Məktub 36
Sukkot bayramının ərəfəsi, 9 oktyabr 1957, Mançester
Müqəddəs torpaqda əbədi yaşayasınız deyə, dostlarıma hörmətlə…
Bu həftə …-dan iki məktub aldım və onun sualı barədə… ona ayrıca cavab verəcəyəm.
Ümumən isə müdriklər demişlər: «Kim müdrik üçün göz yaşı tökməkdə səhlənkarlıq edərsə, həyatda ikən dəfnə layiqdir» (Şabat, 105). Sual vermək gərəkdir: nə üçün o, bu qədər dəhşətli cəzaya layiqdir?
Bilməliyik ki, tənbəllik həmişə çatışmazlığın hiss olunmadığı yerdən doğur; çünki yalnız orada tənbəllik zəhmət çəkir. Halbuki çatışmazlıq olan yerdə onu doldurmaq və çarə tapmaq üçün həmişə hərəkət oyanır. Odur ki, məhz müdrikin gedişindən sonra heç bir çatışmazlıq hiss etməyən kəs – müdrikə göz yaşı tökməkdə səhlənkarlığı ilə – bunu aşkar edir.
Və soruşulur: nə üçün o, müdrikin gedişindən itki hiss etmir? Demək ki, müdrik sağ ikən də ondan heç nə almamışdır. Buna görə də müdrikin gedişində itki hiss etmir.
Bunun barəsində deyilmişdir: «həyatda ikən dəfnə layiqdir», yəni müdrik sağ ikən; və bu (cəzaya layiq olmaq) təkcə indi müdrikə göz yaşı tökməkdə səhlənkarlıq göstərdiyi üçün deyil. O, o vaxt da belə olub.. Buna görə də «həyatda ikən dəfnə layiqdir» ifadəsi müdrik sağ ikən nəzərdə tutulur.
Lakin hər şeyin dərmanı var, «müdrikin şagirdinə hörmətsizliyin isə dərmanı yoxdur» (Şabat, 119). Yəni müdrikə göz yaşı tökməkdə səhlənkarlıq ona bəs etmir, üstəlik deyir ki, guya müdriklə eyni mərtəbədə dayanır — müdrikin şagirdinə bundan böyük hörmətsizlik yoxdur. Müdriklər demişlər — bu zərbənin şəfası yoxdur. Və o, hər dəfə daha aşağı düşür, ta ki, hamıya onun həqiqi mahiyyəti açılana qədər: yəni bizdən uzaq,onun Tövratı özünə ölüm zəhəri oldu.
Ümumi cavabım budur ki, Sukkot bayramı bütün sualları, hətta ən çətin və ağırlarını belə izah edir. Çünki məlumdur: sukka – «inam kölgəsi»dir və qanuna görə «kölgə günəşdən çox olmalıdır».
Məlumdur ki, günəş ağla , ay isə inama işarədir. Və müdriklər demişlər: «İsrail ayla hesablayır, dünyanın xalqları isə günəşlə». Yəni nə vaxt günəşin təzahürünü görüb, onun kölgədən çox olduğunu müşahidə ediriksə, kölgə artsın deyə daha möhkəm örtmək lazımdır.
Əgər insan buna layiq olmuş, lakin özü kölgə xüsusiyyətini artırmırsa, yuxarıdan ona mərhəmət göstərirlər və günəşi ondan örtürlər. Onda insan qəzəblənir, çünki ona elə gəlir ki, əksinə olmalıdır. İnsan öz ağlına görə, əgər onda çox günəş varsa, istəyir ki, ona daha da günəş əlavə edilsin. Lakin «Mənim fikirlərim sizin fikirləriniz deyil». Və ona daha çox kölgə əlavə edirlər.
Əgər insan kölgəni dəf edirsə, ona günəşdən də verirlər. Onda insan kölgəni artırmalıdır. Əgər artırmırsa, ona yuxarıdan kölgə əlavə edirlər, və beləcə — Allah eləməsin — təkrar olunur. Ta ki, əbədi vəhdətə (dvekut) layiq olsun.
Lakin kölgəni əldə etmək üçün böyük səylər göstərmək lazımdır və demək lazımdır ki, bu, müqəddəslik kölgəsidir; hər belə kölgə yuxarıdan gəlir, arxa tərəfdən (sitra axradan) deyil; ona bunu ona görə veriblər ki, inamını öz üzərinə götürməsi üçün yeri olsun; onda buna «inam kölgəsi» deyilir və bu, müqəddəslikdir. Və bu, «Yaradanın yolları düzdür, salehlər onlarla gedər, günahkarlar isə…» deməkdir.
Bu, həmçinin sxaxın (örtüyün) xırmanın və şərabçılığın tullantılarından hazırlanması məsələsidir. Müdriklər izah etmişlər ki, «goren» (xırman) — «ger anoxi» sözündən, «Mən yad adamam», «ekev» (şərabçılıq) isə «və Yaradanın Adını çağırdı» sözlərindən gəlir. Bunlar belə izah olunur: sxax məsələsi — ağlın üzərində olan inam xüsusiyyəti sayılan «inam kölgəsi»dir ki, ağla ziddir. Ağıl, xırman və şərabçılıq tullantıları vasitəsilə yönəldir.
Yəni ağıl tərəfindən, maddi şeylərdə gördüyümüz kimi, xırman və şərabçılıq tullantılarına yer vardır. İnsan da bunlardan kölgə düzəldir və onun altında oturur. Yəni bütün ən aşağı və yararsız şeylərdən özünə bir məkan düzəldir və tullantılar vasitəsilə sukka (şalaş) ehkamını yerinə yetirir.
Əsas odur ki, bu ehkamdan sevinc duysun, çünki ağlın üzərində olan inam «ehkamın sevinci» adlanır. Məlum olur ki, dünyada mövcud olan çətinliklər və suallar sukkada islah olunur; yəni onsuz sxax (örtük) xüsusiyyətini yaratmaq mümkün deyil.
Burada insan yaxşı qonaq olmalı və deməlidir: «Ev sahibi səylərinin hamısını mənim üçün edib». İnsan deməlidir ki, dünyada baş verən hər şey — yəni bəzilərinin əzab çəkməsi və şər alması — Allah eləməsin — mənim xeyir almağım üçündür, yəni inam xüsusiyyətini reallaşdırmaq üçün. Hətta əgər mən insanlarda şər görürəmsə, bu onun üçündür ki, səma səltənətinin boyunduruğunu qəbul etmək imkanım olsun.
Hətta, başqaları yalnız ona görə əzab çəksinlər ki, mənim almaq imkanım olsun. Həqiqətdə bunu demək çətindir, lakin insan məhz Yaradanı sevindirmək naminə işləyirsə, belə çıxır ki, özünə diqqət etmir — hər şey yalnız Yaradan üçündür. Onda əgər arada «insan» dayanmasa, «hamısı» deyə bilərik — çünki deyilən budur: «Ev sahibi səylərinin hamısını mənim üçün edib». Yəni inamda işi davam etdirə bilim deyə; və bunların hamısı yalnız Yaradan üçündür, özü üçün yox.
Çünki insan həzzlər barədə qayğı çəkəndə özünü aldatmaq çətindir və demək olmaz ki, guya bütün dünya yalnız onun üçün yaradılıb. Lakin insan Yaradanın xeyri üçün qayğı çəkəndə, buna inanmaq çətin deyil, çünki eqoizm hesaba alınmır.
Beləliklə, deyilənlərdən nəticə çıxır ki, sxax — kölgə adlanan şey — məhz xırmanın və şərabçılıq tullantılarından hazırlanır. Və buna görə də sukkada etdiyimiz duada deyirik: «Seldən və yağışdan pənah tapmaq», yəni inam insanı bütün zərərvericilərdən qoruyur. Çünki zərərvericilər — özgə düşüncələr və mühakimələr məsələsidir; inam isə məhz tullantılar üzərində qurulur və yalnız bu yolla o, seldən və yağışdan pənah tapır; başqa cür insan dünyanın axınına qapılar.
Yağış — torpağı dirildən şeydir; çünki cansız dərəcədə olan insanlar yalnız ağıl ilə qidalanır və yalnız ağıl onları dirildir. Ağlın yetişmədiyi yerdə onlar dura bilmirlər. Ağıl bu insanları cansız səviyyəsində saxlayır.
Bitki səviyyəsinə yüksəlmək istəyən kəs isə ağlı dayağa çevirməməlidir. Çünki bu yağış, həqiqət yoluyla getmək istəyənə təsir etmir. Əgər insan büdrəyib həmin ağıldan hansısa dəstək götürürsə, dərhal eniş alır və uçurumun dibinə düşür.
Cansız səviyyə fəaliyyət göstərə bilir və onda eniş yoxdur; buna görə həmişə işində söykənmək üçün ağıl xüsusiyyətini axtarır. «Ağıl» adlanan yağışda büdrəməmək üçün isə bir vasitə var — sxax, yuxarıda söylədiyimiz kimi; bu barədə deyirik: «Seldən və yağışdan pənah tapmaq»; bununla suallar həllini tapar, və arzu edək ki, «inam kölgəsinə» layiq olaq.
Bu məsələni daha da aydınlaşdırmaq üçün sizə atam və müəllimimin söylədiyi bir kəlamı gətirəcəyəm; bunu öyrənin və canlarınızı xilas edin; sözləri belədir: bədbəxtin bəraətinin sirrini şərh edək,hansı ki, bu, Zoar və Tiku-nimdə və müdriklər tərəfindən çox təriflənir; insanda bir orqan vardır ki, onunla işləmək olmaz, və hətta insanda onunla bir az işləmək istəyi ifadə olunsa belə, bu orqan Yaradan tərəfindən yaralı və vurulmuş qalacaq.
«Bədbəxt» o deməkdir ki, onun dünyadakı varlığı və dolanacaq haqqı -başqalarının onun naminə işləyib ona rəhm etmələri üçündür. Bunun mənası isə budur: «İsraildən bir canı xilas edən, sanki bütün dünyanı xilas etmişdir»; və o, başqalarının hesabına dolandığı üçün onda yalnız nefeş-ruhunun qidası vardır; və anla.
Hər halda Yaradan tərəfindən baxsaq ,sanki bütün bir dünya mövcuddur — hansı ki özlüyündə bütün dünyanın xeyir-duasıdır; yəni böyük və mühüm olanlar yalnız bu bədbəxtin ruhunun qüvvəsi ilə (başqa orqanların işi sayəsində) kamilləşir və anlayana kifayətdir.
Bu, deyilənin mənasıdır: (Bereşit 15:6) «Və O, onu kənara çıxardı və dedi: Göyə bax... Və o, Yaradan-a inam gətirdi və O, bunu ona salehlik saydı». İzah: O, onu kənara çıxardığı üçün, deməli bu orqanda işləməyə bir qədər istək olmuşdu və buna görə ona iş qadağan edilərək deyilmişdir: «Göyə bax». Bununla yanaşı, nəslin bərəkətinə söykəndi; bu isə bir daşıyıcıda iki ziddiyyət kimidir; çünki sənin bütün bərəkətli nəslin zorla bu orqana daxil olur; buna görə əgər işləmirsə, nəslini necə tapacaq?
Bu o deməkdir: «Və o, Yaradan-a inam gətirdi», yəni bu iki şeyi olduğu kimi qəbul etdi — işləmək üçün tam qadağanı və nəsil bərəkətinə vədi. Və bunları necə qəbul etdi. Və tamamlayır: «Və O, bunu ona salehlik saydı», yəni miskinə başqalarının işi hesabına ruzinin mərhəmətlə verilməsi kimi.
Müdriklərin iki kəlamının mənası budur: Yaradan ona salehlik sayacaq ki, işsiz mövcud olmağa borclu olsunlar. Bir də belə izah olunur ki, İbrahim Yaradanla saleh əməl edəcək. Hər ikisi canlı Yaradanının sözləridir; çünki islahdan əvvəl bu orqan göylərdədir və bəraət aşağıdakına yazılır; Son İslahda isə göylərdə deyil və onda bəraət Yuxarıya yazılır; yoxla, çünki bu, həqiqətdir — onun sözləri belədir.
Sizdən xahiş edirəm ki, hər biriniz atam və müəllimimin bu məqaləsinə izah yazasınız; çünki bu, möhtəşəm bir məqalədir.
İndi isə qış əməlini qaydaya salaq — bu, uzun gecələr işi dövrüdür. İndiyə qədər «sol xətt»dən danışdım; «sol itələyir» adlanır; bütün maneələri, özgə fikirləri və düşüncələrimizi dəf etmək üçün səy və böyük iş tələb olunur. Lakin «sağ xətt»lə də məşğul olmaq gərəkdir; müdriklər demişlər: «Tövratını daimi, işini isə müvəqqəti et». Tövrat — sağ xətdir, kamillikdir. İnsan kamil insan kimi, fədakarlıq xassələri ilə tutunmalıdır və Tövrat və ehkamların icrasını kamil insana yaraşdığı kimi mümkün qədər uyğunlaşdırmalıdır.
Lakin istəyini doldura bilməsə — yəni Tövratı öyrənməsində yaxşı əməllərini çoxaltmaq istəyir,lakin bacarmırsa — buna görə kədərlənməsin və sağ xətdə iş zamanı sevincli olsun. bacardığı qədər öz qismətinə sevinsin; və hətta gündə bir anlıq, ya iki gündə bir anlıq olsa belə, Padşaha xidmət etməyə ən kiçik imkanı verdiyi üçün Yaradanı tərifləsin və şükür etsin və bu, ona böyük sərvət olacaq.
Hətta bu, sadə bir əməl olsa belə — yəni həyat qüvvəsi olmadan — yenə də sevincli olmalıdır və Padşaha xidmət edə bildiyindən həyat qüvvəsi almalıdır. Beləliklə, tədris zamanı kamillikdə olmalıdır. Bu, «Tövrat», sağ xətt adlanır; deyildiyi kimi: «sağdan qanunun alovu» (Dvarim 33:2). Hər fürsətə görə Yaradanı tərifləsin.
Atam və müəllimimdən eşitdim ki, Yaradan-a yaxınlaşmağa görə verdiyimiz tərif və şükr ilə Onun müqəddəsliyinin nurunu aşağıya cəlb edirik. Lakin insan özünü lənətlənmiş sayırsa,müdriklərin dediyi kimi, bərəkətli lənətlənmişə qoşulmaz .
Buna görə Tövrat və əmrlərin icrası zamanı kamilliyə tutunmalısınız və bu vaxt özünüzdə heç bir qüsur tapmamalısınız; deyildiyi kimi: «Qüsuru olan yaxınlaşmasın». Bu, Tövrat — yəni kamillik adlanır.
Lakin təkcə Tövrat da yaxşı deyil; müdriklər demişlər: «Təkcə Tövratla məşğul olan elə bil ki, Rəbbi yoxdur», deyildiyi kimi: «İsrail çox günlər həqiqi Rəbbsız oldu» (Avoda Zara, 17).
Çünki «günlər» — kamillikdir, yəni Tövratdır. «Çoxları» — yəni yalnız Tövratla məşğul olanlar; «həqiqi Rəbbi» yoxdur; çünki «sol xətt»də — yuxarıda deyildiyi kimi — məhz bu iş insanı həqiqi yola gətirir. Bu, «Tövratı öyrənməni hansısa bir sənətlə birləşdirmək yaxşıdır… ki, birlikdə günahdan saxlasınlar» deməkdir; əgər «öyrənmə işlə birləşmirsə, uzun sürməz və günaha aparar».
Elə isə niyə təkcə Tövrat günaha aparır və uzun sürə bilməz — buna təəccüb etmə. Mənası budur: əgər həqiqət yolu ilə getmirlərsə, «layiq olmadılar — ölüm cövhərinə çevrilir» səviyyəsində qalırlar. «Əməl» isə — yuxarıda deyildiyi kimi — Səma səltənətidir; məhz bunda işin və səylərin mənası var. Buna görə müdriklər xəbərdar etmişlər ki, «hər ikisinin əldə olunması, günahı aradan qaldırır». Lakin yuxarıda deyildiyi kimi, «vay o kəsə ki, əməli azaldır və Tövratla məşğul olur, Tövratı daimi, əməli isə təsadüfi edir»; çünki günün böyük hissəsini insan məhz sağ xətdə getməlidir, günün bir az hissəsini isə ağıl və qəlbdə təmizlənmə işinə ayırmalıdır.
Məktubumu Onun Mübarək Adı ilə əbədi vəhdətə layiq olaq ümidi ilə tamamlayıram.
Barux Şalom — öz atası və müəllimi Baal Sulamın oğlu.