<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Dərsin mövzuları:

-Dərs 1. Kök və budaq qanunu

- Kabala elmində reallıq

- Kök və budaq qanunu

- Budaqlar dili


 

Abstraktlıq yoxsa reallıq?

 

Mixael Ende-nin "Sonsuz hekayə" adlı ən maraqlı macəra kitablarından biri yeniyetmə Bastian Baltazar Buksun hekayəsini danışır. O, nağıllar oxuyaraq birdən özünü sehrli reallıqda tapır. Bu inanılmaz görünə bilər, amma kabala kitablarını oxumaq bir qədər bu təcrübəyə bənzəyir. Kabala kitablarında elə bir güvvə gizlənib ki, bu güvvə oxucunu yaşadığı reallıqdan, kitabda təsvir olunan reallığa – Ruhani dünyaya keçirməyə imkan verir.

“Kabala elminin əsasları” bölməsinin üçüncü və sonuncu hissəsi kabala dilinin və kabalist mənbələrin öyrənilməsinə həsr olunub. Kursun birinci hissəsində biz ruhaniyyətin təbiətin ümumi qanunu olan Yaradanın açılmasının vasitəsi olduğunu öyrəndik. İkinci hissədə isə Yaradanın açılmasının şərtinin almaq  istəyi ilə işləmə metodunu dəyişdirmək olduğunu müəyyən etdik. Kursun bu hissəsində biz bu şərti praktik olaraq necə yerinə yetirəcəyimizi, almaq  istəyi ilə işləmə metodunu kabalist mənbələr vasitəsilə necə dəyişdirəcəyimizi öyrənəcəyik. Əvvəlcə bu mənbələrin yazıldığı dili (ona “budaqlar dili” deyilir) öyrənəcəyik, sonra isə kabala kitablarında gizlənmiş Ruhani güvvə haqqında daha ətraflı danışacağıq.

Ba'al Sulam “Kabala elminin mahiyyəti” adlı məqaləsində yazır: “...bir çoxları hesab edirlər ki, kabala elminin istifadə etdiyi bütün adlar və anlayışlar abstraktdır”.- Doğrudan da, kabala kitablarının məzmununu düzgün hazırlıq olmadan anlamağa cəhd etmək bizi də eyni nəticələrə gətirib çıxara bilər. Kabala elmini bilməyən insan üçün kabala kitablarında yazılan sözləri və adları reallıqla əlaqələndirmək çətindir. Həm sözlər, həm də kitabın məzmunu insana abstrakt görünəcək.

Məsələn, ARİ-nin “Həyat Ağacı” əsərindən bir sitat gətirək: “Bunu bil ki, yaradılışlar yaranmazdan və məxluqat yaradılmazdan əvvəl, bütün reallığı dolduran sadə Ən Yüksək nur var idi.” Baxmayaraq ki, bütün sözlər bizə tanışdır və onların birləşməsi olduqca məntiqli görünür, lakin hələ də nədən danışıldığı tamamilə aydın deyil: sadə Ən Yüksək nur nədir və yaradılışdan əvvəl mövcud olan hansı reallıq nəzərdə tutulur?

Gizli təlimin öyrənilməsində ilk addımlarını atan insan kabala kitablarında abstrakt şeylərdən bəhs edildiyini düşünə bilər, amma əslində orada bir dənə də olsun real məna daşımayan söz yoxdur. Kabala elminin əsas qanunlarından biri deyir: “Dərk olunmayan heç bir şeyi adlandırmaq və sözlərlə müəyyən etmək olmaz”, yəni kabalistlər yalnız öz ruhani inkişaflarında həqiqətən dərk etdikləri və hiss etdikləri barədə yazırlar və heç vaxt dərk etmədikləri şeylər haqqında yazmırlar.

Kabalistin hiss etdiyi ruhani reallıq bizim bu dünyada hiss etdiyimiz maddi reallıq qədər realdır. Doğrudan da, əgər düşünülərsə, maddi dünyanın mənzərəsi hələ islah olunmamış almaq  istəyində bizə açılan müvəqqəti illüziyadır. Halbuki məhz ruhani reallıqlar əbədidir və almaq  istəyinin islahı ilə açılır. Bu reallıq və həqiqətdir.

Burada təkrar etmək və ruhani reallığın qavranılmasının vacib prinsipini vurğulamaq lazımdır: kabalistlər Yaradanın özünü dərk edə bilməzlər, Onun mahiyyətini dərk edə bilməzlər. Eynilə bizim dünyamızın əşyalarının mahiyyətini dərk etmədiyimiz kimi. Bu belə baş verir, çünki insan reallığı almaq  istəyi prizmasından qəbul edərək həmişə reallığı almaq  istəyi vasitəsilə hiss edir. O, heç vaxt hadisənin mahiyyətini (onun xaricində olanı) dərk etmir, yalnız onun haqqında təəssüratını hiss edir.

Necə ki, biz indi baxdığımız kağız vərəqi və ya elektrik mahiyyətini dərk etmirik, eləcə də kabalistlər Yaradanın mahiyyətini deyil, yalnız Onun almaq  istəklərı ilə qarşılıqlı əlaqəsinin nəticəsini dərk edirlər. Buna baxmayaraq, bu, onlara ruhani reallığın aydın və bütöv mənzərəsini əldə etməyə və sonra onu kitablarında təsvir etməyə heç də mane olmur.

 

Özünü yoxla:

 

-Niyə kabalistin dərk etdiyi ruhani reallıq maddi dünya qədər realdır?


 

Kök və budaq qanunu

Bilirsinizmi dünyada neçə dil var? Mütəxəssislərin məlumatlarına görə, bu, 7105 məlum olan canlı dillərdir, o cümlədən 122 dildə karlar üçün işarə dili və eləcə də primitiv qəbilələrin dilləri daxildir. Bu dillərin hamısı yalnız reallığın kiçik bir hissəsini təsvir edir – bizim dünyamızda, yəni maddi reallıqda zaman, hərəkət və məkanın məhdud çərçivələrində qəbul etdiyimiz reallığın bir hissəsini.

Ruhani dünya isə maddi dünyadan fərqli olaraq, zamandan, hərəkətdən və hətta məkandan kənardadır. Buna görə də, bizim dünyamızda ruhanini təsvir edə biləcək heç bir dil yoxdur. Ruhani dünyanı adi dillə izah etməyə çalışmaq, kor bir insana qırmızı rəngin nə olduğunu izah etmək cəhdlərinə bənzəyir. Bu mümkün deyil, çünki haqqında danışdığımız hadisə kor insanın hiss orqanları ilə qəbul edilmir.

Buna baxmayaraq, kabala kitabları mövcuddur və onların çoxu ivrit dilində yazılıb. Bundan əlavə, kabala elmində istifadə olunan terminlərdən bəziləri, məsələn, -"zivuq"- (cinsi əlaqə) və ya -"neşika"- (öpüş), o qədər dünyəvi görünür ki, Ruhani mövzulardan bəhs edən kitablar arasında bunları görmək qəribədir. İstər-istəməz sual yaranır: "Niyə?".

Bu suala cavab vermək üçün kabala elminin əsas qanunlarından biri olan -"kök və budaq"- qanunu ilə tanış olmaq lazımdır. Bu qanuna əsasən, bizim dünyamızda mövcud olan hər şey ruhani dünyada baş verənlərin bir əksidir. Kabala elmində ruhani dünya köklər dünyası adlanır, bizim dünyamız isə budaqlar dünyasıdır. Kök və budaq qanununa görə, bizim dünyamızdakı hər bir budaq, ruhani dünyada olan bir kökün əksidir və bu kökdən inkişaf edərək bu dünyaya gəlir. Belə deyilib: "Elə bir ot yoxdur ki, aşağıda, onun üzərində bir mələk olmasın və onu döyüb böyüməyə məcbur etməsin" ("Bereşit Raba, 6, 10").

 

Sxem 1.8

 


 

Ba'al Sulam bu barədə belə deyir:

“Aşağı dünya Yuxarı dünyanın izidir. Yuxarı dünyada mövcud olan bütün formalar – həm kəmiyyət, həm də keyfiyyət baxımından – aşağı dünyada tam şəkildə əks olunur. Aşağı dünyada reallığın və ya onun təzahürlərinin elə bir detalı yoxdur ki, Yuxarı dünyada ona bənzəyən, iki damla su kimi oxşar olan bir orijinalı olmasın. Buna “kök və budaq” deyilir, yəni aşağı dünyada olan detal Yuxarı dünyada yerləşən orijinalını əks etdirən bir budaqdır və o, bu kökdən başlayaraq Aşağı dünyada təzahür edir."

Çətin görünür? Gəlin bu fikri başa düşməyə kömək edəcək bir nümunə gətirək.Kompyuter ekranındakı bir təsviri düşünək. Tutaq ki, bu təsvir sadəcə bir şəkil deyil, bizim qaynanamız və ya baldızımızdır. O, Mao Tszedun üslubunda göy köynək geyinib və baxışında (naməlum səbəbdən) qaynar qəzəb var. Bu təsvir reallıqdırmı? Xoşbəxtlikdən, yox. Bu sadəcə olaraq, kompyuterin dərinliklərində olan bir neçə kod sətridir. Bu sətirlər işə düşəndə məlumat ekrana ötürülür və biz həmin şəkli görürük. Əgər biz əylənmək üçün, məsələn, köynəyin rəngini mavi rəngdən parlaq narıncıya dəyişmək və ya qəzəbi xoş niyyətli təbəssümlə əvəz etmək istəsək, bunu necə edə bilərik? Kod sətirlərində dəyişiklik etməliyik, çünki ekrandakı şəkil sadəcə nəticədir, kod sətirləri isə səbəbdir.

Kök və budaq qanununa- əsasən, bizim qavradığımız reallıq şəkli nəticədir, budaqdır, onun səbəbi isə Ruhani dünyada yerləşir. Bizim dünyadakı hər bir budağın öz Ruhani kökü olduğuna görə, kabalistlər Ruhani kökləri təsvir etmək üçün dünyamızdakı budaqların adlarını götürürlər. Onlar budağın adını istifadə edərkən, hansı Ruhani kökdən danışdıqlarını dəqiq başa düşürlər.Kabala elminin kök və budaq qanununa uyğun olaraq yaradılmış dilinə “budaqlar dili”- deyilir və bu dil kabala kitablarının yazılma dilidir. Dərsin növbəti hissəsində bu mövzunu daha ətraflı müzakirə edəcəyik.

Özünü yoxla:-

Kök və budaq qanununun mahiyyəti nədir?


Budaqlar dili

Bioloqlar bakteriyaları öyrənmək üçün mikroskop icad etdilər. Astronomlar müşahidələrini genişləndirmək üçün teleskoplar tikdilər. Kabalistlər isə ruhani reallığı hiss etməyə imkan verən xüsusi bir hiss üzvü inkişaf etdirdilər.

Ruhani dünyanın dərk edilməsi kabalistlərin qarşısında xüsusi bir vəzifə qoyur: öz dərk etdiklərini başqalarına necə çatdırmaq olar, halbuki bunu sözlərlə izah etmək mümkün deyil? Bu maneəni aşmaq üçün onlar -kök və budaq qanununa- əsaslanan xüsusi bir dil hazırladılar. Bu dilə -budaqlar dili- deyilir. Növbəti dərs hissəsində biz bu dillə ilkin tanışlığa başlayacağıq.

Bizim dünyamızda bir hadisəni öyrənəndə onun ruhani kökünü görə bilmirik, çünki ruhani dünya bizdən gizlidir. Kabalist isə ruhani dünyanı hiss etmək səviyyəsinə qalxaraq iki dünya – ruhani kök və onun maddi budağı arasındakı əlaqəni tam aydın şəkildə görür. Bu bilik kabalistlərə ruhani kökləri, onlardan maddi dünyaya enən budaqları göstərməyə və budaqların adlarından istifadə edərək ruhani kökləri təsvir etməyə imkan verir.

Beləliklə, kabalistlər ruhani dünyanı maddi dünyadakı budaqların adlarından istifadə edərək təsvir edirlər. Kabalistlərin kitabları yalnız ruhani reallıqdan bəhs edir, lakin ruhani kökləri və orada baş verən hadisələri təsvir etmək üçün maddi dünyanın sözlərindən istifadə edirlər.

Ba'al Sulam “Kabala elminin mahiyyəti” adlı məqaləsində yazır: "Kabalistlər çox geniş bir lüğət yaradıblar, bu lüğət kabalistlərə dannur dilində kifayət qədər imkan verir ki, bir-birləri ilə ünsiyyət quraraq yüksək aləmlərin ruhani köklərindən danışsınlar. Bunun üçün sadəcə olaraq aşağı budağın adını çəkmək kifayətdir və qarşı tərəf bunu dəqiq anlayır, çünki bu maddi budaq yüksək kökü dəqiq göstərir. O, həmin kökün surətidir."

Sözlərin ruhani mənasına görə şərh edilməsi zərurəti xeyli problemlər yaradır, çünki biz gündəlik dilimizdən kabala kitablarında istifadə olunan sözlərin əksəriyyətinin mənasını bilirik. Bu sözlərdən maddi dünyamızdakı anlayışları görmək istəyi çox güvvəlüdür. Buna görə də, kabala elminin səhv başa düşülməsinin əsas səbəblərindən biri onun avtomatik olaraq oxucu tərəfindən maddiləşdırılməsidır, halbuki kabala kitablarında bizim dünyamızın fiziki reallığını təsvir edən bircə kəlmə də yoxdur.

Kabala elmi ilə bağlı bir çox yanlış təsəvvürlər də yazılanların yanlış anlaşılmasından qaynaqlanır. Məsələn, -Zoar Kitabında- əllərin və üzün xətləri haqqında müxtəlif kombinasiyaların ətraflı təsvirləri xiromantiyanın (ovuc falı) yaranmasına səbəb oldu. Əslində, Zoar Kitabında "əllərin və üzün xətləri" sadəcə olaraq ruhani köklərdəki ruhani vəziyyətlərin və əlaqələrin təsviridir və onlara yalnız bu şəkildə yanaşmaq lazımdır. Hər hansı başqa izah isə "Özünə büt  və heç bir surət yaratma" qadağasının pozulmasıdır.

Tədrisin ilkin mərhələlərində -kabalist lüğəti- əldə etmək çox vacibdir. Bu lüğət kabalist anlayışların və terminlərin düzgün ruhani şərhini yadda saxlamağa kömək edəcək.Bir neçə -budaqlar dili- terminlərinin nümunəsini təqdim edək.

Onların hamısı Baal Sulamın "On Sfirotun Tədrisi" kitabından, 1-ci hissə, "Sözlərin mənası haqqında suallar və cavablar" bölümündən götürülmüşdür:

Bir neçə -budaqlar dili- terminlərinin nümunəsini təqdim edək.

Onların hamısı Baal Sulamın "On Sfirotun Tədrisi" kitabından, 1-ci hissə, "Sözlərin mənası haqqında suallar və cavablar" bölümündən götürülmüşdür:

Nur: aləmlərdə alınan hər şey. "Var olanın varlığı" (yeş mi yeş). Nur, almaq  istəyindən başqa hər şeyi özündə cəmləşdirir – qəbul edən qabların (kelim) materialıdır. Nur həmçinin, bütün ruhları yaradan və dolduran vermək güvvəsidür.

Qaranlıq: İstəyin dördüncü mərhələsi – bu mərhələdə almaq  istəyi Ali nuru içəri ala bilmir, bu, məhdudiyyət səbəbindəndir.

Zaman: Hər hansı mərhələlərin və ya xüsusiyyətlərin səbəb-nəticə əlaqəsi. Əvvəl, əvvəlcə – səbəbdir, sonra – nəticədir. Eyni zamanda gün qaranlıq və nurun bir dövrü, ayın vəziyyətlərinin dəyişmə dövrü – ay və s.

Məkan: Yaradılışdakı almaq  istəyi; bu, yaradılışda şəfa və nurun bütün həzzini almaq üçün "məkan"dır.

Baş (Roş):Yaradılışın kök xüsusiyyətləri ilə ən çox üst-üstə düşən hissəsidir.

Ruh (Ruax):Xasadim nuruna ruh deyilir.

Özünü yoxla:

Kabala kitablarını oxuyarkən biz nəyə ciddi şəkildə riayət etməliyik? Və bunu yerinə yetirmək niyə çətindir?


 

Dərsin yekunları. Qısa nəticələr

Bütün kabala kitabları ruhani dünyanın dərk edilməsi vəziyyətində yazılıb və belə bir qanuna əsaslanır: "Dərk olunmayan heç nə adlandırıla və sözlərlə müəyyən edilə bilməz."

 İnsan reallığı (ruhani və ya maddi) almaq  istəyi vasitəsilə dərk edir. Bununla belə, o, reallığın mahiyyətini deyil, yalnız onun ona təsirini dərk edir.

Kök və budaq qanununa əsasən, dünyamızdakı hər bir budaqa bir unikal ruhani kök uyğun gəlir, bu budaq həmin kökdən inkişaf edir.

Budaqlar dili ruhani kökləri onların dünyamızdakı budaqlarının adları ilə təsvir edir.

Kabala mətnlərində gündəlik həyatımızdan tanıdığımız sözləri oxuduqda, bizə xatırlatmaq lazımdır ki, burada ruhani köklərdən bəhs olunur, maddi dünyamızdan deyil.


 

-Terminlər:

- -Kök (ivritcə, şoreş): Səbəb.

- -Budaq (ivritcə, anaf): Nəticə.

- -Köklər dünyası:-ruhani dünya.

- -Budaqlar dünyası: Maddi dünya.

- -Budaqlar dili:-ruhani reallığı maddi budaqların adları ilə təsvir edən dil.


 

-Suallara cavablar:

Sual:- Niyə kabalistin dərk etdiyi ruhani reallıq maddi dünya qədər realdır?

Cavab:- Kabalist ruhani reallığı öz islah olmuş almaq  istəyində, biz isə maddi dünyanı islah olunmamıç almaq  istəyimizda eyni şəkildə hiss edirik.

Sual:- Kök və budaq qanununun mahiyyəti nədir?

Cavab:- Kök və budaq qanununa əsasən, dünyamızdakı hər bir budağa bir unikal ruhani kök uyğun gəlir və bu budaq həmin kökdən inkişaf edir.

Sual:- Kabala kitablarını oxuyarkən biz nəyə ciddi şəkildə riayət etməliyik və bunu yerinə yetirmək niyə çətindir?

Cavab:- Biz sözlərin düzgün ruhani izahını ciddi şəkildə riayət etməliyik. Bunu yerinə yetirmək çətindir, çünki kabala kitablarındakı sözlərin əksəriyyəti gündəlik dildən bizə tanışdır və onların mənalarını maddi anlamda şərh etmək çox asandır.