Ruhani işdə xeyir-dua və lənət nə deməkdir
Rabaş. Məqalə 42, 1990-cı il:
Tövrat şərhçiləri yazılmış sözlər barədə sual verirlər: «Bax, Mən bu gün qarşınıza xeyir-dua və lənət qoyuram. Xeyir-dua – əgər Yaradanınızın, Qüdrətli olanın ehkamlarini dinləsəniz, hansı ki, mən bu gün sizə əmr edirəm. Və lənət – əgər dinləməsəniz». Və sual yaranır: niyə əvvəlcə tək halda «bax» deyilir? Həmçinin onlar niyə məhz «bu gün» yazıldığını soruşurlar?
Məlumdur ki, yaradılışın məqsədi Yaradanın Öz varlıqlarına həzz əta etmək istəyidir. Yəni bütün varlıqlar Yaradandan xeyir və həzz aldıqlarını hiss etməlidirlər. Və buna «Öz şöhrəti üçün bizi xəlq üdən Yaradana həmd olsun» deyilir. Bu o deməkdir ki, varlıqlar Yaradandan xeyir və həzz alırlar və varlıqlar Ondan xeyir və həzz aldıqda, bu, Yaradanın şərəfinə olur.
Belə çıxır ki, hər kəs Yaradana hörmət edir. Və bundan da Yaradanda izzət-hörmət yaranır. Əks halda, əgər varlıqlar xeyir və həzz almırlarsa, bu, Yaradana izzət qazandırmır. Yəni Yaradan varlıqları yaratdıqdan sonra onlar xeyir və həzz hiss etmirlərsə, əksinə, dünyada əzab çəkdiklərini hiss edirlərsə, bu, Yaradana hörmət gətirmir.
Və bu, deyildiyi kimidir: «Bədbəxtlik günündə Məni çağır — Mən səni xilas edəcəyəm və sən Mənə hörmət edəcəksən». Raşi izah edir: «Sən Mənə hörmət edəcəksən — çünki Mənim şöhrətim Mənə güvənənləri xilas etməyimdədir». Ancaq başa düşmək lazımdır ki, məgər Yaradanın varlıqların Ona hörmət etməsinə ehtiyacı varmı? Axı Onun istəyi yalnız əta etmək, xeyir və həzz verməkdir. Onda nə üçün deyirlər ki, Yaradan Ona güvənənləri xilas etməklə hörmət qazanır?
Cavab belədir: Yaradan nə vaxt bilir ki, varlıqlar Onun dünyanı varlıqlara xeyir və həzz vermək üçün yaratdığını bilirlər? Bu yalnız o zaman olur ki, varlıqlar Yaradana verdiyi xeyir və həzzə görə hörmət edirlər. Belə çıxır ki, «yaradılışın şöhrəti üçün bizi xəlq edən Yaradana həmd olsun» o deməkdir ki, varlıqlar Yaradana hörmət etdikləri zaman bu, onların xeyir və həzz aldıqlarına görə baş verir.
Belə çıxır ki, varlıqlar Yaradana xeyir və həzz aldıqları üçün təşəkkür etdikdə, bu hiss həzzin nəticəsidir; varlıqlar bu həzzi aldıqda o, alanların ürəyindən çıxır və təşəkkür sözləri ilə üzə çıxır. Yəni həzzin alındığı qədər Verənin hörməti üzə çıxır. Necə ki maddi aləmdə görürük: insan yoldaşına böyük hədiyyə verəndə alan şəxs ona nə qədər hörmət göstərir və ya kiçik hədiyyə verəndə necə hörmət göstərir. Yəni hədiyyə alanın hədiyyə verənə göstərdiyi hörmət hədiyyənin böyüklüyü, yəni alanın hissiyatının böyüklüyü haqqında təsəvvür yaradır.
Məsələn, Yaradanın yaxınlaşdırdığı insan, yəni Padşaha xidmət etmək üçün fikir və istək verilən insan, əgər böyük Padşaha xidmət edirsə, onun hissiyatında şübhəsiz ki, fərq var. Onda o, əlbəttə ki, böyük Padşaha xidmət etməyə layiq görüldüyündən gecə-gündüz sevinc içində olur.
Yəni insan Yaradana dua edib özünü böyük Padşahın qarşısında təsəvvür edəndə nə qədər çox təsirlənir? Yaxud kiçik Padşahla danışanda onun təəssüratı necə olacaq? Yəni insanın kiminlə danışdığı və kimə dua etdiyi barədə hissiyatının ölçüsündə o, sevinc və ruh yüksəkliyi içində olur, necə ki müdriklər demişlər: «Bil kimin qarşısında dayanmısan». Yəni böyük Padşahaın və ya kiçik Padşahın qarşısında.
Beləliklə, məlum olur ki, insanın Yaradana hörmət etdiyi dərəcədə, onun özü də hansı Padşaha — böyük yoxsa kiçik Padşaha dua etdiyini görə bilər. Belə çıxır ki, Yaradana hörmət göstərilməsi Yaradanın özü üçün deyil. Yəni Yaradanın Ona hörmət edənə ehtiyacı yoxdur. Bu, insanın öz xeyri üçündür. Yəni insan hansı Padşahın — kiçik yoxsa böyük Padşahın qarşısında dayandığını bilməlidir.
Lakin Yaradanın istəyinin məqsədə uyğun olaraq tam reallaşması üçün, yəni xəcalət hissi olmasın deyə, «ixtisar və gizlənmə» adlanan düzəliş baş vermişdir. Yəni iki əməliyyat üzrə ixtisar və gizlənmə baş verdi:
- Yaradanın özünün bizdən gizlənməsi və hər bir varlıqın üzərində Yaradanın şəxsi idarəçiliyinin olduğuna inanmağın zəruriliyi.
- Əsl xeyir və həzzin Zoar kitabının müqəddəs dili ilə «613 pkudin» (tərc. əmanətlər və ya ehkamlar) adlanan 613 ehkamda olması, necə ki «Sulam» şərhində izah olunur: «Hər bir ehkamın içində xüsusi bir nur qoyulmuşdur. Lakin bu gizlidir və orada xeyir və həzzin olduğuna inanmaq lazımdır». Bu gizlilik yalnız varlıqların xeyri üçün edilmişdir ki, xeyir və həzz alınarkən xəcalət hissi mövcud olmasın.
Bu o deməkdir ki, bu, varlıqların xeyir və həzz aldıqları üçün xəcalət çəkməmələri məqsədilə edilib, çünki onlar belə istəyirlər. Belə çıxır ki, bu xassə Yaradana ziddir. Hər bir budaq öz kökünə bənzəmək istəyir qaydasına əsasən, varlıqlar xeyir və həzz aldıqları zaman narahatlıq hiss edəcəklər.
Ona görə də varlıqlar «hər şeyi Göylərin xatirinə etməyə» çalışmalıdırlar. Yəni Yaradana həzz əta etmək xatirinə. Və onda onların arasında formaca oxşarlıq olacaq. Yəni varlıqlar da Yaradan kimi hər şeyi əta etmək xatirinə edəcəklər. Və avtomatik olaraq xəcalət üçün yer qalmayacaq və buna «Onun əməllərinin mükəmməlliyi» deyilir.
Lakin insan «hər şeyi Göylərin xatirinə etmək» pilləsinə necə gəlib çıxa bilər? Axı təbiət etibarilə insan almaq üçün almaq istəyi ilə yaradılıb. Və müdriklər bu barədə demişlər: «Təmizlənməyə gələnə kömək edirlər». Yəni insan gördükdə ki, o, bundan, yəni bütün əməllərinin Göylərin xatirinə olmasından uzaqdır, o zaman etdiyi bütün əməllərdə çalışır. Və o, gördükdə ki, etdiyi hər bir əməldə əta etmək niyyəti yoxdur, o, Yaradandan xahiş edir ki, yerinə yetirdiyi əməllərə görə ona bu niyyəti versin.
Yəni o, Yaradandan xahiş edir ki, etdiyi əməl vasitəsilə bu əməl oyanış xassəsi olsun, yəni dua olsun ki, Yaradan ona əta etmək niyyəti göndərsin. Və belə çıxır ki, aşağıdan oyanış məhz Yaradanın doldura biləcəyi klidir . Ancaq onun üzərində dua etmək üçün əməlləri olmadıqda ki, Yaradan ona əta etmək niyyəti göndərsin, bu, «klisiz nur yoxdur» deyilən kimidir. Yəni «niyyətsiz əməl yoxdur».
Ona görə də insanın üzərinə öz əməllərini çoxaltdığı və əməllərin xisaron xassəsinə malik olması, Yaradandan bu xisaronları doldurmasını diləməsi qoyulmuşdur. Lakin insanın təbiəti elədir ki, ona əsas şeyin Göylərin xatirinə etmək olduğu məlum olanda və o, öz əməllərinin nə qədər alçaq olduğunu görəndə, insan öz əməllərinə etinasız yanaşmağa başlayır.
Və deyir: necə olursa-olsun, mənim əməllərim heç nəyə dəyməz. Əgər belədirsə, niyə gərginləşməli, səy göstərməli, onları yerinə yetirməlidir? Və buna görə də əməlləri yerinə yetirmək ona çətin olmayanda onları yerinə yetirir. Lakin çətin olanda, gərginləşməyə və yerinə yetirməyə gücü olmur, çünki dünya məkanından ona fikirlər gəlir ki, ehkamları yerinə yetirməyə ehtiyac yoxdur, çünki imansızlar mükafat və cəzaya inanmırlar. Həmçinin insan öz əməllərinin alçaq olduğunu görəndə deyir ki, onun əməlləri mükəmməl deyil.
Və o zaman deyir ki, dəqiq bilir ki, belə əməllərə görə heç bir mükafat verilmir. Və belə çıxır ki, bu halda, yəni əməllərinin heç bir mükafata layiq olmayacaq qədər alçaq olduğunu gördüyü vaxtda o, mükafat və cəzaya inanmayan şəxsin vəziyyətində olur.
Lakin «Göylərin xatirinə» o, özündə buna istək olduğunu söyləyərək özünü aldada bilmir, çünki bütün bədəninin buna qarşı çıxdığını görür. Buna görə də o, öz-özünə: «Əgər Göylərin xatirinə niyyət qurmasan, cəza alacaqsan»,deyəndə — o bunu başa düşmür, çünki nə vaxtsa Göylərin xatirinə əməllər yerinə yetirdiyini deyə biləcəyi bir vəziyyətdə olacağını görmür.
Əgər belədirsə, bu o deməkdir ki, o, cəzaya inanmır. Yəni cəza alacağı üçün Göylərin xatirinə niyyətdə olacaq. Və bunu o başa düşə bilmir. Və bu ona görədir ki, necə ola bilər ki, yerinə yetirilməsi mümkün olmayan şeyə görə cəza versinlər? Mükafatlandırma haqqında isə insan əlbəttə ki, o zaman deyir ki, belə əməllərə görə ona mükafat düşmür. Belə çıxır ki, o zaman o, mükafat və cəzaya inanmayanlar kimi, mükafat və cəzaya inanmır. Buna görə də o, əməllərə etinasızlıq edir.
Və müdriklərə inam olmadan irəliləmək üçün heç bir məsləhətimiz yoxdur. Və biz müdriklərin inamına inanmalıyıq; onlar demişlər ki, işin qaydası belədir: kelisiz nur yoxdur. Və buna görə də insan inanmalıdır ki, əməllərinin Göylərin xatirinə olmadığını görməsi məhz yuxarıdan gələn açılışdır. Ona həqiqəti belə göstərirlər ki, almaq istəyi insanı idarə edir. Və əgər bundan özü üçün heç bir xeyir əldə etməzsə, onun gücündə deyil ki, nəsə etsin.
Və insan bunu yalnız Yaradanla qovuşmağa gəlmək üçün həqiqət yolu ilə getmək istədiyi vaxt görə bilər. Və bu bilik insana ona görə verilir ki, onda Yaradanın köməyinə ehtiyac yaransın — ki, O ona əta etmək istəyi versin, və bu istək insanı Yaradan ilə qovuşdurur. Başqa sözlə, insan əta etmək istəyini almağa layiq görüldükdən sonra, Yaradan Yaradılışın varlıqlara həzz vermək məqsədində qoyulduğu kimi, bu kliyə xeyir və həzz verə bilər. Və belə çıxır ki, burada üç mərhələni fərqləndirmək lazımdır:
- İnsan hiss etməyə başlayır ki, «əta etmək istəyi» adlanan kli onda yoxdur, əksinə, insan tamamilə eqoizmə batmışdır. Və bu xisaron insanın özü tərəfindən gəlmir. İnsan inanmalıdır ki, bu xisaron — yəni əta etmək xatirinə heç nə edə bilməməsi — yuxarıdan insana gələn köməkdir. Və bu kömək onun xisaronu hiss etməsi üçündür.
- Yaradandan xeyir-dua xassəsini, yəni « xesed klisi» adlanan əta etmək istəyini verməsini diləmək. O, hər şeyi yalnız əta etmək xatirinə, öz Yaradanına həzz əta etmək üçün etmək istəyir. Zoar kitabının Ön sözündə yazılan budur: «Xesed — xeyir-duadır. Bu, "və mən sizə xeyir-duanı boşaltdım" yazılandır». Necə ki deyilmişdir: «dünya xesedlə tikiləcək». «Tikiləcək» tikinti və anlama deməkdir. Çünki O, ruhaniyyət arxasınca gedənlərlə azğınlaşıb başqa tanrıların arxasınca gedənləri ayırmaq üçün bunu olduqca dəqiq müəyyən etmişdir. «Və mən sizə, Yaradana yalvardığınız zaman, mərhəmət etdim və xeyir-duanı sizə sonsuz olaraq boşaltdım» deyilənə əsasən.
Yəni xeyir-dua kelimləri, əta etmək kelimləri alınmazdan əvvəl, dünyanın yaradıldığı xeyir və xeyir-dua almaq üçün kelimlər yoxdur. Bu ona görədir ki, hər şey müqəddəsliyə deyil, kelipotlara gedəcək. Və bütün müqəddəsliyin təməli əta etmək istəyi üzərində qurulmuşdur.
3) 613 ehkamın artıq onda 613 pkudin (əmanətlər) xassəsində olması. O, 613 pkudin içində bürünmüş 613 nuru dərk edəndə. Və bunlar onların içində bürünmüş xeyir və həzz xassələridir.
Lakin əsas iş birinci mərhələdədir — 613 ehkamın 613 eytin (məsləhətlər) adlandığı yerdə, yəni gizlənmə zamanı Yaradandan ona əta etmək kelimləri verməsini necə diləmək barədə məsləhətlərdə. Çünki bu halda enişlər və yüksəlişlər olur. Çünki insan dəfələrlə bu qərara gəlir ki, yuxarıdan gələn kömək sayəsində nə vaxtsa əta etmək kelimlərini almaq işi — qeyri-mümkün bir şeydir. Çünki o, Yaradanın ona bu kelimləri verməsi üçün xahiş edəndə tam əksini görür: Yaradanın əta etmək kelimlərini alması üçün kömək etməli olduğu yerdə o görür ki, səylər göstərdikdən sonra hər dəfə daha böyük almaq istəyi alır.
Belə olan halda insan düşünür ki, bunun üçün xahiş etməyin mənası yoxdur, çünki yuxarıdan guya onunla məşğul olmaq üçün ona heç bir diqqət yetirmədiyi hiss olunur. Və buna görə də o, tez-tez belə qərara gəlir ki, heç bir ehtiyac olmadan sadəcə olaraq işləməyə dəyməz. Və burada insan döyüş meydanından qaçmaması, bu işin onun üçün olmadığını birdəfəlik söyləməməsi üçün böyük möhkəmləndirməyə ehtiyac duyur.
Və insan bu halda göylərin mərhəmətinə ehtiyac duyur. Və burada insan yalnız bilik üzərində getməlidir. Çünki o görür ki, həqiqət bilik tərəfdə hesab olunur. Yəni hesablamalarını apardığı biliyə əsasən, o, döyüş meydanından qaçmalıdır. Və qaçmadığına görə o, Yaradana təşəkkür etməlidir — buna görə ki, yuxarıdan onu Padşahın sarayına aparan yoldan qovmurlar.
Yəni insan bədəni ona həmişə «bu sənlik deyil» deyəndə, şər sözləri qəbul etmədiyi üçün həmişə Yaradana şükür etməlidir. Quf (bədən) ona deyir: «Bax gör, sən nə qədər səy göstərmisən və sən hələ də işin əvvəlində olduğun həmin vəziyyətdəsən». Və o həmçinin deyir: «Əgər nədəsə müvəffəqiyyət qazandığını görmək istəyirdinsə, görürsən ki, irəli deyil, geri getmisən». Və bu, həqiqətən də insanı ruhaniyyətdən ayıran bilikdir, çünki biliyin daxilində bədən haqlıdır.
Beləliklə, məlum olur ki, insanın döyüş meydanından qaçmaması da onun öz gücü sayəsində deyil. O deməlidir ki, yalnız yuxarıdan ona verilən güc onun qaçmasına imkan vermir. Yəni insan inanmalıdır ki, bir tərəfdən ona əta etmək xatirinə əməllər etməkdən nə qədər uzaq olduğunu görməyə imkan verirlər. Yəni onun geri getdiyini. Başqa tərəfdən isə o inanmalıdır ki, onun döyüş meydanından qaçmaması və tez-tez bilik üzərində ona yaxınlaşacaqlarına və Yaradanla qovuşmağa layiq görüləcəyinə inanması — ruhani yolda etdiyi bütün bunların yalnız bilik üzərində inam üzərində qurulmasındadır.
Və deyilənlərdən başa düşəcəyik ki, sual verirlər: «Bax, Mən bu gün qarşınıza qoyuram» sözləri nəyə işarə edir? Bu o deməkdir ki, «bugünkü» o deməkdir ki, insan hər gün yenidən başlamalı və deməlidir ki, bu gün o, «Bax, Mən» xassəsinə, yəni «Bax, Mən, sənin Yaradanın Rəbbin» xassəsinə layiq görüləcək. Və döyüş meydanından qaçmayacaq. Deməsin ki: «Mən artıq Yaradanın mənə əta etmək kelimləri verməsi və özüm üçün almaq istəyinin hakimiyyətindən çıxması üçün dəfələrlə dua etmişəm. Və duama heç bir cavab almamışam. Belə olan halda, bir daha dua etməyimin nə xeyri var?»
Beləliklə, yazılmış «bu gün» sözü bizə göstərir ki, «hər gün onlar [yəni ehkamlar] gözlərinizdə yenidən olsun». Yəni insan bilməlidir ki, işdə hər bir başlanğıc «gün» adlanır. İnsanın Yaradanın onu işə yaxınlaşdırması üçün ucaltdığı dua isə «gün» adlanır.
Lakin Yaradana yaxınlaşmaq duası insanda kli, yəni ehtiyac və istək xassəsi yaratdığı üçün və bu istək Yaradanın onu yaxınlaşdırmamasından insana əzab verdiyi üçün, hər gün insan üçün bir boşluq yaradır. Lakin xisaron dərin olmalıdır. Və böyük xisaronun fərqləndirici xassəsi ondadır ki, o, böyük dolğunluğa uyğundur.
Ona görə də hər gün yenidən yeni səy göstərməklə başlamaq lazımdır. Bu o deməkdir ki, hər bir səy yeni xisaron yaradır. Bütün bu günlərin cəmi artıq Yaradanın ora «əta etmək istəyi» adlanan Öz dolğunluğunu vermək imkanının mövcud olduğu bir uzun günə çevrilənə qədər. Bu o deməkdir ki, o, xeyir-dua alır, yəni «əta etmək kelimləri» adlanan Xesed xassəsini alır.
Və buna əsasən «edəcəyik və eşidəcəyik» sözlərinin nə demək olduğunu izah etmək lazımdır. «Edəcəyik» aşağıya aid edilir. Yəni aşağı olan öz xisaronunu yaratmalıdır, yəni Yaradana ehtiyac duymalıdır ki, O, ona əta etmək kelimlərini qazanmağa kömək etsin. Çünki əvvəlcə «eşidəcəyik» deyənlərin hamısı, yəni bədənin əvvəlcə eşitməli və hər şeyi Göylərin xatirinə edəcəyində xeyir olduğunu görməli olduğu və yalnız bundan sonra etməyə, yəni Göylərin xatirinə etməyə razılaşacağı kəslər [belədir].
Və buna görə də İsrail xalqı, yəni şəxsi xeyri üçün deyil, birbaşa Yaradana tərəf olmaq istəyən insanlar görürlər ki, bədən heç vaxt Yaradanın xeyri üçün işləməyə razılaşmayacaq və onda onlar deyirlər: «Biz əməlləri Göylərin xatirinə niyyəti ilə yerinə yetirəcəyik. Və baxmayaraq ki, görürük ki, bizdə alınmır, çünki bu, təbiətə ziddir, lakin biz inanırıq ki, əgər Yaradandan duamızı eşitməsini xahiş etsək, O, əlbəttə ki, duanı eşidir. Və onda biz eşidəcəyik, yəni Yaradanın həqiqətən duanı eşitdiyini görməyə layiq görüləcəyik. Və O, bizə əta etmək istəyi gücünü verəcək».
Ona görə də İsrail xalqı, İsrail xalqındakı şər başlanğıcın da Yaradan üçün deyil, özü üçün işləməyə razı olmadığını görməsinə baxmayaraq, yenə də onlar Yaradana inanırdılar ki, O duanı eşidir. Əgər biz Ondan bu gücü bizə verməsini xahiş etsək ki, biz həqiqətən Göylərin xatirinə etmək istəyirik və içimizdəki şər başlanğıc yalnız buna qarşı çıxır, onda Yaradan, əlbəttə ki, duanı eşidir. Və şübhəsiz ki, Yaradanın bizə əta etmək istəyi verməsi vasitəsilə duamızı necə eşitdiyini bilməyə layiq görüləcəyik. Və onda biz inamla deyə bilərik ki, Yaradan eşidir.
Və bununla İsrailin dediklərini izah etmək olar: «Biz əməl üçün mümkün olan hər şeyi öz tərəfimizdən edəcəyik və Ondan xahiş edəcəyik ki, Ondan xahiş etdiyimiz şeyi eşitsin. Və onda biz layiq görüləcəyik və eşidəcəyik. Yəni Yaradan bizə əta etmək kelimlərini verəcək və bunlar xeyir-dua kelimləridir. Yəni Yaradanın xeyir və həzz kimi vermək istədiyi ali nemət nurla kli arasındakı oxşarlıq səbəbindən bu kelimlərə bürünə biləcək».
Belə çıxır ki, əvvəlcə xisaron almaq lazımdır. Yəni insan əta etmək istəyinə qarşı həqiqi xisaron alsın. Yəni elə hiss etsin ki, xisaron o qədər böyükdür ki, dünyada Yaradanın özündən başqa bu xisaronu doldurmağa qadir olan heç kəs yoxdur. Və onda bu, onun Yaradana ehtiyacı olması deməkdir. Və onda insan döyüş meydanından qaçmaması üçün göylərin mərhəmətinə ehtiyac duyur. Çünki qayda olaraq, insan işləyəndə irəliləmədiyini görür və onda o, ruhani işdən qaçır. Ona görə də insanın üzərinə Yaradandan kömək etməsini, işin ortasında qaçmamasını xahiş etmək qoyulmuşdur.
Və bunun haqqında demək olar ki, insan əta etmək istəyini dərk etmək üçün səy göstərir. Və onun çox qüvvə sərf etdiyini hiss etməsi «qocalıq» adlanır. Yəni o, bu işdə uzun müddətdir ki mövcuddur. Və buna görə də Yaradana dua etmək lazımdır: «Qocalıq vaxtı, gücümüzün azaldığı vaxtda bizi uzaqlaşdırma, bizi atma». «Gücün az olması» o deməkdir ki, «artıq dözməyə güc qalmayıb. əta etmək istəyini bizə verməyin üçün ucaltdığımız bütün dualardan sonra biz hələ də buna layiq görülməmişik. Orta yolda bizi uzaqlaşdırma, bizə dözüm gücü ver ki, döyüş meydanından qaçmayaq, bizə əta etmək istəyini verməyin üçün Sənə dua etməyə daha çox güc ver».
Və bilmək lazımdır ki, ruhani işdə «qocalıq» yaşla müəyyən edilmir, qocalıq o deməkdir ki, insan elə bir vəziyyətə gəlib çatmışdır ki, deyir: «Görürəm ki, ruhaniyyətdə nəsə dərk etmək üçün artıq çox səy göstərmişəm və görürəm ki, məndə alınmır». Və buna görə də o, olduğu bu vəziyyətlə barışır. Və deyir: «Bəlkə mənim əvəzimə daha çox enerjisi olan gənclər gələr. Mən isə görürəm ki, buna qadir deyiləm». İşdə buna «qoca» deyilir.
Lakin hətta maddi dünyada da bəzən görürük ki, yaşı çox olan ahıl insanların gənclər kimi enerjisi olur. Və 80 yaşından yuxarı olan və enerjisi olan, gənclərdən daha çox işləyən insan ola bilər. Və onun hələ də maddi dünyada nəsə əldə etmək istəyi var. Lakin ruhani işdə qocalıq, əlbəttə ki, yaşa aid deyil, məqsədə çatmaq üçün güvvəsi və canatması kəsilənə «qocalıq» deyilir.
Və deyilənlərlə əlaqədar olaraq başa düşmək lazımdır ki, soruşurlar: niyə əvvəlcə tək halda «bax» yazılıb? Sonra isə cəm halında «qarşınıza qoyuram» yazılıb. Bu o deməkdir ki, Yaradan tək halda «bax» dedi. «Qarşınıza qoyuram»- qarşınızda — burada cəm hakimiyyət, yəni iki hakimiyyət var. Mən sizə görmək xassəsini verəcəyəm, yəni Tək olanın hakimiyyətindən başqa bir şeyin olmadığını görməyə layiq görüləcəksiniz.
Yəni sizin bütün əməlləriniz yalnız Yaradana əta etmək üçün olacaq. Və almaq istəyinin hakimiyyəti ləğv ediləcək.
Və bununla müdriklərin dediklərini izah etmək olar: «Lövhələr üzərində həkk olunmuşdur» ki, ölüm mələyindən azad oldular. Və başa düşmək lazımdır ki, ruhani işdə «ölüm mələyindən azadlıq» nə deməkdir. Bilmək lazımdır ki, özü üçün almaq istəyi ölüm mələyidir. Və bu, müdriklərin «günahkarlar sağ ikən ölmüş adlanırlar» dediklərinə əsaslanır, çünki onlar almaq istəyinin formaca fərqliliyinə görə həyat mənbəyindən ayrı düşüblər.
Yəni almaq istəyinin özü onları həyat mənbəyindən ayırır. Belə çıxır ki, insanı öldürən ölüm mələyi kimdir? Bu, almaq istəyidir. Deməli, Yaradan insana əta etmək istəyini verdiyi zaman insan buna layiq görülür və bu, Tövrat və ehkamlarin yerinə yetirilməsi sayəsində olur. Buna görə də Tək olanın hakimiyyəti bərqərar olanda, almaq istəyinin özü Tək olanın hakimiyyəti altına, yəni Yaradanın hakimiyyəti altına girəndə, o zaman avtomatik olaraq ölüm mələyindən azadlıq gəlir. Çünki özü üçün almaq istəyi onda işləmir, çünki Yaradan ona Tək olanın hakimiyyətini verir. Və bu, «bax, Mən bunu qarşınıza qoyuram» deməkdir. Yəni Sizin Yaradanınız Mənəm, Mən qarşınızda qoyuram. Yalnız Tək olanın hakimiyyəti olsun deyə.
Və bundan sonra xeyir-duanın nə olduğunu və lənətin nə olduğunu daha yaxşı bilmək üçün yazılanlar izah olunur. Və deyir: «Xeyir-dua, əgər Yaradanınızın, Rəbbinizin ehkamlarını eşitsəniz». Yəni «Mən sizə hansı xeyir-duanı verirəm? Sizin Yaradanınızın, Rəbbinizin ehkamlarını eşidə bilməyinizi». Və bu, məhz əta etmək kelimlərinə layiq görüldükləri zamandır. Xeyir-dua məhz budur, necə ki yazılıb: «eşidəcəyiniz xeyir-dua».
Və lənət — əgər insan eşitməyə qadir olmadığını görürsə və onda o bilməlidir ki, yuxarıda deyildiyi kimi, müqəddəsliyə zidd olan Sitra Axranın hakimiyyəti altındadır: «əta etmək xeyir-dua adlanır, almaq isə lənət adlanır».
Deyilənlərin nurunda belə çıxır ki, insan yaşlı kimi görünməmək üçün hər gün yenidən başlamağa çalışmalıdır. Tək olanın hakimiyyətini əldə etməyə çalışmalıdır. Və onda o, Yaradılışın məqsədi olan xeyir və həzzi almağa layiq görüləcək.