Müdriklik – dünyanın dayandığı Təməldir
40) “Bereşit (בראשית – başlanğıcda)” – yəni müdrikliklə, aləmin dayandığı müdrikliklə – yəni Zeir Anpin, “yuxarıdakı gizli sirlərə daxil olmaq üçün” – Binanın nurları. “Və burada altı ali və böyük sonluq təyin olundu” – Binanın altı sfirası (VAK), “onlardan hər şey doğdu və altı mənbə və çay formalaşdı” – Zeir Anpinin altı sfirası (VAK), “böyük dənizə tökülmək üçün” – Malxuta. Başqa sözlə, “bara şit (ברא שית – altısını yaratdı)” ifadəsi “bereşit (בראשית – başlanğıcda)” sözündə dolayısı ilə işarə olunur, çünki buradan altı sonluq formalaşdı. “Bəs kim onları yaratdı? Adı çəkilməyən. Gizli olan, məlum olmayan” – yəni Arix Anpin.
İzah:
Atsilut aləmində iki cür Xoxma mövcuddur:
- İlk Xoxma – Arix Anpinin Xoxması, gizli Xoxma adlanır.
- Otuz iki yolun Xoxması – Bu, Arix Anpinin roşuna qalxaraq orada Xoxmaya çevrilən Binadır ki, Zeir Anpini doldurmaq üçün xidmət edir.
Və deyilir: “Bereşit (בראשית – başlanğıcda)” – müdrikliklə. Çünki “başlanğıc (reşit ראשית)” – Xoxmanın adıdır, lakin bu, Arix Anpinin ilkin Xoxması deyil, “aləmin dayandığı müdriklik” – yəni otuz iki yolun Xoxmasıdır. “aləm” – yəni ZON (Zeir Anpin və Nukva), “onun üzərində dayanır” – yəni ondan dolğunluq alır və onun sayəsində mövcuddur. Arix Anpinin ilkin Xoxmasından isə Zeir Anpin heç nə ala bilmir və aləm onunla yaradılmayıb.
Bu səbəbdən “Bereşit bara (ברא בראשית – başlanğıcda yaratdı)” – yəni otuz iki yolun Xoxması nəzərdə tutulur. Bu da Binadır ki, Arix Anpinin roşuna qalxmaqla yenidən Xoxmaya çevrilir.
Ona görə də deyilir: “Yuxarıdakı gizli sirlərə daxil olmaq üçün” – çünki ZON (Zeir Anpin və Nukva), “aləm” adlandırılanlar, otuz iki yolun Xoxmasından dolğunluq aldıqları zaman, Aba ve İmaya – yuxarıya qalxırlar. Aba və İma isə “yuxarıdakı gizli sirlər” adlanır. Bu səbəbdən də deyilir: “aləmin dayandığı müdrikliklə” – yəni Zeir Anpin, “yuxarıdakı gizli sirlərə daxil olmaq üçün.” “Dayanmaq” – moxin-in (zehni nurların) idraki deməkdir. Bu Xoxmadan alınan moxin sayəsində ZON var olur və onun vasitəsilə yuxarıdakı gizli sirlərə – yəni Aba ve İmaya qalxaraq onları geyinir, yəni onlarla eyniləşir. Çünki “Aşağı, yuxarıya qalxdıqda, onun kimi olur.”
Deyilir: “Və burada altı ali böyük sonluq təsbit olundu” – bu, yuxarı Binanın VAK-ıdır. Yəni “bara şit (ברא שית – altısını yaratdı)”, çünki “bereşit (בראשית – başlanğıcda)” – “bara şit” sözünün (altısını yaratdı) hərfləridir. “Altı sonluq” – bu da VAK deməkdir. Və deyilir ki, bu Xoxma ilə altı ali böyük sonluq təsbit olundu – hansı ki, hər şey onlardan yaranır və hər şey onlardan çıxır. Necə ki, deyilir: “Onların hamısını müdrikliklə yaratdın”. Çünki buradakı Xoxma – Arix Anpinin roşundan çıxmış Binadır.
Bu haqda belə deyilir: “Ata (Aba) ananı (İma) övladlar üçün bayıra çıxarır.” Aba özü zaxar və Nukva (kişi və qadın) şəklində təşkil olunur, yəni Arix Anpinin Xoxması və Atsilut aləmsının Abası zaxar və Nukva şəklində təşəkkül tapır, Malxutun Binanın yerinə qalxması səbəbindən. Bu halda belə çıxır ki, Bina həm Arix Anpinin roşundan, həm də Abadan çıxır və Arix Anpinin guf xüsusiyyətinə çevrilir, yəni artıq onun roşu yoxdur. Çünki Arix Anpinin gufunda olarkən, onun QAR- dan (üç ali sfira) almağa qadir deyil və beləliklə QAR- dan məhrum olan VAK olur.
Beləliklə, Bina roşsuz altı sonluq (sofunot) şəklində təşkil olundu. Və bu barədə deyilir: “Və burada altı ali böyük sonluq təsbit olundu, onlardan hər şey çıxır” – çünki otuz iki yolun Xoxmasında, yəni Bina-da, onlar QAR- dan məhrum olan VAK şəklində təsbit olundular, çünki Bina Arix Anpinin roşundan çıxdı. Sonradan, aşağıdan gələn MAN vasitəsilə, o yenidən Arix Anpinin roşuna qayıdır və Arix Anpindən Xoxmanın QAR- ını alır. Daha sonra isə bu QAR- ı ZON-a verir, onlar da bütün aləmlərə dolum (dolğunluq) verir. Beləcə, Bina-da təsbit olunan bu altı sonluqdan bütün aləmlər çıxır.
Bu altı sonluğa “ali böyük” VAK deyilməsinin səbəbi, onların Bina-dan gəlməsidir. Bu, Bina hərflərinin “böyük hərflər” adlandırılması kimidir.
“Onlardan altı mənbə və çay əmələ gəldi ki, onları böyük dənizə daşısınlar” – bu, Malxutdur. Çünki Bina-nın Arix Anpinin roşundan kənarda olduğu vaxtda altı sonluğun təşkil olunması “altı mənbə” adlanır. Çünki onlar yalnız Zeir Anpinin moxin-nin mənbələridirlər. Və sonra, Bina-nın Arix Anpinin roşuna qayıtdığı zaman, onlar QAR moxin-nə çevrilir, və Zeir Anpin üçün “çaylar” adlanırlar. Və o zaman onlar altı çaya çevrilirlər, necə ki, deyilir: “Yolda çaydan içəcək, buna görə də başını qaldıracaq (roş)”. O zaman Zeir Anpin bu çaylarla “böyük dənizi” – özünün Nukvasını – doldurur.
Buna görə də deyilir: “Onlardan” – yəni Bina-nın altı ali böyük sonluğundan (VAK), “altı mənbə və çay əmələ gəldi” – bu, Zeir Anpinin kiçik vəziyyətdəki VAK-ıdır (katnut), “və çaylar” – bu, Zeir Anpinin moxin-idir, “ki, onları böyük dənizə daşısınlar” – yəni Nukva-nı (Malxutu) doldursunlar. Bina-nın kiçik vəziyyətdəki VAK-ı moxin mənbələri adlanır, çünki Bina bu vəziyyətə yalnız moxin-lə ZON-u təmin etmək üçün çıxmışdır. Və əgər Bina bu çıxışı etməsəydi, ZON heç bir moxin ala bilməzdi.
Və deyilir: “Altını yaratdı (שית ברא)”. “Yaratdı (ברא)” – bu, başsız altı sonluğu (VAK) göstərir. Çünki “bar’a (ברא)” sözü “gizlətmək” mənasını verir. Buna görə də “bereşit (בראשית – əvvəldə)” sözü burada iki anlayışa işarə edir:
- Xoxma – çünki “reşit (ראשית – başlanğıc)” sözü Xoxmanı bildirir.
- “Altını yaratdı (שית ברא)” – bu, Xoxmadan başsız altı sonluğun yaradıldığına və təsbit edildiyinə işarə edir, hansı ki ZON (Zeir Anpin və Nukva) üçün moxin-in mənbələridirlər, və onlar “aləm” adlanır. Bu da yaradılışın yeddi günüdür – “bereşit”.
Və deyilir: “Bəs kim onları yaratdı? O, adı çəkilməyən, tanınmayan gizli Olandır” – bu, Arix Anpindir. Əgər “bar’a (ברא – yaratdı)” sözü “bereşit (בראשית)” sözünün içindədirsə, bəs kimdir onu yaradan? Buna görə də deyilir ki, “gizli və tanınmayan Odur” – yəni Arix Anpinin gizli Xoxması. Çünki O, Bina-nı öz roşundan çıxartdı və onu VAK halına gətirdi, yəni bar’a (yaratdı) bu altı (şit) ali böyük sonluğu, hansı ki “bereşit” sözündə dolayı yolla göstərilmişdir.