllər olmalıdır, yəni Tövrat və ehkamların ən sadə formada icrası.
Və sonra niyyət məsələsi ortaya çıxır ki, buna da «hamısını göylər naminə yönəltmək» deyilir. Çünki diqqət yetirməsə, insan hələ bilməyəcək ki, Tövratı və ehkamları kim naminə və kimin ehtiyacı üçün icra edir. Ola bilsin ki, bütün onun niyyəti – göylər naminə deyil. Buna görə də deyilir: «Yaxşı yazı və imza», yəni əvvəlcə əməl olmalıdır, «bədən» adlanan şey, və sonra niyyət gəlir, hansı ki, «ruh» adlanır.