<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Dərsin mövzuları:

- Kabala elmini necə düzgün öyrənmək olar;

- Mənbəyə qaytaran nur;

- Dörd müqəddəs dil.


 

Aşağı alidən öyrənir

 

Xoşbəxtlikdən, bizim xaotik dünyamızda insanı bu başgicəlləndirici həyat karuselində saxlamağa kömək edən bir neçə aydın və dəyişməz həqiqətlər var. Məsələn, günəş həmişə şərqdə doğur; həyat yoldaşınız həmişə haqlıdır; əgər nəsə düzgün getməməlidirsə, o zaman düzgün getməyəcək. Kabala elmini öyrənməyə başlayan insan da çoxlu naməlum anlayışlar və qeyri-adi fikirlər qarşısında çaşqınlıq içindədir. Amma o, ümid edir ki, zamanla, çalışqanlıqla yeni bilikləri mənimsəyəcək və nə barədə danışıldığını anlayacaq.

Lakin hər şey o qədər də sadə deyil... Kabala elmini zehnin köməyi ilə deyil, istəyin köməyi ilə öyrənirlər. Yəni kabala, digər elmlər kimi öyrənilmir. O, məlumatların toplanmasını və əldə edilmiş bilik parçalarından ümumi bir mənzərə yaratmağı tələb etmir. Kabalanı başa düşmək üçün arzulamaq lazımdır – dəyişmək və düzəlmək üçün arzulamaq. Ruhaniyyət yalnız islah olunmuş istək ilə, vermək niyyətini əldə etmiş istək ilə dərk edilə bilər. Kabala elmini öyrənmək nəzəriyyəni öyrənmək demək deyil. Onu başa düşməyin şərti – onunla yaşamaq, yəni ruhani reallığı praktik olaraq hiss etməkdir. Ruhaniyyətdə olduğunu anlamaq üçün onu hiss etmək lazımdır. Biz bu barədə keçən dərsdə danışdıq.

Kabala kitablarında yazılanları başa düşmək üçün əvvəlcə həmin kitabın izah etdiyi ruhani səviyyəyə yüksəlmək lazımdır. Yalnız ruhani kökü dərk etdikdən sonra biz budaqlar dilini anlaya bilərik. Biz dünyamız səviyyəsində olduğumuz müddətcə kabala kitabları bizim üçün tamamilə bağlı bir sirr olaraq qalacaq. Onların nədən bəhs etdiyini başa düşməyəcəyik.  

Bizdən təkcə kitabın mənası gizli deyil. Biz dünyamız səviyyəsində olduğumuz müddətcə ruhani reallıq bizdən gizlidir. Böyük hərflərlə yazın: -“DÜNYA SƏVİYYƏSİNDƏ ruhaniyyətI BAŞA DÜŞMƏK MÜMKÜN DEYİL.”- Bu, kabala elminin öyrənilməsində ən əsas prinsiptir, çünki bu prinsip bizim ruhaniyyətə nail olmaq üçün nələri edə biləcəyimizi və nələrin bizə mümkün olmadığını aydın şəkildə müəyyən edir. Ruhaniyyətə nail olmaq üçün ruhani dünyalara yüksəlmiş kabalistlərin tövsiyələrinə əməl etmək lazımdır. Başqa yol yoxdur. Bizim dünyamız səviyyəsində ruhaniyyəti anlamaq, təsəvvür etmək və ya hətta təxmin etmək mümkün deyil.

Daha da əhəmiyyətlisi, bu dünyada baş verən prosesləri başa düşmək üçün də onun üzərinə qalxıb səbəblər dünyasına çıxmaq lazımdır. Yalnız ruhaniyyətin dərk olunması ilə bu dünyadakı hadisələrin səbəbini başa düşmək olar. Ba'al Sulam yazdığı kimi: -“Aşağı olan ali olandan öyrənir.”- “Əvvəlcə ruhani dünyada olan yuxarı kökləri dərk etmək lazımdır, onların miqdarı hər cür təsəvvürdən üstündür, və onları həqiqətən dərk etmək lazımdır. Yalnız yuxarı kökləri dərk etdikdən sonra o, bizim dünyamızda hiss edilən budaqlara baxaraq, yuxarı dünyadakı hər bir kök ilə budaq arasındakı bütün miqdar və keyfiyyət əlaqələrini tam başa düşə bilər."

Eyni məhdudiyyətlər bu dünyadakı anlayışa da aiddir. Məsələn, biz öz səviyyəmizdən aşağıda olan – cansız, bitki və heyvan səviyyələrini araşdıra və anlaya bilərik. Bizi heyvan orqanizmi kimi bədənimizin fiziologiyası da müəyyən dərəcədə aydındır. Amma insanlığın daxili təşkilatına gəldikdə, çoxlu suallar yaranır. Bizim aramızdakı əlaqələrin hansı qanunlarla qurulduğu aydın deyil, ümumiyyətlə, belə qanunlar varmı? İnsan psixologiyası da bizə çox aydın deyil. Biliklərimizin əksəriyyəti bizdən gizlidir. Niyə? Çünki biz olduğumuz səviyyədən öz mahiyyətimizi araşdırıb başa düşə bilmərik. Özümüzün kim olduğumuzu dərk etmək üçün biz özümüzə kənardan baxmalıyıq. Başqa sözlə desək, özümüzü başa düşmək üçün bizim mövcudiyyət səviyyəmizdən bir pillə yuxarı qalxmaq – ruhani dünyaya yüksəlmək lazımdır.

 

-Özünü yoxla:

- Kabala elmini başa düşməyin əsas şərti nədir?


 

                               Möcüzəvi gizli qüvvə

 

Gözlənilməz yağış kimi və ya Manxettenin ortasında bir fil kimi, budaqlar dili haqqında təbii bir sual ortaya çıxır. Sual sadə və məntiqlidir: əgər biz kabala kitablarında yazılanları başa düşmürüksə, onda onları öyrənməyin nə mənası var?

Bu, doğrudan da, çox vacib bir sualdır və onun bizi narahat etməsi təəccüblü deyil. Çünki bu sualın cavabında ruhani dünyaya girişin açarı yatır, yalnız bunun vasitəsilə almaq  istəyi ilə işin sistemini dəyişdirmək mümkündür. Bu sirr – ruhaniyyətı bizdən ayıran sirr – kabalistlər tərəfindən min illər boyu qorunan o gizli sirdir.

İndi sualı daha da kəskinləşdirmək üçün, əvvəlki fəsildə danışdıqlarımızı qısaca yekunlaşdıraq. Biz öyrəndik ki, ruhaniyyəti adi dillə təsvir etmək mümkün deyil. Buna görə də kabalistlər öz kitablarını -budaqlar dili- ilə yazırlar. Hər bir maddi budaq öz ruhani kökündən bizim dünyaya enir. Bu, kabalistlərə ruhani kökləri təsvir etmək üçün dünyamızdakı budaqların adlarından istifadə etməyə imkan verir. Bu səbəbdən, budaqlar dilini başa düşməyin əsas şərti, bizim dünyadakı hər bir budağın ruhani kökünü dərk etməkdir.

Başqa sözlə desək, budaqlar dilini başa düşmək üçün ruhani dərkə sahib olmaq lazımdır. Ba'al Sulam -“Kabala elminin mahiyyəti”- adlı məqaləsində yazır ki, budaqlar dilini kabalistdən öyrənmək lazımdır, lakin “bu dili yalnız ağıllı insanlar, yəni köklərlə budaqlar arasındakı əlaqəni bilən və anlayanlar başa düşə bilərlər”. Bu ruhaniyyətı dərk edənlər üçün keçərlidir.

Kabalistlər öz kitablarını ruhani dərk səviyyəsində olan insanlar üçün yazıblar. Beləliklə, onlar ruhani dünya haqqında bilikləri bir-birinə ötürüblər. Kabalist başqa bir kabalistin yazdığını oxuyarkən, yazılanları öz daxilində canlandırıb və yazan şəxsin nəyi nəzərdə tutduğunu tam başa düşüb, necə ki, bir musiqiçi notlara baxaraq yüzlərlə il əvvəl yazılmış musiqini səsləndirə bilər, ya da riyaziyyatda biz formullar və rəqəmlər dili ilə danışa bilirik.

Burada biz yenidən əvvəlki suala qayıdırıq: ruhani dərk səviyyəsində olmayan bir insanın kabala kitablarını oxumağının mənası nədir? Ba'al Sulam -“TES-ə Giriş”- adlı məqaləsində bu suala özü cavab verir:"Bunda böyük və dəyərli bir şey gizlənir, çünki kabala elmi ilə məşğul olanlar üçün qeyri-adi möcüzəvi bir xüsusiyyət var. Onlar nəyi öyrəndiklərini başa düşməsələr də, öyrəndiklərini anlamaq üçün böyük İstək və səylə ruhlarına təsir edən işığı oyadırlar... və bu nur insanı kamilliyə nail olmağa çox yaxınlaşdırır."

Sadə dillə desək, kabala kitablarında xüsusi ruhani güvvə gizlənib. Onları oxuduqda və yazılanları başa düşmək istədikdə, biz bu kitabların içində gizlənən ruhani güvvəsi oyadırıq və bu güvvə bizə təsir edərək bizi ruhaniyyətə, kamil vəziyyətə yaxınlaşdırır.

Bu necə işləyir? Kabala elminə görə, biz artıq kamil vəziyyətdəyik, tamamilə bütün yaxşılıq və zövqlərlə doluyuq. Bizim məqsədimiz yalnız bunu açmaqdır. Biz hələ öz kamil vəziyyətimizi hiss etmədiyimizə görə, nur bizim içimizə keçmir, xaricdən parlayır. Xaricdən bizə parlayan nur kabala elminə görə -"Or Makif"- – əhatə edən nur adlanır. Ba'al Sulamın yazdığı kimi, əgər biz bu əhatə edən işığı oyadarsaq, o, bizi kamilliyə daha da yaxınlaşdırır.

Bəs əhatə edən nur necə oyadılır? Ba'al Sulam izah edir ki, biz bu nurları yazılanı anlamaq istəyimizlə oyadırıq. Lakin bu anlama bizim dünyadakı anlamadan fərqlidir. Kabala elminin bəhs etdiyi anlama – ruhani dərkdir. Bu, yalnız daxili istəklərımızdə baş verən dəyişikliklər nəticəsində baş verir və bu dəyişikliklər yalnız güclü, səmimi istək ilə mümkündür. Nəhayət, biz ruhaniyyəti hiss etməyə, onu anlamağa və ruhani dərkə nail oluruq. Kabala kitablarında yazılanları yalnız bu cür – ruhani dünyanın hissləri vasitəsilə dərk edərək anlamaq mümkündür. Buna görə də, bu kitabları oxuyarkən ruhaniyyəti hiss etməyə çalışmalıyıq. Bu, əhatə edən nuru oyatmaq üçün yeganə yoldur.

Kabala elminə görə, bu islahedici nura -Tövrat- deyilir, -Ora- sözündən – nur, nurlanma, təlimat. Kabala elminə əsasən, Tövratı öyrənmək –nuru, mənbəyə qaytaran nuru cəlb etmək niyyəti ilə öyrənmək deməkdir. Bu nur bizi ruhani dərkə çatdıracaq.

Növbəti abzas əhatə edən nurlar və ümumiyyətlə nurla bağlı izahların bəzi insanlara yüngül, mistik və tamamilə qeyri-elmi göründüyü insanlara həsr olunub.

Kabala elmi iddia edir ki, kainatın əsasını iki güvvə təşkil edir: vermək qüvvəsi və-almaq  güvvəsi – yəni nur (or) və qab (kli). Nur vermək istəyidir, qab isə almaq  istəyidir. Onların arasındakı əlaqə sadədir: qab almaq  istəyəndə, nurun ona vermək istədiyini dərhal qəbul edir. Bu, təbiətin qanunudur. Buna görə də, əgər biz kabala kitablarını almaqdan verməyə keçmək, ruhani dərkə və nurun bizə vermək istədiyi həzzi almağa çatmaq niyyəti ilə oxuyuruqsa, nur bizə cavab verir. Bu da bizi ruhaniyyətə yaxınlaşdırır.

Buradan -“sgula”- sözünün mənasını başa düşmək olar.Ba'al Sulamın ifadəsi ilə, bu, gizli möcüzəvi bir xüsusiyyətdir. Kabala elmi bildirir ki, yaradılışın bütün hissəcikləri orijinal plana uyğun olaraq bir-biri ilə möhkəm qanunlar əsasında bağlıdır, buna görə burada mistika və möcüzələrə yer yoxdur. Lakin bu əlaqələrin böyük bir hissəsi hələ bizim üçün açılmayıb. Buna görə də biz həmişə hadisələrin səbəb-nəticə qanunauyğunluqlarını başa düşə bilmirik və izah edə bilmirik. Bizə gizli olan qüvvələrin və onların qarşılıqlı əlaqələrinin nəticəsini -“sgula” adlandırırıq.

Təsəvvür edin ki, vəhşi bir qəbilənin bir üzvü ilk dəfə avtomatik olaraq açılan supermarket qapıları qarşısında dayanır. O, dərhal bu fövqəltəbii güvvə qarşısında diz çökər. Onun baxışına görə, bu, izaholunmaz bir möcüzədir, çünki o, bunun necə işlədiyini başa düşmür. Biz də kitabların oxunması ilə nurun bizə təsiri arasındakı əlaqəni başa düşmürük.

Bu normaldır. Bizdən başa düşmək tələb olunmur. Əksinə: əhatə edən nurların insana təsirini rasional şəkildə izah etmək cəhdləri məqsəddən uzaqlaşdırır. Bu hissənin sonunda Ba'al Sulamın bir çox əsərlərində dəfələrlə izah etdiyi prinsipi təkrar etmək və vurğulamaq vacibdir: kabala elmini öyrənmək bilik toplamaq, mübahisələr aparmaq və ya intellektual inkişaf üçün deyil. Kabala elmini öyrənmək – islah istəyi ilə öyrənməkdir. Kabala elmində əsas olan istəkdir. Bunu yadda saxlayın.

Ruhaniyyətə yalnız ruhani olmaq istəyi ilə nail olunur. Düzgün istək mənbəyə qaytaran nuru cəlb edir, bu nur isə istəklərə təsir edir və onları dəyişir. Hər dəfə istək dəyişəndə, hətta bir az da olsa, o, ruhaniyyətə daha çox yönəlir və biz onun anlaşılmasına daha da yaxınlaşırıq. Bu, “qəlb anlayır” adlanır.

 

-Özünü yoxla:

 

Əhatə edən nurlar nədir və onlar bizi ruhaniyyətə necə yaxınlaşdıra bilər?


 

 Dörd dil

Keçmişdə həyat daha yaxşı idi, yaşamaq mümkün idi. Bu gün hətta keçmiş xatirələrindən zövq almaq  da bizdən alınıb. İnformasiya dalğası və ani qıcıqlandırıcılar uşaqlığımızın qəhrəmanları ilə bağlı xatirələrin qalıqlarını yuyub aparır.

Amma bir xatirə məndə qalıb – qonşum Mariya Aleksandrovna. O, öz inanclarında möhkəm idi və heç nə onu yolundan döndərə bilməzdi, xüsusən də Bibliya mətnlərinin şərhinə gəldikdə. Onun həyatda möhkəm bir kredosu var idi. Həyatın bir növ tamaşa olduğunu hiss edirdi, amma sadəliyi və sabitliyi qorumaqda israrlı idi: “Sən başa düşmürsən ki, balina insanı necə uda bilər və üç gün sonra o, salamat çıxa bilər?”. Hər dəfə hiddətlənərdi: “Elə idi, necə ki, eşidirsən”.

Əlbəttə ki, hər şey o qədər də sadə deyil və biz həmişə bunu bilirdik. Amma həqiqətən nə nəzərdə tutulur və Bibliya hekayələrini necə düzgün başa düşmək olar? Zoar Kitabında-Tövrat haqqında belə deyilir: “Vay o adamın halına ki, Tövrat sadəcə olaraq həyat hadisələri haqqında hekayələr danışmaq üçün verilib deyə düşünür. Əgər Tövrat bizim dünyamızda baş verənlər haqqında danışmalı olsaydı, o zaman dünya rəhbərlərini müşahidə etsəydik, onların arasında daha diqqətəlayiq hadisələr baş verərdi... Əgər belədirsə, onda gəlin onların ardınca gedək və buna uyğun olaraq Tövrat yaradaq. Amma Tövratdakı bütün hadisələr yuxarı sirrlərdir."

Üstəlik, yalnız Tövrat deyil, yəhudi xalqının bütün müqəddəs kitabları da uca sirlərlə doludur. Tanax, Ədlilər Kitabları, Mişna, Talmud, Aqada (rəvayətlər) və əlbəttə ki, kabalist kitabları – bunların hamısı kabalistlər tərəfindən yazılıb və ruhani reallığı təsvir edir. Buna görə də bu kitablarda gizlənmiş daxili güvvə, ruhani reallıq kimi, bizdən gizlidir.

Kabalistlər ruhani reallığı təsvir etmək üçün dörd “dildən”-istifadə edirlər:

Tövrat dili-  Ali dünyanı tarixi hekayə kimi təsvir edir.

Alaxa dili-  Mişna, Talmud və Gmara kimi kitablarda istifadə olunur və Ali dünyanı qanunlarla təsvir edir.

Aqada dili- çox alleqorik, dərin və çətin anlaşılandır, Ali dünyanı rəvayətlər şəklində təsvir edir.

Kabala dili-  çox dəqiq və rasionallıqla dolu, ruhani mühəndislik dilidir.

 

Bu dillərin hamısı (Aqada dili istisna olmaqla) budaqlar dili istifadə edir və onların hər birinin üstünlükləri və çatışmazlıqları var.

Biri ruhani reallığın ümumi mənzərəsini təsvir edir, digəri isə detalları daha ətraflı izah edir. Bəzi dillər daha anlaşıqlı, bəziləri isə başa düşülməsi daha çətindir.

Gəlin müxtəlif dillərdə gizlənmiş daxili məna nümunələrini təqdim edək.


 Tövrat dili

 

“Əvvəlcə Yaradan göyü və yeri yaratdı”- (Bereşit, 1-1).

Kabala elmi öyrədir ki, Yaradan kainatı iki qüvvədən ibarət olaraq yaratdı: vermək istəyi və -almaq  istəyi (eqo). Yaradılış hekayəsində bunlara “göy və yer” deyilir. Yaradılış məqsədinə çatmaq üçün məxluqat hər iki qüvvədən istifadə etməlidir, yalnız birindən deyil. Əgər bizdə yalnız vermək istəyi – yəni göy olsaydı, biz mələklər kimi olardıq, yalnız verməkdə olan və seçim hüququ olmayan. Əgər yalnız almaq  istəyi ,yəni yer olsaydı, biz yalnız almaq  istəyində olardıq, körpələr kimi. Kabala elmi bizə müxtəlif dillərdə bu iki qüvvədən necə düzgün istifadə etməyi öyrədir.


 

 Alaxa dili

 

“İki insan talit (dua örtüyü) üstündə mübahisə edir... Biri deyir ki, talitin sahibidir, digəri isə onun yarısının ona verilməli olduğunu deyir...”- (Talmud, Bava Metsia, 2-71).

Qmaranı yazan kabalistlər bizə almaq  və vermək istəklərindən necə istifadə etmək barədə ətraflı təlimatlar verdilər. Bu dildə əks nur və ya vermək nuru- talit adlanır. İnsan ruhani yoluna başlayanda, onu idarə edən iki qüvvə var – almaq  istəyi və vermək istəyi. Bir an o, yaxınlaşmaq və vermək istəyir, başqa bir an isə başqalarından istifadə etmək istəyi yaranır. Ruhani yolda irəlilədikcə, biz bu iki qüvvəni idarə etməyi və hər vəziyyətdə düzgün şəkildə istifadə etməyi öyrənirik.


 

Aqada dili

 

“Oğulları Rifkanın bətnində çarpışırdılar... O, Tədris qapıları qarşısından keçəndə, Yaqub çıxmaq istəyirdi, bütpərəst məbədlərin qarşısından keçəndə isə Esav çıxmaq istəyirdi.”- (Raşi şərhi, Bereşit, 25-22).

Kabalistlər -Ağada (rəvayətlər) dilini seçirlər ki, ruhani vəziyyətləri emosional şəkildə izah etsinlər, çünki bu vəziyyətlər başqa dillə izah olunmaqda çətinlik çəkir. Bu hekayədə Yaqub  məxluqatı Yaradan səviyyəsinə qaldırmaq və Onun kimi sevən olmaq üçün müsbət bir qüvvədir. Esav-  bu məqsədə çatmağa mane olan qüvvədir. Hekayə, bu iki qüvvə arasındakı düzgün əlaqəni necə qurmağı izah edir, yəni hansı qüvvənin hansı vəziyyətdə insanın üzərinə təsir edəcəyini. Bu, insanın hansı icmanı seçməsindən asılıdır. Elə bir mühit var ki, insanı ruhaniyyətə yaxınlaşdırır və onu başqasını sevən bir insana çevirir. Amma elə bir mühit də var ki, insanı ruhaniyyətdən uzaqlaşdırır və ona bütün dünyanın ona borclu olduğunu hiss etdirir.


 

Kabala dili

 

“Malxut və Binanın xüsusiyyətlərinin qarşılıqlı təsiri... yuxarı nurda Binanın yerində yeni bir sonun yaranması ilə xarakterizə olunur.”- (Ba'al Sulam, -Kabala elminə giriş-, 59-cu bənd).

Digər sitatlarda olduğu kimi, burada da yaradılışda təsir edən iki qüvvədən bəhs olunur: almaq  istəyi və vermək istəyi. -Malxut- almaq  istəyi, Bina-  vermək istəyi anlamına gəlir.

Hər bir müqəddəs kitabı ruhaniyyətı dərk etmək istəyi ilə oxumaq əhatə edən nurları oyadır. Ancaq kabala elmini öyrənmək üçün Kabala dilində oxumaq tövsiyə olunur. Niyə? Çünki digər dillər təsvir olunanları maddiləşdirmək təhlükəsini yaradır. Məsələn, Tanaxı və ya Şulxan Aruxu oxumaq insanı yanılda bilər, düşündürər ki, söhbət bizim dünyamızda baş verən hadisələr və ya ənənələrdən gedir. 

Əksinə, kabala dili ruhani reallığı sfirot dili ilə təsvir edir və bu, bizə təhsil zamanı niyyəti qorumağa və əhatə edən nurların təsirini oyatmağa kömək edir.

 

Özünü yoxla:

Müqəddəs kitablarda nə yazılıb? Onlardan hansı kabala elminin öyrənilməsi üçün ən uyğundur?-


Dərsin yekunları. Qısa nəticələr

Kabala elmi nəzəriyyəni öyrənmək deyil. Onu başa düşməyin şərti onunla yaşamaq, ruhani reallığı hiss etməkdir.

Aşağı ali olandan öyrənir. ruhani olanı maddi dünya səviyyəsində başa düşmək mümkün deyil.

Kabala kitablarında- xüsusi ruhani qüvvə gizlənib ki, bu da mənbəyə qaytaran nurdır, və bu qüvvə bizi ruhaniyyətə yaxınlaşdırır.

Mənbəyə qaytaran nuru cəlb etmək üçün şərt – kitabları ruhani vəziyyəti dərk etmək istəyi ilə oxumaqdır.

Bütün müqəddəs kitablar- ruhani reallığı təsvir edir.

Kabala kitabları- kabala elmini öyrənmək üçün ən uyğundur.


 

-Terminlər-

Ali- növbəti pillə.

Aşağı- olduğun pillə.

Əhatə edən nur- (ivritcə, -or makif-) – nur, biz hələ islah olunmamış vəziyyətdə olarkən, xaricdən bizə parlayır.

Mənbəyə qaytaran nur- eqoist təbiəti islah edən və onu vermək xüsusiyyətinə qaldıran qüvvə.

Tövrat-  islahedici nur. Tövrat- ivritcə -"ora"-  nur, nurlanma, təlimat.


 

### -Suallara cavablar-

Sual:- Kabala elmini başa düşməyin əsas şərti nədir?-

Cavab:- Kabala elmini başa düşməyin şərti ruhaniyəti dərk etməkdir. Kabala elmi nəzəri təlim deyil. Onu yalnız onunla yaşamaq və ruhani reallığı real olaraq hiss etmək şərti ilə başa düşmək olar.

Sual: Əhatə edən nur nədir və o, bizi ruhaniyyətə necə yaxınlaşdıra bilər?

Cavab: Əhatə edən nur – biz hələ islah mərhələsindən keçərkən xaricdən bizə parlayan nurdur. Onda xüsusi bir güvvə var, bu güvvə bizi ruhaniyyətə yaxınlaşdırır, əgər biz kabala kitablarını ruhani reallığı dərk etmək istəyi ilə-oxuyuruqsa.

Sual: Müqəddəs kitablarda nə yazılıb? Onlardan hansı kabala elminin öyrənilməsi üçün daha uyğundur?

Cavab:-Müqəddəs kitabların daxili mənasında kabalistlər ruhani reallığı təsvir edirlər. Kabala kitabları kabala elmini öyrənmək üçün ən uyğundur, çünki onların oxunması zamanı maddi dünya ilə paralellər aparmaq riski azalır.