"İnsanın ruhani işi" ölməsinə giriş
"İnsanın ruhani işi" mövzusu, insanın daxili, ruhani işinin xüsusiyyətlərini nəzərdən keçirir. Bu mövzu öyrəndiyimiz bütün sahələri birləşdirir: kabala elminin tədris məqsədi, təhsilə düzgün yanaşma, reallığın qavranılması, kabalist kitablar, ruhani yolda açılan hallara münasibət, ruhani dünyaların quruluşu və s.
Bu tədris bölməsi üç hissəyə bölünür:
• Ondan başqa heç kim yoxdur – insan ilə Yaradan arasındakı əlaqə. Ruhani yol prosesində açıqlanan hallar.
• Tövrat yolu və əzab yolu – almaq istəyiylə iş, islahata olan tələbin aydınlaşdırılması.
• İsrail və dünya xalqları – almaq istəyinin islahı qaydası.
Tədris məqsədləri:
• İnsan ruhani işinin daxili və xarici mahiyyətini izah etmək.
• İnsanın ruhani inkişafında ətrafın əhəmiyyətini daha dərindən anlamaq.
• kabala elminin yeni terminləri ilə tanışlığı davam etdirmək.
• əvvəlki dərslərdə öyrənilən termin və anlayışları təkrarlamaq.
Tədris zamanı biz inanc, Şxina (Yaradanı açmaq istəyən bütün ruhların yığılması), şərin dərk edilməsi, Tövrat yolu və əzab yolu, İsrail və dünya xalqları, zakut (İstək təmizliyi) və aviyut (İstək qalınlığı), Erets İsrael (İsrail torpağı) və Adam Rişonun ruhu kimi anlayışları aydınlaşdıracağıq.