Dərs 4 Onluqda zaminlik
Dərsin məqaləsi: Rabaş. Bu gün siz hamınız qarşısında durmusunuz
Məqalə 19,1984.
4-cü dərsə hazırlıq məqsədilə mənbələrdən əlavə parçalar
Onluqda Zaminlik
- Baal Sulam. “Zaminlik”
Və məhz bundadır Zaminliyin mahiyyəti: bütün İsrail bir-biri üçün zamin oldu. Çünki Tövrat onlara verilməmişdi, ta ki İsraildən olan hər bir insandan soruşulmayınca – o, “Yaxınını özün kimi sev” sözlərinin ölçüsünə uyğun olaraq, yaxınını sevmək əmrini tam şəkildə öz üzərinə götürməyə razıdırmı.Başqa sözlə, İsraildən olan hər bir insan bütün xalqın hər bir üzvü üçün qayğı və işi öz üzərinə götürməlidir ki, hər birinin bütün ehtiyaclarını, insanın öz ehtiyaclarına qayğı göstərdiyi qədər təmin etsin.Və bütün xalq yekdilliklə “Edirik və eşidirik” dedikdən sonra, İsraildən olan hər bir insan digərlərinin heç nəyinin əksik olmamasına zamin oldu və yalnız bundan sonra Tövratı almağa layiq oldular – bundan əvvəl yox.
- Baal Sulam. “Zaminlik”
Bu ümumi Zaminlik sayəsində xalqın hər bir üzvü öz bədəninin ehtiyacları ilə bağlı bütün qayğılardan azad olur və “Yaxınını özün kimi sev” əmrini tam şəkildə yerinə yetirə bilir, yəni ehtiyacı olan hər kəsə malik olduğu hər şeyi verə bilir. Çünki artıq öz bədəninin mövcudluğundan qorxmur. O bilir və əmindir ki, ətrafında onu qorumağa hazır olan 600 min sevən və sadiq insan vardır.
- Baal Sulam. “Zaminlik”
Müdrik Zaminliyin mahiyyətini belə bir məsəllə izah edir: qayıqda gedən iki nəfər var idi. Onlardan biri oturduğu yerdə qayığı deşməyə başladı. Digəri ona dedi: “Niyə deşirsən?” O cavab verdi: “Sənə nə? Mən öz oturduğum yeri deşirəm, sənin altını yox!” O isə dedi: “Axmaq! Axı biz ikimiz də bu qayıqda batacağıq!”
- Baal Sulam. “Zaminlik”
Onlar həm əməl baxımından, həm də əməl etməmək baxımından bir-birləri üçün zamindirlər.Əməl baxımından – yəni əgər onlar Zaminliнi qoruyurlarsa, иelə ki, hər kəs yoldaşının bütün ehtiyaclarını təmin edir – nəticədə onlar Tövrat və əmrləri kamil şəkildə yerinə yetirə bilirlər, yəni Yaradanlarına həzz gətirirlər.Eləcə də əməl etməmək baxımından – yəni əgər xalqın bir hissəsi Zaminliyi yerinə yetirmək istəmir və eqoist sevgidə batmaq istəyirsə, onlar bütün xalqı da bu murdarlıq və alçaqlıq içində saxlayırlar və onlara bu çirkli vəziyyətdən çıxmaq üçün heç bir yol qoymurlar.
5. Qanunlar toplusu (Xoşen a-mişpat). Zaminlik qanunları
Məhz zaminlik vasitəsilə, hansı ki orada hamı bir bütöv hesab olunur, məhz onun vasitəsilə Tövratın yerinə yetirilməsində əsas şeyə nail olunur. Çünki məhəbbət və birlikdə əsas olan – bu, istəklə əlaqədardır, hər kəs öz yoldaşını məmnun etdikdə və aralarında istəkdə heç bir fərq olmadıqda, və hamı bir istəyə daxil olduqda, bunun vasitəsilə Yuxarının istəyinə daxil olurlar ki, bu da son birləşmədir.
6. Rabaş. Məktub 42
Deyilir: "Və xalq [dağın qarşısında] bir qəlbdə bir insan kimi yerləşdi", bu o deməkdir ki, hamının bir məqsədi var idi – Yaradanın xeyri naminə. [...]Və başa düşmək lazımdır ki, necə "bir qəlbdə bir insan kimi" olmaq olar, axı məlumdur ki, müdriklər demişlər: "Necə ki onların üzləri bir-birinə oxşamır, eləcə də fikirləri bir-birinə oxşamır" – və necə ola bilər "bir qəlbdə bir insan kimi"? Cavab: əgər deyirik ki, hər kəs öz ehtiyacı haqqında qayğı göstərir, deməli, "bir insan kimi" olmaq mümkün deyil, çünki "oxşamırlar onlar". Lakin əgər hamı öz şəxsi hakimiyyətini ləğv etdi və hamı yalnız Yaradanın xeyri haqqında qayğı göstərirsə – onda artıq onların şəxsi fikirləri mövcud deyil, çünki bütün şəxsi ləğv oldu və hamı Vahidin hakimiyyətinə daxil olur.
7. "Noam Elimelex". Qızılgül toplusu
İnsan həmişə öz yoldaşı üçün dua etməlidir, çünki özü üçün çox edə bilməz, belə ki, dustaq özünü həbsxanadan xilas edə bilməz. Amma yoldaşı üçün o, tez cavab alır. Və hər kəs yoldaşı üçün dua etməlidir. Və alınır ki, hər kəs digəri üçün işləyir, hamı cavab alana qədər. [...] Zaminlər 'arevim' bir-birləri üçün, bu isə "şirinlik" 'arivin' deməkdir, [...] çünki onlar bir-birlərinə öz duaları ilə şirinləşdirirlər, hər kəs yoldaşı üçün dua etdikdə bunun sayəsində cavab alırlar.
1. Baal Sulam. “Zaminlik”
Zaminliyin mahiyyəti də məhz bundadır: bütün İsrail bir-biri üçün Zamin oldu. Çünki Tövrat onlara yalnız o zaman verildi ki, İsraildən olan hər birindən soruşuldu – o, “Yaxınını özün kimi sev” sözlərinin ölçüsünə uyğun olaraq, yaxınını sevmək əmrini tam şəkildə öz üzərinə götürməyə razıdırmı.Başqa sözlə, İsraildən olan hər bir insan bütün xalqın hər bir üzvü üçün məsuliyyət və qayğı götürməlidir ki, onun bütün ehtiyaclarını öz ehtiyaclarına göstərdiyi qayğı qədər təmin etsin.Və bütün xalq yekdilliklə “Edəcəyik və eşidəcəyik” dedikdən sonra, İsraildən olan hər bir insan bütün xalqın heç nədən əskik olmamasına Zamin oldu. Yalnız bundan sonra onlar Tövratı almağa layiq oldular – daha əvvəl yox.
2. Baal Sulam. “Zaminlik”
Bu ümumi Zaminlik vasitəsilə xalqın hər bir üzvü öz bədəninin ehtiyacları ilə bağlı bütün qayğılardan azad olur və “Yaxınını özün kimi sev” əmrini tam şəkildə yerinə yetirə bilir, yəni ehtiyacı olan hər kəsə malik olduğu hər şeyi verə bilir. Çünki artıq öz bədəninin mövcudluğu üçün qorxmur. Axı o bilir və əmindir ki, ətrafında onu qorumağa hazır olan 600 min sevən və sadiq insan var.
3. Baal Sulam. “Zaminlik”
Müdrik Zaminliyin mahiyyətini belə bir məsəllə izah edir: qayıqda üzən iki nəfər var idi. Onlardan biri oturduğu yerdə qayığı deşməyə başladı. Yoldaşı ona dedi: “Niyə deşirsən?” O isə cavab verdi: “Sənə nə? Mən öz altımı deşirəm, sənin altını yox!” O zaman o dedi: “Axmaq! Axı biz ikimiz də bu qayıqda birlikdə batacağıq!”
4. Baal Sulam. “Zaminlik”
Onlar bir-biriləri üçün Zamindirlər – həm əməl baxımından, həm də əməl etməmək baxımından.Əməl baxımından – yəni əgər Zaminliyə riayət edirlərsə, elə ki, hər kəs dostunun bütün ehtiyaclarını qarşılayırsa – nəticədə onlar Tövrat və əmrləri kamil şəkildə yerinə yetirə bilirlər, yəni Yaradanlarına həzz gətirirlər.Və əməl etməmək baxımından – yəni əgər xalqın bir hissəsi Zaminliyə riayət etmək istəmir, eqoist sevgidə batmaq istəyirsə, onlar bütün xalqı da bu murdarlıq və alçaqlıqda saxlayır və onların bu çirkli vəziyyətdən çıxmasına imkan vermirlər.
5. Qanunlar toplusu (Xoşen a-Mişpat). Zaminlik qanunları
Məhz Zaminlik vasitəsilə – hamının özünü vahid bir bütöv kimi sayması yolu ilə – Tövratın yerinə yetirilməsində əsas məqsədə nail olunur. Çünki sevgi və birliyin əsas mahiyyəti istəklə bağlıdır: hər kəs dostunun istəyini doldurur və onların arasında istək baxımından heç bir fərq qalmır, hamısı bir istəyə daxil olur və bununla da Ali İstəyə daxil olurlar ki, bu da son birləşmədir.
6. Rabaş. Məktub 42
Deyilir: “Xalq dağın qarşısında bir insan kimi, bir ürəklə dayandı”, yəni hamının bir məqsədi var idi – Yaradanın xeyri üçün.Və anlamaq lazımdır: necə ola bilər ki, “bir insan, bir ürək” olsunlar? Axı müdriklər deyiblər: “Üzləri bir-birinə bənzəmədiyi kimi, fikirləri də bir-birinə bənzəməz.”Cavab budur: əgər hər kəs yalnız öz ehtiyacı ilə məşğuldursa, “bir insan” olmaq mümkün deyil. Amma əgər hamı öz hökmranlığını ləğv edib yalnız Yaradanın xeyrini düşünürsə – artıq şəxsi fikirlər qalmır, çünki hamısı vahid hökmranlığa daxil olur.
7. “Noam Elimelex”, “Gül dəstəsi”
İnsan həmişə dostu üçün dua etməlidir. Çünki insan özü üçün çox şey edə bilməz – axı dustaq özünü həbsdən azad edə bilməz. Amma dostu üçün dua edəndə cavab tez gəlir. Və hər kəs dostu üçün dua etməlidir. Beləliklə, hər biri digəri üçün çalışır və sonda hamısı cavab alır.“Zaminlər” – arevim – sözü həm də “şirinlik” (arevim) mənasını verir, çünki onlar bir-birinə duaları ilə şirinlik gətirirlər və bu sayədə cavab alırlar.
8. Rabaş. Məqalə 15 (1986) – “Çoxluğun duası”
Məsləhət budur ki, insan bütün cəmiyyət üçün dua etsin, yəni özündə çatışmayan hər şeyi bütün cəmiyyət üçün istəsin. O, özünü cəmiyyətdən ayrı saymamalıdır, guya ona başqalarından daha çox şey düşür. Əksinə, “öz xalqımın içində yaşayıram” deməlidir.Yəni o, bütün cəmiyyət üçün dua edir, çünki elə bir vəziyyətə gəlmək istəyir ki, artıq özü üçün heç nə istəməsin, yalnız Yaradanın məmnunluğu üçün yaşasın. O zaman onun üçün fərqi yoxdur – Yaradan bu məmnunluğu ondanmı alır, yoxsa başqasından.Yəni o, Yaradanından elə bir anlayış istəyir ki, buna “hər şey göylər naminə” deyilir – yəni insan özü də əmin olsun ki, özünü aldatmır və həqiqətən də Yaradana əta etmək istəyir, yoxsa içində gizli şəkildə şəxsi mənfəət axtarır.
9. Rabaş. Məqalə 4 (1984) – “İnsan yaxınına kömək etsin”
Hamıya aid olan bir şey var – bu da ruh halıdır. Necə deyilib: “İnsanın qəlbindəki qayğını başqasına söyləsin.” Çünki insanın ruh halının yüksəlməsinə nə var-dövlət, nə də ağıl kömək edir.Əksinə, insan dostuna kömək edə bilər, çünki o görür ki, yoldaşı aşağı vəziyyətdədir. Axı “insan özünü zindandan azad edə bilməz”, lakin yoldaşı ona ruh yüksəkliyi verə bilər.Yəni yoldaş onu düşdüyü vəziyyətdən çıxarıb həyat ruhuna qaldırır. O zaman insan yenidən güc və inam tapır və məqsədin ona yaxınlaşdığını hiss etməyə başlayır.Buradan çıxır ki, hər kəs dostuna necə kömək edə biləcəyini düşünməlidir ki, ona ruh yüksəkliyi versin. Çünki ruh halı məsələsində hər kəs yoldaşında doldura biləcəyi bir çatışmazlıq – xisaron – tapa bilər.
10. Ramxal. Druşey 24 Kişutey Kala (Gəlinin bəzəkləri)
"Sən tamamilə gözəlsən, mənim yoldaşım. Hər nəfəs Yaradanı tərənnüm edəcək". Amma kamilliyə nail olmaq üçün lazımdır ki, ona qalan neşamalar da qoşulsun, onların hamısı onda bir bütöv olacaq və Şxina böyük islahda nurlayacaq. Və onda deyilən həyata keçəcək: "Sən tamamilə gözəlsən, mənim yoldaşım", və heç bir qüsur qalmayacaq, belə ki, zaminlik qüvvəsi vasitəsilə insan digəri üçün islahlar edir və beləliklə hər şey islah olunur.