<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Baal Sulam / Məqalələr / Kabalanın tədrisi və onun mahiyyəti

Kabalanın tədrisi və onun mahiyyəti 

Kabala elmi nədir? Kabala elmi ümumilikdə, Yaradanın Öz yolları ilə bütün Onun təzahürlərində baş verən ilahiliyin aşkarlanmasıdır; aləmlərdə aşkarlanmış olanlara uyğun olaraq və hələ aşkarlanacaq olanlara uyğun olaraq, və nəsillərin sonunadək aləmlərdə nə vaxtsa aşkarlana biləcək bütün növlərdə.

Yaradılış Məqsədi

Heç kim hər hansı bir məqsəd olmadan hərəkət etməyəcək, şübhə yoxdur ki, Yaradanın qarşımızda duran yaradılışında müəyyən bir məqsədi var idi. Və ona görə də, bu çoxçeşidli bütün gerçəklikdə ən vacib olan, canlı varlıqlara verilmiş elə bir hissdir ki, onların hər biri öz varlığını hiss edir, çünki, hisslərin ən vacibi yalnız insana verilmiş düşüncə hissidir ki, onun vasitəsilə o, hətta yaxınını ilə baş verəni də hiss edir, – həm əzabını, həm də onun yüngülləşməsini, – bu halda, şübhə yoxdur ki, əgər Yaradanın bu yaradılışda hansısa məqsədi varsa, o, insana yönəlib. Və onun haqqında deyilib: «Yaradanın etdiyi hər şey – onun üçündür»1.

Lakin yenə də anlamaq lazımdır: Yaradan [bizə] bütün bu ağırlığı hansı zərurət üçün hazırladı? Və bu, insanı daha çəkili və vacib bir pilləyə qaldırmaq üçündür ki, o, Yaradanını hiss etsin, necə ki o, yoldaşının istəklərini bilir və hiss edir, eləcə də Yaradanın yollarını və s. dərk etsin. Musa haqqında deyildiyi kimi: «Və Yaradan Musa ilə üz-üzə danışırdı, necə ki insan öz dostu ilə danışır»2. Və məlum olduğu kim hər bir insan Musa, müəllimimiz kimi ola bilər. Və heç bir şübhənin kölgəsi də yoxdur ki, qarşımızda olan yaradılışın inkişafına baxan hər kəs üçün Yaradanın böyük həzzi aydın və anlaşıqlı olar; Onun əməli tədricən inkişaf edir, ta ki ona [yəni yaradılışa] o gözəl hiss verilsin: o, Yaradanı ilə danışa və ünsiyyətdə ola bilir, necə ki insan öz dostu ilə danışır.

Yuxarıdan aşağı

Məlumdur ki, «əməlın sonu ilkin niyyətdədir»4, çünki insan bir evi necə tikəcəyini düşünməzdən əvvəl onda bu evdəki mənzil barədə fikir yaranır və bu da [onun] məqsədidir. Sonra o, bu məqsədə uyğun olsun deyə tikinti planlarını öyrənir. Eləcə də bizim mövzumuzda: məqsəd bizə aydın olduqdan sonra, bununla birlikdə aydın oldu ki, yaradılışın bütün sistemi bütün dönmələrində, girişlərində və çıxışlarında əvvəlcədən yalnız bu məqsədə uyğun olaraq qurulub və təşkil edilib ki,ondan insan nəsli inkişaf etsin, öz pillələri üzrə qalxsın, ta ki ilahini eynilə dost kimi hiss edə biləcək hala gəlsin.

Və bax, bu pillələr, səviyyə-səviyyə yerləşdirilmiş və bir-birinin ardınca gələn nərdivan pillələrinə bənzəyir, ta ki o, məqsədinə çataraq sona yetişsin. Və bil ki, bu pillələrin sayı və keyfiyyəti iki gerçəkliyi əmələ gətirir: 1. fiziki materiyanın gerçəkliyi; 2. ruhani anlayışların gerçəkliyi. Kabala dilində onlar belə adlanır: yuxarıdan aşağı və aşağıdan yuxarı. Yəni fiziki materiyanın gerçəkliyi – Yaradanın nurunun yuxarıdan aşağı aşkarlanması qaydasıdır, ilkin mənbədən, burada nurun ölçüsü və miqdarı Yaradanın mahiyyətindən ayrılır, ta ki onun [nurunun] bir-birinin ardınca gələn ixtisarları ilə maddi aləm formalaşsın, və onun ən aşağısında maddi yaradılmışlar olsun.

Aşağıdan yuxarı

Bundan sonra aşağıdan yuxarı gedən qayda başlayır, bu, insan nəslinin inkişaf etdiyi nərdivanın bütün pillələrini ifadə edir, o, getdikcə daha yuxarı qalxır, ta ki yaradılış məqsədinə gəlib çatsın, əvvəl aydınlaşdırıldığı kimi. Və bu iki gerçəklik bütün öz təzahürlərində və təfərrüatlarında kabala elmində aydınlaşdırılır.

Kabalanı öyrənməyin zəruriliyi

Etiraz edən deyə bilər ki, bu halda bütün bu elm, müəyyən mənada ilahiliyin aşkarlanmasına artıq layiq olmuş insanlar üçün məşğuliyyətdir. Bəs xalqın böyük hissəsi üçün bu uca elmi dərk etməyin hansı məcburiliyi və zərurəti ola bilər?

Lakin xalq arasında qəbul olunmuş ümumi bir fikir var ki, Tövratın və dinin əsas mövzusu yalnız praktik əməl üçün hazırlıqdır və arzu edilə biləcək hər şey, onu müşayiət etməli və ya ondan çıxmalı olan hər hansı bir əlavə olmadan praktik ehkamların icrasından asılıdır. Əgər bu həqiqətən belə olsaydı, danışanın sözləri doğru olardı ki, bizə praktik əmələ aid olan aşkar Tövratı öyrənmək kifayətdir.

Lakin bu belə deyil, çünki artıq müdriklərimiz demişlər: «İnsan [heyvanı] boğaz tərəfindənmi, yoxsa boynunun arxa tərəfindənmi kəsir – Yaradan üçün bunun nə fərqi var? Axı ehkamlar yalnız yaradılmışları onların vasitəsilə təmizləmək üçün verilmişdir»5. Və bax, sən görürsən ki, praktik icradan sonra daha bir məqsəd də var və əməl – yalnız bu məqsədə hazırlıqdır. Bu halda, öz-özünə aydındır ki, əgər əməllər arzu olunan məqsədə çatmağa yönəlməyibsə, bu, sanki insan heç nə etməmiş kimidir. Və Zoar kitabında da belə deyilib: «Niyyət olmadan ehkam – ruhsuz bədən kimidir». Bu halda, gərək əməli niyyət də müşayiət etsin.

Və üstəlik, aydındır ki, niyyət həqiqi olmalıdır, əmələ uyğun olmalıdır. Müdriklərimizin bu ayə haqqında dediyi kimi: «Və Mən sizi xalqlardan ayırdım ki, Mənə [həsr olunmuş] olasınız»6 – yəni Mənim sizi ayırmağım Mənim adım üçün olsun, elə olmasın ki, insan desin: «Donuz əti istəmirəm!» – əksinə desin: «İstəyirəm, amma nə edim ki, göylərdə olan Atam mənə [belə] əmr edib»7. Çünki əgər o, donuz əti yeməkdən iyrəndiyi üçün və ya sağlamlığa zərərli olduğuna görə çəkinirsə, bu niyyət ona heç cür ehkamı yerinə yetirən sayılmaqda kömək etmir, ta ki arzu olunan xüsusi niyyəti qurana qədər: bunun Tövrat tərəfindən qadağan edildiyini. Və hər bir ehkamda belədir, və yalnız onda ehkamların icrası sayəsində onun bədəni tədricən təmizlənir ki, bu da arzu olunan məqsəddir.

Bu halda, bizə praktik icra üsullarının qaydalarını öyrənmək kifayət deyil, çünki biz hər şeyi Tövrata və Tövratı verənə inamdan, və həmçinin -hökm var və hakim var inamından çıxış edərək yerinə yetirmək üçün, arzu olunan niyyətə gətirən o əməlləri öyrənməliyik. Və yalnız səfeh anlamaz ki, [Tövrata inam, və mükafat və cəza kimi belə böyük bir şeyə aparan təhsil] uyğun kitablardan uzunmüddətli öyrənməni tələb edir. Beləliklə, praktik əmələ başlamazdan da əvvəl bədəni təmizləyən, onu Yaradan’a və Onun Tövratına, və Onun idarəçiliyinə inama hazırlayan təhsil lazımdır. Və bunun haqqında müdriklərimiz demişlər: «Mən şər başlanğıc yaratdım və Tövratı ona ədviyyə olaraq yaratdım»8. Və demədilər: «Mən ehkamları ona ədviyyə olaraq yaratdım», çünki «zaminin də zamini lazımdır»9, çünki anarxiyaya can atan və [səmavi] boyunduruğu atmaq istəyən şər başlanğıc ona ehkamları yerinə yetirməyə imkan verməyəcək.

Tövrat – ədviyyə

Yalnız Tövrat şər başlanğıcı ləğv etməyə və ona tabe etməyə imkan verən xüsusi ədviyyədir, çünki müdriklərimizin dediyi kimi: «Onun içindəki nur qaynağa qaytarır».

Tövratın böyük hissəsi – öyrənmək üçündür

Bununla izah olunur ki, nə üçün bizə Tövratın praktik əmələ deyil, yalnız öyrənməyə aid olan hissələrində belə böyük mətn lazımdır, yəni yaradılış aktına ön söz. Biz hələ bütün Bereşit kitabı, Şmot və Dvarimin böyük hissəsi, Aqadot və Midraşlar barədə danışmırıq ,  çünki onlar nurun yerləşdiyi mövzudur, və [onları öyrənənin] bədəni təmizlənəcək, və şər başlanğıc tabe ediləcək, və o, Tövrata, mükafat və cəzaya inama gələcək ki, bu da, yuxarıda aydınlaşdırıldığı kimi, işi yerinə yetirməyin birinci səviyyəsidir.

Ehkam – şamdır, Tövrat – nurdur

Və buna görə deyilib: «Ehkam – şamdır, Tövrat – nurdur»12. Çünki kiminsə şamları olub, amma onları yandırmaq üçün nur [yəni od] yoxdursa, o, zülmətdə oturur, hətta ehkamları olub, amma Tövratı olmayan zülmətdə oturur. Çünki Tövrat – nurdur [yəni od] və onunla, deyildiyi kimi, bədənin qaranlığını yandırıb işıqlandırırlar.

Tövratın hissələri nurun böyüklüyünə görə eyni deyil

Tövratın yuxarıda adı çəkilən xüsusi təsirinə («squla»-hərfi mənası«möcüzəvi təsir ») əsasən, yəni onun içindəki nurun ölçüsünə uyğun olaraq, şübhəsiz, Tövratı səviyyələrə bölmək lazımdır – insanın onu öyrənərkən ala biləcəyi nurun ölçüsünə görə. Və aydındır ki, insan Tövratın atalarımıza Yaradanın aşkarlanması zamanı deyilmiş sözləri üzərində düşündükdə və onları öyrəndikdə və s., bunlar öyrənənə praktik şeyləri öyrəndiyindən daha çox nur gətirir, hərçənd praktik icra üçün onlar daha vacibdir. Lakin nur üçün, şübhəsiz, Yaradanın atalarımıza aşkarlanması daha vacibdir. Və bunu Tövratdan nur axtarmağa və almağa çalışan bütün pak qəlblilər etiraf edirlər.

Kabala elminin yayılmasının zəruriliyi və yolları

Kabala elminin hamısı Yaradanın aşkarlanmasından danışıdığına görə, aydındır ki, öz imkanlarına görə ondan daha vacib və daha uğurlu elm yoxdur. Və kabalistlər onu qurarkən bunu nəzərdə tutmuşdular ki, onunla məşğul olmaq mümkün olsun. Və onlar, həqiqətən, gizlənmə dövrünə qədər onunla oturub məşğul olurdular (və məlum səbəbə görə onu gizlətmək qərara alınmışdı), bu isə hər halda yalnız məlum bir müddət üçün edilmişdi və heç bir halda əbədi deyildi. Zoar kitabında deyildiyi kimi: «Bu elm axır günlərdə aşkar olmalıdır. Hətta beyt ha-midraşda oxuyan uşaqlar üçün də». Orada bax.

Dediklərimizdən belə çıxır ki, yuxarıda adı çəkilən elm tamamilə kabala dili ilə məhdudlaşmır, çünki onda əsas olan – elə bir ruhani nurdur ki, elə Yaradanın özündən çıxır və aşkarlanır, necə ki deyilib: «Şimşəkləri göndərəcəksənmi, gedəcəklərmi, və sənə deyəcəklərmi: “Budur biz”?»14 – yəni yuxarıda xatırlanan iki yolla: yuxarıdan aşağı və aşağıdan yuxarı.

Və bu təzahürlər və pillələr onlar üçün uyğun olan dildə tədricən izah olunur, və bu, həqiqətən, yaradılmışların reallığı və bu dünyadakı onun təzahürləridir ki, onların budaqlarıdır. Axı «aşağıda elə bir ot parçası yoxdur ki, onun üzərində yuxarıdan bir mələk olmasın, onu vurub belə deməsin: “Böyü!”»15, başqa sözlə, aləmlər bir-birindən çıxır və bir-birinə möhürün izi kimi həkk olunur, və birində olan hər şey digərində də var, maddi aləmə qədər,hansı ki, onların son budağıdır, lakin möhürün izi kimi özündən yuxarı olan aləmi özündə ehtiva edir.

Buradan asanlıqla anlamaq olar ki, yuxarı aləmlər haqqında yalnız onlardan törəyən aşağı maddi budaqlardan, yaxud onların təzahürlərindən istifadə etməklə danışmaq mümkündür və bu – Tanax dilidir; yaxud xarici elmlərdən istifadə etməklə; yaxud yaradılmışlardan istifadə etməklə və bu – kabalistlərin dilidir; yaxud kabalada Zoar kitabının gizlədilməsi dövründən etibarən gaonların kabalasında qəbul edildiyi kimi şərti terminlərdən istifadə etməklə.

Beləliklə, aydın oldu ki, Yaradanın aşkarlanması bir dəfəlik baş vermir, əksinə, yuxarıdan aşağı və aşağıdan yuxarı aşkarlanan bütün möhtəşəm pillələrin açılması üçün kifayət edən müddət ərzində tədricən təzahür edir. Və onların hər birində, onun sonunda, Yaradan təzahür edir. Bu, dünyanın bütün ölkələri və yaradılmışları üzrə mütəxəssisə bənzəyir ki, o, dünyanın ən son yaradılmışını və ən son ölkəsini öyrənməsini bitirməmişdən əvvəl, bütün dünyanın ona açıldığını deyə bilməz, çünki o, buna çatmayınca, hələ də bütün dünyanı dərk etməmişdir. Eləcə də Yaradanın dərki əvvəlcədən hazırlanmış yollarla gedir və axtaran bu yolların hamısını həm yuxarılarda, həm də aşağıların hamısını birlikdə dərk etməyə borcludur. Və aydındır ki, burada yuxarı aləmlər əsasdır, lakin onlar eyni zamanda dərk olunur, çünki onların arasında forma üzrə fərq yoxdur, onlar yalnız maddə üzrə fərqlənirlər, harada ki, daha yüksək aləmin maddəsi daha incədir. Lakin formalar biri-birindən həkk olunmuşdur və yuxarı aləmdə mövcud olan, mütləq onun aşağısında olan bütün aləmlərdə mövcuddur, çünki aşağı aləm onun izi-dir. Və bil ki,  [Yaradanı] axtaranın dərk etdiyi bu reallıqlar və onların təzahürləri pillələr adlanır, çünki dərk zamanı onlar bir-birinin ardınca gəlir, nərdivanın pillələri kimi.

Ruhani ifadələr

Ruhani olanın bənzəri yoxdur, buna görə də onun üçün üzərində düşünülə biləcək hərflər də yoxdur. Və əgər hətta onun haqqında ümumi şəkildə desək ki, bu, sadə bir nurdur, axtarana doğru enir və ona cəlb olunur, ta ki o, Yaradanın aşkarlanması üçün kifayət edəcək ölçüdə onu tam bürüyüb dərk edənədək– bu da məcazi mənada olacaq. Çünki ruhani aləmdə «nur» sözü ilə adlandırılan hər şey günəş nuruna və ya şam nuruna bənzəmir. Və ruhani aləmdə «nur» sözü ilə adlandırdığımız şey insan ağlından götürülmüşdür, onun təbiəti belədir ki, insanın şübhələri aradan qalxdıqda, o, sanki bütün bədənində nurun və həzzin bolluğunu aşkar edir. Buna görə də bəzən «ağıl nuru» deyirik, hərçənd bu, düzgün deyil. Çünki [ağlın] bədənin maddəsinin o hissələrində işıq saçdığı nur, hansı ki, aradan qalxmış şübhələrə layiq deyil, şübhəsiz, ağılın özündən aşağıdır və buna görə hətta aşağı və daha az layiqli hissələr də onu [nuru] ala və dərk edə bilər.

Bununla belə, ağlı hansısa adla işarələyə bilmək üçün onu «ağıl nuru» adı ilə adlandırırıq – və eynilə biz yuxarı aləmlərin reallıq elementlərini «nurlar» sözü ilə adlandırırıq, çünki onlar onları dərk edənlərə başdan ayağa bütün bədəndə nurun və həzzin bolluğunu gətirirlər. Və buna görə biz dərk edəni «bürünmə» adı ilə adlandıra bilərik, çünki o, həmin nura bürünmüşdür.

Və bununla da sual aradan qalxır ki, bu halda onları intellektual dərkdə qəbul olunmuş terminlərlə, yəni: öyrənmə, dərk etmə və s. – yəni abstrakt ağılın təzahürlərini vurğulayan ifadələrlə adlandırmaq daha düzgün olardı. Çünki məsələ ondadır ki, bu, intellektual təzahürlərə qətiyyən bənzəmir, ona görə ki, intellekt reallığın bütün elementləri arasında xüsusi bir fərdi budaqdır və buna görə də onun təzahür etməsinin xüsusi üsulları vardır. [Ruhani] pillələrdə olan şeylərdə isə vəziyyət tamam başqa cürdür, çünki onlar dünyanın bütün mövcud elementlərini özündə ehtiva edən vahid bir bütünü təşkil edir, və hər bir elementin başqalarından fərqli, özünəməxsus təzahür etmə üsulu vardır. Və, ümumiyyətlə, [ruhani] pillələrdə baş verən hadisələrin dərk edilməsi heyvan orqanizmlərinin tanınmasına bənzəyir. Başqa sözlə, insan hansısa mahiyyəti dərk etdikdə, onu başlanğıcdan sona qədər bütövlükdə dərk edir.

Və abstrakt ağılın qanunlarına görə mühakimə etsək, deməliyik ki, o, bu mahiyyətdə dərk edilə bilən hər şeyi dərk etmişdir və hətta min il onun üzərində düşünsə də, buna bir tük qədər də əlavə edə bilməz. Bununla belə, dərk etmənin başlanğıcında o, «zehni kor»16 olana çox bənzəyir, başqa sözlə, o, hər şeyi görür, lakin gördüyü şeydən heç nə başa düşmür. Lakin zaman keçdikcə o, ibur, yenika və moxin, və ikinci ibur kimi başqa şeyləri də dərk etməyə borcludur. Və onda o, istədiyi hər şey üçün öz dərk etmələrini hiss etməyə və onlardan istifadə etməyə başlayır. Amma əslində, o, başlanğıcda əldə etdiyi dərk etmələrə yetişmənin tamamlanmasından başqa heç nə əlavə etməmişdir, yəni o zaman hələ yetişməmişdi və buna görə bunu başa düşə bilmirdi, indi isə onun yetişməsi tamamlanmışdır.

Beləliklə, burada intellektual təzahürlərlə müqayisədə böyük fərqi görürük. Və buna görə intellektual təzahürləri təsvir etmək üçün adətən istifadə etdiyimiz təriflər bizə kifayət etmir və biz yalnız fiziki maddədə baş verən təzahürlərdən istifadə etməyə məcburuq, çünki [ruhani təzahürlər] istənilən halda forma üzrə onlara tamamilə bənzəyir, hətta materiya baxımından onlardan tamamilə uzaq olsalar belə.

Həqiqət elmində dörd dil istifadə olunur

Həqiqət elmində dörd dil istifadə olunur və bunlar: 1) Tanax dili, onun terminləri və adları ilə; 2) qanunların (Alaxa) dili – və bu dil Tanax dilinə çox yaxındır; 3) Aqada dili – və o, Tanax dilindən xeyli uzaqdır, çünki ümumiyyətlə reallığı nəzərə almır və bu dildə qəribə terminlər və adlar vardır, və bu dil kök və onun budağı prinsipinə görə anlayışlarla işləməz. 4. Sfirot və partsufim dilidir. Prinsip etibarilə, kabalistlərin bu elmi «maddəcə kobud olanlardan»17 gizlətmək üçün güclü meyli var idi, çünki onların fikrincə, kabala və etika bir-birini tamamlayır. Buna görə qədim müdriklər bu elmi yalnız xətlər və nöqtələr, qapaqcıklar və ayaqcıqlar şəklində yazaraq gizlətdilər və bundan da bizə məlum olan 22 hərf şəklində əlifba doğdu və formalaşdı.

Tanax dili

Tanax dili: bu, öz roluna çox uyğun olan əsas və fundamental dildir, çünki əksər hallarda o, kök və budaq münasibətini ehtiva edir və bu, anlamaq üçün ən əlverişli dildir. Və bu, ən qədim dildir və bu, Adam Rişona aid edilən o müqəddəs dildir.

Bu dilin iki üstünlüyü və bir çatışmazlığı var. Birinci üstünlük – onun anlamaq üçün əlverişli olmasıdır və hətta dərk etməyə başlayanlara dərhal lazım olan hər şey aydın olur. İkinci üstünlük – ondan istifadə edildikdə məsələlər istənilən başqa dildən daha ətraflı və daha dərindən aydınlaşdırılır. Onun çatışmazlığı – ondan xüsusi hallarda və ya səbəb-nəticə əlaqələrinin vəziyyətlərində istifadə etməyin mümkün olmamasıdır, çünki hər bir şey üçün onun barəsində hər şeyi tam həcmdə aydınlaşdırmaq lazımdır, çünki o, öz-özlüyündə, əgər bütün işi bütövlükdə təsvir etməsən, hansı elementdən danışdığını göstərmir. Buna görə də daha kiçik bir elementi ayırd etmək üçün onun haqqında bütöv bir fəsil təqdim etmək lazımdır və buna görə bu dil kiçik elementlərin və ya səbəb-nəticə əlaqələrinin [təsviri] üçün yararlı deyil. Dua və bərəkətlərin dili də Tanax dilindən götürülmüşdür.

Qanunların dili

Qanunların dili (Alaxa) reallığın özünə deyil, yalnız onun saxlanmasına aiddir. Bu dil tamamilə Tanax dilindən, orada verilmiş qanunların köklərinə uyğun olaraq götürülmüşdür. Və onun Tanaxdan bir üstünlüyü var: o, hər bir məsələni çox ətraflı təsvir edir, bunun əsasında da daha dəqiq şəkildə ali kökləri göstərir.

Lakin onun Tanax dili ilə müqayisədə böyük bir çatışmazlığı var: onu başa düşmək çox çətindir və o, dillər arasında ən ağırıdır, onu yalnız «icazəsiz girib çıxan» adlanan kamil müdrik dərk edə bilər. Və təbii ki, onun bir çatışmazlığı da vardır, çünki o, Tanaxdan götürülmüşdür.

Aqada dili

Aqada dili anlamaq üçün yüngüldür, çünki istənilən anlayışın [təsviri] üçün çox uyğun olan alleqorik obrazlara əsaslanır və əgər onu səthi başa düşsən, o, Tanax dilindən də daha əlverişli görünür. Lakin tam anlama üçün bu çox ağır bir dildir, çünki o, budaq və kök ardıcıllığına ümumiyyətlə riayət etmir, yalnız dili möhtəşəm kəskinliklə seçilən məcaza əsaslanır. Bununla belə, o, pillənin öz vəziyyətində, öz-özünə nisbətdə mahiyyətinə aid olan qeyri-adi və çətin anlayışların [problemini] həll etmək baxımından çox zəngindir ki, bunları Tanax və ya Alaxa dilində izah etmək mümkün deyil.

Kabalistlərin dili

Kabalistlərin dili – sözün tam mənasında həqiqi bir dildir, həm kök və budaq baxımından, həm də səbəb və nəticə baxımından çox dəqiqdir və xüsusi bir üstünlüyə malikdir: bu dildə həm ayrıca elementlərdən, həm də həmin elementlərin ayrıca elementlərindən heç bir məhdudiyyət olmadan danışmaq olar. Bundan əlavə, ondan istifadə etməklə istənilən elementə dərhal çatmaq olar, onu əvvəlindən və ya sonrasından olanlarla əlaqələndirməyə ehtiyac qalmadan.

Lakin onun bütün aşkar yüksək üstünlüklərinə qarşılıq olaraq böyük bir çatışmazlığı var: onu dərk etmək çətindir və onu demək olar ki, yalnız kabalist müdrikin ağzından, öz dərkində anlayan müdrikin ağzına keçməklə dərk etmək mümkündür. Başqa sözlə, o, öz dərkində qeyd olunan pillələrin bütün ardıcıllığını, həm aşağıdan yuxarı, həm də yuxarıdan aşağı başa düşsə belə, buna baxmayaraq, bu dildə heç nə anlamayacaq, ta ki onu artıq müəllimindən «panim el panim» (üz-üzə) almış müdrikin ağzından qəbul etməyincə.

Kabala dili bütün qalanlarına daxil olur

Bilin ki, terminlər, adlar və gematriyalar tamamilə kabala elminə aiddir və onların başqa dillərdə də mövcud olmasının səbəbi ondadır ki, qalan bütün dillər də kabala elmini özündə ehtiva edir, çünki hamısı digər dillərin mütləq istinad etməli olduğu xüsusi fərdi müddəalardır.

Və təsəvvür etmək mümkün deyil ki, Yaradanın aşkarlanması elmini izah etmək üçün istifadə olunan bu dörd dil zaman ardıcıllığı ilə bir-birinin ardınca inkişaf etmişdir; həqiqət isə ondan ibarətdir ki, bu dörd dilin hamısı həqiqi müdriklərin ağzından eyni zamanda və həqiqi şəkildə aşkara çıxmışdır. Və onların hər biri hamısını özündə ehtiva edir, çünki kabalist dili Tanaxda da mövcuddur, məsələn: qaya üzərində dayanma və Tövratda və Mixa kitabında qeyd olunan on üç mərhəmət ölçüsü. Və o, müəyyən dərəcədə hər bir ayədə və Yeşayau və Yehezkel kitablarında təsvir olunan araba­larda (Merkava) hiss olunur və ən çox da Nəğmələr Nəğməsində, hansı ki, bütövlükdə həqiqi kabalist dilində yazılmışdır. Və eyni qaydada – Alaxa və Aqada ilə də; bütün bu dillərdə eyni məna ilə işlənən silinməyən müqəddəs adları21 deməyə belə ehtiyac yoxdur.

Dillərin inkişaf ardıcıllığı

Hər bir mövzu tədricən inkişaf edir və buna görə də istifadə üçün ən əlverişli olan dil – zaman baxımından inkişafı digərlərindən əvvəl tamamlanmış dildir. Buna görə birinci Tanax dili yetişdi, çünki o, hamıdan ən əlverişlisidir və ondan istifadə çox geniş yayılmışdır. Onun ardınca Alaxa dili gəlir, çünki o, bütövlükdə Tanax dilinə əsaslanmışdır və bundan əlavə, xalq üçün əməli icranın qanunlarını müəyyən etmək məqsədi ilə ondan istifadə etmək lazım idi. Üçüncü Aqada dili gəlir və onda Tanaxdan az olmayan yerlər olsa da, bu, yalnız köməkçi dil kimi olmuşdur, çünki onun kəskinliyi mövzunun qavranılmasını sürətləndirir, lakin onda kök və budaq dəqiqliyi olmadığından, yuxarıda deyildiyi kimi, əsas dil kimi ondan istifadə etmək mümkün deyil. Buna görə də o, yayılmamış və nəticə etibarilə inkişaf almamışdır. Və Aqada tanaim və amoraim dövründə geniş yayılmış olsa da, bu yalnız mətnin əvvəlində Tanax dilinə istinad sayəsində idi, necə ki, müdriklərdə qəbul olunmuşdur: «filan ravvin danışmağa başladı» (və digər köməkçi konstruksiyalar). Əslində isə, bu dilin müdriklər dövründə istifadəsinin bütün genişlənməsi kabala dilinin gizlədilməsi anından başlamışdır, yuxarıda deyildiyi kimi, – yəni həm ravvin Yoxanan ben Zakkay dövründə, həm də ondan az əvvəl, başqa sözlə, Məbədin dağıdılmasından yetmiş il əvvəl – yuxarıda göstərilən səbəblərə görə. Və anlayana bu kifayətdir.

Kabala dili ən sonda inkişaf etmişdir, bu da yuxarıda deyildiyi kimi, onu başa düşməyin çətinliyi ilə şərtlənir. Çünki burada dərk etməklə yanaşı, onun terminlərinin mənasının ötürülməsi də lazımdır və buna görə onu anlayanlar belə, ondan istifadə edə bilmirdilər, çünki çox vaxt onlar nəsildə bir nəfər olurdular və məşğul olacaqları kimsə olmurdu. Və bu dili müdriklərimiz «Maase Merkava» adlandırdılar, çünki bu, pillələrin bir-biri ilə 'arkavot' birləşmələrinin təfərrüatları haqqında danışmağa imkan verən xüsusi bir dildir, və ondan başqa bunu heç bir dildə ifadə etmək mümkün deyil.

Kabala dili istənilən danışıq dilinə bənzəyir, lakin bir sözə yerləşdirilə bilən məna sayəsində daha üstündür

Kabalanın dili səthi baxışda yuxarıda nəzərdən keçirilmiş üç dilin qarışığı kimi görünür. Lakin ondan istifadə etməyi bacaran kəs əmin olacaq ki, bu, əvvəldən axıra qədər ayrıca, müstəqil bir dildir. Və burada sözlərin xarakteri deyil, onların nəyə işarə etdiyi nəzərdə tutulur. Və onların arasındakı bütün fərq də bundadır, çünki ilk üç dildə bir sözün özündən çıxan və oxucuya onun nəyə işarə etdiyini anlamağa imkan verən işarələr demək olar ki, yoxdur; yalnız bir neçə sözün, bəzən isə bütöv fəsillərin birləşməsi ilə onların məzmununu və işarəsini anlamaq olur. Kabala dilinin üstünlüyü ondadır ki, onun hər bir sözü oxucuya öz məzmununu və işarəsini adi insan dillərinin hər hansı birindən az olmayaraq mütləq dəqiqliklə açır, çünki hər bir sözün dəqiq tərifi var və onu hər hansı başqa bir sözlə əvəz etmək mümkün deyil.

Kabala elminin unudulması

Zoar kitabının gizlədilməsindən etibarən, bu xüsusi dilin hamısı da tədricən unuduldu, çünki onunla məşğul olanların sayı azaldı və bir nəsildə fasilə yarandı: onu əldə etmiş müdrik onu anlayan kabalistə ötürmədi. Və o andan etibarən «hesabı aparılmayan zərər» meydana çıxdı.

Və bunu kabalist ravvin Moşe de Leon barədəki vəziyyətdə aydın görmək olar: o, onu [yəni Zoar kitabını] əlində saxlayan və onun vasitəsilə dünya üzünə çıxmasına səbəb olan sonuncu idi, amma görürük ki, o, onda bircə sözü belə anlamırdı. Çünki onun Zoar kitabından parçalar gətirdiyi kitablardan aydın olur ki, o, bu dili qətiyyən anlamırdı, belə ki, onu Tanax dili əsasında izah edirdi və bununla anlamağı çox çətinləşdirirdi, halbuki onun özü möcüzəvi bir idraka gəlmişdi,hansını ki, onun əsərləri sübut edir. Və bu, nəsillər boyu belə davam etdi: kabalistlər bütün vaxtlarını Zoar kitabının dilini anlamağa sərf edirdilər, amma onu aça bilmirdilər, çünki onu böyük bir zorlamayla Tanax dilinə sığışdırmağa çalışırdılar və buna görə də bu kitab onlar üçün yeddi möhür altında qalırdı – ravvin Moşe de Leonun özü üçün olduğu kimi.

Ari kabalası

Ta ki, idrakında tayı-bərabəri olmayan yeganə kabalist Ari ortaya çıxana qədər; onun idrakına heç bir sərhəd və hədd yox idi və məhz o, Zoarın dilini bizə açdı və ona yanaşma yolunu bizə verdi. Və əgər o, bu qədər tez ölməsəydi, Zoardan əldə ediləcək nurun ölçüsünü təsəvvür etmək belə mümkün deyil. Lakin biz onun [mövcudluğuna] layiq görüldüyümüz o qısa zaman ərzində, bizim üçün yol və yanaşma və möhkəm bir ümid hazırlandı ki, gələcək nəsillərdən birində bizə anlayış açılacaq və biz onu axıra qədər anlayacağıq.

Və buradan sən anlayacaqsan ki, Aridən sonra yaşamış dünyanın bütün böyük adamları niyə bu elm üzrə yazılmış bütün kitabları və Zoarın şərhlərini bir kənara qoydular və demək olar ki, özlərinə [onlardan istifadə etməyi] tamamilə qadağan etdilər və həyatlarının ən yaxşı illərini Ari əsərlərinə həsr etdilər.

Və bil ki, bu, ona görə deyildi ki, onlar Aridən əvvəlki kabalistlərin müqəddəsliyinə inanmırdılar. Heç bir halda belə düşünmək olmaz, çünki bu elmdə görə bilən hər kəs, həqiqət elmində dünyanın o ən böyük adamlarının idrakına sərhəd olmadığını görəcəkdir. Və yalnız axmaq və cahil kəs onları nədəsə şübhələndirə bilər. Lakin məsələ bundadır ki, onların kabaladakı məntiqi quruluşları əvvəlki üç dil əsasında idi və hər bir dil öz yerinə görə həqiqi və uyğun olsa da, tam uyğun deyil və üstəlik bu məntiq ilə Zoarda gizlənmiş kabala elmini anlamaq çox çətindir, çünki o, prinsipcə başqa bir dildə bəyan olunmuşdur; yuxarıda deyildiyi kimi, o dil unudulmuşdu, – buna görə biz onların izahlarından, ravvin Moşe de Leonun özünün və onun ardıcıllarının izahlarından istifadə etmirik, çünki onların sözləri Zoarın izahında həqiqi deyil və bu gün bizim yalnız bir şərhçimiz var, o da Ari-dir, başqa heç kim yoxdur.

Bütün yuxarıda deyilənlərin işığında bizə aydın olur ki, kabala elminin daxili hissəsi Tanaxın, Talmudun və Aqadanın daxili hissəsindən fərqlənmir və onların arasındakı bütün fərq yalnız məntiqi quruluşlardadır. Və bu, dörd dildə köçürülmüş elmi xatırladır. Aydındır ki, dilin dəyişməsi nəticəsində elmin mahiyyəti qətiyyən dəyişmir və bizə qalan yalnız budur: bu elmi öyrənənə ötürmək üçün hansı variant daha əlverişli və daha məqbuludur.

Eyni şey bizim mövzumuzda da keçərlidir: həqiqət elmi, yəni ilahiliyin varlıqlara gedən yolları üzrə açıqlanması elmi, xarici elmlər kimi, nəsildən-nəslə ötürülməlidir; burada hər bir nəsil öz sələflərinə müəyyən bir halqa əlavə edir və beləliklə, elm inkişaf edir və eyni zamanda kütlələr arasında daha geniş yayılmaq üçün daha əlçatan olur. Buna görə hər bir müdrik bu elmdə əvvəlki nəsillərdən miras aldığı şeyi də, layiq görüldüyü öz şəxsi əlavələrini də şagirdlərinə və ondan sonra gələn nəsillərə ötürməlidir. Və təbii ki, ruhani idrakın, onu idrak edən tərəfindən qavranıldığı kimi, başqa birinə ötürülməsi, daha da artıq, kitabda yazılması tamamilə mümkün olmasa da, çünki ruhani obyektlər heç bir şəkildə təsəvvür edilən hərflərdə təzahür etməyəcəkdir. (hərçənd «Və peyğəmbərlərin vasitəsilə Mən məsələlərlə danışdım» deyilir, və bunu heç bir halda sözün birbaşa mənasında anlamaq olmaz)…

Elmin ötürülmə qaydası

Bəs onda necə təsəvvür etmək olar ki, dərk edən öz idraklarını [növbəti] nəsillərə və şagirdlərə ötürə bilsin? Və bil ki, bunun üçün yalnız bir yol var və bu, köklər və budaqlar metodudur. Və bu onunla bağlıdır ki, Yaradan tərəfindən bütün aləmlər və onların içində olan hər şey ən xırda təfərrüatlarına qədər sanki yalnız bir, vahid və yeganə fikirdə çıxmışdır; həmin fikir özü enmiş və bu aləmlərin və yaradılışların, və onların təzahürlərinin bütün bu çoxluğunu əmələ gətirmişdir, necə ki, «Həyat ağacı»nda və Zoar kitabının İslahatlarında izah olunur.(oraya bax)

Buna görə onlar bir-biri ilə tam uyğun gəlirlər, möhür və onun izi kimi, və birinci möhür onların hamısında iz salmışdır. Buna görə də Yaradılış Məqsədinin niyyətinə daha yaxın olan aləmlər bizdə köklər adlanır, məqsəddən daha uzaq olan aləmlər isə budaqlar adlanır. Və bu, «fəaliyyətin sonu – ilkin niyyətdədir» deyimi ilə bağlıdır.

Buradan biz müdriklərimizin Aqadotlarında geniş yayılmış ifadəni anlayacağıq: «Və onda [yəni Yaradanın nurunda] dünyanın bir ucundan o biri ucuna qədər görür». Amma sanki : dünyanın əvvəlindən onun sonuna qədər-demək lazım id. Lakin məsələ bundadır ki, iki son var: biri son məqsəddən uzaqlıq baxımından son, yəni bu dünyanın ən son budaqları; ikinci son isə hər şeyin sonu adlanır, çünki son məqsəd hər şeyin sonunda aşkar olur.

Lakin biz «fəaliyyətin sonu – ilkin niyyətdədir» deyimini aydınlaşdırdığımız üçün, məqsədi aləmlərin əvvəlində görürük və bu, bizdə «birinci aləm» və ya birinci möhür adlanır; bütün digər aləmlər ondan çıxır və ondan iz alır. Və buna görə də bütün yaradılışlar: cansız, bitki, heyvani və danışan, bütün təzahürləri ilə, artıq birinci aləmdə öz bütün növlərində mövcuddur; orada olmayan şey sonradan aləmdə heç bir halda aşkar ola bilməz, çünki verən onda olmayan şeyi verə bilməz.

Aləmlərdə kök və budaq

Və buradan aləmlərdə kök və budağın nə olduğunu anlamaq asandır, çünki bu dünyada cansız, bitki, heyvani və danışan aləmdə olan bütün çoxluğun onun üzərindəki aləmin hər bir elementində uyğunluğu var – forma etibarilə qətiyyən fərqlənmədən, yalnız maddəsi ilə [fərqlənərək]. Çünki bu dünyanın heyvanı və ya daşı fiziki maddədir, ona uyğun yuxarı aləmdəki heyvan və ya daş isə nə məkan, nə də zaman tutmayan ruhani maddədir, hərçənd mahiyyətləri eynidir. Və burada, şübhəsiz, əlavə etmək lazımdır ki, bu, materiyanın formaya münasibəti ilə bağlıdır; bu isə təbii olaraq formanın öz xüsusiyyətindən də asılıdır. Və eyni qaydada yuxarı aləmdəki cansız, bitki, heyvani və danışanın böyük bir hissəsi üçün daha yuxarı aləmdə dəqiq bir surət və bənzərlik mövcuddur və s. ta ki, birinci aləmə qədər; orada artıq bütün detallar öz son halında mövcuddur, necə ki, deyilir: «Və Yaradan yaratdığı hər şeyə baxdı və budur, çox yaxşıdır».

Və buna görə kabalistlər yazdılar ki, bu dünya hər şeyin mərkəzində yerləşir, bununla demək istəyirlər ki, «fəaliyyətin sonu» birinci aləmdir, yəni məqsəddir, məqsəddən uzaqlaşma isə aləmlərin Öz Yaradanından ta bu maddi dünyaya qədər enməsi adlanır, hansı ki, məqsəddən ən uzaqdır. Lakin sonunda bütün maddi [yaradılışlar] tədricən inkişaf etməli və Yaradanın onlar üçün düşündüyü həmin məqsədə, yəni birinci aləmə çatmalıdır; bu isə bizim içində olduğumuz bu dünyaya nisbətdə son aləmdir, yəni hər şeyin sonudur. Və təbii olaraq bizə elə gəlir ki, məqsəd aləmi son aləmdir, biz isə bu dünyada yaşayanlar, onların arasında ortada [yer alırıq].

Həqiqət elminin mahiyyəti

Bununla yanaşı aydındır ki, bu dünyada heyvanlar aləminin kəşfi və onun mövcudluq qaydasının açılması heyrətamiz bir elm olduğu kimi [«fizika» adlanan], eləcə də yuxarı nemətin aləmdə açıqlanması – həm mərtəbələrin reallığı, həm də onun fəaliyyət yolları – birlikdə fizika ilə müqayisədə daha böyük dərəcədə heyrətamiz bir elm, möcüzələrin möcüzəsidir. Çünki fizika yalnız xüsusi bir dünyada olan xüsusi bir növün qaydaları haqqında bilikdir və yalnız öz mövzusuna xidmət edir, və heç bir başqa elm ona daxil olmur.

Həqiqət elmində isə başqa cürdür. Çünki o, bütün aləmlərdə olan cansız, bitki, heyvani və danışanın bütövlükdə ümumi biliyidir və onların bütün təzahürləri və Yaradanın niyyətində olan qaydaları haqqındadır, yəni mütləq mövzular haqqındadır, və buna görə dünyanın bütün elmləri, kiçikdən böyüyə, möcüzəvi və heyrətamiz şəkildə onun içindədir, çünki o, bir-birindən fərqli və bir-birindən şərq ilə qərb qədər uzaq olan müxtəlif elmləri hamı üçün eyni formada bərabərləşdirir, hər bir elmin qaydasını onun yollarına tabe edərək. Məsələn, fizika aləmlərin və sfirotun qaydasına tam uyğun şəkildə qurulmuşdur və eyni qaydaya görə astronomiya da, musiqi də və s. və i. a. qurulmuşdur, belə ki, biz görürük: bütün elmlər bir əlaqəyə və bir münasibətə görə qurulur və hamısı ona bənzəyir, necə ki, oğul valideyninə bənzəyir. Və buna görə onlar bir-birini şərtləndirirlər. Yəni, həqiqət elmi bütün elmlərlə şərtlənir və həmçinin bütün elmlər onunla şərtlənir. Buna görə də, dünyadakı bütün elmlər üzrə geniş biliyi olmayan heç bir həqiqi kabalist yoxdur, necə ki, məlumdur, çünki bu bilikləri onlar həqiqət elminin özünə əsaslanaraq əldə edirlər, belə ki, həmin biliklər onun içindədir.

Birliyin mənası

Bu elmdə ən heyrətamiz olan onun qarşılıqlı daxilolmasıdır, yəni bütün bu nəhəng kainatın bütün təfərrüatları ondan keçərək tədricən bir-birinin içinə daxil olur, bir-birinə toxunur, dolaşır və birləşir, ta ki birinə – «Hər şeyə Qadir olana və hər şeyi birlikdə özündə birləşdirənə» – gəlib çatır.

Çünki əvvəlcə biz tapırıq ki, dünyanın bütün elmləri onda əks olunur və onun məntiqinə tam uyğun şəkildə ona daxil olur. Sonra biz tapırıq ki, həqiqət elminin özündə təsvir olunan aləmlərin və qaydaların saysız-hesabsız çoxluğu yalnız on mahiyyətdə birləşir ki, bunlar on sfirot adlanır. Sonra bu on sfirot dörd obyekt şəklində, yəni dördhərfli adın dörd hərfi şəklində təşkil olunur və təzahür edir. Sonra bu dörd obyektin hamısı təşkil olunur və təzahür edir və yud hərfinin başlanğıcına daxil olur; bu başlanğıc Sonsuzluğa işarə edir. Beləliklə, bu elmi öyrənməyə başlayan, yud hərfinin başlanğıcından başlamalıdır, oradan birinci aləmin on sfirotuna – Adam Kadmon aləmi adlanan aləmə – və oradan baxıb tapır ki, Adam Kadmon aləmində olan saysız-hesabsız bütün təfərrüatlar səbəb və nəticənin məcburi qaydasına görə çıxır və yaranır; bu qaydalar astronomiyada və fizikada tapdığımız qanunlar kimidir, yəni sabit qanunlar, bir-birindən mütləq şəkildə hasil olan, necə ki, dəyişməz bir qanun kimi, yud hərfinin başlanğıcından Adam Kadmon aləmində olan bütün çoxluğa qədər bir-birindən enirlər; sonra isə oradan tədricən dörd aləm bir-birindən möhür və izi kimi iz alır, ta ki bu dünyadakı bütün çoxluğa gəlib çatana qədər. Sonra isə onlar geri qayıdırlar ki, bir-birinin içinə daxil olsunlar, ta ki hamısı Adam Kadmon aləminə gəlib çatana qədər, sonra on sfirota, sonra dördhərfli ada, yud hərfinin başlanğıcına qədər.

Və soruşma ki, əgər maddə naməlumdursa, onunla məntiqdən istifadə edərək necə məşğul olmaq olar. Buna bənzər şeyi, həqiqətən də, bütün elmlərdə tapmaq olar. Məsələn, anatomiya ilə, ayrı-ayrı orqanlarla və onların bir-birinə təsiri ilə məşğul olduqda, bu orqanlar heç cür ümumi mövzuya, yəni bütöv canlı insana bənzəmir, lakin zaman keçdikcə, bu elmi kamil şəkildə öyrəndiyimiz zaman, bütün orqanizmin onlardan asılı olduğu bütün elementlərin ümumi əlaqəsini təsəvvür edə biləcəyik. Burada da belədir: ümumi mövzu – ilahiliyin Öz yaradılışlarına açıqlanmasıdır, bu da son məqsəddir, necə deyilir: «Çünki yer Yaradanın biliyi ilə dolacaq».

Lakin onu öyrənməyə başlayan üçün, şübhəsiz, bu ümumi mövzunun heç bir biliyi yoxdur; bu ümumi mövzu bütün elementlərin cəmi ilə şərtlənir, və buna görə o, bütün elementləri və onların bir-birinə təsir qaydasını, həmçinin səbəb-nəticə əlaqələrində onlara təsir edən amilləri bütün elmi [öyrənməyi] bitirənə qədər bilməyə borcludur. Və o, hər şeyi kamil şəkildə bildikdə, əgər onun kristal kimi təmiz ruhu varsa, şübhə yoxdur ki, nəticə etibarilə, o, ümumi mövzuya da layiq olacaq.

Və hətta layiq olmasa belə, nəticə etibarilə, bu nəhəng və böyük elmdən heç olmasa müəyyən bir anlayış əldə etmək böyük bir şərəfdir; onun böyüklüyü digər elmləri [onun mövzusunun üstünlüyünə uyğun olaraq] onların öyrəndikləri mövzulara nisbətdə üstələyir. Və Yaradanın böyüklüyü Öz yaradılışlarına nisbətdə necə qiymətləndirilirsə, eləcə də, Onunla məşğul olan elm, Onun yaradılışları ilə məşğul olan elmdən daha vacib və daha yüksəkdir.

Və dünyanı onunla məşğul olmaqdan saxlayan, bunun dərkedilməz olması deyil, çünki astronom da heç bir ölçüdə ulduzları və planetləri dərk etmir, o, onların heyrətamiz müdrikliklə etdiyi hərəkəti dərk edir; bu hərəkət möcüzəvi idarəetmə vasitəsilə qabaqcadan müəyyənləşdirilmiş və qurulmuşdur. Elə isə, həqiqət elmində olan biliklər də bunlardan daha gizli deyil, çünki [onun öyrəndiyi] hərəkətlər hətta başlanğıc üçün də aydın görünür, bütün maneə isə kabalistlərin onu böyük müdrikliklə dünyadan gizlətməsindən irəli gəlirdi.

İcazənin verilməsi

Mən sevinirəm ki, artıq həqiqət elmini yaymaq mümkün olan bir nəsildə yaradılmışam. Əgər məndən soruşsanız ki, bunun artıq mümkün olduğunu haradan bilirəm, sizə belə cavab verəcəyəm: çünki mənə [onu] aşkar etmək üçün icazə verilib. Başqa sözlə, bu günə qədər heç bir müdrikə elə yollar açıqlanmamışdı ki, hər bir xalqın və ya icmanın qarşısında açıq şəkildə məşğul olmaq, hər bir sözü ona uyğun şəkildə izah etmək mümkün olsun. Çünki mən də bütün məndən əvvəl olan şagirdlər kimi, müəllimimə bu [elmi] aşkar etməyəcəyimə and içmişdim. Lakin bu and və qadağa yalnız nəsildən-nəsilə şifahi ötürülən yollara aiddir, peyğəmbərlərə və ondan yuxarıya qədər, çünki bu yollar bütün xalqa açıqlansaydı, bizdən gizli olan səbəbə görə böyük ziyana gətirib çıxarardı.

Lakin mənim kitablarımda izlədiyim yol icazəlidir və üstəlik, mən müəllimimdən onu mümkün qədər genişləndirmək barədə göstəriş aldım və bu, bizdə «sözlərə bürünmə yolu» adlanır. Bax: «Raşbinin kəlamlarının [Qapıları]»- orada o, bu yolu icazənin verilməsi adlandırır. Və bu, Yaradanın mənə tam ölçüdə bəxş etdiyi şeydir, necə ki, bizdə qəbul olunduğu kimi,  bu, müdrikin özünün dahi olmasından deyil, nəsilin vəziyyətindən asılıdır, necə ki, müdriklərimiz dedilər: Şmuel a-Katan layiq idi… lakin onun nəsli buna layiq deyil, – və buna görə də dedim ki, mənim bu elmin açıqlanmasında layiq olduğum hər şey mənim nəsilimlə bağlıdır.

Abstrakt adlar

Kabalistik dilin abstrakt adlardan istifadə etdiyini düşünmək böyük bir səhvdir, çünki o, əksinə, yalnız real şeylərə aiddir. Dünyada, həqiqətən, [müəyyən] real şeylər mövcuddur, baxmayaraq ki, biz onların haqqında heç bir təsəvvürə malik deyilik, məsələn, maqnetizm, elektrik və onlara bənzər şeylər. Bununla belə, hansı axmaq deyə bilər ki, bunlar abstrakt adlardır? Axı biz onların təsirini çox yaxşı tanıyırıq. Və bizim üçün nə fərqi var ki, onların mahiyyətinin adı bizə məlum deyil? Axı, nəticə etibarilə, biz, şübhəsiz, onları həmin təsirlərin daşıyıcıları adlandırırıq, onlara aid olan. Və bu ad realdır. Və hətta danışmağa başlayan uşaq da, hansısa şeydə onların təsirini hiss edən kimi, onları adla çağıra bilər. Və bizim izlədiyimiz qanun belədir: dərk etmədiyimiz şeyi adla müəyyən etməyəcəyik.

Maddi obyektlərin mahiyyəti dərkedilməzdir

Və üstəlik: hətta mahiyyəti bizə dərk edilən kimi görünən obyektlərlə də, məsələn, daş və ya ağac kimi, obyektiv araşdırmadan sonra onların mahiyyəti barədə sıfır dərk ilə qalırıq, çünki biz yalnız onların duyğu orqanlarımızla təmasda olduqda təəssürat buraxan təsirlərini dərk edirik.

Ruh

Məsələn, kabala üç qüvvənin olduğunu dedikdə: 1) bədən, 2) heyvani ruh, 3) müqəddəs ruh- burada ruhun mahiyyəti nəzərdə tutulmur, çünki ruhun mahiyyəti flüiddir. Və bu, psixoloqların «eqo» adlandırdığı, materialistlərin isə «elektrik» adlandırdığı şeydir. Və onun mahiyyəti haqqında nə isə demək vaxtın boş yerə sərf edilməsidir, çünki o, duyğu orqanlarımızla təmasda olduqda təəssürat buraxmır, ümumiyyətlə bütün maddi obyektlər kimi. Lakin biz bu flüidin mahiyyətində ruhani aləmlərdə üç növ təsir gördüyümüzdən, biz onları yuxarı aləmlərdəki real təsirlərinə uyğun olaraq ayrıca adlarla mükəmməl şəkildə fərqləndiririk. Və bu halda, burada abstrakt adlar yoxdur, əksinə, onlar sözün tam mənasında realdır.

Mənim izahımın əvvəlkilərə nisbətdə üstünlüyü

Kabala elminin anlayışlarını izah edərkən, xarici elmlərin köməyinə müraciət etmək olar, çünki kabala elmi hər şeyin köküdür və onların hamısı ona daxildir. Bəziləri anatomiya ilə istifadə edirdilər, necə deyilir: «Öz ətimdən Yaradanımı görəcəyəm», başqaları fəlsəfədən istifadə edirdilər, sonrakı müəlliflər isə ən çox psixologiyanın köməyinə müraciət edirdilər. Lakin bunların hamısı həqiqi izah sayılmır, çünki kabala elminin özündə heç nə izah etmir, yalnız başqa elmlərin hamısının ona necə daxil olduğunu bizə nümayiş etdirir. Və Baxmayaraq ki, Yaradanın işi haqqında elm bütün xarici elmlər içində kabalaya ən yaxın elmdir, lakin oxucular bir yerdə deyilənləri başqa yerdə istifadə edə bilmirlər. …. Deməyə dəyməz ki, anatomiya və ya fəlsəfə üzərində qurulan izahlara müraciət etmək tamamilə mümkün deyil. Buna görə də dedim ki, mən kök və budaq, və səbəb və nəticə əsasında izah edən ilk şərhçiyəm. Və buna görə, əgər insan mənim izahımdan bir şeyi başa düşərsə, o, əmin ola bilər ki, Zoar və İslahlarda eyni anlayışı tapdığı hər yerdə, o, bunu istifadə edə biləcək; necə ki, aşkar Tövratda izahlarda bir yerdə deyiləndən hər yerdə istifadə etmək olur.

Və xarici elmlər əsasında izah üslubu vaxtın boş yerə sərf edilməsidir, çünki o, yalnız bir [elmin] digərinə nisbətdə doğruluğuna dəlil gətirir. Lakin xarici elm dəlilə ehtiyac duymur, çünki ali idarəetmə onun üçün dəlil olaraq beş duyğu orqanını hazırlamışdır, kabalada isə yenə də, lehinə və ya əleyhinə dəlillər gətirməzdən əvvəl iddiaçının nə söylədiyini başa düşmək lazımdır.

Xarici elmlər əsasında izah üslubu

Və burada rav Şem-Tovun səhvinin mənbəyi var, o, «More Nevuxim»i kabalaya əsaslanaraq izah edirdi. Və o, bilmirdi, ya da bilmirmiş kimi davrandı ki, kabala elminə əsaslanaraq həm təbabəti, həm də hər hansı başqa elmi,fəlsəfənin izahından az olmayaraq izah etmək olar. Çünki bütün elmlər ona daxildir və onun möhürü ilə möhürlənmişdir. Və həqiqətən, şübhə yoxdur ki, «More Nevuxim» (yəni Rambam) Şem-Tovun verdiyi belə bir izahı heç cür nəzərdə tutmurdu, və o, görmürdü ki … «Sefer Yetsira»da kabalanı fəlsəfəyə əsaslanaraq izah edir. Və mən artıq sübut etmişəm ki, bu izah üslubu yalnız vaxtın boş yerə sərf edilməsidir, çünki xarici elmlər dəlilə ehtiyac duymur, kabala elminə gəldikdə isə, onun sözləri izah olunmazdan əvvəl, onun sözlərinin doğruluğuna şahidlər cəlb etməyin mənası yoxdur. Hələ öz dəlillərini izah etməyə macal tapmamış iddiaçının öz sözlərinin doğruluğuna şahidlər gətirməsinə bənzər (Yaradanın işi haqqında kitablardan başqa, çünki Yaradanın işi haqqında elm, həqiqətən, öz doğruluğu və uğurluluğu üçün şahidlərə ehtiyac duyur və həqiqət elminin köməyinə müraciət etmək lazımdır). Lakin bu üslubda yazılmış bütün əsərlər heç də boşuna yazılmamışdır, çünki biz bu elmi öz-özlüyündə lazımi şəkildə başa düşdükdən sonra, bütün elmlərin ona daxil olmasına əsaslanaraq analoqlardan geniş şəkildə istifadə edə biləcəyik, — həmçinin onların tədqiqinə yanaşmalardan və s.

Kabalanın dərki

Həqiqət elmində üç bölmə var və bunlar:

1.Bu elmin mənbələri. Və o, heç bir insan köməyinə ehtiyac duymur, çünki bütövlüklə Yaradanın bəxşidir və onun sahəsinə yad olan qarışa bilməz.

2.Onun yuxarıdan dərk etdiyi bu mənbələrin anlaşılması — qarşısında bütöv bir dünya sərilmiş insana bənzəyir, lakin bununla yanaşı, bu dünyanı anlamaq üçün az olmayan səy tələb olunur. O, hər şeyi öz gözləri ilə görsə də, axmaqlar da var, müdriklər də var. Bu anlayış həqiqət elmi adlanır və Adam Rişon, öz gözləri ilə gördüyü və dərk etdiyi hər şeydən — anlama, uğur və tam istifadə üçün kifayət edən bilik sistemini alan birinci olmuşdur. Və bu bilik sistemi yalnız ağızdan-ağıza ötürülür. Burada da inkişaf qaydası mövcuddur: hər kəs digərinə bir şey əlavə edə bilər və ya, bizdən uzaq olsun, geri çəkilə bilər (halbuki birinci kateqoriyada hamı eyni cür alır, nə əlavə edir, nə də azaldır; bu dünyadakı gerçəkliyin anlaşılmasında olduğu kimi: onu görməkdə hamı bərabərdir, amma onu anlamaqda elələri var ki, nəsildən-nəslə tədricən inkişaf edir, elələri də var ki, geri gedir). Və onun ötürülmə qaydası bəzən Aşkar Adın ötürülməsi adlanır və o, çoxsaylı şərtlərə riayət olunmaqla ötürülür — lakin yalnız şifahi, yazılı deyil.

3.Yazılı hissə, və bu tamamilə yeni bir şeydir. Çünki, bunun elmin inkişafına kömək edən bir genişlənmə olmasından başqa, belə ki, onun sayəsində hər kəs öz əlavə inkişaflarını özündən sonra gələn nəsillərə miras olaraq ötürür, burada daha bir möhtəşəm xüsusiyyət də var: elmlə məşğul olanların hamısı, hərçənd hələlik yazılanı anlamasalar da, onun sayəsində təmizlənirlər və ali nurların təsiri sayəsində Ona yaxınlaşırlar. Və bu hissənin dörd dili var, yuxarıda deyildiyi kimi, və kabalistik dil bütün digər dillərdən üstündür, yuxarıda deyildiyi kimi, bax oraya.

 

Elmin ötürülmə qaydası

Bu elmi öyrənmək istəyən üçün ən uğurlu yol — həqiqi müdrik kabalist tapmaq və birinci pilləyə, yəni elmi öz anlayışı ilə anlamağa layiq olana qədər onun tapşırdığı hər şeydə ona itaət etməkdir. Sonra o, şifahi ötürülməyə layiq olar, bu isə ikinci pillədir. Sonra — yazılı elmi anlamağa, bu isə üçüncü pillədir. Çünki o zaman o, müəllimindən bütün elmi və onun alətlərini asanlıqla miras alacaq və onda əlavə etməyə və inkişaf etdirməyə çox vaxt qalacaq.

Lakin gerçəklikdə başqa bir yol da mövcuddur: güclü istək sayəsində ali obrazlar ona açılar və o özü bütün qaynaqları dərk edər, bu isə birinci pillədir. Lakin sonra ona çox zəhmət çəkmək və çox çalışmaq lazım gələcək ki, tabe ola biləcəyi və ona itaət edə biləcəyi müdrik müəllim tapsın və elmi «panim el panim» («üz-üzə») ötürülmə yolu ilə alsın, bu isə ikinci pillədir, sonra isə üçüncü pilləni [alsın]. Və o, başlanğıcdan müdrik kabalistə söykənmədiyi üçün, dərk etmələr ona böyük səylərin nəticəsi kimi gəlir və çox vaxt aparır, və onda [yəni elmdə] inkişaf etmək üçün az vaxt qalır. Bəzən isə ağıl sonra gəlir, necə deyilib: «Müdriklik qazanmadan ölürlər», və bu, bizdə «girən, amma çıxmayanlar» adlanan 99 faizdir. Və onlar bu dünyanın axmaqları və nadanları kimidirlər: gözlərinin önündə açılmış aləmi görürlər, amma onda öz gündəlik çörəyindən başqa heç nə anlamırlar.

Lakin birinci yolda da hamı uğura çatmır, çünki onların çoxu, dərk etməyə layiq olduqdan sonra, qazandıqları ilə kifayətlənir və müəlliminin intizamına, tələb olunduğu kimi, özlərini tabe etməyə qadir deyillər, çünki bu elmin ötürülməsinə layiq deyillər. Bu halda müdrik elmin əsas hissələrini onlardan gizlətməyə borcludur və «müdriklik qazanmadan ölürlər», «girən, amma çıxmayanlar» — və bütün bunlar ona görədir ki, elmin ötürülməsində, zəruri səbəblərdən doğan böyük və prinsipial şərtlər vardır. Buna görə müəllimlərinin gözündə o dərəcədə mərhəmət qazanıb buna layiq olanlar çox azdır. Və layiq olan xoşbəxtdir.