Barux Şalom Ha-Levi Aşlaq (Rabaş)/Məqalələr
Ruhani işdə "Şxina İsrail haqqında şəhadət verir" nə deməkdir?
Məqalə 37, 1990-cı il
Zoar kitabında deyilir: "«Rəhbərə, şoşan şəhadəti üçün». Sadiq çoban [yəni Musa] dedi: «Şoşan şəhadəti – bu, «şoşan şəhadəti» adlanan Şxinanın şəhadətidir, çünki bu şəhadət bizim üzərimizdə qalır və bizdən ötrü Padşahın qarşısında şəhadət verir». … Və bu bizim üçün müqəddəs köməkdir [hansı ki, onu] təriflərlə ucaltmaq lazımdır. Buna görə də o, «şoşan şəhadəti» adlanır. Sadiq çoban dedi: «O, «şoşan şəhadəti» adlanır, çünki Şxina İsrail üçün bir şəhadətdir ki, onlar onun orqanları, o isə onların ruhudur. O, göylərdən gələn köməkdir, çünki onun haqqında deyilir: «Sən isə göylərdən eşit». Bu, müqəddəs köməkdir».
Və anlamaq lazımdır ki, nə üçün Şxina Şoşan adlanır. Şxinanın bu rəngi bizə nə deyir? Və həmçinin anlamaq lazımdır ki, Şxinanın Padşahın qarşısında şəhadət verməsi nə deməkdir. Şəhadət görülənə görə olmalıdır, eşidilənə görə deyil. Bu halda anlamaq lazımdır ki, burada hansı görmə olmalıdır, deyək ki, görülənə görə bizdən ötrü şəhadət verən Şxinada.
1) Məlumdur ki, Yaradanın işində bir-birinə əks olan iki pillə var:
Bir tərəfdən biz öyrənirik ki, yaradılışın məqsədi yaratdıqlarını həzzləndirməkdir. Və bu səbəbdən Yaradan yaratdıqlarında həzz və zövq almaq istəyi yaratdı.Həzz hissi bir şeyə olan canatmanın ölçüsünə görə dəyərləndirilir. Belə çıxır ki, yaradılışın məqsədi yaradılmışların bu dünyadan həzz alması idi. Yəni, həzz almaq istəyi yaradılmışdır ki, yaradılmışlar həzz ala bilsinlər, yəni bütün məqsəd yaradılmışların həzz alması idi.
2) Digər tərəfdən isə bizə deyirlər ki, şəxsi mənafe naminə almaq olmaz. Yəni, insan nə fikirdə, nə sözdə, nə də əməldə şəxsi mənafe naminə heç nə etməməlidir. Gərək insan hər şeyi yalnız göylər naminə məqsədlərlə etməyə çalışsın, şəxsi mənafe güdmədən, çünki bu əslində yaradılışın məqsədinə ziddir.
Cavab. Məsələ ondadır ki, insan Yaradanın xeyri naminə çalışmalıdır, amma ona görə yox ki, Yaradan Onun üçün işləmələrini və Ona bir şey verilmələrini istəyir, Allah eləməsin. Lakin bu, yaradılmışlar üçün bir islahdır. Müqəddəs Ari dediyi kimi, Onun əməllərinin mükəmməlliyini göstərmək üçün, yəni bu əməlin – xeyirxah və xeyir verən olduğunu, yaradılmışların həzz alması üçün, və bu həzzin mükəmməl olması üçün, utanc hissi duymasınlar deyə, Yaradanın əta etmək istədiyi xeyir və həzz üzərində ixtisar (tsimtsum) və gizlənmə edilmişdir.
Amma bu yalnız o halda olur ki, onlarda məqsəd göylər naminə (lişma) niyyətli olsun, bu da o deməkdir ki, Yaradan Onun istəyini yerinə yetirdikləri üçün və Ondan xeyir aldıqları üçün həzz alır, çünki O bunu istəyir və o zaman xassələrin fərqliliyindən irəli gələn utanc hissi yox olacaq, çünki bir qayda mövcuddur – hər bir budaq öz kökünə bənzəmək istəyir. Və Yaradan əta edən olduğu kimi, aşağı olan da əta etdiyi zaman həzz almalıdır.
Amma aşağı olan almaq istədikdə, utanır. Buna görə də, yaradılmışlar tərəfindən gələn şəxsi mənafe naminə almaq istəyi üçün islah edilmişdir ki, insan almaq istəyina əta etmək naminə niyyət qoymalıdır.
Amma insan Tövrat və ehkamları elə bir niyyətlə yerinə yetirmək istədikdə ki, bu onda hər şeyi Yaradana həzz əta etmək naminə etmək istəyi yaratsın, bu istək insanın təbiətinə ziddir, çünki o, təbiəti etibarilə yalnız şəxsi mənafe naminə almaq istəyi ilə yaradılıb. Ona görə də, insan yaxşı əməlləri yerinə yetirmək istədikdə ki, onların vasitəsilə, şəxsi mənafe naminə deyil , onların köməyi ilə əta etmək naminə niyyət üçün gücü olsun, o zaman insanın bədənində olan, "günahkar" adlandırılan almaq istəyi qışqırır: «Bu iş sizə nəyə lazımdır?».
Bəs bu suala cavab nədir? Cavab Pasxa Aqadasında verilir: «Günahkar nə deyir? “Sizdə olan bu nə işdir?” Sizdə, onda deyil. Və o özünü cəmiyyətdən çıxardığı üçün, əsas olanı inkar edir. Və sən də onun dişlərini kütləşdir».
Və bu cavabı anlamaq çox çətindir. O, bir sual verir ki, anlamaq istəyir: Yaradanın bizdə yaratdığı almaq istəyini niyə ləğv etməliyik? Və o zaman biz ona cavab verməliyik, çünki o, öz dərrakəsinə görə soruşur ki, o haqlıdır. Belədirsə, niyə deyilir: “onun dişlərini kütləşdir”?
Və mənim atam və müəllimim dedi ki, o: «Bu nə işdir?» deyə soruşduğu üçün, yəni – «niyə şəxsi mənafe üçün deyil, Yaradanın xeyri naminə işləmək lazımdır?» – buna cavab yoxdur. Yəni, insandan soruşulan suala cavab verirlər ki, öz ağlına görə anlasın. Və burada ona anlada bilməzsən, çünki o, almaq naminə əta etmək naminə işləsə, almaq istəyinin nə olacağı haqqında soruşur. Əta etmək istədikdən sonra o, bir şey alacaqmı? Yəni, desəydik ki, sən ver, və bunun əvəzində sonradan ala biləcəksən, belə çıxır ki, bu, almaq naminə əta etmək adlanır. Və bu "lo lişma" deməkdir.
Ona görə də, insan "lişma"da yəni əta etmək naminə əta etməkdə getmək istədikdə, onun sualına cavab yoxdur. Və bu, “onun dişlərini kütləşdirmək” deməkdir. Yəni cavab odur ki, məcburən getməlidirlər, yəni bilik üzərində. Çünki ağlın daxilində həqiqət günahkarın tərəfindədir. Bu, “onun dişlərini kütləşdirmək” deməkdir. Və deyir ki, insan günahkara bir dəfəyə qalib gələ bilməz, bu, enişlər və yüksəlişlər içində olan bir işdir, ta ki insan ona qalib gəlməyə və bilik üzərində imanla göylərin hökmranlığını öz üzərinə götürməyə nail olana qədər.
Ona görə də Malxutun idarəçiliyi Şoşana, qızılgül, və ya Şoşan, və ya şoşanim adlanır. Ad isə həmişə hadisəyə görə verirlər, və göylərin idarəçiliyinə "onun dişlərini kütləşdirmək" olmadan layiq görülmək mümkün olmadığı üçün, idarəçilik, yəni Malxut əmələ görə Şoşana adlanır.
Deyilənlərdən belə çıxır ki, şoşan "qızılgül" "dişlərini kütləşdir" vəziyyəti deməkdir. Çünki onun suallarına cavab yoxdur, amma güclə, yəni məcburiyyət yolu ilə getmək lazımdır, baxmayaraq ki, şər, yəni özü üçün almaq istəyi bununla razı deyil. Və bu, vurmaq, yəni öz-özünə qarşı vuruşmaq deməkdir. Və insan öz şərinə dedikdə ki, böyük Padşaha xidmət etməyə dəyər və heç bir ödəniş lazım deyil, yalnız ona görə ki, O böyükdür və hər şeyi idarə edir, yəni Yaradanın əzəmətinə görə, və insan böyük Padşaha xidmət etdiyinə görə məmnun olmalıdır, o zaman onun şəri ona deyir: «Əgər sən Yaradanın əzəmətini hiss edirsənsə və buna görə də deyirsənsə ki, Ona xidmət etməyə dəyər, onda sən necə böyük Padşaha xidmət edə bilərsən?»
Və belə vəziyyətlərdə bəzən insan Yaradanın heç bir əzəmətini təsəvvür edə bilmir. O, sürgündə olan Şxina və ya kül içindəki Şxina kateqoriyasında olan müqəddəsliyin əhəmiyyətsizliyini hiss edir. Yəni, o, Padşahın heç bir vacibliyini hiss etmir. Və əksinə, ona Yaradanın işindən uzaqlaşdıran mənzərələr gəlir, o qədər ki, bəzən o, hətta Yaradanın işini unutmaq istəyir. Çünki o, Yaradanın işini xatırlamaq istədikdə və bunun üçün heç bir ödəniş almaq istəmədikdə, və işin özü onun üçün məqsəd olacaqsa, bunu insan işdə həzz hiss etdiyi vaxt demək olar. Və o bunu hiss etdiyi üçün, bu onu işi davam etdirməyə məcbur edir və o, heç bir ödənişə ehtiyac duymur.
Amma insan əta etmək üçün işləməyə başlamağa hazırlaşanda və deyəndə ki, bu işə görə heç bir əvəz istəmir, nə edə bilər? Əgər onun heç bir əvəzi yoxdursa, onda onu nə məcbur edir? Nəyin naminə işləyə bilər? Sonradan böyük mükafat alacağı üçün sevinclə işləsinmi, axı o, mükafat almaq naminə işləmir? Böyük Padşah naminə işləməyə gəlincə isə, bunu da hiss etmir. Belədirsə, insan heç bir sevinc olmadan necə hərəkətlər edə bilər? Ona deyirlər ki, məcburən işləsin, yəni bədən razı olmadıqda. Və bu, «Onun dişlərini kütləşdir» deməkdir.
Amma insan özünü məcbur etmək və əta etmək naminə əməlləri yerinə yetirmək üçün gücü haradan ala bilər? Və hətta o, özünü dəf etsə belə, bu işi sevinc içində yerinə yetirə bilmir. Yəni, insanın yerinə yetirdiyi iş elə edilir ki, insanı tutublar və o, işləməyə məcburdur. Və hər dəfə o deyir: «Bəlkə, başqalarına işləməmək üçün buradan qaçmağın bir yolu var?» Və bütün sevinci ondadır ki, saata baxır və görür ki, bir az qalıb və o, işdən azad olacaq.
Belə çıxır ki, iş vaxtı o, başqaları üçün işləməli olduğu üçün iztirablarla doludur, özü üçün isə heç nəyi yoxdur. Bu, ağanın öz işçilərinə necə xidmət etdiyini görməsi kimidir, onlar iş zamanı ağlayırlar və deyirlər: «Nə vaxt zaman gələcək ki, mən işdən azad ola bilim?»
Və insan özündən soruşur: «Məgər Yaradan istəyir ki, biz Onun üçün məcburən işləyək?»
Hiss olunur ki, insan Yaradan’dan uzaqdır. Yəni Yaradanın məhəbbətini hiss etmir. Yəni insan iş zamanı, Yaradanı sevməli olduğu zaman özünə baxır və bilmir ki, birdən-birə insana nə oldu. Yəni insanın iş zamanı hiss etməli olduğu, göylər naminə olan işin əvəzinə, göylər naminə işlədiyi zaman (o, hiss edir ki,) Yaradan’a yaxınlaşır. Yəni hər dəfə onun Yaradan’a daha da yaxınlaşmaq arzusu olacaq.
İndi isə, əslində, tam əksinədir. Yəni, hər dəfə o, Yaradandan nə qədər uzaq olduğunu hiss edir və yerinə yetirdiyi əməllər onu itələyir. Və hiss edir ki, hər əməl sanki onu kənara itələyir. Yəni, ona yaxınlaşmağa, Tövratın və ehkamların vacibliyini hiss etməyə imkan vermirlər ki, bu əməllərdə bir az dad olsun. Lakin, əksinə, sanki onların arasında məsafə yaranır. Və ona elə gəlir ki, sanki biri digərinə dözə bilmir. Və bütün əməlləri, hansıları ki, o, məcburən yerinə yetirir, sanki bir yük və ağırlıqdır. Və o, həmişə bu vəziyyətlərdən qaçmağı düşünür. Amma onun qaçmağa yeri yoxdur, yalnız yatmaqdan başqa. Yəni, yalnız yuxuda o, dad tapır.
Amma o, özündən soruşur – niyə bu əslində belədir? Yəni, insanda sual yaranır – niyə ona belə çatır? Tövrat və onun mükafatı məyər belədirmi? Məgər əta etmək naminə işə gəlmək üçün, hər şey göylər naminə olsun deyə əsl işə başladığı üçün – buna görə onu bu müqəddəs işdən itələyirlər?
Niyə iş hamıdakı kimi olanda, yəni yaxşı əməlləri artırarkən və göylər naminə niyyət barədə ümumiyyətlə düşünməyərkən, hamı kimi – yalnız əməllər barədə düşünəndə, o, işindən və duasından dad alırdımı? Və o bilirdi ki, Yaradana dua edir və O, onun duasını eşidir. Və onun dua etməyə davam etmək üçün gücü var idi. Və o, dua edərkən heç vaxt baxmırdı ki, Yaradan onun duasını eşidir, ya yox. Yəni, onun öz əməllərinə heç bir tənqidi yox idi və o, hər şeyin qaydasında olduğuna sadəlövlüklə inanaraq irəliləyirdi.
İndi isə, Yaradana yaxınlaşmaq üçün göylər naminə işləmək istədiyi üçün müqəddəsliyin 40 pilləsinə qalxmalı olduğu vaxt, onun indi sahib olduğu – yaxınlaşmalı olduğu yerdən uzaqlaşmadır.
Həqiqət budur ki, biz müdriklərin inamı ilə inanmalıyıq - insanın ağlının ardınca getməməli, yalnız müdriklərin bizə dediklərinə ümid etməliyik. Və mənim atam və müəllimim dedi ki, insan inanmalıdır, baxmayaraq ki, o, görmür ki bu – belədir. Həmçinin insan inanmalıdır ki, Yaradan duanı eşidir, necə ki, deyilir: «Çünki Sən bütün dillərin duasını eşidirsən». Və insan Yaradandan onu yaxınlaşdırmasını istədiyi üçün, Yaradan ona əsl yaxınlaşmanı əta etmək istəyir. Yəni, insana Yaradanın əta etmək istədiyi xeyir və həzzi əta etmək üçün. Bu, yaradılışın məqsədi adlanır. Və buna görə də Yaradan onun üçün ehtiyac və arzu adlanan bu kelimləri hazırlayır. Və bizim gördüyümüzə görə, üç şeydən artıq heç nə yoxdur.
1) İnsan anlayır ki, əgər o, Yaradanın işçisi olmaq istəyirsə, özünü alçaltmalı və heç nədən həzz almamalıdır, və o zaman o, Yaradanın xidmətçisi olacaq, yəni bunun əvəzində o, bu dünyada və gələcək dünyada mükafat alacaq.
2) O anlayır ki, Yaradanın xeyri naminə əməlləri yerinə yetirəcəyi pilləyə çatmalıdır. Yəni, bütün əməlləri göylər naminə olacaq və o, bununla kifayətlənir.
3) İnsan yaradılışın məqsədinə çatmalıdır, hansı ki, yaradılmışların əta etməsi deyil, xeyir və həzz almasıdır. Çünki Yaradana həzz verməli olduğu əta etmək məsələsi – bu, yalnız yaradılışın islahıdır.
Deyilənlərdən, soruşulanı anlayacağıq ki, niyə insan Yaradandan ona əta kelimlərini verməsini istədikdə, o, yuxarıdan istəyindən əvvəl sahib olduğundan daha böyük almaq kelimləri alır.
Cavab. Bu barədə əvvəlki məqalələrdə deyilmişdi. Əgər insan dərhal əta kelimləri alsaydı, yəni kiçik almaq istəyini aşmaq imkanı olsaydı, o, bununla kifayətlənərdi və onun almaq istəyi islah olunmamış qalardı, çünki insanda aşkar olunmazdı ki, o, dəfetmə gücü istəyə bilər.
Bu o deməkdir ki, insanın kiçik bir almaq istəyini dəf etmək üçün güc istədikdə gördüyü və buna görə ona daha böyük bir almaq istəyinin verilməsi — insanın düşündüyü kimi, əvvəllər kiçik bir almaq istəyinin olması və sonra ona yuxarıdan daha böyük bir arzu verilməsi demək deyil.
.Zoarda yazılan haqqında deyilir – ona xəbər verirlər ki, günah işlədib. Və soruşur – kim xəbər verir? Və cavab verir – Yaradan ona xəbər verir. İzahı. Yaradan ona hər dəfə daha çox ölçüdə, insanın doğulduğu almaq istəyinin gücünün nə qədər böyük olduğunu anlamasına imkan verir. Deyildiyi kimi: «Qapıda günah yatır». Yəni, o, bütün gücü ilə doğulub. Ona görə də o, qoca və axmaq Padşah adlanır.
Amma insan almaq istəyinin böyüklüyünü bilməməlidir. Almaq istəyinin gücünün aşkar olunması isə tədricən baş verir. Yəni, şər onun daxilində olan xeyirlə tarazlaşdırılmalıdır. Yəni, insan öz almaq istəyini ləğv etmək üçün nə qədər güc tətbiq edirsə, o ölçüdə ona yuxarıdan bu aşkar olunur.
Və yuxarıda izah etdiyimiz kimi, günahkarlara şər başlanğıc nazik bir tük kimi görünür, salehlərə yüksək dağ kimi görünür. İzahı. Xeyir və şər tarazlaşdırılmalıdır, müdriklərin dediyi kimi: “İnsan hər zaman özünü yarı yaxşı, yarı pis görməlidir”. Çünki dünyada onlar birlikdə mövcuddurlar. Məna budur ki,hansı qərarı vermək seçimi olsun.
Məlum olur ki, şər insanda mövcuddur. Amma şər onda yaxşılığının ölçüsündən asılı olaraq təzahür edir. Buna görə də, insan həqiqət xətti ilə irəliləməyə başladıqda, o zaman hər dəfə onda şər təzahür etməyə başlayır. Və budur, insan hər dəfə özündə şərin təzahürünü hiss etdikdə, onun üçün Yaradandan kömək istəməkdən başqa bir şey qalmır. Yazıldığı kimi - insanın şər başlanğıcı onu hər gün məğlub edir və Yaradan kömək etməsə, ona tab gətirə bilməz. Çıxır ki, insanın öz şərini aşmağa gücü yoxdur, yalnız Yaradan ona kömək etməlidir.
Amma bilmək lazımdır ki, bu da islaahdır. Yəni, insan yuxarıdan kömək olmadan şəri dəf edə bilməz və bu xüsusi olaraq edilib. Axı insan müstəqil şəkildə əta etmək naminə işləmək qabiliyyətində olsaydı, o, kiçik vəziyyətdə qalardı. Yəni, onda Yaradanın varlıqlara əta etmək istədiyi xeyir və həzzi ehtiva edən Tövratı dərk etmək üçün müqəddəsliyin pillələri ilə yüksəlmək istəyi olmazdı.
Axı insan özünü normal hiss edirsə, onun Tövrata ehtiyacı yoxdur. Amma o, şəri dəf edə bilmirsə və buna görə həzz ala bilmirsə, və görür ki, şər onun üzərində hökm sürür və müqəddəslikdə dayağı yoxdur, onda o, necə həzz ala bilər?
Və o zaman onun dəf etdiyi ölçüdə, o, həqiqəti daha yaxşı görür ki, onun şərin hakimiyyətindən çıxmaq üçün heç bir şansı yoxdur. Və Yaradandan kömək istədikdə, bütün qəlbi ilə istəyir. Üstəlik, o, çox vaxt ümidsizliyə qapılır və Yaradanın ona həqiqətən kömək edə biləcəyinə dair bilik üzərində inamla getmək üçün daha böyük dəfetməyə ehtiyac duyur.
Məlum olur ki, insanın özünü dəf etdiyinə və Yaradandan kömək istədiyinə görə, ona nə ilə kömək edirlər? Müqəddəs Zoarda deyildiyi kimi - müqəddəs ruhla. Hər dəfə ona daha böyük nurlandırma ilə kömək edirlər. İnsanın öz gücü ilə şərin hakimiyyətindən çıxa bilməməsinin səbəbi budur – yalnız Yaradan ona kömək etməlidir. Və bunun sayəsində onun ruhunun NARAXAY-ı aşkar olunacaq.
Əvvəlki sualların izahı:
- Niyə Şxina – Şoşan (qızılgül) adlanır?
- Şxina Padşahın qarşısında bizdən ötrü nə haqqında şəhadət verir? Yəni, nə haqqında şəhadət verməlidir?
- Şxina-nın Göydən kömək adlanması nə deməkdir, necə ki, deyilir və sən Göyləri eşidəcəksən.
"Beləliklə, Şoşan (qızılgül) ona görə belə adlanır ki, göylərin hökmranlığı, yəni bilik üzərində olan inamı satın almaq qeyri-mümkündür, yalnız bir hal istisna olmaqla: o zaman ki, 'günahkar' (insanın daxilindəki şübhə) gəlir və soruşur: 'Bu iş sizin üçün nəyə lazımdır?' Və o, ağlabatan bir cavab almaq istəyir: 'Sən öz xeyrin üçün deyil, Yaradan naminə işləyəndə bunun qarşılığında sənə nə veriləcək?'
Və bu zaman insanın ağlı daxilində cavab verməyə heç nəyi yoxdur Çünki ağla görə o haqlıdır, necə ki, deyilib: 'Çünki özünü cəmiyyətdən ayırdı, artıq əsası inkar edir'. İzahı: O, islahın əsasını inkar etdiyi üçün,bu (islah) xeyir və həzzi qəbul edərkən utanmamaq üçün edilmişdir və belə çıxır ki, Yaradanın bizim Onun naminə işləməyimizə ehtiyacı yoxdur. Bizim Yaradan naminə işləməli olmağımız isə yalnız bizim öz xeyrimiz üçündür."
Bu islah sayəsində utancdan qurtulacağımıza onda şübhə var. Buna görə də, bunu anlamağa heç nə kömək etməyəcək, lakin iradənin əksinə, məcburən getmək lazımdır, hansı ki: “Onun dişlərini kütləşdir” adlanır. İş – bu daimi bir şeydir, buna görə də dəfələrlə deyilir: “Onun dişlərini kütləşdir”. Buna görə də göylər naminə idarəçilik Şoşan və ya Şoşana adlanır – onun dişlərini (şinaim) kütləşdir.
Niyə Şxina bizim qaydasında olduğumuz haqqında şəhadət verir? O bunu harada görür?
Cavab odur ki, o, bizə kömək edir. Axı Malxut yuxarıdan kömək adlanır. İzah: Malxut özü öz köməyini verir, necə ki, təmizlənməyə gələnə kömək edirlər- deyilir. Əgər belədirsə, o, bizim haqqımızda şəhadət verə bilər ki, biz qaydasındayıq, çünki o, bizə bunda kömək edib.
Və nə üçün o şəhadət verməlidir? Bunu belə izah etmək olar: insan göylər naminə idarəçiliyə layiq görüldükdən sonra, yəni öz əməllərini əta etmək naminə yerinə yetirə bildikdə, o, Zeir Anpin, Padşah adlanan Tövrat səviyyəsinə layiq görülməlidir. Bu barədə o, şəhadət verməlidir ki, o, artıq göylər naminə idarəçilik pilləsinə çatıb və buna görə də indi Yaradanın Adları adlanan Tövrat səviyyəsinə layiqdir – hansı ki, yaradılışın məqsədidir.