<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Baal Sulamın şərhi

  1. “Oyulmuş və aşkar olunmuş İsim Yaradılışın başlanğıcındakı əməl vasitəsilə qırx iki hərf ilə hamılə qaldı.” Sfirot sayında bir çox rəqəmlər mövcuddur:
     
  • “On” rəqəmi – KAХAB XAQAT    NEХİM (Keter-Xoxma-Bina, xesed-Gvura-Tiferet, Netsax-Xod-Yesod-Malxut).
     
  • “Yeddi” rəqəmi – XAQAT    NEХİM.
     
  • “Altı” rəqəmi, altı sonluq (VA"K) adlanır – XAQAT    NEХİ (Xesed-Qvura-Tiferet, Netsax-Xod-Yesod).
     
  • “Beş” rəqəmi, beş xasadim və ya beş qvurot – ХAQAT, Netsax-Xod.
     
  • “On üç” rəqəmi – mərhəmət xüsusiyyətlərinin on üçü və ya KAХAB, yuxarı ХAQAT, aşağı XAQAT    və NEХİM.
     

Və bunu anlamaq lazımdır, çünki “Yetsira Kitabında” belə deyilir: “Ondur, doqquz deyil, ondur, on bir deyil.” Yəni, onun sayından nə azaltmaq, nə də artırmaq olmaz. Lakin bilmək lazımdır ki, KAХAB XAQAT    NEХİM olan on sfira, əsasən, yalnız beş sfiradan – KAХAB TUM (Keter, Xoxma, Bina, Tiferet və Malxut) ibarətdir. Lakin Tiferet sfirası özündə XAQAT    NEХİ olan altı sfiranı ehtiva etdiyindən bizdə on rəqəMİ alınır. Lakin bu altı xüsusi XAQAT    NEХİ sfirası, sadəcə, Tiferetin bir sfirasının daxili xüsusiyyətləridir.

Və yalnız Tiferetdə onun daxili xüsusiyyətlərini adlandırmağımız, Q”A”R-da (Keter, Xoxma, Bina) yox, Tiferetin üstünlüyündən deyil, Q”A”R-a nisbətdə olan çatışmazlığından xəbər verir. Çünki daxili xüsusiyyətlər sfirotun bir-birini daxil etməsini göstərir. Və hər birində beş sfira mövcuddur. Beləliklə, Keterdə beş sfira – KAХAB TUM, Xoxmada da, Binada da beş sfira – KAХAB TUM var. Tiferetdə də beş sfira – KAХAB TUM olmalı idi. Lakin Tiferetin əsası yalnız xasadim nuru  olduğuna və Xoxma nuru  olmadığına görə, onun daxilindəki beş sfira yalnız beş növ xasadimdir və bu səbəbdən onların adları dəyişmışdir. Belə ki, onun içindəki KAХAB xüsusiyyətləri XAQAT    dərəcəsinə enmışdir, Tiferet və Malxut (TUM) isə Netsax və Xod  xüsusiyyətlərinə enmışdir. Buna görə də Tiferetdə daxil olan beş sfira sadəcə ХAGAT, Netsax və Xod  adlanır. Onlara əlavə olaraq bütün beş xasadiMİ birləşdirən və Yesod adlanan xüsusiyyət də gəlir. Beləliklə, Tiferetdə altı sfira var – XAQAT    NEХİ.

Niyə sfirotların sayılmasında KAХAB sfirotlarının daxilində olan beş daxili sfira daxil edilmır, amma yalnız Tiferetin daxili sfirotları sfirot sayına daxil edilir?Çünki sfirotların bir-birini daxil etməsi, əslində, beş əsas sfiranın sayına heç nə artırmır ki, onları ayrıca qeyd etməyə dəyər olsun.Amma Tiferetdəki beş sfiranın daxil edilməsi fərqlidir, çünki bu beş sfira orada yeni xüsusiyyətlərə – beş xasadimə çevrilir. Ona görə də, bunlar sfirot arasında xüsusi beş xüsusiyyət kimi qeyd olunur və sfirotun sayına daxil edilir.Tiferetin altı sfira – XAQAT    NEХİ kimi sayılması isə, onun Q”A”R-dan (Keter, Xoxma, Bina) daha aşağı səviyyədə olmasındandır, çünki bu, yalnız xasadim nurudur.

 

Və sfirotların sayında gətirilən bütün rəqəmlərdə onluq sayından heç nə çıxarılmır, onun əsası yalnız beş sfira olsa belə. Çünki on sfira ilə Tiferetdə yaranan altı daxili sfira da nəzərdə tutulur.
Əgər beş sfira deyiriksə, deməli, Tiferetdəki altı sonluq (VA"K) nəzərə alınmır.
Əgər altı sonluq (VA"K) sayılırsa, bu zaman Tiferetdəki beş daxili sfira və onları birləşdirən ümuMİ xüsusiyyət olan Yesod nəzərdə tutulur.
Əgər yeddi sfira deyiriksə, o zaman Malxut da Tiferetlə birlikdə sayılır.

2) "On üç" rəqəmi nədir?
Bu rəqəm ilk dəfə islah aləmındə, partsufun islahında yaranıb və orada üzə çıxıb.ABYA aləmlərinə (Atzilut, Briya, Yetsira, Asiya) aid olan hər bir partsufda yalnız üç kelim (qəbuledici qab) var: Bina, Zeir Anpin və Malxut.
Orada Keter və Xoxma üçün kelim yoxdur.Onların nurları Bina-nın kelisində paltarlandılar (yəni orada təzahür etdilər).Ancaq hər bir sfiranın daxilində bu üç kelim xüsusi şəkildə mövcuddur, Keter və Xoxma daxilində də Bina, Zeir Anpin və Malxut mövcuddur.Deməli, Keterdə də Bina və ZON var, Xoxmada da Bina və ZON, Bina-da da Bina və ZON var.Beləliklə, hər bir sfirada Keter və Xoxma kelimləri çatışmır, lakin Bina, Zeir Anpin və Nukva (Malxut) onların hər birində mövcuddur.Üç qab (kli) — Bina, Zeir Anpin və Malxut — on sfiraya bölünür.
Çünki onların hər birində üç xətt var: sağ, sol və orta.

  • Bina’dakı üç xətt XABAD (Xoxma, Bina, Dat),
     
  • Zeir Anpin’dəki üç xətt XAQAT (xesed, Qvura, Tiferet),
     
  • Malxutdakı üç xətt isə NEXİ  (Netsax, Xod, Yesod) oldu.
    Onlara Malxut da əlavə olunduqda, bu on sfira təşkil edir.
    Eyni şəkildə, hər bir partsufda XABAD XAQAT NEXİM adlı on sfira mövcuddur.
     

Məlumdur ki, Atsilut aləmınin Arix Anpin partsufunun roşunda (başında) yalnız iki sfira var:Keter və Xoxma, bunlara Kitra və Xoxma Stimaa (Gizli Xoxma) deyilir.Bina isə bu Roşdan çıxaraq Guf (bCənnət) xüsusiyyətinə çevrilir – yəni yalnız VA"K (alt altı sfira), yəni moxin de-roş (ağıl nurları) olmadan.

Bu barədə belə deyilmışdir: “Ata (Aba) ananı (İma) bayıra çıxarır.”
Bu səbəbdən Bina Q”A”R və Z”A”T olaraq bölünür.

Çünki moxin de-roşun olmaması Bina-nın G”A”R hissəsinə heç bir zərər vermır.Çünki on sfira düz nurunda (or yashar) onun mahiyyəti yalnız xasadim nurudur. Bu nur  üçün fərq yoxdur: o, Roşda da, Gufda da eyni şəkildə parlayır.
Ona görə də Bina Roşdan çıxsa da, bu, onun G”A”R hissəsi üçün azalma hesab olunmur, çünki moxin de-roş da itmır.Bu səbəbdən Bina-nın G”A”R hissəsi ayrıca bir xassəsinə çevrilmış və Yuxarı ABA ve İMA (ABA ve İMA ila’in) adlanan partsuf olmuşdur.Onlar Arix Anpin-in ağızından (Pe) aşağıda yerləşsələr də, G”A”R xüsusiyyəti hesab olunurlar.

Ancaq Bina-nın Z”A”T hissəsi — Bina-nın daxilinə daxil olmuş ZON-un (Zeir Anpin və Nukva) qatqısı ilə yaranmış hissəsi —Xoxma nurunun nurlanmasına möhtacdır, çünki bu nuru  ZON-a ötürməlidirlər.Və buna görə onlar Bina-nın Roşdan çıxması nəticəsində yaranan bu çatışmazlıqdan əziyyət çəkirlər.Çünki bu səbəbdən onlara Xoxma çatmır.Buna görə onlar VA”K və Guf, yəni moxin de-roşdan məhrum olan hissə hesab olunurlar.Və bu zərər səbəbindən G”A”R Bina-dan ayrılırlar və İŞSUT adlanan ayrı bir partsuf halına gəlirlər.

Beləliklə, görürük ki, Binanın Arix Anpin-in roşundan çıxması nəticəsində onda iki ayrıca xüsusiyyət yaranmışdır: QAR və ZAT.Buna görə də partsufda üç əlavə sfira meydana gəlmışdir.
Çünki artıq:

 
  • Bina-nın QAR hissəsindəki üç xətt XABAD,
     
  • Bina-nın ZAT hissəsindəki üç xətt yuxarı XAQAT,
     
  • Zeir Anpin-in üç xətti aşağı XAQAT,
     
  • Malxut-un üç xətti isə NEXİ  sayılır.
    Və onları ehtiva edən Malxut ilə birlikdə bu on üç sfira təşkil edir.
    Beləliklə, Binanın Roşdan çıxması, partsufda ikili XAQAT səbəbilə 13 sfiranın yaranmasına səbəb olur.
     

Lakin bu sabit vəziyyət deyil, çünki aşağıların MAN qaldırması ilə A”B–SAQ de-AK nuru  cəlb olunur və bu nur  Binanı yenidən Arix Anpin-in Roşuna qaytarır.Və o zaman Bina-nın ZAT hissəsi Arix Anpin-dən Xoxma nurunu  ala bilir və onu ZONa, yəni “övladlara” ötürə bilir.Hesab olunur ki, Binanın Roşdan çıxmasının əsas səbəbi, Xoxma nurunun ZON-a ötürülməsi idi. Çünki əgər bu çıxış olmasaydı, ZON-a Xoxma nuru nı ötürmək mümkün olmazdı.Və Bina-nın çıxışı ilə əlavə olunan bu üç sfira – yalnız Xoxma moxinlərini ZON-a cəlb etmək üçün bir hazırlıq idi.ZON isə Yaradılışın yeddi gününə işarədir.

Ona görə də, “on üç” rəqəMİ hər yerdə Xoxmanın ZON-a cəlb olunması kimi sayılır.Beləliklə, beş sfira ilə on üç sfira arasındakı fərq də açıqlanır:

  • Beş sfira yalnız beş xasadiMİ ehtiva edir.
     
  • On üç sfira isə, Bina-nın çıxışı nəticəsində əlavə olunmuş yuxarı XAQAT vasitəsilə Xoxma nuru nın cəlb olunmasını göstərir.
     

 

3) İndi isə 42 hərfli ad və 42 zivuq (birləşmə) haqqında izah edək.

Bina, Roşdan çıxdığı üçün QAR və ZAT olaraq bölündü.

  • Bina-nın QAR hissəsi, Arix Anpin-in ağızından xaze-yə qədər olan hissəsini bürünən Yuxarı ABA ve İMA adlı partsufa çevrildi.
    Onların nuru  “təmız hava” (avira daxya) adlanır.
     
  • Bina-nın ZAT hissəsi isə İşsut adlı partsufa çevrildi, o Arix Anpin-in xaze-dən tabura qədər olan hissəsini bürünir.
    Onların nuru  isə sadəcə “hava” (avira) adlanır.
     

“Hava” (avir) – yalnız xasadim nurunu ifadə edir, yəni Xoxma nuru nın çatışmadığı Ruax nurudur.Bu səbəbdən Arix Anpin-in roşundan çıxan Bina, Xoxmadan ayrıldığı üçün yalnız xasadim saxlayır və buna görə də “hava (avir)” xüsusiyyəti hesab olunur.Xoxma nuru  olmadığından bu nur  yalnız Ruax-dır və buna görə “hava” adlanır.Lakin Yuxarı ABA ve İMA ilə İşsut arasında fərq vardır:

  • Yuxarı ABA ve İma, Bina-nın QAR hissəsidir,və onların əsas təbiəti xasadim nurudur,ona görə də onlar üçün Xoxma nurunun olmaması bir zərər sayılmır.
     

Hətta aşağılar MAN qaldırıb Bina-nı yenidən Arix Anpin-in roşuna qaytardıqda da,Xoxma nuru nı alan İşsut olur, Yuxarı ABA və İMA deyil,çünki QAR Bina təbiətcə heç vaxt dəyişmır, və buna görə də onların Arix Anpin-in roşundan çıxması sanki baş verməmış kimi sayılır.Beləliklə, onlar “tam QAR” xüsusiyyəti hesab olunurlar və onların havası “təmız hava” (avira daxya) adlanır.
Bu səbəbdən onlara “idrak olunmayan hava” da deyilir, çünki onların Daatı Xoxma çəkmır və hava (avir אויר) nura (or אור) çevrilmır, yəni Xoxma nuru na çevrilmır.Əksinə, İşsut, yəni Bina-nın ZAT hissəsi,Xoxma nurunu ZON-a ötürmək üçün ona ehtiyac duyur.Və buna görə də Arix Anpin-in roşundan çıxmaqla onlar xüsusi çatışmazlıq yaşayır –çünki Xoxma onlarda yoxdur və bu, onlar üçün həqiqi bir əskiklikdir.Buna görə onların “havası” artıq “təmız hava” deyil,sadəcə hava (avir) adlanır – idrak oluna bilən hava,yəni gelecekdə Xoxma nurunu cəlb etmə potensialı olan hava .Belə ki, aşağılar MAN qaldırdıqda, Bina yenidən Arix Anpin-in roşuna daxil olur,və bu zaman İşsut Xoxma nurunu alır və onu ZON-a ötürür.Və belə hesab olunur ki, “hava (avir אויר)”dan “yud י” çıxır və bu “hava” Xoxma nuruna – “nura (or אור)” çevrilir.Beləliklə, İşsut partsufunun “havası” idrak olunmuş hala gəlir.Lakin Yuxarı ABA və İMA isə, roşa qayıtdıqları zaman belə,həmışə “təmız hava (avira daxya)” olaraq qalır və onların havasından “yud” çıxmır, çünki onlar heç vaxt öz davranış şəkillərini dəyişmırlər.Və buna görə onlara “idrak olunmayan hava” deyilir.

Arix Anpin-in daxili hissəsində, xaze yerində yaranan sərhəd parsa adlanır.
Bu, yuxarı suları – yəni Arix Anpin-in roş hissəsini və onu Pe-dən xazeə qədər örnəyən Yuxarı ABA və İmanı – ayıran “Şma qübbəsi”dir. Çünki bu nöqtəyə qədər Arix Anpin-in roşunun nuru  uzanır,və buna görə də parsa onun altında yerləşir və İşsut və ZON dan – yəni “aşağı sulardan” – ayrıcı bir pərdə olur.
Bu aşağı sular Arix Anpin-in roşunun nurunu almadıqları üçün bir çatışmazlıq hiss edirlərvə buna görə də onlar ağlayırlar: “Biz Padşahın hüzuruna çıxmaq istəyirik,” –yəni yuxarı qalxmaq və Arix Anpin-in roşundan Xoxma nurunu almaq istəyirlər.

4) İki növ qırx iki hərfli ad mövcuddur:

1. Atsilutun Qırx İki Hərfli Adı – “Həqiqi formanı göstərən ad” adlanır.
Bu addan bütün digər adlar iz salaraq yaranmışdır.
Bura daxildir:

 
  • Sadə formada AVAYA  adının dörd hərfi – Keter,
     
  • AVAYA   adının doldurulmuş forması – Xoxma,
     
  • Və doldurulmuşun da doldurulmuşu olan iyirmi səkkiz hərf – Bina.
    Bunların cəmi qırx iki hərf edir.
     

2. Yaradılışın Əməliyyatı ilə Bağlı Qırx İki Hərfli Ad.
Bu – Yaradılışın yeddi günü deməkdir, yəni Atsilut aləmınin ZON-u,
orada:

  • Otuz iki Elo-kim adı
     
  • və on söz (maamarot) vardır.
    Bunlar birlikdə qırx iki edir.
     

İzah:
Parsanın yuxarısında – yəni Arix Anpin-in roşunun nuru  çatdığı yerə qədər – alınan nurlar,yəni Yuxarı ABA və İma-nın Yesodları və Keter (Arix Anpin-in roşu) və ABA və İMA (Xoxma və Bina) – bunlar Atsilutun Qırx İki Hərfli Adı adlanır.Çünki bütün digər 42 hərfli adlar bu yuxarı nurdan formalaşır.

Bu səbəbdən də:

  • Sadə AVAYA – Keter,
     
  • Doldurulmuş AVAYA – Xoxma,
     
  • Doldurulmuşun doldurulmuşu olan AVAYA – Bina
    bu adları təmsil edir.
     

Beləliklə, Yuxarı ABA və İma-dakı “təmız hava” (avira daxya)
– Qırx İki Hərfli Adın özü kimi sayılır.

Lakin ZON – Yaradılışın yeddi günü adlanan hissə – qırx iki hərfli addan heç nə ala bilmır,çünki onlar Arix Anpin-in xazesində yerləşən parsadan aşağıda, yəni QAR- dan məhrum olunmuş aşağı sular səviyyəsində yerləşirlər.Onlar yalnız İşsutdan dolum alırlar,və İşsutun havası “təmız hava” (avira daxya) olmadığından,onların aldığı da tam olmayan, zəif bir nurdur.Yuxarı ABA və İMA isə qırx iki hərfli adın özü olduğu üçün,onlardan ZON birbaşa heç nə ala bilmır, çünki onları parsa ayırır.Lakin aşağıdakılar MAN (dua) qaldırdıqda,və AB–SAQ de-AK-dan MАD (cavab nuru ) cəlb olunduqda,bu nur  Binanı Arix Anpin-in roşuna qaytarır və bu zaman İşsut Xoxma nurunu alır
və ZON-a ötürür.Bununla da ZON Arix Anpin-in xazesindən yuxarı səviyyəyə qalxmış kimi olur və Yuxarı ABA və İma-dan “təmız hava” alaraq qırx iki hərfli adın bir hissəsinə çevrilir.

Bu səbəbdən, ZON-a aid olan qırx iki hərfli ada
32 Elo-kim adı və 10 “maamar” (söz, deyim) işarə edir,
və bu birlikdə gematriyada 42 edir.

  • 32 Elo-kim adı – bu İşsutun Arix Anpin-in roşuna qalxaraq
    32 Xoxma yolundan nur  aldığı zaman formalaşır,
    və bu 32 yol İşsutun içində 32 Elokim adı əmələ gətirir.
    Bu, Yaradılışın başlanğıcında 32 dəfə çəkilən Elokim adlarıdır.
     
  • 10 maamar (deyim) – bunların əsasını beş xasadim təşkil edir.
    Lakin ZON artıq 32 Elokim adından Xoxma nurunu aldıqları zaman,
    bu beş xasadim Yuxarı ABA və İma-dan gəlir və “təmız hava” formasında – qırx iki hərfli ada aid – ötürülür. Beləcə, ZON-dakı bu beş xasadim yalnız 32 Elokim adından nur  aldıqdan sonra qırx iki hərfli ada daxil edilir.
     

Buna görə də qeyd edilir ki, 32 Elokim adı və 10 deyim birlikdə gematriyada “qırx iki” edir.Ona görə də deyilmışdir:“Necə ki, əhdin forması bu toxumdan –Zeir Anpinin Yesodundan – olan qırx iki zivuqda mayalandı,həmçinin oyulmuş və zahir olmuş ad da Yaradılışın başlanğıcının əməlləri ilə bağlı qırx iki hərf ilə mayalandı.” (6) Çünki “Nur olsun (יהי אור)” ifadəsinin beş nuru – Zeir Anpinin Yesodunun Nukvaya verdiyi beş xasadimdir və onlar “toxum” adlanır. Bu toxum isə qırx iki hərfli adın xüsusiyyətinə aiddir.Hətta bu beş xasadim olsa da, İŞSUT partsufunun 32 Elo-kim adından Xoxma nuru  ehtiva etdiyinə görə,onlar qırx iki hərfli ad hesab olunur.Burada nur Xizkiya, Nukva partsufunun quruluşunu Zeir Anpinin Yesodunun toxumu ilə müqayisə edir –yəni qırx iki hərfli adın quruluşu ilə.Lakin qırx iki hərfli adın “oyulması” (hakika) –bu, “Bereşit (בְּרֵאשִׁית – başlanğıcda)” sözündən “və boş idi (ובהו)” sözündəki “bet ב” hərfinədək olan qırx iki hərfdən ibarətdir.