Ruhani İşdə İsraelin Yaradanın İstəyini Yerinə Yetirməsi Nə Deməkdir?
Məqalə № 32, 1990-cı il
Müdriklərimiz dedilər (Naso bölməsi, 11:7) və onların sözləri belədir: «[Bir ayə deyir:] "Yaradan Öz çöhrəsini sənə tərəf çevirsin." Digər bir ayə isə deyir: "O, çöhrəsini çevirməz." Bu iki ifadə necə birgə mövcud ola bilər? İsrail Yaradanın istəyini yerinə yetirdikdə, Yaradan Öz çöhrəsini ona tərəf çevirər. Onlar Yaradanın istəyini yerinə yetirmədikdə isə, O, Öz çöhrəsini çevirməz.» Sitatın sonu.
Və bu məqaləni anlamaq çətindir:
- Əgər onlar Yaradanın istəyini yerinə yetirirlərsə, onda nə üçün Yaradanın Öz çöhrəsini çevirməsinə ehtiyac duyurlar? Axı onlar qaydasındadırlar. Yəni hər şeyin qaydasında olması üçün onlar daha nə etməlidirlər?
- Deyilmişdir (Dvarim 10:17): «O ki çöhrəsini çevirməz və rüşvət almaz.» Lakin məgər (belə çıxmırmı ki) əgər onlar Yaradanın istəyini yerinə yetirirlərsə, bundan böyük rüşvət yoxdur? Və insanlar arasında gördüyümüz kimi , kimsə hakim Məhkəmə zamanı onun tərəfində olmasını istədikdə, hakimin istəyini yerinə yetirir və mükafat olaraq hakim məhkəmə zamanı onun tərəfinə meyil edir və ona üstünlük verir. Əgər belədirsə, onda bu necə bir haqq qazandırmadır ki, — Yaradanın istəyi yerinə yetirirlərsə, O Öz çöhrəsini çevirir? Sanki həqiqətən də rüşvət alıb — belə görünür.
Və bu iki sualı anlamaq üçün biz anlamalıyıq:
- "Yaradanın çöhrəsi" nədir və "çöhrəsini çevirməz" nədir?
- "Yaradanın istəyini yerinə yetirirlər" nə deməkdir və "Yaradanın istəyini yerinə yetirmirlər" nədir?
- Və müdriklərimiz dedilər: «Yaradan dedi: "Mən şər başlanğıcı yaratdım və ona ədviyyat olaraq Tövratı yaratdım."» Və anlamaq lazımdır ki, şər başlanğıc nədir və ədviyyat nədir.
- Həmçinin müdriklərimiz dedilər: «Zəhmət çəkdin və tapdın — inan. Zəhmət çəkmədin və tapdın — inanma.» Və zəhmətin nə olduğunu anlamaq lazımdır. Yəni nə üçün məhz Tövrat və mitsvotda(ehkamlarda) zəhmətin olmalı olduğu deyilir, zəhmətsiz isə heç nə verilmir? Burada yenilik nədir? Axı adi dünyada da, yəni Yaradanın işi ilə əlaqəsi olmayan yerdə də, zəhmətsiz və əziyyətsiz heç nə verilmir. Gördüyümüz kimi, bu dünyadakı nizam belədir ki, insan işə gedir, necə ki deyilib: «İnsan öz zəhməti üçün və axşama qədərki işi üçün çıxır.» Əgər belədirsə, Tövrat və mitsvotda zəhmət çəkməyin vacib olması və bu olmadan mükafatın verilməməsi haqqında burada yenilik nədir? Bu o dərəcədədir ki, bizə deyirlər: «Zəhmət çəkmədin və tapdın — inanma.» Lakin məgər adi həyatda insanın zəhmətsiz nəyəsə çatması olmurmu? Əgər belədirsə, deyələni anlamaq lazımdır: «Zəhmət çəkmədin və tapdın — inanma.»
Məlumdur ki, qarşımızda iki məqam var:
- Yaradılışın məqsədi.
- Yaradılışın islahı.
Yaradılışın məqsədi yaradılmışların həzz alması, onların məmnun olmasıdır. Yaradılışın islahı isə yaradılmışların məmnun olmasıdır, yəni xüsusiyyətlərdə oxşarlığın olmasıdır, necə ki Yaradan yaradılmışların həzz almasını istəyirdi, deyildiyi kimi, aləmin yaradılmasının səbəbi Onun Öz yaratdıqlarına xeyir vermək istəyi idi, madəm ki Yaradan əta edəndir, yaradılmışlar isə qəbul edəndir, onda yaradılmışlar da Yaradana məmnunluq əta etməlidirlər. Və o zaman belə çıxır ki, sanki yaradılmışlar əta edir, Yaradan isə qəbul edir, necə ki deyilib: «İsrail göylərdəki Atasının ruzisini təmin edir.» Və bu yaradılışın islahı adlanır. Yəni Yaradana qovuşmanın (dvekut) olması üçün "Onun xüsusiyyətlərinə tutun" olmalıdır.
Lakin buna necə nail olunur, yəni (necə etmək olar ki), insanın istəyi hər şeyi özü üçün deyil, yalnız Yaradan naminə etmək olsun, halbuki, insan yalnız öz mənfəəti üçün almaq istəyi ilə yaradılıb. Öyrəndiyimiz kimi, Yaradanın yaratdıqlarına xeyir vermək istəyi olan bu istək yaradılmışlarda almaq istəyini yaratdı ki, Onu doldurmaq istəyi və canatması olsun. Yəni Yaradan yaradılmışlarda xişaron , istək yaratdı. Və o dolum tələb edir, əks halda bu istək insanda əzablar doğurur. Və bu əzablar insanı öz tələbatını məmnun etmək üçün gücü çatan hər şeyi etməyə məcbur edir.
Belə olduqda, insanda öz xisaronunu (çatışmazlığını) doldurmaq arzusu və meyli olduğu halda, insan öz xisaronunu doldurmaqdan necə imtina edə və deyə bilər ki, aldığı dolum yalnız Yaradanın istəyini yerinə yetirmək üçündür? Yəni Yaradan istəyir ki, yaradılmışlar bütün nemətlərdən həzz alsınlar və o, yalnız bu səbəbdən qəbul edir. Axı bu, Yaradanın yaratdığı təbiətə ziddir!
Buna cavab gəlir: «Yaradan dedi: "Mən şər başlanğıcı yaratdım və ona ədviyyat olaraq Tövratı yaratdım."» Bu o deməkdir ki, özü üçün almaq istəyi "şər başlanğıc" adlanır, çünki o, xüsusiyyətlərdə oxşarlıq adlanan Yaradana qovuşmağa (dvekut) mane olur. Və daxilində mənbəyə qaytaran nur olan Tövratın köməyi ilə, onun özü üçün almaq istəyinə üstün gəlmək və hər şeyi Yaradan naminə etmək üçün qüvvəsi olacaqdır.
Və buna əsasən belə çıxır ki, insanı Tövrat və mitsvotla məşğul olmağa məcbur edən səbəb — əta etmək kelimlərini əldə etməkdir ki, bu da "yaradılışın islahı" adlanır. Və insan Tövrat və mitsvotla bu niyyətlə məşğul olduqda — bu o deməkdir ki, o lişma-da məşğul olur. Yəni o, öz təbiətində olmayan şeyə çatmaq üçün çalışır və zəhmət çəkir. Buna görə də o, onu bu kelimlərə sahib olmağa gətirəcək "Tövratın və mitsvotun sgula (möcüzəvi) xüsusiyyətinə" ehtiyac duyur. Yəni bu, onun öz qüvvəsi ilə çata bilmədiyi, yalnız Yaradanın köməyi ilə çata biləcəyi şeydir və bu vasitə Tövrat və mitsvotda gizlənib, bu da "Tövratın nuru" adlanır — "ondakı nur onu mənbəyə qaytarır".
Lakin müdriklərimiz dedilər: «İnsan hər zaman Lo Lişma-da olsa belə Tövrat və mitsvotla məşğul olmalıdır və Lo Lişmadan Lişmaya gələcəkdir.» Yəni insanın işinin başlanğıc nizamı Lo Lişmadan başlayır, yəni mükafat almaqdan, necə ki Zoarda deyilib: "Bu dünyadakı mükafat naminə və ya gələcək dünyadakı mükafat naminə." Və insan mükafat naminə işlədikdə, o zaman o mükafata və cəzaya inanmalıdır. Və əgər o buna inanırsa, bu "öz təbiətinə uyğun iş" adlanır, yəni o zaman bədən onun Tövrat və mitsvotdakı işinə etiraz etmir, çünki o zaman o özü üçün işləyir.
Və bu təbii yol adlanır, necə ki bizim maddi baxışımızla belə görünür — zəhmət çəkdikdə mükafat alırlar. Və yalnız maddi səviyyədə o mükafatı dərhal görür, buna görə də bu onu işləməyə məcbur edir. Lakin Tövrat və mitsvotda, o mükafata inanmalı olduqda, burada iş ortaya çıxır — mükafata və cəzaya inanmaq. Lakin o mükafata və cəzaya inandıqda, bədən artıq müqəddəs işə hazır olur.
Lakin insan Tövrat və mitsvotla mükafat almaq naminə deyil məşğul olmaq istədikdə, bədən buna etiraz edir, çünki bu təbiətə ziddir. Axı təbiət tərəfindən insan yalnız öz mənfəəti naminə işləməyə qadirdir. Buna görə də o Yaradan naminə işləmək istədikdə, bədən buna müqavimət gösterir.
Və burada zəhmətlər başlayır, necə ki müdriklərimiz deyib: «Zəhmət çəkdinsə və tapdınsa — inan. Zəhmət çəkmədinsə və tapdınsa — inanma.» Və həqiqətən də, insanın özünü necə aldadacağını və "Zəhmət çəkmədim və tapdım" deyəcəyini anlamaq çətindir. Məgər biz görmürük ki, adi həyatda insan zəhmət çəkmədən ruzi tapa bilər? Və burada işdə, hansı ki haqqında müdriklərimiz deyiblər: "Otağa min nəfər daxil olur və biri nura çıxır", — əgər belədirsə, biz görürük ki, Tövratı əldə etmək maddiyyəti əldə etməkdən daha çətindir. Axı maddiyyətdə də zəhmətsiz heç nəyə çatmırlar, bəs insanın ağlına necə gələ bilər desin ki, zəhmətsiz nəyəsə çatıb? Və eynilə "Zəhmət çəkdi və tapdı" deyiləni də anlamaq olar. Məgər insan "tapmadım" dedikdə yalan deyir ki, bunun haqqında "inanma" deyilib? Axı söhbət Tövratda nəyisə dərk etmək istəyən insandan gedir. Məgər o yalan danışa bilərmi?
Məsələ bundadır ki, yuxarıda deyildiyi kimi, insan qovuşma dərəcəsinə çatmaq, xüsusiyyətlərdə bənzəmək üçün işləmək istəyir, yəni Yaradan yaratdıqlarına əta etmək istədiyi kimi, insan da Yaradanın istəyini yerinə yetirməyə çatmaq istəyir. Başqa sözlə, Yaradanın istəyi əta etmək olduğu kimi, insan da hər şeyi əta etməyə etmək istəyir. Madəm ki əta etmək istəyi təbiətə uyğun gəlmir, insan bu istəyi əldə etməyə qadir deyil. Yuxarıda deyildiyi kimi, onun insanın təbiətinə zidd olması Yaradanın insanı özü üçün almaq istəyi təbiəti ilə yaratmasıdır və insan Yaradan tərəfindən yaradılmış təbiətə qarşı necə gedə bilər? Təbiəti yalnız Yaradan dəyişə bilər, insan deyil, necə ki müdriklərimiz deyiblər (Taanit 25:71): "Yağın yanmasını əmr edən, sirkənin də yanmasını əmr edər."
Buna görə də burada da, iş məsələlərində eynilə demək lazımdır: Yaradılmışlarda özü üçün almaq istəyini yaradan O Kəs, onlara əta etmək istəyini də verəcəkdir. Yəni təbiəti yalnız Yaradan Özü dəyişə bilər, insan deyil. Və buna görə də bu "göylərdən gələn möcüzə" adlanır, çünki bu, təbiətdən uca olan bir şeydir. Və bu "Misirdən çıxış möcüzəsi" adlanır, yəni Yaradan onları misirlilərin hökmranlığından, almaq istəyinin hökmranlığından çıxardı.
Və deyilmiş "Zəhmət çəkdi və tapmadı" ifadəsini belə izah etmək olar: əta etmək istəyinə layiq olmaq üçün çox zəhmət çəksəm də, yəni gücüm çatan hər şeyi etsəm də, daxilimdə əta etmək istəyi tapmadım. Və insan özü üçün alma istəyi ilə qalır – bu arzu isə əta etmək istəyini əldə etmək üçün işə başladığı vaxtdakından daha da incə və hiyləgər olur. Halbuki, yuxarıda deyildiyi kimi, Yaradanın istəyi yalnız əta etmək istəyidir.Mən də səylərimin əvvəlində gördüm ki, hər dəfə daha da çox özüm üçün almaq istəyinə batıram. Onda belə bir nəticəyə gəldim ki, doğrudan da mən səy göstərmişdim, amma tapmamışdım. Lakin Yaradan mənə kömək etdi ki, özümdə əta etmək istəyini tapım.Bu da Zoarın dediyi kimidir: «Təmizlənməyə gələnə kömək edirlər». Soruşur: «Nə ilə?». Cavab verir: «Müqəddəs ruh (neşama) ilə».
Belə çıxır ki, Yaradan ona hər dəfə daha uca dərəcədən ruh verir və bu "Yaradanın çöhrəsi" adlanır, yəni Yaradanın nuru ki, bu — tam dərəcə olduqda — NaRaNXaY adlanır. Və bu, yuxarıdan alınan köməkdir. Buradan belə çıxır ki, buna əsasən, insan "Zəhmət çəkmədim" dedikdə, yəni onun zəhmətinin ona heç bir köməyi olmadığını, zəhmətim sayəsində daxilimdə əta etmək istəyi tapdım deyə biləcəyini nəzərdə tutur. Lakin əgər Yaradan mənə "müqəddəs ruh" adlanan Öz çöhrəsinin nurunu verməsəydi, mən özüm üçün almaq istəyimdə qalardım və daha artıq bir şey olmazdı. Belə çıxır ki, o "Zəhmət çəkdim və tapmadım" dedikdə — doğru deyir, yəni zəhmətinin ona heç bir köməyi olmayıb.
Və burada soruşmaq lazımdır ki, əgər o "Zəhmət çəkmədim" dedikdə haqlıdırsa, onda nə üçün "İnanma" deyilib? Cavab budur ki, insana daxilində istəyi yoxdursa, heç nə vermirlər. Axı istəyi olan və Yaradandan onu doldurmasını təvəqqe edən kəs yuxarıdan istəyinin dolumunu alır. Buna görə də insanın əta etmək kelim-lərinə layiq olmaq istəyərək zəhmət çəkməsi və bunun üçün çalışıb zəhmət çəkməsi, yəni "əta etmək istəyi" adlanan Yaradanın istəyini əldə etmək üçün çalışması — klidir. Və nur "əta etmək istəyi" adlanır. Bu istəyi isə yalnız Yaradan verə bilər. Bu o deməkdir ki, insana doğulduqda almaq istəyini verdiyi kimi, Sonra ona əta etmək istəyini də verə bilər. Lakin insan əta etmək istəyinə çatmaq üçün zəhmət çəkmirsə, belə çıxır ki, onun tələbatı yoxdur. Əyani sübut isə budur ki, buna layiq olmaq üçün çalışıb zəhmət çəkməyə dəyməz. Və o, yuxarıdan onun təbiətini dəyişəcək bu istəyi almağa qadir deyil.
Və bununla müdriklərimizin dediklərini izah etmək olar (Pirkey Avot, 2:21): «Bu işi bitirmək sənin üzərində deyil, lakin ondan azad olmaqda da sərbəst deyilsən.» İzah etmək lazımdır ki, əgər insan əta etmək istəyini əldə etməyin öz qüvvəsində olmadığını, bunu yalnız Yaradanın verə biləcəyini bilirsə, əgər belədirsə, onda nə üçün boş yerə çalışmalıdır, axı onsuz da öz qüvvəsi ilə buna çata bilməyəcək. Buna görə də soruşmaq lazımdır — "Bu iş mənə nə üçün lazımdır"? Axı istənilən halda, o öz qüvvəsi ilə bunu əldə edə bilməyəcək.
Və buna müdriklərimiz dedilər: «Ondan azad olmaqda sərbəst deyilsən.» Bu ona görədir ki, insanın zəhməti vacibdir və insanın əta etmək istəyini ala biləcəyinə görə deyil, çünki əta etmək istəyi "nur" adlanır, yuxarıda deyildiyi kimi "təmizlənməyə gələnə — kömək edirlər". Kömək isə, Zoar deyir, ruhun nurudur, deyildiyi kimi, ona müqəddəs ruh verməklə kömək edirlər. Zəhmət isə kli üçün vacibdir, yəni istəyi əldə etmək üçün — Yaradanın köməyinə nə qədər ehtiyacı var ki, ona kömək etsin — ruhun nurunu versin.
Lakin insan Yaradanın istəyinə, əta etmək istəyinə çatmaq üçün işə başladıqda, necə ki Yaradanda əta etmək istəyi var, insan da öz qüvvəsi ilə bunu edə biləcəyini düşünür, buna görə də iş zamanı o hər zaman özünə sevgiyə daha çox batdığını görür. Və o zaman insan sistemdən qaçır, çünki irəliləyiş görmür. O zaman insan deyir ki, bu iş — Yaradanın istəyini əldə etmək işi — onun üçün deyil. Çünki insan hər dəfə daha da pis olduğunu görür. Lakin insan əta etmək istəyini yalnız Yaradanın verdiyinə inansaydı, əgər belədirsə, onda bu daha bacarıqlı insanlar üçündür deyərək sistemdən nə üçün qaçmalıdır, axı Yaradan bunda kömək edir. Və əgər bu Yaradana münasibətdə doğrudursa, onda O bir insanla digər insanlar arasında fərq qoyardımı?
Məlumdur ki, Yaradan üçün hamı bərabərdir. Buna görə də insan Yaradana əta etmək işinin yalnız xüsusi insanlara aid olduğunu, sıravi insana aid olmadığını dedikdə, bu onun vacib bir insan olmasının və əta etmək istəyini əldə etməyin öz qüvvəsində olmasının əlamətidir. Buna görə də insan öz fikrində möhkəm olmalı və inanmalıdır ki, ondan bu istəyə çatması tələb olunmur, ondan əta etmək istəyinə çatmaq üçün tələbatının olması tələb olunur. Və daxilində həqiqətən buna çatmaq üçün istək və tələbat olduqda, Yaradan ona kömək edəcəkdir, necə ki deyilib: «Təmizlənməyə gələnə — kömək edirlər.» İnsanın sərf etməli olduğu bütün zəhmət isə əta etmək istəyini əldə etmək üçün vacibdir və artıq bir şey üçün deyil.
Lakin sual bundadır ki, nə üçün insan almaq istəyinin qovuşmağa (dvekut) mane olduğu dərəcədə özünü pis hiss etdikdə və Yaradana dua edərək ona əta etmək istəyi verməsini istədikdə, nə üçün insanın əta etmək istəyini əldə etmək üçün çəkdiyi bir neçə zəhmətdən sonra məntiq ona Yaradanın ona əta etmək istəyi verməli olduğunu diktə edir? Və nəticədə insan nə alır? Yaradanın ona əta etmək istəyi verməsi üçün kömək almaması bir yana, o, çəkdiyi zəhmətlərin əvəzinə daha da güclü almaq istəyi alır. Yəni hər dəfə almaq istəyinin gücləndiyini gördükdə, o, olmalı olanın əksini görür.
Cavab isə belədir: insana onun daxilində nə qədər şər olduğunu, yəni doğulduğu andan malik olduğu şərin bütün ölçüsünü dərhal göstərmək mümkün deyil. Zoarda deyildiyi kimi: «Günah qapının ağzında uzanır». Çünki insan ana bətnindən çıxan kimi dərhal ona «günah» adlanan şər gəlir.Əgər insan öz daxilindəki bütün şəri dərhal görsəydi, elə həmin an deyərdi ki, bu işi Yaradan naminə yerinə yetirməsi mümkün deyil. O, hətta bu işə başlamaq belə istəməz və dərhal ümidsizliyə qapılardı.Buna görə də insana öz şərindən yalnız kiçik bir hissə göstərilir. Bu az miqdarda şəri gördükdə insan Yaradandan kömək istəməyə başlayır. Sonra ona bir qədər də çox şər açıqlanır və o, yenidən Yaradandan kömək diləyir. Beləliklə, hər kömək istəyindən sonra ona daxilindəki şərdən bir az da artıq göstərilir.Bu proses davam edir: insan yenə dua edir və onun daxilində olan şərin daha böyük hissəsi ona açıqlanır. Bu, insan öz daxilindəki bütün şər haqqında etməli olduğu bütün duaları tamamlayana qədər davam edir.Onda insan istədiyi neməti alır, yəni əldə etmək üçün bu işə başladığı əta etmək istəyini qazanır. Məhz bu, Yaradanın istəyidir, çünki Onun istəyi yalnız əta etməkdir.
Belə çıxır ki, əgər insan azca şər müqabilində əta etmək istəyini alarsa, o bunun artıq onun üçün kifayət olduğunu düşünər. Və əgər işdən məmnunluğu olarsa, belə çıxar ki, əta etmək istəyi şəklində islah olunmayan bütün şər daxilində heç bir islah olmadan şər olaraq qalar. Və yuxarıdan görünür ki, o hər dəfə daxilində hər gün açılan şər haqqında kömək diləyir. O zaman daxilindəki bütün şər, yəni daxilində açılan və haqqında yuxarıdan kömək dilədiyi şər və indi duası sayəsində aldığı kömək — bütün bunlar ona bu yolla daxilindəki bütün şər açılması üçündür.
Sonra isə yuxarıdan kömək aldıqda, bütün şər əta etmək naminə islah olunar, çünki işin ortasında əta etmək istəyini almadığı üçün, onsuz da məmnunluq alacağı bir şey yoxdur. Buna görə də o hər dəfə ona əta etmək istəyi verilməsi üçün dua edir. Və o zaman duası sayəsində, Yaradandan ona kömək etməsini xahiş etdiyi üçün, daxilində şərin açılması imkanı yaranır, çünki o durub tələb olunan köməyin verilmsi üçün fəryad edir.
Və bu bir məsələ bənzəyir ki, ölkəyə dünyada olan bütün xəstəlikləri müalicə edən mütəxəssis həkim gəlir. Lakin onun yanına yalnız bir dəfə girmək olar. Və onun yanına daxil olan hər bir xəstə nə qədər xəstəlik adını çəkərsə, həkim onları müalicə edəcək. Və həkimin yanına mədə xəstəliyi ilə daxil olan xəstələr var idi və həkim onları müalicə etdi. Sonra isə xəstədə, məsələn, ürək xəstəliyi üzə çıxdı. Və o həkimin yanına girmək istədi. Lakin artıq onun yanında olduğu üçün həkim onu ikinci dəfə qəbul etmədi, belə çıxdı ki, o bütün ömrü boyu ürək xəstəliyi ilə qaldı. Başqa bir xəstə isə daxil olub dedi ki, onda ürək xəstəliyi, oynaqlarda iltihab var və öd kisəsindən əziyyət çəkir, necə ki digər həkimlər ona bu xəstəliklərinin də olduğunu demişdilər. Və o bu mütəxəssis həkimin yanına girdi və həkim onu müalicə etdi — hamısını bir dəfəyə. Lakin xəstəliklərini bilməyən xəstələr xəstəlikləri ilə qaldılar.
O zaman xəstəliklərini bilməyən bütün xəstələr həkimin yanına gəldilər ki, onlara bütün xəstəliklərini necə biləcəkləri haqqında məsləhət versin ki, o onlara dərman verdiyi zaman bütün xəstəliklərini müalicə etsin. O zaman həkim dedi ki, onun yanına girmək istəyən hər kəsə, həkimə növbə yazıldığı zaman, daxillərində olan bütün xəstəlikləri açacaq bir həb verəcəkdir. Sonra isə onların yanına gəldikdə onlara dərman verəcək və hər birində olan bütün xəstəliklər eyni zamanda müalicə olunacaqdır.
Xəstələr həkimin onlara nə dediyini başa düşmədilər. Həkimin qəbuluna yazılarkən onun verdiyi həbi qəbul etdikdə, hər biri özünün yalnız bir az xəstə olduğunu düşünürdü. Onlar elə hesab edirdilər ki, həkim onlara dərman verəcək və onlar sağalacaqlar.Lakin indi onlar həkimin səviyyəsini belə görürlər ki, guya onun yanına getdikdən sonra əvvəlkindən daha çox xəstələniblər. Əvvəllər yalnız bir xəstəlikləri var idi. İndi isə görürlər ki, vəziyyətləri hər dəfə daha da pisləşir: əvvəllər, məsələn, yalnız baş ağrısından əziyyət çəkirdilər, indi isə ürək ağrıları, mədə ağrıları və başqa ağrılar da meydana çıxıb.Hamısı bu həkimin yanına getməyi məsləhət görənləri qınamağa başladılar. Çünki onların fikrincə, həkimin yanına getdikdən sonra daha da çox xəstələnmişdilər. Halbuki həkim özü onları hələ müalicə etməmişdi; yalnız qəbul üçün qeydiyyat zamanı onun köməkçisi onlara bir həb vermişdi. Və bundan sonra onların vəziyyəti gündən-günə daha da pisləşməyə başladı.
Məsəlin mənası: İnsan Yaradanın əta etmək istəyini əldə etməkdən ibarət olan müqəddəs işə yazıldığı zaman, ona deyirlər ki, həkim bütün xəstəlikləri eyni zamanda müalicə edir. Bizim xəstəliyimiz isə — özümüz üçün almaq istəyidir. Və vacibdir ki, almaq istəyi insanda bütün tamlığı ilə açılsın, əks halda, insan almaq istəyinə üstün gəlmək və hər şeyi əta etmək naminə etmək üçün kömək istəyərsə, insan işdə məmnunluq alar — əta etmək istəyi.
Belə çıxar ki, şər daxilində qaldı, amma açılmadı, necə ki bu bizim həyatımızda olur, insan xəstə olduqda və xəstəliyinin nə olduğunu bilmədikdə nə xəstəliyi olduğunu anlamaq üçün analizlər vermək lazımdır. Yaradanın istəyini yerinə yetirməyə çatmaq üçün işləmək və zəhmət çəkmək istəyən insanda də eynilə belədir. O zaman insan xəstəliyini bilmir. Və yalnız Tövratın və işin köməyi ilə bu xəstəliyin nə olduğunu öyrənə bilər.
Və bu müdriklərimizin dediyi kimidir: «Başın ağrayırsa — Tövratla məşğul ol.» Və atamın, müəllimimin izahı belədir: yad fikirilər varsa, "mədə ağrayır", yəni "mədədə" ona hökmranlıq edən almaq istəyi var — və sairə.
Buna görə də əvvəlcə insanda olan bütün şər açılmalıdır və o zəhmət çəkdikdən dərhal sonra əta etmək istəyi almayacaq, yalnız yuxarıda deyildiyi kimi daxilində olan bütün şər açıldıqda alacaqdır. Və o zaman əta etmək istəyini aldıqda, o onun bütün şərinə hökmranlıq edər.
Belə çıxır ki, insanın hər dəfə daha da pis olduğunu görməsi — doğru yolla getməsinin əlamətidir. Sübut isə budur ki, getdiyi yol öz işini görür. Və bu nümunədəki kimidir, həkim xəstəyə dərman verdikdə, o həkimin yanına gəlib bu dərmandan daha da pis olduğunu deyir. Və o zaman həkim ona deyir ki, əksinə, indi görürəm ki, dərmanım təsir etməyə başlayıb, lakin əvvəlcə o belə təsir edir, sonra isə — başqa cür, tamamilə sağlamlığı qaytarana qədər.
Və deyilənlərdən soruşulanı anlayacağıq ki, "Yaradanın istəyini yerinə yetirməyi" əta etmək istəyi kimi izah etmək olar, yəni Yaradanın istəyi — yaradılmışlara xeyir verməkdir. Yəni O yaradılmışların həzz almasını istədiyi kimi, insan da belə bir istəyə çatmaq istəyir, çünki o Yaradana qovuşmağa can atır, bu isə xüsusiyyətlərdə bənzərlikdir. Madəm ki insan əks istəklə yaradılıb, hansı ki yalnız almaq istəyidir və əta etmək deyil, buna görə də o buna çatmaq üçün nəhəng zəhmətlər çəkir. Lakin maddiyyatda insan işlədikdə və haqqını aldıqda, bu zəhmət adlanmır, çünki bu təbiətə zidd deyil, axı onun bütün əməlləri öz mənfəəti naminədir.
Yaradanın istəyini, yəni əta etmək istəyini əldə etmək işinə gəldikdə isə, insan Yaradana fayda gətirməyəcəksə heç nə etməyəcək və bundan özünə heç bir mənfəət olmayacaq — bu zəhmətdir, çünki bu təbiətə ziddir. Və insan bu istəyə öz qüvvəsi ilə çatmağa qadir deyil, onu Yaradan verməlidir. Və bu insana "Yaradan Öz çöhrəsini çevirdi" adlanır, çünki buna fövqəladi möcüzə yolundan başqa heç cür çatmaq mümkün deyil.
Beləliklə, bu arzunu əldə etməyin başqa yolu yoxdur; bu, yalnız Yaradanın çöhrəsini çevirməsi ilə mümkündür. Məhz buna görə yazılıb: «Qoy Yaradan Öz çöhrəsini sənə çevirsin.»Midraş bunu belə izah edir: bu, insan Yaradanın istəyini yerinə yetirdiyi zaman baş verir, yəni bu istəyə nail olmaq üçün çalışdığı vaxt. Onda Yaradan Öz çöhrəsini insana çevirməyə məcbur olur. Bu isə «ruhun (neşama) verilməsi» adlanır. Başqa sözlə, Yaradan insana belə kömək edir: ona müqəddəs ruh verir ki, bu da Yaradanın çöhrəsi deməkdir. Yaradanın istəyinə layiq olmağın Onun Üzü vasitəsindən başqa heç bir yolu yoxdur. Buna görə də yazılıb: «Və Yaradan Öz çöhrəsini sənə çevirdi.»
Lakin Tövrat və əmrlərlə Yaradanın istəyinə layiq olmaq üçün deyil, mükafat almaq üçün məşğul olan insanlara Yaradanın çöhrəsinin, yəni «ruhun (neşama)» verilməsi lazım olmur. Çünki onlar öz təbiətlərinə qarşı getmirlər. Buna görə də mükafat və cəza prinsipinə inandıqları ölçüdə onlar artıq Tövrat və əmrlərlə məşğul ola bilərlər, çünki onları bu işə sövq edən məhz mükafatdır.
Belə çıxır ki, Yaradanın istəyi yerinə yetirilmədikdə, yəni Tövrat və mitsvotla məşğul olmadıqda, onların işlərinə görə mükafata ehtiyacları yoxdur ki, Yaradan onlara əta etmək istəyi versin, almaq istəyinə görə mükafata ehtiyacları var. Və onlar haqqında yazılmışdır: "O ki çöhrəsini çevirməz", çünki onlara verməsi üçün ruha ehtiyacları yoxdur, axı Yaradanın çöhrəsi — Yaradanın "müqəddəs ruh" adlanan nurudur, insanın Mənbəyə qayıtması üçün aldığı şeydir ki, bu "yuxarıdan kömək" adlanır.
Buna əsasən deyildiyi kimi belə çıxır ki, Yaradanın istəyi yerinə yetirilmədiyi zaman Yaradan Öz çöhrəsini çevirməz, çünki onların Yaradanın onlara mənbəyə qaytarmaq üçün ruh verməsinə ehtiyacları yoxdur, çünki özlərini yaxşı hiss edirlər. Bu o deməkdir ki, Tövrat və mitsvotu bütün incəlikləri ilə yerinə yetirirlər, lakin Tövrat və mitsvotla məşğul olmalarının səbəbi nədir? O — mükafatdadır. Mükafata və cəzaya inandıqları dərəcədə, müqəddəs işi yerinə yetirməyə qadirdirlər, deyildiyi kimi, almaq istəyinə zidd olmaması səbəbindən.
Buna görə də, məhz Yaradanın istəyini yerinə yetirdikləri zaman, yəni Tövrat və mitsvotdakı işləri "Mən şər başlanğıcı yaratdım, Mən Tövratı — ədviyyat yaratdım" səbəbindən baş verdikdə, əgər belədirsə, onlar şər başlanğıc adlanan almaq istəyinin hökmranlığından çıxmaq üçün Tövratı öyrənirlər. Onlara Tövratın nuru lazımdır ki, onun sayəsində Yaradanın istəyinə, əta etmək istəyinə layiq olsunlar. Və o zaman "Yaradanın çöhrəsi" haqqında soruşulanı anlayacağıq. Cavab: bu nurdur, Yaradanın insana mənbəyə qaytarmaq üçün müqəddəs ruh kimi verdiyi şeydir.
Yuxarıda deyilənlərə əsasən, bizim verdiyimiz sual da aydın olur: «Rüşvət almır» nə deməkdir? Axı zahirən belə görünür ki, insanın Yaradanın istəyini yerinə yetirməsi artıq bir növ rüşvətə bənzəyir.
Cavab belədir: insanın Yaradanın Öz çöhrəsini ona çevirməsini, yəni ona müqəddəs ruh (neşama) verməsini istəməsi, insanın şəxsi xeyri üçün deyil. Əksinə, o istəyir ki, Yaradan Öz Üzünü ona çevirsin ki, insan öz şəxsi mənfəəti üçün almaq arzusundan çıxsın və yalnız Yaradanın xatirinə işləmək, öz xeyrini deyil, yalnız Onun xeyrini düşünmək qabiliyyətini əldə etsin.
Beləliklə, o, Yaradanın ona öz şəxsi xeyri üçün nəsə verməsini istəmir. Məsələn, necə ki, insan kiməsə hədiyyə verir ki, hədiyyəni alan da sonradan onun şəxsi xeyri üçün nəsə etsin. Burada isə «insan Yaradanın istəyini yerinə yetirir» ifadəsi o deməkdir ki, insan Yaradanın istəyini yerinə yetirməyə qadir olmaq istəyir və buna görə də Ondan xahiş edir ki, Öz çöhrəsini ona çevirsin, yəni ona bütün əməllərini yalnız Göylər naminə yerinə yetirmək imkanı versin.
Bunun nurunda bizə aydın olur ki, «şər başlanğıc» alma istəyidir, «ədviyyat» isə alma istəyinin hökmranlığından çıxmaq qüvvəsidir. «Tövrat» isə Tövratın nuru adlanır; bu, Tövratın daxili hissəsi, yəni Tövratın ruhudur.