<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

GİRİŞ

 

Son vaxtlar kabala elminə maraq xeyli artıb. XX əsrin sonlarında bu elmlə çox az sayda insan məşğul ola bilirdi və onu öyrənmək imkanları məhdud idi. Lakin artıq yeni əsrin əvvəlində kabala hər kəs üçün əlçatan olub. Dünyanın hər yerində milyonlarla tələbə bir şəkildə bu elmi öyrənir.

Bu gün tədris üçün müxtəlif yollar mövcuddur:

• Televiziya və internetdə canlı dərslər;

• Dünyanın müxtəlif yerlərində fərqli dillərdə aparılan frontal dərslər;

• Son illərdə müxtəlif dillərə tərcümə edilərək nəşr olunan orijinal mənbələrin oxunması və öyrənilməsi.

Kabalanın baxışına görə, bu elmə artan maraq təəccüblü deyil. Kabalistik mənbələrdən məlum olur ki, məhz bizim dövrümüzdə bu elm hər bir insanın həyatında mərkəzi yer tutacaq və şəxsi, həm də qlobal problemləri həll etməyə kömək edəcək metodikaya çevriləcək.

Bunun səbəbi kabala elminin mahiyyətindədir. kabala, bütün kainata hakim olan təbiət qanunları haqqında elmdir. Kainatın qanunları bizdən gizlədilib, buna görə də biz onların mövcudluğundan xəbərsiz olaraq dəfələrlə bu qanunlara zidd hərəkət edirik, bununla da təbiətin mənfi təsirini üzərimizə çəkirik. Nəticədə dünya böhranı dərinləşir və bu, insanın həyatının bütün sahələrinə, həm ətraf mühitin vəziyyətinə, həm də şəxsi həyatına təsir göstərir.

Kabala elmi ilə kainatın gizli qanunlarını öyrənmək bir çox problemlərin qarşısını almağa imkan verir. Bu səbəbdən dünyada kabalaya maraq artır.

Kabala qlobal problemlərin həllinə necə kömək edir? Bunu adi səviyyədə, gündəlik həyatda təsəvvür etmək olmaz. kabalanın təsiri nəticələr səviyyəsində deyil, səbəblər səviyyəsində baş verir. Kabalistlər deyirlər ki, indiyə qədər gizli olan kainat qanunlarını anlamaq faktı həqiqi reallığın açılmasına və qəbul edilməsinə gətirib çıxarır, bu da bizim bu dünyanı qəbul etməyimizdən tamamilə fərqlənir. Söhbət əbədi və mükəmməl olan Ruhani reallıqdan gedir. Bu reallığın açılması bütün yaradılışın məqsədi və hər bir insanın həyatının mənasıdır.

Bütün kainatın müəyyən bir məqsədi olduğu üçün heç nə təsadüfi baş vermir. XXI əsrin əvvəllərindən bəri müşahidə etdiyimiz mühüm proseslər, əlbəttə ki, əvvəlcədən müəyyən edilmiş və məqsədyönlüdür. Min illər boyu yazılmış kabalistik kitablarda deyilir ki, bütün kainat və onun hər bir hissəsi Ruhani dünyanın açılması məqsədi ilə müəyyən bir proqrama uyğun olaraq inkişaf edir.

Kabalistlər deyirlər ki, bu proqramın təsiri altında olduğumuz üçün insanlıq artıq Ruhani reallığı dərk etməyə hazırdır. Məhz buna görə də min illər gizlədildikdən sonra kabala bu gün dünyaya açılır.


 

**"Kabala ELMI" KURSU HAQQINDA**

 

“Kabala Elmi. Əsas kurs” – bu, kabala elminin əsaslarının öyrənilməsidir. Kurs tələbəni bu bilikləri öyrənməyə doğru ilk addımlarına uyğun olaraq kabalanın müxtəlif sahələri ilə tanış edir.

Müxtəlif öyrənilən materiallar arasında aşağıdakı mövzular müzakirə olunacaq: kabala nədir, kabalanın dili, reallığın qavranılması, seçim azadlığı, Ruhani aləmlərin quruluşu, Adam Rişon, on sfirot, ətraf mühitin insan üzərindəki təsiri və daha bir çox mövzu.

Kabalanın öyrənilməsinin fərqli xüsusiyyəti yalnız biliklərin toplanması deyil, tələbənin kabalanı düzgün öyrənməsi üçün lazımi alətlərdən istifadə etməyi bacarmasıdır. Kursun əsas məqsədi, ilk növbədə, kabala elmini hər bir insanın ətrafdakı dünya ilə tarazlığa nail olmasına kömək edən praktik metod kimi təqdim etməkdir. Bunun nəticəsində insanların həyatı xoşbəxt, inamlı və mükəmməl ola bilər.

Bu kurs əsl kabalist mənbələrə və nəsildən-nəsilə ötürülmüş, böyük kabalistlər tərəfindən hazırlanmış öyrənmə metodikasına əsaslanır. Bunlar Ravvin Şimon bar Yoxay (RAŞBİ), İtsxak Luriya Aşkenazi (ARİ) və geniş tanınan Yehuda Leyb Halevi Aşlaq, yəni Baal Sulamdır. Kurs hazırlanarkən materialı əlçatan və aydın dildə təqdim etməyə, onu ən ardıcıl şəkildə qurmağa çalışılmışdır.

 

**Kursun vəzifələri:**

 

- kabala elminin tədqiq etdiyi bütün bölmələr üzrə əsas biliklərlə tanış etmək;  

- kabala elmini dərk etməyə düzgün yanaşmanı formalaşdırmaq;  

- əsas mənbələri düzgün oxumağı öyrənmək;  

- kabalist terminlərin lüğəti ilə tanış olmaq.

 

Kurs üç tədris bölməsindən ibarətdir, materiallar mürəkkəblik səviyyəsinə görə sıralanıb. Hər bir bölmə də öz növbəsində üç hissəyə bölünür. Kursun strukturu çərçivəsində tədris ardıcıllığına riayət etmək lazımdır. Tədris bölmələrinin və onların tərkib hissələrinin ardıcıllığına uyğun olaraq, hər əvvəlki hissə növbəti hissənin təməlini qoyur. Dördüncü bölmə əlavə materialı əhatə edir.

 

**Kursun məzmunu:**

 

- Hər bölməyə dair ön söz, əsas materialı təqdim edir və digər tədris vasitələrindən düzgün istifadə üçün istiqamət verir;

- Hər bölmənin tərkib hissələri müasir tədris materiallarını və illüstrativ sxemləri, mövzunun daha dərindən öyrənilməsi üçün tövsiyələri və kabalist terminlərin lüğətini əhatə edir.

Hər dərs girişdən, mövzuların və həmin dərsin məqsədlərinin sadalanmasından başlayır. Dərsin sonunda yoxlama suallarına cavablar və mövzunun daha dərindən öyrənilməsi üçün tövsiyələr verilir. Bu vasitə ilə tələbə keçilən material haqqında tam və geniş təsəvvür yarada bilir.

Sizə maraqlı və dolğun tədris arzulayırıq!

Ən xoş arzularla, redaksiya.