<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

"Kabala elminin əsasları" bölməsinə ön söz"

 

"Kabala elminin əsasları" — bu, "kabala elminə giriş" kursunun ilk bölməsidir. Bu bölmə bütün sonrakı tədris materiallarının mənimsənilməsi üçün vacib bir baza rolunu oynayır. Bölmənin xüsusi əhəmiyyəti nəzərə alınaraq, kursun qurulmasına və materialın əlçatan şəkildə təqdim edilməsinə xüsusi diqqət yetirmişik.

Tədris bölməsi üç hissədən ibarətdir:

 

- Kabala elmi nədir: kabala elmi nəyi öyrənir və kim onu öyrənə bilər?  

- Reallığın qavranılması: Ruhani reallığın açıqlanma üsulları.  

- Budaqlar dili: kabala dili və kabalist mənbələrlə tanışlıq.  

Tədrisin məqsədləri:

- kabala elminin nə ilə məşğul olduğunu izah etmək;  

- kabala ilə bağlı yanlış təsəvvürləri və ön mühakimələri aradan qaldırmaq;  

- kabala dilini öyrənməyə başlamaq;  

- kabala elmini öyrənməyə düzgün yanaşma formalaşdırmaq.  

 

Tədris zamanı aşağıdakı terminləri öyrənəcəyik: Ruhaniyyət, fiziki dünya, Yaradan, yaradılış, formaların uyğunluğu, əhatəedici nur, almaq  istəyi, vermək istəyi, Ruhani dünyalar, açıqlanma, gizlilik, "aviyut" və "zakut" (kobudluq və incəlik).

 

Hissə 1.Kabala Elmi Nədir? Hissə 2: Reallığın qavranılması Hissə 3: Kabala dili