Sülh məqaləsi.
Yehuda Leib Alevi Aşlag (Baal Sulam)
(İnsan təbiətinin islahı və təcrübə əsasında ali idarəedici qüvvə ilə oxşarlığa uyğunlaşdırılması haqqında elmi tədqiqin faydaları və zəruriliyi)
«Quzunun yanında canavar yaşayacaq, pələng keçi ilə yanaşı,və buzov, gənc aslan, öküz birlikdə olacaq,və onları kiçik bir oğlan idarə edəcək.»
Və o gün olacaq: Yaradan sağ qalmış xalqının qalan hissəsini – Aşşurdan və Misirdən, Patrosdan, Kuşdan, Eylamdan, Şinardan, Hamatdan və dəniz adalarından qaytarmaq üçün yenidən [uzadacaq] Öz əlini.
Ravvin Şimon ben Xalafta dedi: “Yaradan İsraili bərəkətlə təmin edə biləcək başqa bir qab tapmadı, yalnız sülhdən başqa, necə ki, deyilir: ‘Yaradan Öz xalqına güc verəcək, Yaradan Öz xalqını sülhlə bərəkətləyəcək’” (Uktsin traktatının sonu).
Əvvəlki məqalələrdə Yaradannın fəaliyyətinin ümumi formasını araşdırdıqdan sonra belə qənaətə gəldim ki, bunun mahiyyəti nə az, nə çox, məhz «yaxınını sevmək»dədir ki, praktik baxımdan “yaxına əta etmək” sözləri ilə ifadə etmək daha məqsədəuyğundur. Yəni, əgər “yaxınını sevməyin” praktik hissəsini nəzərə alsaq, bu bizə yalnız yaxın üçün yaxşı təsirlər etmək kimi görünür, buna görə də “yaxınını sevməyin” “yaxınına vermək” sözləri ilə müəyyənləşdirmək düzgün olar. Bu ifadələr məzmunun məqsədini ən yaxşı şəkildə əks etdirir və bizim niyyətimizi unutmayacağımıza zəmanət verir.
Və bundan sonra biz Onun işinin formasını yetərincə öyrəndikdən sonra araşdırmalıyıq ki, bu işi biz yalnız inam şəklində, heç bir elmi-eksperimental əsas olmadan qəbul edirik, yoxsa bunun üçün bizdə eksperimental baza da mövcuddur. Və bu, mənim bu məqalədə sübut etmək istədiyim hər şeydir.
Və indi əvvəlcə mən, şübhəsiz ki, mövzunun özünü yetərincə əsaslandırmalıyam. Başqa sözlə, kimdir o, bizim işimizi qəbul edən? Lakin mən formal fəlsəfə həvəskarlarına aid olmadığım üçün, çünki nəzəri əsasda qurulan istənilən araşdırmalardan nifrət edirəm və məlum olduğu kimi, mənim nəslimin böyük bir hissəsi bu məsələdə mənimlə razıdır, çünki bu cür kövrək təmələ əsaslanan işlərdə çox böyük təcrübəmiz var və təməliyerindən tərpənəndə bina da uçur...
Ona görə də mən burada praktik ağılın tənqidindən qaynaqlanmayan bircə kəlmə də deməyə hazırlaşmıram: ən sadə şüurdan başlayaraq, heç bir mübahisəyə səbəb olmayan, analitik yolla irəliləyərək [yəni obyekti onun tərkib hissələrinə ayıraraq], biz bu ali mövzunun müəyyən edilməsinə çatana qədər davam edəcəyik. Və bu təhlildən sonra biz əksinə, sintetik yolla [yəni elementləri birləşdirərək və əlaqələndirərək, analoji və ya asandan çətinə çıxan məntiqi nəticə metodlarında olduğu kimi] gedəcəyik, bu isə onu göstərir ki, Yaradanın işi praktik baxımdan ən sadə şüurdan təsdiqlənir və sübut olunur.
İdarəetmədə kontrastlar və ziddiyyətlər
Hər bir sağlam düşüncəli insan, qarşımızda açılmış olan reallığa baxdıqda, orada iki tamamilə əks hadisə tapacaq. Axı, yaradılışın düzəninə onun mövcudluğu və qorunması nöqteyi-nəzərindən baxsaq, dərhal gözə çarpan dərəcədə xoşbəxt bir idarəetmə, dərin müdriklik və böyük istedadla həyata keçirilir:
1.yaradılışın hissələrinin yaranmasında olduğu kimi,
2.onun bütövlükdə mövcudluğunun təmin edilməsində də.
Və misal olaraq, insan nəslinin qorunub saxlanılmasına yönəlmiş olan vücud proseslərini götürək. Budur, valideynlərin sevgisi və həzzi onun üçün ilkin səbəb kimi hazırlanıb, bu rol üçün etibarlı və son dərəcə dəqiq bir vasitədir. Atanın beynindən əsas damcı (yesod) ayrıldıqda isə, İdarəetmə onun üçün etibarlı bir məkan təşkil edib, böyük müdrikliklə hazırlanmış və həyat ruhunu qəbul edə bilən bir məkandır. Həmin yerdə də İdarəetmə ona hər gün dəqiq ölçü ilə ruzi verir. Bundan əlavə, İdarəetmə onun üçün ananın bətnində gözəl bir yataq hazırlayıb ki, kənar heç kəs ona zərər verə bilməsin.
Və o, onun bütün ehtiyaclarına görə qayğı göstərir, təcrübəli bir dayə kimi, onu bir an belə unutmur, ta ki, o, Allahın nuruna çıxmağa imkan verən qüvvə və güc əldə edənə qədər. Və o zaman İdarə ona qısa müddətlik, ətrafındakı divarları dağıtmaq üçün kifayət edəcək qədər güc və qüvvə verir. O isə silahlı, təcrübəli və vərdişli bir döyüşçü kimi çıxış yolu tapır və Allahın nuruna çıxır. Və hətta o vaxt da İdarə onu tək buraxmır, mərhəmətli bir ana kimi, onun etibar oluna biləcək, «ata» və «ana» adlandırılan, onu sevir və daim kömək edəcək insanlar tapmasına şərait yaradır ki, o, güclənənə və öz qüvvəsi ilə yaşamağa qadir olana qədər, bütün zəif günlərində ona kömək etsinlər. Eyni ilə insanda olduğu kimi, hər bir heyvan, eləcə də bitkilər və cansız varlıqlar – onların hamısı böyük hikmət və mərhəmət ilə idarə olunur ki, onların da öz varlığının və nəsil davamının təmin olunmasına zəmanət verilsin.
Və bu reallığın mövcudluğunun qorunması və hazırlanması baxımından insana böyük bir qarışıqlıq və anlaşılmazlıq kimi gözə çarpır, elə bil ki, burada heç bir rəhbər və idarəçilik yoxdur, hər kəs istədiyini edə bilər, hər kəs başqasının xarabalıqları üzərində quruculuq, günahkarlar güc qazanıb, salehlər isə heç bir mərhəmət göstərilmədən tapdalanır və sairə.
Və bil ki, bu ziddiyyət – hiss edən və anlayan hər kəsin gözünə dəyməsi – insanlığı qədimdən bəri məşğul edib. İnsanlar, İdarədə müşahidə olunan və vahid dünyaya xidmət edən bu iki ziddiyyətin izahı üçün çoxsaylı yollar tapıblar.
Birinci nəzəriyyə: təbiət
Bu nəzəriyyə çox qədimdir. Çünki bu iki ziddiyyətə əsaslanaraq, hansılar ki, onların nəzərinə çarpırdı və onları bir-birinə yaxınlaşdırmaq üçün heç bir imkan və üsul yox idi, onlar belə ümumi bir fərziyyəyə gəldilər ki, bütün bunları yaradan və icad edən, reallığın mövcudluğunu elə bir şəkildə sərt və möhkəm şəkildə idarə edən kəsdir ki, onun heç bir elementi yox olmasın, heç bir ağıla malik deyil və [heç nəyi] hiss etmir.
Və beləliklə, baxmayaraq ki, o, reallığın varlığını heyranedici və möcüzəvi bir hikmətlə yaratmış və idarə edir, özü isə, buna baxmayaraq, ağılsızdır və bütün bunları qəsdən etməmişdir. Axı əgər onun ağlı və hissi olsaydı, şübhəsiz ki, reallığın mövcudluğunu təmin edən yollarda belə qüsurları heç bir mərhəmət və rəhm olmadan möhtac olanlara qarşı buraxmazdı.
Ona görə də, onlar bunu «təbiət» sözü ilə adlandırdılar, başqa sözlə, nə ağlı, nə də hissi olan idarəedici. Buna görə də, onların fikrincə, burada əsəbiləşməyə adam yoxdur, dua etməyə heç kim yoxdur və heç kimə bəraət qazandırmağa da ehtiyac yoxdur.
İkinci nəzəriyyə: ikihakimiyyətlilik
Bəziləri daha çox incəlik göstərdilər, çünki onlar üçün təbiətin idarə olunması ilə bağlı bu fərziyyəni qəbul etmək çətin idi. Axı, reallıq hadisələrinin idarə olunmasını müşahidə edərkən və onun mövcudluğunun ən dərin müdrikliklə və bütün insan hədlərindən uca bir şəkildə təmin olunduğunu görərkən, onlar bu qədər hər şeyi idarə edən birisinin özü ağılsız ola biləcəyi fikri ilə razılaşa bilmədilər. Axı, səndə olmayan bir şeyi vermək mümkün deyil. Və əgər özün axmaq olsan, digərinə müdriklik öyrətmək və ya ötürmək də mümkün deyil. Necə demək olar ki, qarşımızda hadisələri heyrətamiz və möcüzəvi bir müdrikliklə təşkil edən varlıq nə etdiyini bilmir və təsadüf nəticəsində bunu edir – halbuki hər kəsə aydındır ki, təsadüf heç bir hadisəni müdrikliyə əsaslanan prinsiplərlə təşkil edə bilməz. Və bundan əlavə – ona əbədi varlıq qaydasını da təmin edə bilməz.
Və buna görə də onlar ikinci fərziyyəyə gəldilər – burada iki idarəçi və yaradan var: biri xeyri yaradır və saxlayır, digəri isə şəri yaradır və saxlayır. Onlar bu nəzəriyyəni çox ətraflı işləyib hazırladılar, yol boyu sübutlar və nümunələr gətirdilər.
Üçüncü nəzəriyyə: çoxallahlılıq
Bu nəzəriyyə iki hakimiyyət nəzəriyyəsinin qoynunda doğulub. Çünki onlar bütün əməllərdən hər bir əməli ayırıb bölüblər – yəni güc və zənginlik, hakimiyyət və gözəllik, aclıq, ölüm və xaos və s., və hər birinin üzərində xüsusi bir yaradan və idarəçi təyin ediblər, və bunu istədikləri kimi inkişaf etdiriblər.
Dördüncü nəzəriyyə: öz işini tərk etdi
Son zamanlar elm zənginləşib və yaradılış hadisələrinin bütün hissələri arasında möhkəm bir əlaqə aydın göründükdə, çoxallahlılığın tamamilə qeyri-mümkün olduğu qəbul edilib və buna görə də idarəetmədə hiss etdiyimiz ziddiyyət barədə sual yenidən ortaya çıxdı.
Və buna görə də yeni bir fərziyyə irəli sürüldü: əslində yaradan və idarəçi ağıl və hisslərə malikdir, lakin onun dərəcəsi və əzəməti ölçüyə gəlməz olduğuna görə, bizim dünyamız onun üçün xardal dənəsi kimi kiçik və dəyərsizdir və bizim cüzi işlərimizlə məşğul olmağa dəyməz. Buna görə də onun tərəfindən varlığın təmin olunmasına edilən dəstək o qədər təhrif olunub ki, hər kəs istədiyi kimi hərəkət edir.
Eyni zamanda, yuxarıda təsvir olunan nəzəriyyələrlə yanaşı, ilahi birliyi müdafiə edən dini təlimlər də hökm sürürdü və burada onlara toxunmaq üçün yer yoxdur. Çünki burada mən yalnız müxtəlif dövrlərdə və müxtəlif yerlərdə böyük nüfuz və yayılma qazanmış müxtəlif pozulmuş təlimlərin və qəribə ehtimalların məlum olduğu mənbələri müəyyən etmək istədim.
Buradan aydın olur ki, adlandırılan bütün bu nəzəriyyələrin qurulduğu əsas, bizim dünyamızda müşahidə olunan idarəetmənin iki növü arasındakı ziddiyyət və qarşıdurmadan doğmuş və qaynaqlanmışdır, çünki bütün bu nəzəriyyələr yalnız bu böyük uçurumu yamamaq üçün təqdim olunmuşdu.
Lakin hələlik dünya öz adi yolu ilə gedir və bu dəhşətli və böyük uçurum nəinki aradan qaldırılmayıb, əksinə, daim gözlərimizin önündə genişlənir, qorxunc bir uçuruma çevrilir ki, ondan nə çıxış, nə də xilas üçün heç bir ümid görünmür.
Yuxarıda qeyd olunan bütün bu cəhdlərə baxaraq, hansılardan ki, bəşəriyyət minilliklər boyu heç bir nəticə olmadan istifadə etmişdir, öz-özümə sual verirəm: bəlkə bu uçurumun düzəldilməsini idarəedəndən istəmək heç doğru deyil, əksinə, bu böyük islah tamamilə öz əlimizdədir?
Təbiət qanunlarına ehtiyatlı yanaşmanın vacibliyi
Hamımız sadə dərkə əsaslanaraq görürük ki, insan nəslinin ictimai həyat sürməsi vacibdir. Yəni o, cəmiyyətin köməyi olmadan mövcud ola və həyatını davam etdirə bilməz.
Elə isə təsəvvür et belə bir vəziyyəti. Məsələn, hər hansı bir insan cəmiyyətdən ayrılıb insan olmayan bir yerə getsə və orada yaşamağa başlasa, bütün ehtiyaclarını ödəməyə gücü çatmadığı üçün çox əziyyət və iztirab çəkər. Amma onun, əlbəttə ki, İdarəyə və ya öz taleyinə qarşı qəzəblənməyə heç bir haqqı yoxdur. Əgər o, belə edirsə, yəni qəzəblənir və acı taleyini lənətləyirsə, bununla sadəcə öz axmaqlığını göstərir və bəyan edir. Axı İdarə ona cəmiyyətin içində rahat və arzulanan bir yer hazırladığı halda, onun oradan çıxıb səhralığa getməsinə bəraət yoxdur. Belə bir insana rəhm etmək olmaz, çünki onun İdarənin buyurduğu kimi yaşamaq üçün {məlum} məsləhəti ola-ola, o, yaradılışın təbiətinə qarşı çıxır. Buna görə də o, mərhəmətdən məhrumdur.
Bu fikirlə bəşər nəslinin bütün nümayəndələri heç bir etiraz etmədən razılaşırlar. Mən isə ona dini əsas gətirərək əlavə edə, belə bir fikrə forma verə bilərəm: yaradılışa nəzarətin Yaradanın fəaliyyətindən irəli gəldiyi üçün və Onda, şübhəsiz ki, müəyyən bir məqsəd olduğu üçün – axı elə bir usta yoxdur ki, məqsədi olmasın – belə çıxır ki, O, bizə qoyduğu təbiət qanunlarından hər hansı birini pozan hər kəs bununla son məqsədə zərər vurur.
Axı məqsəd, heç bir şübhə olmadan, eyni anda təbiətin bütün qanunlarına, bir istisnasız, əsaslanır. Necə ki, müdrik İşçinin davranışına yaraşır: məqsədə çatmaq üçün zəruri olan hərəkətlərdə nə bircə dənə də olsa tük artırar, nə də əskildər.
Və belə çıxır ki, əgər kim isə bir qanunu pozubsa, onun törətdiyi zərər həm də son məqsədə ziyan vurur və onu korlayır, hansı ki, Yaradan tərəfindən qoyulmuşdur. Və bu səbəbdən Təbiət onu cəzalandırır. Və buna görə də bizə, Yaradanın məxluqlarına, ona acımaq olmaz, çünki o, Təbiətin qanunlarını pozur və Yaradanın məqsədini təhqir edir. Mənim fikrimə görə, bu fikri ifadə etməyin forması məhz belə olmalıdır.
Və düşünmürəm ki, kiminləsə bu fikrə mənim verdiyim forma ilə mübahisə etməyə dəyər, çünki deyilənlər eynidir. Axı, nə fərqi var, deyəsən ki, idarəedən “təbiət” adlanır, yəni ağlı və məqsədi yoxdur, ya da deyəsən ki, idarəçi – heyrətamiz bir müdrikdir, bilən və hiss edən, və onun hərəkətlərinin məqsədi var?
Axı, axırda, hamımız etiraf edirik və razılaşırıq ki, bizim üzərimizə bu borc düşür – İdarəetmənin göstərişlərini, yəni Təbiətin qanunlarını yerinə yetirmək. Və hamımız etiraf edirik ki, İdarəetmənin göstərişlərini, yəni Təbiətin qanunlarını pozan, Təbiətin ona verəcəyi cəzaya llayiqdir. Və heç kim ona acıya bilməz. Beləliklə, bu fikrin mahiyyəti eynidir və aramızda yalnız motiv baxımından fərq var:
1.axı onların fikrincə, motiv – məcbur edən,
2.amma mənim fikrimcə, o – məqsədyönlüdür.
Və gələcəkdə bu iki ifadədən istifadə etməyə ehtiyac qalmasın deyə, yəni: [1] təbiət və [2] İdarəedici, halbuki qanunların yerinə yetirilməsi ilə bağlı heç bir ixtilaf yoxdur, necə ki, mən [artıq] sübut etdim, bizim üçün daha yaxşı olar ki, razılığa gəlib kabalistlərin sözlərini qəbul edək ki, “Təbiət”5 sözü ilə “Ulu Yaradan”6 ifadəsi eyni ədədi qiymətə malikdir, yəni 86. Beləliklə, mən “Ulu Yaradanın qanunları”nı “Təbiətin qanunları” ifadəsi ilə, yaxud əksinə (“Ulu Yaradanın qanunları”nı “Təbiət qanunları” sözləri ilə) adlandıra bilərəm. Axı bu, eyni şeydir və artıq boş-boş danışaraq sözü uzatmayaq.
Və bu andan etibarən bizim üçün Təbiətin qanunlarını diqqətlə nəzərdən keçirmək çox vacibdir ki, bilək, o bizdən nə tələb edir, bizə qarşı, bildiyimiz kimi, heç bir mərhəmət etmədən cəza verməsin. Bax, biz demişdik ki, Təbiət insan nəslini ictimai həyat sürməyə məcbur edir. Bu isə aydındır. Ancaq biz baxmalıyıq ki, Təbiət bizi bu məsələdə – yəni ictimai həyat məsələsində – hansı qaydaları yerinə yetirməyə məcbur edir.
Ümumilikdə baxsaq, biz cəmiyyətdə ancaq iki qayda ilə məşğul olmalıyıq ki, onları belə müəyyən etmək olar: [1] “almaq” və [2] “vermək”.
Başqa sözlə, Təbiət hər bir cəmiyyət üzvünü öz bütün ehtiyaclarını cəmiyyətdən almağa məcbur edir. Habelə o, öz əməyi ilə cəmiyyətin rifahı üçün verməyə də borcludur. Və əgər bu qaydalardan birini pozarsa, yuxarıda qeyd edildiyi kimi, heç bir mərhəmət olmadan cəzalandırılacaq.
Və beləliklə, almaq əmrinə gəldikdə biz artan diqqətə ehtiyac duymuruq, çünki cəza dərhal yerindəcə tətbiq olunur. Buna görə də, bu əmrdə heç bir səhlənkarlıq baş verə bilməz.
Lakin ikinci əmr, yəni cəmiyyətə əta etmək,vermək əmri, burada cəza dərhal gəlmir və üstəlik, cəza bizə birbaşa deyil, dolayı yolla gəlir və bu səbəbdən bu əmr lazımi kimi yerinə yetirilmir. Buna görə də bəşəriyyət dəhşətli bir tavada yanır. Qılınc, aclıq və onların törətdikləri bizdən bu günədək əl çəkmir.
Burada təəccüblü olan odur ki, Təbiət, peşəkar hakim kimi, bizi inkişafımızı nəzərə alaraq cəzalandırır. Axı biz öz gözlərimizlə görürük ki, bəşəriyyət tədricən inkişaf etdikcə, bizim öz dolanışığımızı və varlığımızı təmin etmək üçün çəkdiyimiz əzab və əziyyətlər də artır.
Və sən burada elmi-eksperimental əsaslandırmanı görürsən ki, Yaradanın idarəsi bizə “yaxınına əta etmək ” əmrini bütün varlığımızla, tam dəqiqliklə yerinə yetirməyi tapşırıb. Belə ki, heç birimizin cəmiyyətin uğurunu və xoşbəxtliyini təmin edəcək ümumi iş həcmini azaltmağa haqqımız yoxdur. Və biz bu əmri tam həcmdə icra etməkdə səhlənkarlıq etdiyimiz müddətcə Təbiət bizi cəzalandırmaqdan və bizdən qisas almaqdan əl çəkməyəcək. Zamanımızda üzləşdiyimiz zərbələrə baxaraq isə, bundan əlavə, gələcəyimizin üzərində asılmış çılpaq qılıncı da nəzərə almalıyıq. Buradan düzgün nəticə çıxarmaq lazımdır ki, nəhayət Təbiət bizi məğlub edəcək və biz hamımız onun əmrlərini tələb olunan həcmdə birgə icra etməyə məcbur olacağıq.
Yaradana xidmətin eksperimental sübutu
Lakin tənqidçi hələ də soruşa bilər: axı mən hələlik yalnız insanlara xidmət etmək lazım olduğunu sübut etmişəm, bəs bu əmri [yerinə yetirərkən] Yaradana xidmət etmək lazım olduğuna dair praktik sübut hanı?
Burada isə tarix özü bizim əvəzimizə işləyib, gözümüz önündə baş vermiş bir faktı bizim üçün hazırlayıb və bu, tam dəyərləndirmə və birmənalı nəticələr üçün bizə kifayət qədər bəs edir.
Axı hamı görür ki, Rus dövləti kimi böyük bir cəmiyyət, yüz milyonlarla əhalisi olan, əlində Avropanın bütün ölçülərini üstələyən əraziyə sahib, demək olar ki, dünyada analoqu olmayan faydalı qazıntı ehtiyatlarına malik olan bu ölkə, artıq kollektiv sosial həyat tərzini qəbul edib və əslində bütün şəxsi mülkiyyəti ləğv edib, hər kəsin yeganə qayğısı cəmiyyətin rifahıdır və elə bil ki, artıq «yaxınına əta etməyin» müsbət keyfiyyətinin bütün mənasını, insan ağlının anlaya biləcəyi qədərini tam əldə ediblər, – və yenə də bax gör, onların başına nə gəlib!
Və burjua ölkələrini qabaqlamaq və keçmək əvəzinə, onlar aşağılara yuvarlandılar, elə bir həddə endilər ki, nəinki zəhmətkeşlərin həyatını burjua ölkələrinin fəhlələri ilə müqayisədə az da olsa yaxşılaşdırmağa belə qadir olmadılar, hətta onların gündəlik çörəyini və yalın bədənlərini örtməyi də təmin edə bilmədilər.
Və həqiqətən də, bu fakt bizim üçün çox təəccüblüdür. Axı bu ölkənin zənginliyinə və əhalisinin sayına görə insan məntiqinə görə o, bu vəziyyətə çatmamalı idi. Lakin bu xalq elə bir günah etdi ki, Yaradan onlara bunu bağışlamaz. Bütün bunlar ona görədir ki, bu qiymətli və uca iş, yəni başqasına xidmət etmək, hansı ki, onlar yerinə yetirməyə başlamışdılar, Yaradan üçün edilməli idi, bəşəriyyət üçün deyil. Və onların işi Yaradan üçün olmadığı üçün, Təbiətin özü baxımından onların mövcudluq haqqı yoxdur.
Təsəvvür et ki, bu cəmiyyətin hər bir üzvü Yaradanın əmrlərini yerinə yetirməyə “Rəbbini, Allahını bütün qəlbinlə, bütün canınla və bütün varlığınla sev” sözlərinin dərəcəsində diqqət yetirsəydi n\ olardı. Bu dərəcədə o, daim başqasının ehtiyaclarını və istəklərini elə bir həcmdə təmin etməyə çalışardı ki, bu, insanın öz ehtiyaclarını doldurması üçün ona verilmişdir, necə ki deyilmişdir: “Yaxınını özün kimi sev”.
Və elə Yaradanın özü hər bir insanın cəmiyyət üçün iş gördüyü vaxtda -onun məqsədi olardı. Yəni işləyən ümid edərdi ki, cəmiyyət üçün etdiyi bu iş sayəsində, bütün həqiqət və yaxşılığın, bütün ləzzət və həzzin mənbəyi olan Yaradanla birləşmək şərəfinə nail olacaq.
Və heç bir şübhə yoxdur ki, bir neçə ildən sonra onlar öz zənginliyi ilə dünyanın bütün ölkələrini geridə qoyardılar. Çünki o zaman onlar zəngin torpaqlarında olan faydalı qazıntı ehtiyatlarından istifadə edə bilərdilər və həqiqətən də bütün ölkələr üçün nümunəyə çevrilər, Yaradanın bərəkətini qazanmış adlandırılardılar.
Lakin o an ki, bütün fədakarlıq işi yalnız cəmiyyətin xeyrinə qurularsa, bu, zəif bir fundamentdir. Axı kim və nə fərdi cəmiyyətin xeyrinə çalışmağa vadar edəcək? Axı həyat gücündən məhrum quru bir prinsip heç vaxt hətta inkişaf etmiş insanlara belə motivasiya (hərəkətverici qüvvə) verəcəyini gözləmək olmaz. Qaldı ki, inkişaf etməmiş insanlardan danışaq.
Belə olduqda isə bir sual yaranır: fəhlə və ya kəndli haradan işə həvəslənmək üçün kifayət qədər motivasiya tapacaq? Axı onun gündəlik çörəyinin miqdarı o, öz gücünü sərf eləsə də, etməsə də, nə azalacaq, nə də artacaq və heç bir məqsəd və ya mükafat da onu gözləmir.
Təbiət alimlərinə məlumdur ki, insan heç bir motivasiyasız, yəni özü üçün az da olsa zövq almaq imkanı olmadan heç bir hərəkət etməz. Məsələn, insan əlini stuldan masanın üstünə çəkəndə bunu ona görə edir ki, əlini masanın üstünə qoyanda daha çox həzz alacağını düşünür. Əgər belə olmasaydı, əlini bütün yetmiş il ərzində masanın üstündə saxlayar, yerindən tərpətməzdi, böyük bir zəhmətdən isə heç danışmağa dəyməz.
Əgər sən desən ki, bunun üçün bir məsləhət var – onların başına nəzarətçilər qoymaq lazımdır ki, hər bir işində tənbəllik edən cəzalandırılsın və onun gündəlik çörəyi əlindən alınsın, mən yenə də soruşaram: «De görüm, bəs nəzarətçilər iözləri şlərinə motivasiyanı haradan alacaqlar?» Axı, insanlara nəzarət etmək və onları hərəkətə gətirib işlətmək kimi xüsusi bir vəziyyət və nəzarət də böyük bir zəhmət tələb edir, ola bilsin ki, bu, işin özündən də artıqdır. Buna görə də bu, yanacaq əlavə olunmamış bir maşını işə salmaq istəyən adama bənzəyir.
Və ona görə də onların son hökmü — Təbiətin təsiri altında yox olmaqdır. Axı, Təbiətin qanunları onları cəzalandıracaq, çünki onlar özlərini onun əmrlərini yerinə yetirməyə öyrətmirlər, yəni yaxını üçün iş görmək vasitəsilə Yaradan xatirinə çalışmaq və onun vasitəsilə yaradılışın son məqsədinə, yəni Yaradanla vəhdətə çatmaq üçün. Bu, «Tövratın bəxş edilməsi» məqaləsinin 6-cı bəndində izah olunduğu kimi. Axı bu vəhdət çalışana gözəl bir xeyir, zövq dolu bolluq kimi gəlir və bu, onun üçün tədricən artır, hətta Yaradanın gerçəkliyinin dərk olunmasına yüksəliş üçün arzu olunan həddə çatana qədər. O, daim inkişaf edir, ta ki, o, böyük miqyasa nail olsun; bu barədə [müdriklər] «Səndən başqa heç kəs Qüdrətli Yaradanı görməyib» ayəsində göstərmişlər.
Və təsəvvür elə ki, əgər kəndli və işçi bu məqsədi qarşılarına qoyub cəmiyyətin rifahı üçün çalışsaydılar, şübhəsiz, onların üzərində nəzarətçiyə də ehtiyac qalmazdı. Çünki onların artıq kifayət qədər motivasiyası olardı, böyük zəhmətlər üçün tamamilə yetərli, hətta cəmiyyəti səadətin zirvəsinə qaldırmağa qədər.
Və düzü desəm, belə şeyləri başa düşmək ciddi təhsil və düzgün ardıcıllıq tələb edir. Lakin hər kəs görür ki, onların başqa heç bir halda mövcud olmağa haqqı yoxdur, inadkar Təbiət isə güzəşt tanımır. Və mən bu yerdə məhz bunu sübut etmək istədim.
Beləliklə, mən inandırıcı şəkildə sübut etdim ki, praktiki ağıl baxımından və gözümüz önündə baş verən real tarix əsasında, insanlıq üçün heç bir dərman yoxdur, əgər insanlar yalnız [ali] İdarənin, yəni başqasına verərkən, Yaradanına zövq vermək üçün, iki (aşağıda gətirilmiş) ayənin ölçüsündə, əmri qəbul etməsələr.
Birincisi – “Yaxınını özün kimi sev”, bu işin öz mahiyyətidir. Yəni cəmiyyətin xeyrinə başqasına vermək üçün sərf olunan səylərin miqdarı, insanın öz ehtiyaclarına qayğı göstərmək üçün ona verilən miqdardan az olmamalıdır. Və təkcə bu yox: ehtiyacların qarşılanmasında başqasının tələbatını öz ehtiyaclarından üstün tutmaq lazımdır, necə ki, “Tövratın Bəxş edilməsi” məqaləsinin 4-cü bəndində açıqlanır.
İkinci ayə isə – “Rəbbini, Allahını, bütün qəlbinlə, bütün canınla və bütün varlığınla sev”, bu məqsəddir ki, başqasının ehtiyacları üçün çalışanların hamısının gözləri önündə durmalıdır. Və bu onu göstərir ki, insan yalnız Yaradanı razı salmaq üçün əməl edir və çalışır, çünki O demişdir və hamı Onun iradəsini yerinə yetirir.
“Əgər istəsəniz və qulaq asarsınızsa, yerin nemətlərindən dadacaqsınız”, çünki artıq nə kasıb, nə də əzab çəkən, nə də zülmə məruz qalan olmayacaq. Hər kəsin xoşbəxtliyi ən yüksək səviyyəyə, hər cür böyüklük və ölçüdən yüksək qalxacaq.
Lakin siz yayınmaqda davam etdikcə və bizim tərəfimizdən aydınlaşdırılmış həcmin hamısında Xaliqə xidmət ittifaqına gəlmək istəmədikcə, Təbiət və onun qanunları üzərimizdə öz qisasını həyata keçirməyə hazır olacaq. Və biz aydın sübut etdiyimiz kimi, o bizi tərk etməyəcək, bizi məğlub etməyincə və biz onun hakimiyyətini qəbul etməyincə, yəni yuxarıda izah edildiyi kimi, o bizə nəyi əmr edirsə, onun hamısını qəbul etməyincə.
Budur, sənə eksperimental-elmi bir araşdırma gətirdim, hansı ki, praktik ağılın tənqidi üzərində qurulub və bütün yaradılmışların Yaradana bütün ürəyi, ruhu və varlığı ilə xidmət etməsinin mütləq zərurəti barədə bəhs edir.
“{Hər şey girovla verilir və tor bütün yaşayanların üzərinə atılıb}” mişnasının izahı
Və artıq yuxarıda yazılanların hamısını bildikdən sonra, indi biz {Авот} traktatının 3-cü fəsil, 16-cı mişnasında olan anlaşılmaz mişnanı anlaya bilərik. Orada belə deyilir: “O [r. Akiva] deyirdi: “{Hər şey girovla verilir və tor bütün yaşayanların üzərinə atılıb}” Dükan açıqdır və satıcı malı borca verir, və [borcların yazılması üçün] dəftər açıqdır, əl yazır və kim istəsə, borc almağa gələ bilər və ala bilər, lakin yığıcılar hər gün gəzir və insandan alacaqlarını tələb edirlər – insan bunu anlayır ya yox. Və onların söykəndiyi əsaslar var. Və məhkəmə – ədalətli məhkəmədir və hər şey süfrəyə hazırdır.”
Və bu mişna bizə qədər səbəbsiz anlaşılmaz şəkildə – yalnız alleqoriya formasında qalıb, hansı ki, onun həllinə dair heç bir işarə belə vermir. Bu isə bizə göstərir ki, onda dərk üçün böyük bir dərinlik var. Bununla belə, indiyə qədər əldə etdiyimiz biliklər əsasında o, mükəmməl şəkildə izah olunur.
Formanın dəyişməsi çarxı
Əvvəlcə dünyada nəsillərin inkişafı barədə müdriklərimizin fikrini təqdim edəcəyəm. Axı, biz bədənlərin , nəsildən-nəslə dəyişib ötürüldüklərini görsək də, bu, yalnız bədənlərlə baş verir. Lakin bədənlərin əsas mahiyyəti olan ruhlar, fani bədənlər kimi yox olmur, əksinə, bir bədəndən digər bədənə, nəsildən-nəsilə keçir və davam edir. Yəni, Daşqın nəsilində olan ruhlar, Dağıntı nəsilinə keçib, oradan Misir sürgünündə göründülər, sonra isə Misirdən çıxanlarda və s. indiki nəsilimizə və Sonuncu İslahata qədər davam etdilər.
Beləliklə, bizim dünyamızda, bədənlərin yenilənməsində olduğu kimi, heç bir yeni ruh yoxdur, sadəcə müəyyən sayda ruhlar formanın dəyişməsi çarxında daim dövr edir, çünki hər dəfə yeni bir nəsildə yeni bir bədənə bürünürlər.
Buna görə də, əgər ruhlar baxımından yanaşılsa, yaradılışın başlanğıcından tutmuş islahatın tamamlanmasına qədər bütün nəsillər, bir neçə min il ömrünü uzadan bir nəsil kimi hesab olunur, ta ki, inkişaf edib islahata çatanadək, necə olmalı idisə, elə də olur. Bu baxımdan, arada hər kəs bədənini bir neçə min dəfə dəyişsə belə, bunun heç bir əhəmiyyəti yoxdur, çünki bədənin əsas mahiyyəti – ruh – bu dəyişmələrdən heç bir zərər görmür.
Və bunun çoxlu sübutları var, həmçinin [bütöv] möhtəşəm bir elm mövcuddur ki, ona «Ruhların dairəvi təzahürünün mənası» deyilir, amma burada onu araşdırmaq yeri deyil. Lakin bu hadisənin elmdən başı çıxmayanlar üçün böyük əhəmiyyətinə görə qeyd etmək lazımdır ki, dairəvi təzahür hadisəsi bütün maddi gerçəklik elementlərinə də aiddir, çünki hər bir element özünəməxsus şəkildə əbədi həyat yaşayır.
Biz öz gözlərimizlə görsək də ki, hər hansı bir obyekt mövcuddur və yox olur, bu sadəcə bizim illüziyamızdır, əslində isə burada yalnız dairəvi təzahürlər var. Çünki heç bir element bir an belə dayanıb sakitləşmir, daim forma dəyişməsi çarxında dairəvi hərəkət edir və bütün hərəkəti boyunca mahiyyətindən bir damla belə itirmir, fizika alimləri tərəfindən ətraflı izah olunduğu kimi.
İndi isə «Hər şey girov qarşılığında verilmişdir» deyən mişnanın izahına keçək.
Axı onlar [yəni müdriklər] bunu belə bir insana bənzədiblər: müəyyən miqdarda pulu biznes üçün yoldaşına borc verənə, ki, qazancı onunla bölsün. Və pulların itirilməyəcəyinə əmin olmaq üçün onu girov qarşılığında verir. Beləliklə, onu hər hansı bir təhlükədən azad etmiş olur.
Elə bu cür də dünyanın yaradılması və mövcudluğu ilə bağlıdır: Yaradan onu insanlar üçün hazırlamışdır ki, onlar onunla məşğul olsunlar və sonunda onun köməyi ilə Yaradan ilə birləşmək kimi ali məqsədi [əldə etsinlər], necə ki, «Tövratın Bəxş edilməsi» adlı məqalənin 6-cı bəndində ətraflı izah edilir, oraya baxın.
Bu halda, təsəvvür etmək lazımdır ki, kim bəşəriyyəti Yaradanın işini görməyə məcbur edəcək, o vaxta qədər ki, axırda onlar bu uca və yüksək məqsədə çatacaqlar. Bu barədə ravvin Akiva bizə belə deyir: «Hər şey girov qarşılığında verilib». Başqa sözlə, Yaradan yaradılış işinə qoyduğu hər şeyi insanlara verəndə, Onu heç kəsə aid olmadan vermədi, özünü girov ilə sığortaladı.
Əgər sən desən: «Ona hansı girovu verdilər?», buna cavab verir ki: «Və tor bütün yaşayanların üzərinə atılıb». Başqa sözlə, Yaradan insanlığın üzərinə elə möhtəşəm bir tor atıb ki, heç kim ondan qaça bilməz. Və bütün yaşayanlar həmin tora düşməli və mütləq Yaradanın işini boyunlarına götürməlidirlər, ta ki, uca məqsədlərinə çatana qədər. Bu da Yaradanın verdiyi girovdur ki, O, yaradılış işində aldadılmamaq üçün özünü sığortalayıb.
Bundan sonra isə o [yəni r. Akiva] bunu ətraflı izah edir, belə deyir: «Dükan açıqdır». Yəni, baxmayaraq ki, bu dünya bizə sahibsiz açıq dükan kimi görünür, və oradan keçən hər kəs istədiyi malı və hər cür neməti, canı nə istəsə, pulsuz, heç bir hesabsız ala bilər.
Və burada ravvin Akiva bizi xəbərdar edərək təkid edir: «Və satıcı malı borca buraxır». Yəni baxmayaraq ki, burada heç bir satıcı görmürsən, bil ki, satıcı var. Və onun ödəniş tələb etməməsinin səbəbi odur ki, o, sənə borc verir.
Və əgər sən soruşsan: o mənim hesablarımı haradan bilir? Ona cavab verir: «Və dəftər [borcların qeydiyyatı üçün] açılıb və əl yazır». Yəni hər bir əməlin qeyd olunduğu ümumi bir dəftər var, belə ki, heç biri itməsin.
Məsələ ondadır ki, insanlığa Yaradan tərəfindən qoyulmuş inkişaf qanunu var, bu da bizi daim irəli aparır. Başqa sözlərlə desək, insanlığın [fərqli] vəziyyətlərində təzahür edən düzəldilməmiş davranış formaları özləri yaxşı vəziyyətləri yaradır və meydana çıxarır. Hər bir yaxşı vəziyyət isə yalnız ondan əvvəl olan pis vəziyyətin zəhmətinin bəhrəsidir.
Həqiqətən də, bu xeyir və şər məfhumları vəziyyətin özünə görə deyil, yalnız ümumi məqsədə əsasən qiymətləndirilə bilər, burada bəşəriyyəti məqsədə yaxınlaşdıran hər bir vəziyyət xeyir, ondan uzaqlaşdıran isə şər sayılır. Və inkişaf qanunu yalnız bu dəyər üzərində qurulub, burada həmin vəziyyətdə təzahür edən pozğunluq və şər növbəti yaxşı vəziyyətin səbəbi və yaradıcısı hesab olunur.
Beləliklə, hər bir vəziyyət yalnız içindəki şər səviyyəsinin artması üçün kifayət edəcək qədər müəyyən bir müddət mövcuddur, elə bir dərəcədə ki, cəmiyyət daha orada qala bilmir. Və o zaman cəmiyyət məcbur olur ona qarşı çıxmağa, onu dağıtmağa və həmin nəsil üçün düzəldilməyə daha uyğun yeni bir vəziyyət yaratmağa.
Eyni şəkildə, yeni vəziyyətin də mövcudluq müddəti içindəki şərin qığılcımları yetişib o səviyyəyə çatana qədər davam edir ki, artıq onu [daha] dözmək mümkün olmur. Və onda onu dağıtmaq və yerində daha xoş bir vəziyyət qurmaq zəruri olur.
Beləliklə, bu hallar tədricən bir-birinin ardınca, pillə-pillə aydınlaşır, ta ki tamamilə yaxşı, içində heç bir pislik qığılcımı olmayan düzəlmiş bir vəziyyətə çatana qədər. Və nəticə etibarilə, yaxşı halların yaranıb üzə çıxmasına səbəb olan bütün toxumların və dənələrin mahiyyəti – sadəcə olaraq, pozulmuş halların özləridir.
Yəni bu nəslin günahkarlarının əməyinin bəhrələri olaraq üzə çıxan və aşkara çıxan bütün pis əməllər tədricən birləşir, bir hesaba toplanır, ta ki elə bir ağırlığa çatır ki, cəmiyyət artıq onu daşıma gücündə olmur. Və onda [yəni cəmiyyətin üzvləri] üsyan edir və onu dağıdır, daha arzu olunan bir vəziyyət yaradırlar.
Bax, görürsən ki, hər bir pis əməl ayrıca şəkildə itələyici qüvvənin şərti olur ki, bunun sayəsində düzgün vəziyyət inkişaf etməlidir.
Və bu da ravvin Akivanın sözləridir: “Və dəftər açıqdır və əl yazır”. Axı hər hansı nəsil üçün yaranan hər vəziyyət dəftərə bənzəyir. Və bütün pis əməlləri törədənlər isə yazan əllərə bənzəyir. Çünki hər bir pis əməl bu dəftərdə qeyd olunur və yazılır, nəhayət toplandıqda, cəmiyyət artıq onu dözə bilməyən bir hesaba çevrilir. Və onda onlar bu pis vəziyyəti dağıdıb, yuxarıda açıqlandığı kimi, daha uğurlu bir vəziyyət qururlar. Beləliklə, hər bir hərəkət hesaba alınır və dəftərə, yəni bu vəziyyətə yazılır, yuxarıda deyilən kimi.
Və o deyir: “Və kim istəsə, borc ala bilər, gələr və alar.” Başqa sözlə, bu dünyanı sahibsiz atılmış açıq bir dükana bənzətməyən, burada bir sahibin, satıcının olduğunu və onun öz dükanında dayanıb hər bir alıcıdan aldığı mal üçün tələb olunan qiyməti ödəməyi tələb etdiyinə inanan adam, yəni bu dükan vasitəsilə özünü təmin etdiyi müddətcə Yaradanın işində zəhmət çəkməyi öhdəsinə götürən və beləliklə, Yaradanın istədiyi kimi yaradılışın məqsədinə yaxşı və etibarlı şəkildə çatmağı arzulayan kəs “borc almaq istəyən” adlanır. Yəni hələ bu dünyadan – yəni həmin dükandan – nəyisə almaq üçün əlini uzatmamışdan əvvəl o, bunu borc kimi qəbul edir ki, bunun üçün təyin olunmuş qiyməti ödəsin. Yəni o, bu dükandan özünü təmin etdiyi müddətcə Yaradanın məqsədinə çatmaq vəzifəsini öz üzərinə götürür və bununla da təhlükəsiz şəkildə borcunu qaytaracağına zəmanət verir – yəni konkret olaraq arzulanan məqsədə çatacaq. Bu səbəbdən ona “borc almaq istəyən” deyilir, yəni o, borcunu qaytarıb ödəməyi öhdəsinə götürür.
Və ravvin Akiva bizə iki insan növünü təsvir edir: Birinci növ “dükan açıqdır” prinsipindən çıxış edir, yəni onlar bu dünyanı sahibsiz, sahib-satıcı olmayan açıq bir mağazaya bənzədirlər. Və onlar haqqında o deyir: “Dəftər açıqdır, və əl yazır.” Yəni onlar heç bir hesabat görməsələr də, bütün əməlləri kitaba yazılır, yuxarıda aydın olduğu kimi. Və bu, yuxarıda qeyd edildiyi kimi, insan istəyindən asılı olmayaraq yaradılışda qoyulmuş inkişaf qanunu sayəsində baş verir və bu qanun bildirir ki, günahkarların əməlləri, öz istəklərindən asılı olmayaraq, yaxşı əməllər yaradır.
İkinci tip insanları isə o, «borc almaq istəyənlər» adlandırır və bunlar sahibinlə hesablaşanlardır, yəni dükandan nəsə götürəndə onu yalnız borca alırlar, yəni satıcıya vəd edirlər ki, təyin olunmuş qiyməti ödəyəcəklər, məhz bu vasitə ilə son məqsədə nail olacaqlar. Onlar haqqında o belə deyir: «Və hər kəs borc almaq istəyirsə, gələ və götürə bilər».
Əgər soruşsan ki, inkişaf qanunu ilə son məqsədə çatmağa məcbur olan birinci tip insanlar və Yaradanın işində özünü kölə edərək son məqsədə çatan ikinci tip insanlar arasında fərq nədir, axı nəticədə hər ikisi məqsədə çatmaqda bərabərdirlər, buna o, davamında belə cavab verir: «Amma yığıcılar hər gün gəzir, insandan tələb edirlər – o, bunu dərk edir, ya yox».
Başqa sözlə, hər iki tərəf, həqiqətən də, borcunu bərabər şəkildə hissə-hissə, hər gün ödəyir. Və Yaradanın işi ilə məşğul olmaqdan yaranan xüsusi güclər sədaqətli yığıcılar hesab olunur, onlar borcu hissə-hissə, daim və hər gün tələb edirlər, ta ki, tamamən ödənənə qədər; eyni şəkildə inkişaf qanununda qoyulmuş böyük güclər də sədaqətli yığıcılar sayılır və onlar da borcu hissə-hissə, daim və hər gün tələb edirlər, ta ki, borc tam ödənənə qədər. Buna görə o deyir: «Amma yığıcılar hər gün gəzir və insandan tələb edirlər».
Lakin onlar arasında fərq və böyük məsafə var, yəni: «O, bunu dərk edir, ya yox». Çünki birinci tip insanlar, borcu inkişaf yığıcıları tərəfindən alınanlar, borcunu «şərtsiz» qaytarırlar – dalğalar coşur və onlara hücum edir, inkişafın güclü küləyi ilə arxadan irəliləyib onları irəliyə itələyir və məxluqları addımlamağa məcbur edir. Beləliklə, borc istər-istəməz böyük əzablarla, «viz-a-terga» [obyekti arxadan itələyən qüvvə] olan şər qüvvələriin üzə çıxması ilə, arxadan zərbələrlə alınır.
Lakin ikinci tip insanlar borclarını qaytarırlar, yəni "şüurlu" şəkildə məqsədə çatırlar, öz istəkləri ilə daim xüsusi bir işi yerinə yetirirlər ki, bu da şərin dərk edilməsi hissinin inkişafını sürətləndirir, necə ki, "Din mahiyyəti və onun məqsədi" məqaləsində izah olunur, və bu iş vasitəsilə onlar iki qazanc əldə edirlər.
Birinci qazanc – bu qüvvələr, Yaradandan gələn işdən aşkar olunan qüvvələr, onların qarşısında cəlbedici bir qüvvə kimi, maqnit cazibəsi şəklində təcəlli edir (viz-a-front şəklində [obyekti önündən çəkən qüvvə kimi]), çünki onlar öz istək və meylləri ilə, məhəbbətdən irəli gələrək, ona tələsirlər və arxasınca gedirlər. Deməyə ehtiyac yoxdur ki, onlar birinci tipdəki insanlar kimi hər cür kədər və əzabdan qurtulurlar.
İkinci qazanc isə – onlar arzulanan məqsədin əldə edilməsini özləri üçün sürətləndirirlər. Axı onlar hər nəsildə məqsədə nail olan və buna layiq görülən salehlər və peyğəmbərlərdir, necə ki, yuxarıda "Kabbala elminin mahiyyəti" məqaləsində, "Bu elm nəyə əsaslanır" alt başlığında izah olunub.
İndi isə borcunu şüurlu şəkildə qaytaranlarla qeyri-şüuri qaytaranlar arasında böyük bir məsafə olduğu görünür – bu da işgəncələr və ağır iztirablar qaranlığına qarşı işıq və həzzin üstünlüyünə bənzəyir.
Və hələ o [r. Akiva] deyir: "Və onların dayana biləcəyi bir şey var. Və hökm – doğru hökmdür". Yəni öz borcunu şüurlu və istəyi ilə qaytaranlara o söz verir ki, "onların dayana biləcəyi bir şey var". Yəni Yaradana xidmət xüsusiyyətində onları uca məqsədə aparacaq çoxlu qüvvə mövcuddur. Və onlara Yaradana itaət və boyun əyməyi qəbul etməyə dəyər.
Və o, öz borcunu şüursuz yerinə yetirənlər barəsində deyir: «Və hökm – ədalətli hökmdür». İlk baxışdan, Yaradanın idarəsinə heyrətlənmək olar ki, bu idarə bütün bu düzəldilməmiş hallar və əzabların dünyada açılmasına imkan və icazə verir və bəşəriyyət bu əzablar üzərində heç bir mərhəmət olmadan "qızardır".
Buna görə də o deyir ki, bu hökm – «ədalətli hökmdür». Çünki: «Və hər şey süfrə üçün hazırdır», yəni həqiqi son məqsəd və ali ləzzət üçün ki, bu da nəhayətdə Yaradanın yaradılışdakı məqsədinin aşkar olması ilə birlikdə aşkar olmalıdır. Və bütün zəhmətlər, səylər, əzablar ki, zamanlarda və nəsillərdə bizə yenidən və yenidən qayıdır, o, ev sahibinə bənzədir, hansı ki, dəvət olunmuş qonaqlar üçün zəngin bir süfrə hazırlamaq üçün böyük əziyyət və zəhmət çəkir. Və sonda ortaya çıxmalı olan arzulanan məqsədi isə qonaqların böyük zövq və ləzzətlə iştirak etdikləri süfrəyə bənzədir. Buna görə də deyir: «Höküm – ədalətli hökm, və hər şey süfrə üçün hazırdır», yuxarıda izah olunduğu kimi.
Bənzər bir [allegoriyanı] Bereşit Raba 13, 8-ci fəsildə, insanın yaradılışı haqqındakı rəvayətdə də tapa bilərsən. Orada deyilir ki, mələklər Yaradanadan soruşdular: «İnsan nədir ki, onu yada salırsan və insan övladı nədir ki, ona qayğı göstərirsən?» bu bəlaya – sənə nəyə lazımdır? Yaradan onlara dedi: «Onda "kiçik və böyük mal-qara" nə üçündür?..» Bu nəyi xatırladır? Bir padşaha bənzəyir ki, onun xəzinəsi hər cür xeyir ilə dolu idi, amma qonaqları yox idi. Ori padşahın ləzzəti nədir ki, o, onu doldurub? Onlar dərhal Ona dedilər: «{Yaradan, Rəbbimiz! Bütün yer üzündə Sənin adın necə də əzəmətlidir!} elə et ki, bu Sənə zövq versin!»
Bunun mənası ondadır ki, mələklər, insanlığın payına düşəcək bütün ağrıları və iztirabları əvvəlcədən görərək təəccüblənir və soruşurdular: «Bu bəla Sənə nə üçün lazımdır?»
Yaradan onlara cavab verirdi ki, baxmayaraq onun içi hər cür yaxşılıqlarla dolu olan bir qəsri var, amma oraya bu insanlıqdan başqa dəvət edilmiş başqa qonaqları yoxdur,. Və şübhə yoxdur ki, mələklər bu qəsrdə olan ləzzətləri, hansı ki, o, dəvət olunanları gözləyir, insanlığın payına düşəcək əzab və bəlalara nisbətən öz zehnlərində ölçüb-biçdilər və gördülər ki, insanlıq qarşıda bizi gözləyən xeyir naminə əziyyət çəkməyə dəyər, onlar insanın yaradılmasına razılıq verdilər. Yəni, rabbi Akivanın sözlərinə tam uyğun olaraq: «Hökm – ədalətli hökmdür və hər şey süfrəyə hazırdır», çünki yaradılışın əvvəlindən bütün məxluqatlar dəvət olunmuş qonaqlar kimi yazılmışdılar, və Yaradanın niyyəti onları süfrəyə gəlməyə vadar edəcək – istər şüurlu, istərsə də qeyri-şüurlu şəkildə, yuxarıda izah edildiyi kimi.
Yuxarıda aydın olduğu kimi, hər kəs peyğəmbərin dünyada sülh haqqında olan və «Canavar quzu ilə yaşayacaq, pələng oğlaqla bir yerdə uzanacaq» sözləri ilə başlayan peyğəmbərliyinin həqiqiliyinə əmin olacaq. O, bunun bütün mənasını belə izah edir: «Çünki yer Yaradanın biliyi ilə dolu olacaq, necə ki, dəniz sularla doludur».
Beləliklə, peyğəmbər bütün dünyada sülhü dünyanın Yaradanın biliyi ilə doldurulması ilə əlaqələndirir. Yəni yuxarıda gətirilən sözlərimizə tam uyğun olaraq, insan və onun yaxınları arasındakı sərt eqoist qarşıdurma, milli münasibətlərin kəskinləşməsi ilə birgə – bunların heç biri dünyadan, istənilən insan üsul və hiylələrindən asılı olmayaraq, yox olmayacaq, nə baş versə də.
Çünki biz öz gözlərimizlə görürük ki, bədbəxt xəstə dözülməz insan əzablarından sağa-sola çevrilir və vurnuxur, axı insanlıq artıq ifrat sağçı {hərəkatlara} – Almaniyanın etdiyi kimi, və ya ifrat solçu {hərəkatlara} – Rusiyanın etdiyi kimi, yuvarlanıb, və bununla da, öz vəziyyətlərini yüngülləşdirmək əvəzinə, xəstəliklərini və əzablarını daha da ağırlaşdırıblar, və hamımıza məlum olduğu kimi, fəryad göylərə yüksəlir.
Və onların başqa bir çarəsi yoxdur, yalnız Yaradanın boyunduruğunu qəbul edib Onu tanımaqdan başqa. Yəni onlar öz əməllərini Yaradanın istəyinə və Onun onlar üçün yaratmazdan əvvəl düşündüyü məqsədə yönəltməlidirlər.
Və onlar belə etdikləri zaman, hamıya aydındır ki, Yaradanın xidmətinin nəticəsində insanlığın yaddaşından hətta paxıllıq və nifrətin izi belə silinəcək, bunu mən yuxarıda aydın şəkildə göstərmişəm. Çünki o zaman bəşəriyyətin bütün nümayəndələri Yaradanın bilməsi ilə dolu tək bir ürəyə sahib tək bir orqanizmə çevriləcəklər. Beləliklə, dünyada sülh və Yaradanı bilmək eyni şeydir.
Və bundan dərhal sonra peyğəmbər deyir: “Və o gün olacaq ki, Yaradan yenidən {əlini} uzadacaq ki, Öz xalqının qalıqlarını geri qaytarsın”19, “və Yahudiyadan dağılanları yer üzünün dörd bucağından toplayacaq”20. Buradan belə çıxır ki, dünyada sülh sürgündən qayıdışdan əvvəl gəlir.
Və buradan müdriklərimizin Uktsin traktatının sonunda dediklərini anlayırıq: “Yaradan İsrailin bərəkətini saxlayan başqa qab tapmayıb, ancaq sülhü, necə ki, deyilmişdir: “Yaradan xalqına qüvvə verəcək, Yaradan xalqını sülh ilə bərəkətləndirəcək”21”.
İlk baxışda “İsrailin bərəkətini saxlaya bilən qab” ifadəsi qəribə görünə bilər. Üstəlik, onlar bu nəticəyə necə bu ayədən gəlirlər?
Lakin bu ayə onların yanında Yəşyaya peyğəmbərliyinə bənzər şəkildə aydınlaşır – yəni dünyada sülh, sürgündə olanların toplanmasından əvvəl gəlir. Buna görə də Müqəddəs Yazı deyir: “Yaradan Öz xalqına güc verəcək”. Bu isə o deməkdir ki, gələcəkdə Yaradan Öz xalqı İsrailə güc verəndə, yəni əbədi mövcudluq verəndə, o zaman: “Yaradan Öz xalqını sülhlə bərəkətləndirəcək”. Başqa sözlə, O, əvvəlcə bütün dünyada sülh bərəkəti ilə İsrail xalqını bərəkətləndirəcək, bundan sonra isə: “Yaradan yenidən Öz əlini uzadacaq ki, Öz xalqının qalanını qaytarsın”.
Ona görə də müdriklərimiz bu ayənin mənası barədə deyiblər ki, bütün dünyada sülh ilə bərəkət gücdən, yəni Qurtuluştan öncə gəlir. Çünki: “Yaradan İsrailin bərəkətini saxlaya bilən başqa bir qab tapmadı, sülhdən başqa”. Başqa sözlə, o vaxta kimi ki, millətlər arasında özünü sevmə və eqoizm hökm sürür, İsrail oğulları da Yaradanına təmiz şəkildə, yəni başqasına vermək şəklində xidmət edə bilməzlər, necə ki, bu ayənin izahında deyilir: “Siz Mənə kahinlər padşahlığı olacaqsınız” (“Zəmanət” məqaləsində).
Və biz bunu öz təcrübəmizdə görürük: torpağa [İsrailə] qayıdış və Məbədin tikilməsi dayana bilmədi və Yaradanın atalarımıza and içdiyi bərəkətləri ala bilmədi.
Buna görə də onlar [yəni müdriklər] dedilər: “Yaradan bərəkəti saxlaya bilən bir qab tapmadı”. Yəni bundan əvvəl İsrail oğullarında hələ ataların bərəkətini saxlaya bilən bir qab yox idi. Buna görə, hələlik biz bu torpağın bərəkətini əbədi irs kimi ala biləcəyimiz and hələ icra olunmayıb. Çünki yalnız dünyada sülh ataların bərəkətini almağa imkan verən yeganə qabdır (kli), necə ki, bu Yeşayau peyğəmbərliyində deyilir.