Məktub 22
7 iyul 1956-cı il, Mançester
Hörmətli dostum…
Sənin həyatında qaranlıq və işıqlı dövrlərin olduğundan yazdığın məktubunu aldım.
Dostum, bil ki,Tövratın yolları belədir, deyildiyi kimi: «Əzablar içində yaşayacaqsan». Və həyatın üç növü var:
Günahkarların həyatı, hansı ki, «ölülər» adlanırlar.
Yaradana gedən yolla gedənlərin həyatı, hansı ki, «əzablar içində həyat» adlanır.
Və salehlərin həyatı, yəni artıq Tövrata layiq olmuşların həyatı, onlar həqiqi həyatı dadırlar, müdriklərin dediyi kimi: «Tövratı lişma-da öyrənən– bütün dünyanı özü üçün qazanır».
Ona görə də, əgər sən yazırsansa ki, sənin həyatın əzablar içində keçir, bu, sənin Tövratın yolları ilə getdiyinin əlamətidir. Yəni səndə qara və ağ var, axı Tövrat da belə yazılıb – ağ fonda qara rənglə. Və sən çalışmalısan ki, səndə ağ fonda qara alov olsun, yəni hər nə hiss edirsənsə, hamısı yanan od kimi olsun.
Və əməl haqqında qayda barədə mənə yazdığın xahişinə gəlincə, bil ki, sən işinə başlar-başlamaz, mənim atam və müəllimimdən eşitdiyin hər şeyi xatırlayacaqsan. Amma unutmağın sənin xeyrinədir, və məhz iş əsnasında sənə Tövrat – sənin üçün lazım olan şey – açılacaq. Amma yenə də sənə bunun haqqında bir az yazacağam.
İnsan gözlərini açan kimi, artıq adət edib ki, bir kitab götürsün və ya «Mode ani» («Mən Sənə təşəkkür edirəm») duasını desin.
İnsanın hər hansı bir işdən əvvəl hazırlığı olmalıdır. Yəni adət üzrə getməməlidir, əksinə, «Mən Sənə təşəkkür edirəm» deməyə başlayanda, gərək düşünsün ki, Kimdir O, məni belə deməyə məcbur edən kimdir – aldığım tərbiyə, yoxsa burada hansısa məna var, və buna görə də mən bu «Təşəkkür edirəm»i deməyə borcluyam. Və «Modе ani»nin mənası, fikir ayrılığının olduğu suala aiddir, necə ki,müdriklər deyir- «Ravvin Yoşua le-Tay təşəkkür edir».Və yalnız qara olanda, ağdan danışmaq olar. O zaman sən həqiqi səbəbi – kimin məcbur etdiyini – görməlisən.
Və sənin üçün daha yaxşı olacaq ki, səni məcbur edənin nə olduğunu dəqiq biləsən, yəni şübhələr içində işləmək üçün səbəbi – bu da, atam və müəllimindən eşitdiyin kimi, odur ki, gərək inam yolları ilə gedəsən və inanıb biləsən ki, Yaradan duanı eşidir, və O, salehlərin duasını istəyir, yəni saleh olmaq üçün cəhd edənlərin, amma onlarda mövcud olan şər səbəbindən buna nail ola bilməyənlər Yaradandan xahiş edirlər ki, onlara yuxarıdan kömək göndərsin.
Müdriklərin dediyi kimi: «Əgər Yaradan kömək etməsə, insan öhdəsindən gələ bilməz», və «təmizlənməyə gələnə kömək edərlər», və müqəddəs Zoarda yazıldığı kimi: «Nə ilə kömək edərlər? – Müqəddəs ruhla».
Yaradan istəyir ki, biz Tövratı alaq, ona görə də biz Tövrata ehtiyacı özümüzdə hiss etməliyik. Axı yuxarıdan artıq heç nə verilmir, yalnız zəruri olan verilir. Çünki insan yalnız zəruri olana qarşı həqiqi meyil hiss edir (axı istəksiz kli yoxdur, və bu, anlayan üçün kifayətdir), artıq şeylərə gəldikdə isə, insan Yaradana ehtiyac duyduğunu hiss etmir.
Lakin ən başlıcası odur ki, insan Yaradana ehtiyac duysun, yəni Tövratı verənə. Buna görə də, insan öz alçaq vəziyyətini hiss edəndə, bu, onun üçün Yaradana möhtac olmasının səbəbinə çevrilir. Və kim düşünürsə ki, özü nə isə edə bilər, özü özünə kömək edə bilər, yəni Yaradana ehtiyac duymur – o, uzaq vəziyyətdədir.
Və Yaradana birləşmə (devekut) barədə əsas məsələ – biz buna layiq olmalıyıq, çünki bu, bizim tərəfimizdən islahın məqsədidir – odur ki, insan Yaradana inanmağa başlamalıdır, çünki əsas olan budur. Bu, əsas əlamətdir ki, insan həqiqi yol ilə gedir, ya yox. Və insan öz həqiqi vəziyyətini görəndə, o zaman adi ağıl üçün «Təşəkkür edirəm» deməyin lazım olmadığı görünsə də, «Təşəkkür edirəm» deməlidir. Və bu, anlayan üçün kifayətdir.
Və biz danışdığımız 4 saatı sən belə gözləməlisən, öz işini bu qaydada təşkil edərək:
A.Şxinanın sürgünü haqqında isə,yəni «Şxina kül içindədir» deyilənin mənasında, hər kəs idarəni gizlədilmiş görür və Yaradandan gələn əməlləri xeyirxah görmür, və Yaradan Tövrata və ehkamlara kül dadı verməklə bu gizlətməni yaradır ki, insana seçmə imkanı versin.
Çünki yalnız seçimin olduğu yerdə inam var. Lakin biliyin olduğu yerdə, yəni idarə aşkar olanda, seçimə, yəni – inama yer yoxdur. Belə çıxır ki, insan özü bütün bunlara səbəb oldu. Axı, tam inama layiq olmamışdan əvvəl, onun üçün müqəddəs Şxina kül halında olmalıdır. Və buna görə də kədərlənmək lazımdır. Və bunun haqqında deyilmişdir: «Layiq oldu və özünü … tərəziyə qoydu», və bu, anlayan üçün kifayətdir.
B. Bu həqiqətdirmi. Axı insanın məqsədi Yaradan naminədir, yəni əgər bu məqsəd deyilsə, o, dünyada yalnız özü üçün yaşamaq istəmir. Və öz həqiqi vəziyyətini heç bir güzəşt olmadan araşdırmaq, yalnız həqiqəti görmək, bədən üçün – öz naminə, yəni özünü zövqləndirmək üçün yaşamağa dəyərmi- deyə hesab aparırsa, onda Yaradan üçün dua etməyə yer olur. Yəni bu halda o, özünü alçaq görür, və bu, anlayan üçün kifayətdir.
C. Tövratla məşğul olmaq. Və bu, kamillik olacaq, atam və müəllimimin dediyi kimi, «lənətlənmiş, bərəkətli ilə birləşə bilməz».
Ona görə də Tövratla məşğul olanda, nur çəkməlidir, çünki bu, kamillik zamanıdır. Axı inanmaq lazımdır ki, müdriklərin dediyi kimi, bu, «Matanadan Naxaliələ»dir, yəni Tövrat hədiyyə adlanır. O zaman, əgər insana Tövrat oxumaq, dua etmək və ehkamları icra etmək imkanı bir günün içində hətta bir an üçün verilibsə, bu, artıq Yaradandan gələn hədiyyədir.
Axı dünyada milyardlarla insan var ki, Yaradan onlara il ərzində bir an belə Özünü düşünmək imkanı vermir. Buna görə də Tövratla məşğul olan zaman insan sevincli olmalıdır, çünki məhz sevinc vasitəsilə Tövratın nurunu çəkməyə layiq oluruq. Və bu, anlayan üçün kifayətdir.
Və Tövrat anlayışını da iki dövrə böl:
A. Sadə öyrənmə, yəni sadə mənanı başa düşmək üçün oxuyanda.
B. Bacardığın qədər düşün ki, Yaradan sənə daxili mənanı anlamağa kömək etsin, və sən anlamağa çalışdığın üçün, səndə daxili olanı ala biləcəyin kelim formalaşacaq. Və eyni cür duanı da böl.
Və Yaradan gözlərimizi nurlandırsın və biz Onun Tövratına layiq olaq, əsarətdən azadlığa çıxaq.
Sənin dostun Barux Şalom HaLevi
öz atasının və müəlliminin oğlu, Baal Sulamın oğlu