Lüğət
Bu lüğətin tərifləri yalnız bu kitabda toxunulan mövzuları başa düşmək üçün nəzərdə tutulub. Bəzi kabalist terminlər isə obyektin mövqeyinə, hərəkətinə və ya digər reallıq komponentləri ilə əlaqələrinə görə fərqli izahlarla təqdim olunur.
Av – nurun təbiətindən uzaq, ağır islah olunacaq qab, daha qatı hiss.
Mələk – Yaradanın yaradılışı idarə etmək üçün istifadə etdiyi qüvvə.
Ölüm mələyi – almaq niyyəti, yəni həqiqi ruhani həyatı hiss etməyə imkan verməyən niyyət.
Atsmuto – Yaradanın mahiyyəti. Kabala elmi yalnız Yaradanı dərk etdiyimiz formayla məşğul olur, Onun mahiyyətini öyrənməklə deyil.
İnam – Yaradana dair həqiqi idrak, yəni vermək xüsusiyyəti.
Ali idarəetmə – inkişafın qüvvəsi. Yaradanın yaradılışı idarə etdiyi proqram.
Ali – növbəti mərhələ.
Budaq (ivrit, anaf) – nəticə.
Dərketmə ağacının günahı – Adam Rişonun ruhunun parçalanması və hissələr arasında vermək əlaqələrinin qırılması.
Ruhaniyyət – vermək xüsusiyyətinə can atmaq.
Adam Rişonun ruhu – Adam Rişon dünyasında yaradılmış, bütün hissələrin vermək və sevgi əlaqələri ilə birləşdiyi xüsusi qəbuletmə istəyi.
Həyat – qabda (kli) nurun hiss olunması.
Vermək istəyi – Yaradan, vermək və sevgi qüvvəsi.
Bədənin istəkləri – cəmiyyətə bağlı olmayan əsas insani istəklər.
Oxşarlıq qanunu – müəyyən bir hadisəni dərk etmək üçün ona qarşı həssaslıq inkişaf etdirmək lazımdır.Ruhani reallığı dərk etmək üçün biz vermək xüsusiyyətini öz daxilimizə daxil etməliyik. Ruhaniyyət – verməkdir.
Ümumi və xüsusi qanunu – yaradılışın hər bir hissəsi bütövlükdə yaradılışın xüsusiyyətlərini özündə cəmləşdirir.
Zax – Yaradana yaxın olan, yüngül islah olunan qab.
Bütpərəst – insanın daxilindəki bütün yaxşı və pis hadisələri Yaradanla deyil, başqa bir mənbə ilə əlaqələndirdiyi vəziyyət.
İslah (ivrit, tiqun) – almaq niyyətini başqalarına vermək niyyətinə dəyişmək.
İsrail – almaq istəyindəki daha təmiz hissə.
Kabala alimi – Yaradanı dərk edən insan.
Kli (qab) – almaq istəyi.
Sülam şərhi – Ravvin Şimon BarYoxayın yazdığı Zoar kitabına Baal Sulamın şərhi.
Kök – səbəb.
Sevgi – heç bir şəxsi fayda güdmədən tam vermək.
Yaradana sevgi – Yaradana uyğunlaşmaq, vermək xüsusiyyətində olmaq.
Malxut – dörd mərhələ ilə yayılan birbaşa nurun yaratdığı almaq istəyi.
Dünya (ivrit, olam) – Yaradanın gizlənmə dərəcəsi. Beş dünya var: Adam Kadmon, Atsilut, Bria, Yetsira və Asiya.
Sonsuzluq dünyası – almaq istəyi yaradılış məqsədində nəzərdə tutulmuş bütün həzzlə tam dolduğu vəziyyət.
Budaqlar dünyası – maddi dünya.
Köklər dünyası – ruhani dünya.
Mitsva (ivrit, əmr) – vermək və sevgi qanununu yerinə yetirmək.
Niyyət – almaq istəyi istiqaməti.
Vermək niyyəti – almaq istəyini başqaları üçün istifadə etmək.
Almaq niyyəti – almaq istəyini öz faydası üçün istifadə etmək.
Xalqlar – almaq istəyinin daha qatı hissəsi.
Zövq istəyi ləğv edir – zövqlə doldurulmuş istəyin tükənməsi mexanizmi.
Kabala elmi – Yaradanın bu dünyada yaradılışları aşkar etmək metodikası.
Aşağı – hazırda olduğun mərhələ.
Son islah (ivrit, gmar tiкun) – Yaradanla tam bənzərlik.
Ətraf nur (ivrit, or maqif) – islah olunmamış vəziyyətdə olduğumuz müddətcə xaricdən nur saçır.
nur (or) – vermək istəyi, vermək.
Şərin dərk edilməsi – almaq niyyətindəki şərin aşkar edilməsi və bu şərin ruhani inkişafımızın qarşısını kəsdiyinin başa düşülməsi.
Vermək (ivrit, aşpaa) – başqasının istəklərini öz istəklərimiz kimi almaq vəziyyəti.
Bir qarış açmaq, iki qarışı gizlətmək – Kabala elminin istək olunan səviyyədə aşkar edilməsi və eyni zamanda lazımi dərəcədə gizlədilməsi.
İtələyici qüvvə – almaq istəyini əzabdan qaçmağa məcbur edən qüvvə.
Yarım şekel – islah üçün dua. İnsan öz içində başa düşmə və dərk etmə ilə formalaşır, islahı isə Yaradan həyata keçirir. İşin yarısı – İstəyin araşdırılması – insan tərəfindən aparılır, qalan yarısı isə Yaradan tərəfindən düzəlir.
Maneə, baryer (ivrit, maxsom) – bu dünya ilə ruhani aləmlər arasında sərhəd.
Cəlbetmə qüvvəsi – almaq istəyini zövqlərə can atmağa məcbur edən qüvvə.
Əzab yolu – inkişafda qeyri şüurlu irəliləmə, uzun və ağır yol.
Tövrat yolu – yaradılışın son məqsədinə şüurlu çatma yolu; qısa və asan yol.
Reşimo – məlumatlar, ruhani genlər; hər birimizin keçməli olduğu inkişaf mərhələlərini təyin edən fərdi inkişaf proqramını ehtiva edir.
Mənbəyə qaytaran nur (islah nuru) – islah olunmamış vəziyyətdə bizə xaricdən təsir edən nurdur. Kabala elmini düzgün öyrənərkən mənbəyə qaytaran nur bizim düzəlmiş vəziyyətə yaxınlaşmağımıza kömək edir.
Mənbəyə qaytaran nur – eqoist təbiəti islah edən və onu vermək xüsusiyyətinə yüksəldən qüvvə.
Sosial istəklər – mühitin təsiri altında yaranan inkişaf etmiş istəklər; onların həyata keçməsində də mühit kömək edir.
Yaradan – təbiətin ümumi qanunu.
Yaradan (ivritdə Bore) – iki sözdən ibarətdir: "bo" (gəl) və "re" (gör), yəni "gəl və gör". Kabala elmi Yaradanı insanın dərk etməsi kimi təsvir edir.
Tövrat – islah edən nurdur. İvrit dilində "ora" (nur) – əslində eqoist təbiətin mərhələli olaraq düzəldilməsi üçün təlimatdır.
Qəlbdəki nöqtə – ruhani reallığı aşkar etmək istəyi.
Danışan səviyyə (ivrit, medaber) – "insan"-nın inkişaf səviyyəsində almaq istəyi.
On Sfirotun Tədrisi (Talmut Eser HaSefirot) – Baal Sulamın ARİ-nin əsərlərinə verdiyi şərh.
Birbaşa nurun dörd mərhələsi (ivrit, dalet bxinot deor yashara) – nurun qabı (kli) yaratma prosesi.
Altı yüz min ruh – Briya, Yetsira, Asiya dünyalarındakı qırılmış ruhun hissələri.
Şoxen – Yaradan. Əvvəllər qırılmış olan Adam Rişon ruhunun parçalarının birliyində təzahür edən verici qüvvə.
Şxina – Yaradanın (Şoxen) təzahür etdiyi ruhani qabdır. Bu, Adam Rişon ruhunun qırılmış hissələrinin birliyidir.
Bu dünya (ivrit, haolam haze) – almaq istəyi Yaradandan tamamilə gizləndiyi reallıqdır.
Budaqların dili – ruhani reallığı maddi budaqların adları ilə təsvir edən dil.