<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Giriş

Müasir elmdə hər bir ciddi nailiyyət adətən böyük bir alim kollektivinin, bəzi hallarda hətta dünya ictimaiyyətinin, əməkdaşlığı nəticəsində əldə edilir. Alimlər araşdırmalarında əvvəlki nəsillərin biliklərinə söykənir və müasirləri tərəfindən yığılmış bütün elmi təcrübədən istifadə edirlər.

Ali dünyanı öyrənmək praktiki olaraq qeyri mümkündür, əgər onun tədqiqatçısı bir kabalistlər qrupunda deyilsə və qrupun dəstəyi olmadan idrakla məşğul olmursa. Buna görə Ali dünyanın qanunları üzərində işləyən bir məktəb, elmi kollektiv tələb olunur. Bu zaman əldə edilən biliklər ötürülür, zənginləşir, yenilənir və beləliklə, kabala elmi formalaşır.

Araşdırmanın nəticəsi hər bir üzvün qrupdakı digər üzvlərlə birləşmə İstəyindən və məqsədə çatmaq üçün birlikdə çalışma istəyindən asılıdır. Əsas vəzifə isə dünyanı eqoist baxışdan azad etməkdir, çünki eqoizm əsl yaradılış mənzərəsini anlamağa mane olur. Bu mənzərə, bütün bəşəriyyətin vahid ruhani modelidir və ətrafdakı cansız, bitki və heyvan təbiətindən olan maddi obyektlər deyil. Onlar yalnız qavrayış orqanlarımızla qəbul edilən məlumatlara reaksiyalar olaraq mövcuddur. İnsan düşüncələri və istəklərı isə Yüksək qüvvə – Yaradan tərəfindən idarə olunan nəhəng əlaqələr və enerji sistemini təşkil edir.

İnsan təkbaşına bütün mənzərəni dərk edə bilməz, çünki o, öz içində məhdudlaşır və yalnız öz kiçik dünyasını hiss edir. Bu, canlı bir orqanizmin hüceyrəsi ilə müqayisə edilə bilər ki, onun mövcudluğu yalnız primitiv istehlak və ifrazat proseslərindən ibarətdir, halbuki bütün orqanizmin həyatını hiss etmək daha geniş bir təcrübədir. Bu çox mühüm təhsil şərtinə riayət etmək lazımdır, əks halda təhsil yalnız terminlərin mexaniki yadda saxlanılmasına çevrilir, lakin heç vaxt hiss və idrakın dərinliyinə gedib çıxmır. Təbii ki, hər bir idrak fərdi şəkildə baş verir, lakin bir kollektivin məqsədinə qoşulmaq üçün göstərilən səylər daxilində mümkün olur.

Bu səbəbdən, kabala sahəsində ciddi araşdırmaları yalnız kollektivdə aparmaq lazımdır, baxmayaraq ki, tanışlıq mərhələsini fərdi şəkildə keçmək mümkündür.


Müəllim və Şagirdin Qarşılıqlı Əlaqəsi

Kabala elmi elə bir elmdir ki, burada müəllimə hörmət etmək vacibdir, halbuki digər elmlərdə yalnız bilik almaq  kifayət edir. Digər elmlərdə məlumat mənbəyinə nifrət etmək, müəllimi tanımadan məsafədən təhsil almaq  mümkündür. Kabala elmində isə müəllim təkcə müəllim deyil, eyni zamanda şagirdin tanımadığı aləmə yol göstərən bir bələdçidir. Müəllim şagirdlə müqayisədə daha yüksək bir səviyyədədir, təkcə bilik baxımından deyil, ən əsası, məlum olmayan dünyanı dərk etmək baxımından. Müəllim və şagird – Yaradan tərəfindən yaradılmış iki şəxsiyyətdir, çünki şagirdin məlum olmayanı müəllimin köməyi olmadan dərk etməsi mümkün deyil. Müəllim tədricən, sərt göstərişlər verməkdən, işarələrlə şagirdi müstəqil nəticələrə gətirir, ona ruhani dünyanı necə düzgün qavramağı öyrədir.

Buna görə də, müəllimdən məqsədə, Yaradanla əlaqəyə yönəlmiş istiqaməti öyrənmək vacibdir. Burada ona tabe olmaq, onu uca hesab etmək tələb olunur, qalan hər şey isə əsas deyil.

Bir çox hallarda “müəllim – şagird” münasibətlərini “böyük – uşaq” münasibətləri ilə müqayisə etmək məqsədəuyğundur, çünki bu, dünyamızda kök və budaq əlaqəsinin analoqudur.

Müəllim isə qəsdən sadə görünməli, öz ruhani nailiyyətlərini və qüvvənini reklam etməməlidir (bu, ümumiyyətlə, kabalistlərə xas deyil və saxta müəllimi tanımağın bir əlamətidir), bunları şagirdlərdən gizlədərək onlara sərbəst seçim imkanı verməklidir.

Əgər müəllim Yaradanı göstərirsə, o, Müəllimdir, əgər özünü göstərirsə, o, saxtakardır.


Müəllim həqiqi hesab olunur, əgər:

  •  ruhani biliklərini tanınmış kabalistdən alıbsa;
  •  şagirdlərini orijinal kabala mənbələri əsasında öyrədirsə, öz yazılarını dərslik kimi təqdim etmirsə (başlanğıclar üçün nəzərdə tutulan köməkçi ədəbiyyat istisnadır);
  •  heç bir halda şagirdlərin diqqətini öz şəxsiyyətinə çəkmirsə;
  •  şagirdlərini Yaradanla əlaqəyə yönəldirsə, yəni Onun xüsusiyyətlərini əldə etməyə istiqamətləndirirsə.

Müəllim və şagird arasındakı əlaqə yalnız sonuncunun tələblərindən asılıdır. Bu əlaqə şagirdin kabalist mənbələrinin daxili mahiyyətini müəllimdən maneəsiz almaq abiliyyəti ilə müəyyən olunur.

Bu, şagird tərəfindən böyük bir iş tələb edir. Şagird heç bir halda müəllimini həddən artıq yüksəltməməli, onun yalnız ruhani dərkində əmin olmalıdır. Digər bütün xüsusiyyətlər, xarakter, xarici görünüş əhəmiyyət kəsb etmir. Əsas məsələ: müəllimin tövsiyələrini dinləmək və onları praktikada tətbiq etməyə çalışmaqdır.


Kabala elminin öyrədilməsində müəllimin rolu

Müəllim şagirdin suallarına cavab verir, lakin cavabları şagirdin anlaması üçün gizli və dolaylı şəkildə təqdim edir. Bu "qəbul edilə bilən formada" verilir, yəni cavablar şagirdi məqsədə – yəni yaradıcılığın dərk edilməsinə – yönəltmək və bu məqsədə doğru meyl oyatmaq üçün hazırlanır.

Kabalanın əsası düşüncələrin istiqamətində və niyyətlərdədir – hər bir hərəkətin niyyəti çox önəmlidir. Müəllim elə məharətlə izah edir ki, şagirdin içində daha çox sual yaranır, cavablar isə onun daxilində yeni səviyyədə istəklər və biliklər oyandırır. Şagird birbaşa həqiqəti qavraya bilmir, buna görə də müəllim onun eşitmək istədiyini söyləyir, lakin cavabın içində məqsədə doğru daimi meyli artırmaq üçün zəruri məlumat gizlədilir.

Müəllim həmçinin şagirdə dünyaların quruluşu barədə konkret məlumatlar verməklidir, yəni şagirdin keçəcəyi potensial vəziyyətlər haqqında biliklər. Əvvəlcə bu məlumatlar ona quru və cansıxıcı görünə bilər, lakin inkişaf etdikcə yaradılışın hissələri arasındakı əlaqələr və Yaradanın niyyəti ona tədricən açılar.


Kabala kitabları

Bütün kabala əsərlərində Yaradan və Onun yaratdıqları arasındakı münasibətlərin sistemi təsvir edilir. Kabala alimləri yaradılışın niyyətini dərk edərək, Yaradanla ən yüksək birləşmə nöqtəsindən tutmuş bizim dünyamıza qədər bütün vəziyyətləri təsvir ediblər. Bu əsərlər şagirdlərə xüsusi təsir göstərir: onlar bəşəriyyətin və hər bir fərdin keçəcəyi bütün vəziyyətlərdən, potensial olaraq mövcud olan, lakin hələ dərk olunmamış hallardan bəhs edirlər.

Əgər insan kitabı oxuyarkən hər sözdə istəyi və bu yolu tez bir zamanda keçmək istəyi ilə yanaşarsa, müəyyən miqdarda səylər göstərdikdən sonra Yaradanın aşkar olmasına nail olur. Bu o deməkdir ki, oxunan mətnin təsiri altında o, Yaradanın xüsusiyyətlərini qazanmağa başlayır və xüsusiyyətlərin oxşarlığı qanunu ilə özündə Ali qüvvəni – daha yüksək, ruhani vəziyyətini aşkar edir.

Bu prosesdə şagird öz istəyini kabalistin verdiyi ifadəyə daxil edir, sanki onun dediklərinin içinə girir və öyrəndiyi materialın təsirinə məruz qalaraq öz hisslərini dəyişdirir, ruhani aləmə daxil olur. Kabalistlərin qeyd etdiyi kimi, bütün ruhani vəziyyətlər və ya dünyalar insanın istəklərının daxilindədir, və onlar Yüksək təbiət qanunlarına nə qədər yaxın olduqları dərəcədə hiss olunur.

Bir daha xatırlatmaq istərdim ki, bütün ruhani vəziyyətlər və ya dünyalar (ivrit dilində "dünya" sözü “gizlənmə” mənasını verir) istəklərımızın daxilində hiss edilir. Bu vəziyyətlər nə qədər yüksək təbiət qanunlarına və ya Yaradanın xüsusiyyətlərinə yaxın olduqlarına görə qəbul edilir. "Zoar Kitabı"nda deyilir ki, bütün dünyalar insanın içindədir. Bu prinsip kabala öyrənənlər üçün çox vacibdir, çünki təhsil prosesində bir çox səhvlərin və yayınmaların qarşısını alır.


 

Baal Sulamın əsərlərinin qısa təsviri

  • Məqalələr ("Zəmanət", "Sülh" və digərləri) yeni başlayanlar üçün yazılıb və onları öz təbiətlərini daxili araşdırmaya və özünü dərk etməyə yönəldir.
  • Məktublar ümumi təhsil üçün deyil, xüsusi və dar çərçivədə istifadə olunur. Məktublar şagirdin daxili vəziyyətindən asılı olaraq seçilib öyrənilir.
  •  "On Sfirotun Tədrisi" – kabala üzrə əsas dərs kitabıdır və insanın ruhani işini, təbiətini dəyişdirmək üçün keçdiyi islahat mərhələlərini təsvir edir. Daxili dərk mərhələlərini keçməmiş olanlar üçün bu kitab Yaradanın xüsusiyyətlərinə oxşarlıq məqsədilə daxili keyfiyyətləri dəyişmək üçün təsir mənbəyidir. "On Sfirotun Tədrisi" kitabını "Kabala elminə giriş" məqaləsindən sonra bu ardıcıllıqla öyrənməyə başlayırlar: 4, 6, 8, 16, 3, 15, 1, 2, 7, 9, 10, 11, 12, 14, 13 və 5ci hissələr.
  • Baal Sulamın şərhləri ilə "Zoar Kitabı" – ruhani işin üç xətt metodikası ilə izahıdır. "Zoar Kitabı"nı yalnız ruhani dərk səviyyəsində olanlar anlaya bilərlər, çünki kitab üç xətt sisteminə əsaslanır: sol xətt – almaq  istəyi (yaradılış xüsusiyyəti), sağ xətt – vermək istəyi (Yaradana aid xüsusiyyət), və insanın Yaradanla oxşarlıq məqsədi ilə yaratdığı orta xətt. "Zoar Kitabı" Baal Sulamın "Zoar Kitabına Giriş" və "Kabala elminə giriş" məqalələrindən sonra öyrənilir.

Təhsil nə deməkdir?

Kabala elmində şagirdin irəliləməsi üçün üç əsas amil mövcuddur: orijinal kabala mənbələrinə əsaslanan təhsil, müəllim və həmfikirlərdən ibarət kollektiv. Müəllim istiqamət verir və tədqiqat metodlarını izah edir. Kollektiv isə insanın ətraf mühitə münasibətini araşdırdığı məkandır. Burada hər kəs öz ətrafına münasibətini kabala kitablarında öyrənilən təbiət qanunlarına uyğun olaraq dəyişdirməyə çalışır.

Öyrənmək – kitabla işləmək, öz təbiətini anlamaq və araşdırmaq üçün göstərilən əvvəlki səylərin və bu fəaliyyətin nəticəsində hisslərin dəyişəcəyini gözləmək deməkdir. Bu yolla insan kabalistlərin təsvir etdiyi ruhani halları hiss etməyə başlaya bilər.

Kitablar yalnız orijinal, etibarlı kabala mənbələri olmalıdır: "Zoar Kitabı", İtsxak Luriya Aşkenazi, Baal Sulam və Barux Şalom Aşlaqın əsərləri.

Müəllim – yolu şəxsən keçmiş, şagirdlərə yol göstərən və kollektivdə işləri koordinasiya edən biridir. Kollektiv isə müəllim və etibarlı kitablardan ətrafında toplaşan, ciddi niyyətlə Yaradanın yaradılışdakı məqsədini öyrənmək və dərk etmək istəyən insanlardır. Baal Sulam “Kabal elminin mahiyyəti” məqaləsində qeyd etdiyi kimi, bu məqsəd – Yaradanı bu dünyada yaratdıqlarına açmaqdır.

Bu üç amil ruhani yolda irəliləmək istəyən insan üçün iş mühiti yaradır.


Kabalanın öyrənilməsinin məqsədi

  •  Daxili keyfiyyətləri dəyişmək üçün təlim materialının təsiri – məqsəd Yaradanın xüsusiyyətlərinə bənzəməkdir. Bunun üçün insanın bu məlumatı hiss edən və bizə ötürən kəsin səviyyəsində olmağa həvəsi olmalıdır. XX əsrin böyük kabalisti Baal Sulamın kitabları bizim nəsil üçün daha uyğunlaşdırılıb, buna görə də təhsil prosesinin əsas hissəsini onlara həsr edirik.
  • Əsl məqsəd öyrənilən materialla daxili əlaqəni aşkara çıxarmaq, kabalist kitablarının yalnız insanla və onun dünya qavrayışı ilə bağlı olduğunu dərk edərək, analiz edilən obyektləri, xüsusiyyətləri və hərəkətləri öz içində axtarmaqdır.
  • Təhsil prosesi zorla aparılmamalıdır; yalnız şagird üçün qəbul edilə bilən formada, onun suallarına və inkişaf səviyyəsinə uyğun olaraq, həm zehni, həm də daxili səviyyəsinə uyğun şəkildə olmalıdır. Yəni, şagird yalnız istəyinə görə irəliləyir və dərk edir. Kabalada hər hansı bir idrak öz üzərində Yaradanın fəaliyyətini araşdırmaq istəyini nəzərdə tutur, burada hər şey insanın daxili istəyindən asılıdır.
  •  "ruhani dünyada zorakılıq yoxdur" – bu, bizim istəklərimizin əsaslandığı qanundur.

Təhsil prosesi

Kabala öyrənməyə başlayan şagird üçün bu elmin özünü dəyişdirmək, daha yüksək, yaradılış məqsədinə yaxın olan vəziyyətləri açmaq və hiss etmək vasitəsi olduğunu anlamaq çətindir. Şagird öz təhsilinə elə yanaşmalıdır ki, onu bir laboratoriya kimi, özünü isə tədqiqat obyekti olaraq görsün; o, özünü islahk, dəyişdirmək və təkmilləşdirmək istəyir.

Təhsilə maksimal dərəcədə praqmatik yanaşmaq lazımdır – tələbkar və məqsədyönlü şəkildə. Bu, təhsildə keyfiyyətli səylərin tətbiqini təmin edəcəkdir. Bu səylər olmadan, insan heç bir islahata nail olmağı ümid edə bilməz.

Kabala kitablarında, xüsusilə də Baal Sulamın əsərlərində gizlənən qüvvə, insanın buna nə qədər həvəslə yanaşmasına görə onun üzərindəki təsir qüvvəsini göstərir. Bizim dünyamızda yalnız ruhani qüvvə, yəni əsl kabala əsərlərindən əldə etdiyimiz qüvvə insanı islah edir. Kitab – Yüksək mənbə ilə əlaqə vasitəsidir. Onunla biz Ali dünyanın qanunlarını öyrənirik və bununla onların bizə təsirini çağırırıq.

Şagird bütün günü materialı oxumalı deyil; əsas məqsəd, bütün günü doğru istiqamətə can atmaq, daxili vəziyyətlərdən asılı olmayaraq düzgün istiqaməti saxlamaq və hisslərini dəyişmək istəyi ilə yaşamaqdır. Buna görə təhsilə səhərlər, işə başlamazdan əvvəl, ən azı on beş dəqiqəlik vaxt ayırmaq çox vacibdir.

Kitab – qüvvə mənbəyidir; biliklərin toplanması isə ikinci dərəcəlidir. Bugünkü dövrdə kabala kitabları bir çox dillərə tərcümə edilmişdir. Onları istənilən dildə öyrənmək olar, lakin əsas terminlər orijinal dilində öyrənilməlidir. Bu təlim vəsaitinin məqsədi şagirdi kabalist biliklərlə tanış etməkdir, lakin gələcəkdəki təhsil prosesi yalnız orijinal mənbələr üzrə tərcümə ilə davam edir.

Dərs

Dərsin hazırlıq hissəsi, şagirdin dərsdə iştirakının məqsədini müəyyənləşdirmək üçün nəzərdə tutulub. Bu mərhələ ilk baxışda qəribə görünsə də, dərsin uğurunda ən vacib amillərdən biridir: niyə bu öyrənmə prosesinə başlayıram və bu tədqiqatlardan nə nəticə gözləyirəm.

Hazırlıq mərhələsi 10-15 dəqiqə çəkməlidir. Bir neçə aydan sonra bu müddət artacaq, çünki şagird öz daxili vəziyyətini daha dəqiq müəyyən edə biləcək və düşüncələrin, niyyətlərin daha incə dəyərləndirilməsinə nail olacaq. Bu zaman insan başa düşməlidir ki, mətnin təsiri yalnız dəyişmək istəyinin qüvvəsi ilə əlaqəlidir. Dərsə hazırlıq, oxuduğum kitabın mənim şəxsi hallarımdan bəhs etdiyini anlamaqdır.

Dərsin əsas hissəsi kabalist kitablarında təsvir olunan ruhani hallara daxil olmaqdır. Dərsin ilk yarısında (adətən təxminən bir saat) daxili əməl üzərində iş davam edir və Baal Sulam və Rabaşın məqalələri tövsiyə olunur. İkinci yarısında isə Baal Sulamın "On Sfirotun Tədrisi" və ya başlayanlar üçün "Kabala elminə giriş" kitabları öyrənilir.



Dərsin şagirdə təsiri

Baal Sulamın kitablarında yaradılışın ilkin niyyətindən tutmuş bizim dünyamıza qədər bütün mərhələləri təsvir edilmişdir. Burada "bizim dünya" dedikdə Yaradanla hər hansı bir əlaqədən tamamilə uzaqlaşma halı nəzərdə tutulur. Şagird bu halları öyrənərək və onları hiss etmək istəyərək, mətnin təsirində olan qüvvələri üzərinə çəkir.

Bütün bəşəriyyət "Yaradan" adlanan vahid bir qüvvənin təsir dairəsində mövcuddur. Bu qüvvəni cəlb etmək və özümüzə doğru yönləndirmək üçün düşüncələrimizlə təsir göstəririk. Bu təsir qabiliyyəti bizə "ətraf nur" adlanan qüvvəsi hiss etməyə imkan verir.

Ətraf nur – şagirdin Yaradanla oxşarlıq əldə etmə istəyinə təsir göstərən, lakin hələ onun içərisinə daxil ola bilməyən enerjidir. İnsanın bu nura oxşar olmaq istəyinə görə təsir şagirdin iç dünyasına daxil olur və Yaradanın təsirini hiss etməyə başlayır.

Əgər insan böyük kabalistlə birlikdə və düzgün niyyətlə kabalist kitablarını öyrənirsə, bu istək Yaradanla olan əlaqəni dəyişdirir. İstədiyimiz nəticə – artıq öz ətrafını dəyişdirmiş birinin köməyi ilə onun təsir dairəsinə daxil olmaqdır.

Yaradanın və ya onun təsir sahəsinin nə olduğunu bilmirik, lakin istəklərimizlə təsir göstərir və onun bizə təsirini dəyişdiririk. Biz yalnız alıcı xüsusiyyətdən verici xüsusiyyətə keçərək Yaradanın verici xüsusiyyətini hiss edə bilirik. Bu istək ilə oxşarlıq əldə edərək "ətraf nur" vasitəsilə kökümüzə yaxınlaşır, ilk səbəbimizlə – Yaradanla uyğunlaşırıq.


Kabalistik Mətnləri Öyrənməyə Düzgün Yanaşma

Hər hansı akademik elm kimi, kabalada da bilik əldə etmək tədricən, çoxsəviyyəli prosesdir: əvvəlcə ən asan səviyyə – ilkin məlumatlar, sadələşdirilmiş sxemlər və ümumi mənzərə mənimsənir. Sonra hər bir detala dərindən yanaşılan mərhələ gəlir və üçüncü mərhələdə isə bütün detalları ümumi mənzərədə birləşdiririk.

Bu proses addım addım gedərək ümumi sistem anlayışı formalaşır, daha sonra detallar dəqiqləşir və proseslər yalnız zehni deyil, eyni zamanda hissiyyat səviyyəsində dərk olunur. Hər sahənin mütəxəssisi materialı cihazlar və ya sxemlər olmadan, yəni "altıncı hisslə" anlayan biridir.

Kabalada mətnləri dəfələrlə təhlil etmək tələb olunur, ta ki öyrənilən materiala uyğun təəssüratlar yaranana qədər. Bu, musiqiçi üçün partituranı oxuyarkən aldığı hisslərlə müqayisə edilə bilər – notlar ona musiqi əsərinin tam mənzərəsini verir.

Baal Sulam "On Sfirotun Tədrisinə Giriş" məqaləsinin sonunda "Öyrənmə Qaydası"na toxunur: Bu qaydaya əsasən, şagird bütün təyinləri əzbərləməlidir ki, mətn oxuyarkən, beynində obyektlərin həndəsi təsvirləri və ya maddi təsəvvürləri yaranmasın. Məsələn, "düz nur", "əks nur", "dairə", "məhdudiyyət" ifadələrini oxuyarkən şagird onları öz daxilində – hisslərində, düşüncələrində və istəklərində təcəssüm etməlidir.

Misal üçün, "düz nur" – məhdudiyyətsiz şəkildə dolmağa hazır olduğumu bildirir, "məhdudiyyət" – çox arzulayıram, lakin özümü məhdudlaşdırıram.

Bu iş tələb olunur ki, hər bir söz bizdə yalnız nəzəri deyil,müvafiq hissi reaksiyanı oyatsın. Həndəsi təsvirlərdən və sxemlərdən hissi şəkildə proseslərdə iştirak etmə istəyinə keçid, hər anlayışın müəyyən təyinini dəqiq bilməkdən asılıdır. Beləliklə, hər bir terminin dərhal içimizdə hissiyatlı hal kimi canlanması üçün lazım olan bu bilik çox önəmlidir.

Şagirdin vəzifəsi bu təyinləri təkrar təkrar özünə yaxınlaşdırmaq, onları dəqiqləşdirmək və dərk etməsini daha dərindən, hissiyatlı, daxili səviyyəyə keçirməkdir.

Baal Sulam "On Sfirotun Tədrisinə Giriş"də 155 ci bənddə yazır: "Oxusalar da və nə oxuduqlarını anlamasalar da, onu dərk etmək istəyirlərsə, o dərəcədə üzərlərinə ətraf nurun təsirini çağırırlar."

Ətraf nur yalnız öyrənilən materialı anlamaq istəyimizə görə bizə təsir etmir. Məsələn, mən bu dairələrin niyə belə formalaşdığını, yaradılışın niyə məhz beş hissədən ibarət olduğunu anlamaq istəyirəm. Bu, kabalist kitabların öyrənilməsinə yanlış yanaşmadır.

Ətraf nur bizə bu vəziyyətlərə girmək, onların xüsusiyyətlərinə oxşamaq və onları dərk etmək üçün obyektə çevrilmək istəyimiz dərəcəsində təsir edir.


Ev Tapşırığı

Ev tapşırığının məqsədi növbəti dərsə hazırlıqdır və dərs mütləq bir gün ərzində keçirilməlidir. Hər gün ən azı bir neçə sətir oxumaq lazımdır; dərsdən bir gün belə ayrılmaq, həftələrlə, hətta aylarla geriləməyə səbəb ola bilər. On saat ardıcıl təhsil alıb sonra bir həftə ara verməkdənsə, hər gün bir saat dərs keçmək daha səmərəlidir. Əgər öyrənməyə ciddi yanaşırsınızsa, bu şərtə riayət etmək vacibdir və burada heç bir güzəştə yol verilə bilməz.

Günün bir hissəsini kabalist materiallarla işləməyə sərf etmək çox vacibdir. Bu fəaliyyətin məqsədi dərsə hazırlıq, ümumi məlumat bazasının qurulması, termin və təyinatların öyrənilməsidir.

Mətnlərlə işləmək üçün tapşırıq nümunələri:

  •  Dərsin əsas mövzusunu müəyyənləşdirin.
  •  Xülasə yazın və müəllifin hansı yanaşmadan istifadə etdiyini müəyyən edin:
  •  Yekun nəticəni dərhal təqdim edib, ona necə çatmağı izah etdikdə;
  •  Yoxsa nəticəyə mərhələli şəkildə oxucunu addım addım yönləndirdikdə?
  •  Müəllifin səbəb nəticə əlaqəsini necə qurduğunu və bizi məsələnin həllinə necə yönləndirdiyini izah edin.
  •  Eyni nəticəyə fərqli metod və digər elmlərdən nümunələrlə gəlməyə çalışın.

    Təhsil İmkanları

Kabala öyrənmək üçün bir neçə metod mövcuddur:

1. kabalah.info vebsaytı vasitəsilə. Bu sayt 20 dən çox dildə məhdudiyyətsiz giriş təmin edir və qeydiyyat tələb etmir. Bu saytda Baal Sulam və digər kabalistlərin orijinal məqalələrinin tərcümələrini tapa bilərsiniz.

2. Beynəlxalq Kabala Akademiyası (MAK) hər gün M. Laytmanın rəhbərliyi altında canlı video və audio dərslər, həmçinin sinxron tərcümə ilə interaktiv dərslər təklif edir. Bu dərslər dərhal mediaya yüklənir və endirilə bilər.

3. MAK və Qlobal  tədris kursları. Akademiyanın müəllimləri internet vasitəsilə məsafədən təhsil proqramları hazırlayıblar. Bu kurslar audio video dərslər, onlayn dərslər, forum iştirakları və digər interaktiv funksiyalarla dəstəklənir.

4. Müstəqil oxuma yolu ilə təhsil. M. Laytmanın kabala haqqında 30 dan çox kitabı mövcuddur, bunlar orijinal kabala mənbələrinə geniş şərhlər verir.


Məntiqi Ardıcıllıq. Kursun Öyrənilmə Ardıcıllığı

 Kabala elmi – bu dünyada Yaradanı yaratdıqlarına aşkar etmək metodikasıdır.

  Yaradanı aşkar etmək üçün niyyəti almaqdan verməyə dəyişmək vacibdir.

Kabala kitablarında "mənbəyə qaytaran nur" adlanan xüsusi bir ruhani qüvvə var. Bu nur bizim niyyətimizi almaqdan verməyə dəyişə bilər.

 Əsl tələblə müraciət etmək üçün yaxınlarımızla münasibətimizi dəqiqləşdirməliyik.

Düzgün ruhani inkişaf mühiti seçərək, yaxınlarımıza olan münasibətimizi müəyyən edə bilərik.

Qəlbdəki nöqtə – Adam Rișonun parçalanmış ruhunun hissələridir. Digər nöqtələrlə bir araya gələrək ruhani bir mühit yaradırıq və parçalanmış hissələrin birləşməsi üçün dua edirik.

Nura olan əsl müraciətin əsası “Ondən başqa heç kim yoxdur” qanunudur, yəni hər şeyi vahid Yaradanla – bütün səbəblərin mənbəyi ilə əlaqələndirmək lazımdır.

 Almaq  istəyinin üstünlüyünü aşkar edərək, daxili islah üçün əsl tələb formalaşdırırıq.

İslah ardıcıllığını öyrəndik: əvvəlcə "İsrail" (yəni "birbaşa Yaradana") adlı incə qablar, sonda isə "dünyanın xalqları" adlanan daha kobud qablar.


Desert

Kursumuz başa çatdı. Kabala elminə giriş kursu ilə biz kabalanın əsas biliklərini qazandıq və təhsil prosesinə necə yanaşmaq lazım olduğunu anladıq. Qazandığınız biliklər və düzgün tədris yanaşması gələcək təhsil üçün möhkəm bir təməl yaradacaqdır.

Uğurlar və zövq aldığınızı ümid edirik. Axırda hər şeyin məqsədi xoşbəxtlikdir. Sonda Mixael Laytmanın “nurun dadı” kitabından kiçik bir parça var:

 “Təsəvvür edin ki, 8 milyard insan sevgi, birlik, və zaminlik içindədir. Heç kim bankda borc almaq  üçün zəmanət axtarmağa, başqalarından gizlətməyə ehtiyac duymur. Hər şey bir qanuna tabedir – sevgi qanunu.

 Sevgi əldə edərək hər şeyin necə sadələşəcəyini anlamaq bizə çox çətin gəlir. Heç kimi qorumalı və ya özümüzü müdafiə etməməli, başqaları ilə münasibətlərimizi aydınlaşdırmamalıyıq. Hər kəs başqasına yaxşılıq etməyi axtaracaq və qarşılığında sonsuz həzz alacaq.”


Yaradılışın məqsədi - Bütöv Kainat Qanununu dərk etmək, Yaradanla xüsusiyyətlərinin bənzərliyinə nail olmaqdır.

Üç xətt – Yaradanla bənzərliyə gəlməyə imkan verən sistem: sol xətt – almaq arzusu (yaradılışın xüsusiyyəti), sağ xətt – vermək arzusu (Yaradıcının xüsusiyyəti), orta xətti insan özünəməxsus istəyi ilə müvafiqliyə, Yaradanla oxşarlığı özünəxas şəkildə yaradır.