Birlik Günü – 7 dekabr 2025-ci il. Bayram dərsi
İlkin mənbələrdən seçilmiş parçalar
-
Baal Sulam. Şamati. 197. "Kitab, rəvayətçi, rəvayət"
"«Kitab, rəvayətçi, rəvayət».
«Kitab» – yaradılışdan əvvəlki hal adlanır.
«Rəvayətçi» – kitabın müəllifidir. Rəvayətçi – bu, rəvayətçi və kitabın birləşməsidir, hansılar ki, rəvayət halını qəbul etməlidirlər, yəni Tövratla Tövratı bəxş edənin birlikdə olması".
-
Rabaş. 49. "Kitablara və müdriklərə inancımız"
"Bir şəhərin sakinləri brilliant aldılar və brilliantı belə ucuz qiymətə aldıqlarına sevinirdilər. Lakin onlardan birində sual yarandı: doğrudanmı aldıqları brilliant həqiqidir?
Lakin şəhər sakinlərindən heç birinin brilliantdan başı çıxmırdı və buna görə də onlar brilliant ticarəti üzrə bir mütəxəssisə getdilər ki, onlara kömək etsin: bu brilliant həqiqidir, yoxsa saxta. Və onun cavabına arxalandılar ki, brilliant – həqiqidir.
Və onlardan birində belə bir sual yarandı ki, onlar bu tacirə arxalanırlar, amma bəlkə, o, yalançıdır. Və o, bu sənəti öyrənmək, özü mütəxəssis olmaq istədi. Beləliklə o, öyrənir və uğur qazanır.
Nəticə: Bizim Tövrat və ehkamlarla məşğul olmağımızın müdriklərdən və kitablardan aldığımız inama söykəndiyini deyə bilərik".
-
Baal Sulam. "Zoar kitabına Giriş", 8-ci bənd
"Ali nurlar «kitab» – «sefer» adlanır, Yaradılış kitabında deyildiyi kimi: 1-ci fəsil, 1-ci Mişna: O, Öz dünyasını üç «kitab» vasitəsilə yaratdı: «kitab» – «sefer», yazan – «sofer» və rəvayət – «sipur». Və yenə də deyildiyi kimi: «Və səmavi kitab ‘sefer’ kimi büküləcək».
Beləliklə, hər bir kitabın müdrikliyinin aşkara çıxması onun ağ sahəsinin hesabına deyil, yalnız hərflərin bu kitabda müdriklik birləşmələri şəklində oxuyana çatanadək əmələ gəldiyi mürəkkəb rənglərinin hesabınadır. […]
Eynilə, xoxma olan və tamamilə ilahi təbiətli olan Atsılut aləmi kitabın ağ sahəsini təcəssüm etdirir. Başqa sözlə, bizim orada heç bir idrakımız yoxdur, səmavi kitabın bütün açılışı isə Bina, Tiferet və Malxut sfirotlarında baş verir, yəni üç BY"A aləmində, çünki onlar səmavi kitabın mürəkkəbini təcəssüm etdirirlər".
-
Rabaş. Məqalə 30 (1988) "Yoldaşların yığıncağından nə tələb etmək lazımdır"
"Yoldaşlara sevgi, yaxınına olan sevgi əsasında qurulmuşdur ki, bunun sayəsində biz Yaradan sevgisinə çata bilərik – bu isə yoldaşlar arasında qəbul olunmuşun əksidir. Bu o deməkdir ki, yaxınına olan sevgi məsələsi onda deyil ki, yoldaşlar məni sevsin, əksinə, bu, mənim yoldaşları sevməyimdir. Və əgər belədirsə, onda mənim üçün yoldaşın mənim haqqımda pis danışması və şübhəsiz ki, məndən nifrət etməsi o qədər də vacib deyil. Və əgər insan yoldaş sevgisini yaxınına sevgidən çıxış edərək əldə etmək istəyirsə, o, digərini sevmək üçün islahatdan keçməlidir.
Buna görə də, insan səylər göstərib ona haqq qazandıranda, bu, möcüzəvi bir vasitədir, çünki aşağıdan oyandırma adlanan səylər nəticəsində ona yuxarıdan qüvvələr verilir ki, hər bir yoldaşı istisnasız sevməyə qadir olsun".
-
Baal Sulam. Məktub 11
"Bir də rica edirəm ki, yoldaşlar arasında sevgidə daha çox səy göstərəsən, elə üsullar uydurasan ki, yoldaşlar arasındakı sevgini artırsın və sizdə cismani mənfəətə meyli məhv etsin. Çünki məhz bu, nifrət toxumu səpir. Və Öz Yaradanına həzz verənlər arasında heç bir nifrət ola bilməz, əksinə, onların arasında mərhəmət və hədsiz sevgi hakimdir. Və bunlar çox sadə şeylərdir".
-
Baal Sulam. Məktub 47
"Bir daha sizə yoldaşlara sevginin təsirini xatırladıram – heç olmasa, bu anda – çünki bizim mövcudluq haqqımız ondan asılıdır və bizim yaxın olduğumuz uğurun dərəcəsi də bununla ölçülür.
Ona görə də bütün xəyali məşğuliyyətlərinizdən üz döndərin və ürəyinizi düzgün fikirlər düşünməyə və ürəklərinizi həqiqətən bir ürəkdə birləşdirməyə imkan verəcək düzgün hiylələr uydurmağa verin və sizin aranızda deyilmiş bu söz yerinə yetəcək: «Yaxınını özün kimi sev» – tam sadəlikdə. […] Və siz, bütün günahları örtəcək sevgi haqqında düşüncə səbəbindən paklanacaqsınız və məni bu məsələdə sınayın, həqiqi sevgi dərəcəsində birləşməyə başlayın,o zaman görəcəksiniz, «və damağınız dadı hiss edəcək»".
-
Baal Sulam. Məktub 13
" Bununla belə, mən hamınızı birlikdə hiss edəcəyəm və (görəcəyəm ki), sizdə bugünkü gün sabahla dəyişdirilib və «İndi» əvəzinə «Sonra» deyəcəksiniz. Yalnız bu səhvi və bu təhrifi anlamağa çalışmaqdan başqa bunun üçün heç bir dərman yoxdur, axı Yaradan tərəfindən xilas olunan yalnız o zaman xilas olunur ki, bu gün xilas olunmağa ehtiyacı var.Amma sabaha qədər gözləyə bilən kəs illər ərzində ağıllanacaq, bunu düşünmək dəhşətlidir.
Və bu, sizdə, mənim yoldaşara sevgi içində möhkəmlənmək xahişimə etinasızlıq ucbatından baş verdi, bunu sizə yetmiş dilin hamısında izah etmişdim, çünki bütün nöqsanlarınızı doldurmaq üçün bu vasitə kifayətdir".
-
Baal Sulam. Məktub 49
"Əmr edirəm ki, bütün gücünüzün gərginliyi ilə bir-birinizi özünüz kimi sevməyə başlayasınız və bir-birinizin iztirabında iştirak edəsiniz və bir-birinizin sevincinə, mümkün qədər, sevinəsınız. Və mən ümid edirəm ki, bu məsələdə sözümü yerinə yetirəcək və onu tamlıq və mükəmməlliklə qoruyacaqsınız".
-
Baal Sulam. Məktub 47
"Sizin üçün elə qaydalar müəyyən etmişəm ki, onların köməyi ilə, heç olmasa, vəziyyəti və halı qoruyub saxlaya biləsiniz, – deyilməsi belə qorxuncdur – geri çəkilmədən, və onlarda bir xüsusiyyət var, bu isə – yoldaşlar arasında vəhdətdir.
Və mən möhkəm vəd edirəm ki, bu sevgi möcüzəvi bir xüsusiyyətə malikdir. Və sizə lazım olan bütün yaxşı şeyləri sizə xatırladacağam və əgər, necə olur-olsun, siz bu məsələdə möhkəmlənsəydiniz, mütləq uğurdan uğura, müqəddəslik pillələri üzrə irəliləyərdiniz".
-
Zoar hamı üçün. Şlax Lexa. "Kəşfiyyatçılar" məqaləsi, 68-ci bənd
"Tövratla «lišmada (Onun naminə)» məşğul olanların payı xoşbəxtlikdir, çünki onlar həqiqətən Yaradanla birləşirlər. Və onlar qardaş və yaxın olanlar adlanırlar, deyildiyi kimi: «Qardaşlarım və yaxınınlarım xatirinə sənə sülh diləyirəm»".
-
Zoar hamı üçün. Axarei Mot. "Budur, necə yaxşı və necə xoşdur" məqaləsi, 66-cı bənd
"Və siz, burada olan yoldaşar, necə ki, indiyədək lütfkar sevgi içində idiniz, eləcə də indidən etibarən və bundan sonra bir-birinizdən ayrılmayasınız, o vaxta qədər ki, Yaradan sizinlə birlikdə sevinəcək və üzərinizdə sülh elan edəcək və sizin sayənizdə dünyada sülh yaranacaq. Bu, belə bir ifadənin mənasıdır: «Qardaşlarım və yaxınınlarım xatirinə sənə sülh diləyirəm»".
-
Zoar hamı üçün. Axarei Mot. "Budur, necə yaxşı və necə xoşdur" məqaləsi, 65-ci bənd
"«Budur, necə yaxşı və necə xoşdur, qardaşların birlikdə oturmaları» – o zaman ki, onlar birlikdə oturan, bir-birindən ayrılmayan yoldaşlardır. Əvvəlcə onlar bir-biri ilə vuruşan, bir-birini öldürmək istəyən insanlar kimi görünürlər. Sonra isə qardaş sevgisinə qayıdırlar. Və Yaradan onlar haqqında nə deyir: «Budur, necə yaxşı və necə xoşdur, qardaşların birlikdə oturmaları». «Birlikdə» sözü Şxinanın onlarla birlikdə olmasına işarə edir. Lakin bununla da kifayət deyil, Yaradan onların sözlərini dinləyir və bu, Ona zövq bəxş edir və O, onlara sevinir. Bu, deyilən sözün mənasıdır: «O zaman Yaradandan qorxanlar bir-biri ilə danışdılar; və Yaradan buna diqqət yetirdi və eşitdi və Onun hüzurunda xatirə kitabı yazıldı»".