Dərs 1:«Onluq Yaradana qovuşma şərtidir»
Dərs məqaləsi: Rabaş. Məqalə №28, 1986. Ondan az icma yoxdur
https://kabbalah.academy/az/library/sources/articles/922/
Dərs 1-ə hazırlıq üçün əlavə ilkin mənbələrdən parçalar
- Rabaş. Məqalə 1, 2-ci hissə (1984) “Qrupun məqsədi – 2”
Cəmiyyət lazımdır ki, hamımız birlikdə böyük bir qüvvə olaq və birlikdə işləyə bilək ki,şər adlanan almaq istəyini ləğv edək, çünki o, insanın yaradıldığı məqsədə çatmağımıza imkan vermir.
Buna görə də cəmiyyət ayrı-ayrı insanlardan ibarət olmalıdır ki, onlar vahid bir fikrə sadiq qalsınlar: buna çatmaq lazımdır. Və onda bu ayrı-ayrı insanların hamısından özünlə mübarizə aparmağa imkan verən vahid böyük bir qüvvə yaranır, çünki hər kəs hamını özündə ehtiva edir. Belə çıxır ki, hər kəs məqsədə çatmaq istədiyi böyük arzuya söykənir.
Və birinin o birinə qarşılıqlı nüfuz etməsi üçün hər kəs digərinin qarşısında özünü ləğv etməlidir. Bu isə onun sayəsində olur ki, hər kəs öz yoldaşının çatışmazlıqlarını deyil, ləyaqətlərini görür. Lakin kim ki düşünür ki, o, yoldaşlardan bir az yuxarıdır, artıq onlarla birləşə bilmir.
- “Maor va-Şemeş”. Ekev fəsli
Məlumdur ki, on nəfərin içində Şxina vardır, çünki bu, bütöv bir pillədir, və bütöv bir pillənin başı (roş), və əlləri, və ayaqları, və dabanları var. Bu məlumdur. Belə çıxır ki, əgər hər kəs özünü qrupda “heç nə” hesab edərsə, özünü qrupa nisbətən daban hesab edər, halbuki onlar baş və bədən, və ali orqanlardır. Və hər kəs özünü belə hesab edəndə, onlar elə hərəkət edirlər ki, O, onlara ali bolluğun və dünyadakı bütün nemətin qapılarını açsın. Və kim ki,özünü hamıdan çox “heç nə” vəziyyətinə gətirə bilir – bütün nemət məhz onun vasitəsilə cəlb olunur.
- Rabaş. Məqalə 30 (1988) “Yoldaşların yığıncağından nə tələb etmək lazımdır”
Yoldaşlar əsasən bir-birləri ilə Yaradanın böyüklüyü haqqında danışmalıdırlar. Çünki insanın özünə təsəvvür etdiyi Yaradanın böyüklüyünün ölçüsünə uyğun olaraq, o, elə həmin ölçüdə təbii şəkildə Yaradan qarşısında özünü ləğv edir. [...]
Belə çıxır ki, yoldaşlar Yaradanın böyüklüyü haqqında danışanda, onlarda Yaradan qarşısında özünü ləğv etmək arzusu oyanır, çünki onlar Yaradanla birləşməyə canatmağı və güclü arzunu hiss etməyə başlayırlar. Və yadda saxlamaq lazımdır ki, yoldaşlar Yaradanın əhəmiyyətini və böyüklüyünü nə dərəcədə qiymətləndirə bilirlərsə, onlar həmişə biliyin üzərində inamla getməlidirlər.
Yəni Yaradan insanın öz ağlında təsəvvür edə biləcəyindən daha ucadır və demək lazımdır ki, biz biliyin üzərində inamla inanmalıyıq ki, O, dünyanı yaxşı idarəçiliklə idarə edir. Əgər insan inanırsa ki, Yaradan insanlara yalnız xeyir arzulayır, o, Yaradanı sevməyə başlayır, ta ki, “Yaradanını bütün qəlbinlə və bütün canınla sev” vəziyyətinə çatana qədər. Və bunu insan öz yoldaşlarından almalıdır.
- Rabaş. 251. “Minyan barədə”
Müdriklərimiz dedilər: «Siz insan adlanırsınız, dünya xalqları isə yox», – çünki onların bütün niyyəti yalnız özü üçün almaqdadır.
Və bu, sözlərin mənasıdır: «Yaradan yığıncaq evinə gəlir və orada on nəfə rbelə tapmır», – yəni orada “on” xassəsi üçün, yəni Şxina üçün dua edən kimsə olsun deyə, Şxina öz sürgünündən qalxsın, çünki vermək istəyi ilə məşğul olmaqla Şxinanı tozdan qaldırırıq. Lakin hər kəs öz şəxsi ehtiyaclarından nigaran olduqda, «Yaradan qəzəblənir».
Və o [yəni ravvin Yoxanan] ayədən dəlil gətirir, orada deyilir: «Niyə gəldim Mən – və bir nəfər də insan yox idi?», – yəni “insan” xassəsinə aid ehtiyacların qeydinə qalan kimsə olardı, halbuki [hər kəs] yalnız heyvana aid ehtiyacların doldurulmasından nigaran olur. Bunun əvəzinə insan daim özünə hesabat verməlidir: o, vaxtını kim üçün sərf edir və kim naminə zəhmət çəkir – axı o, ümumi ehtiyacdan başqa heç nə barədə nigaran olmamalıdır.
- Rabaş. Məqalə 28 (1986) “On nəfərdən az yığıncaq yoxdur”
Müdriklər dedilər: «Hər on nəfərdə Şxina mövcuddur». Məlumdur ki, Malxut «onuncu» adlanır. Həmçinin məlumdur ki, alan qab da Malxutun adı ilə — ali bolluğu alan onuncu sfira adı ilə adlanır. O, «almaq istəyi» adlanır və bütün yaradılanlar yalnız ondan yaranır. Buna görə on nəfərdən az yığıncaq yoxdur: çünki bütün maddi budaqlar ali köklərdən yarandığına görə, «onda sfirot olmayan nur yoxdur» prinsipinə əsasən, maddi aləmdə yığıncaq, əgər onda on nəfər yoxdursa, ruhani pillələr nümunəsində, vacib bir şey sayılmır.
- Rabaş. Məqalə 21 (1986) “«Biliyin üzərində» barədə”
Yoldaşlarla birləşmə sayəsində yeni xüsusiyyətlərə nail olmaq olar; həmin xüsusiyyətlər sayəsində onlar Yaradanla birləşməyə çata biləcəklər. Və bütün bunları o zaman demək olar ki, o, yoldaşların üstünlüklərini görür. Onda demək olar ki, o, onların əməllərindən öyrənəcək, lakin o, özünün onlardan daha qabiliyyətli olduğunu gördükdə, bu vəziyyətdə o, artıq yoldaşlardan heç nə ala bilməyəcək.
Buna görə də [müdriklər] dedilər ki, şər başlanğıc gəlib insana yoldaşların alçaqlığını göstərdikdə, o, biliyin üzərində getməlidir. Lakin şübhə yoxdur ki, daha yaxşı və daha uğurlu olardı, əgər o, biliyin daxilində yoldaşların ondan daha yüksək pillədə durduğunu görə bilsəydi. Və bu cür başa düşmək olar ravvin Elimelexin bizim üçün tərtib etdiyi duanı. Orada deyilir: «Qəlbimizə qabiliyyət ver ki, hər kəs yoldaşların üstünlüklərini görsün, onların çatışmazlıqlarını yox».
- “Maor va-Şemeş”. VaYexi fəsli
Yığıncaqda əsas odur ki, hamı birlikdə olsun və yalnız bir şeyi istəsin — Yaradanı tapmağı, çünki hər on nəfərdə Şxina mövcuddur. Və əlbəttə, əgər on nəfərdən çoxdursa, deməli, Şxinanın daha böyük aşkarlanması var. Qoy hər kəs yoldaşı ilə birləşsin və onun yanına gəlsin ki, ondan Yaradanın işi barədə və Yaradanı necə tapmaq barədə nəsə eşitsin və yoldaşın qarşısında özünü ləğv etsin, yoldaş da onun qarşısında özünü ləğv etsin və hamı da belə etsin. Və hər necə olsa da, yığıncaq bu niyyətlə keçirildikdə, necə ki, buzovun yemək istəməsindən də çox, inək onu yedirtmək istəyir. Hər halda, Yaradan Özünü onlara yaxınlaşdırır və onlarla birlikdə olur və böyük mərhəmət -hamıya aydın olan xeyirxah mərhəmət İsrael yığıncağına enir.
- Rabaş. Məktub 40
Ürəklərin sürtünməsi sayəsində, hətta bu qəhrəmanların ürəkləri olsaydı belə, hər kəs öz ürəyinin divarlarından istilik saçır və istilik sevgi qığılcımları yaradır, ta ki, onlardan sevgi libası əmələ gəlsin və onda onların hər ikisi bir örtüklə örtülür, yəni bir sevgi onların hər ikisini bürüyəcək və örtəcək, çünki məlumdur ki, birləşmə iki obyekti birində birləşdirir.
Və yoldaşın sevgisini hiss etməyə başlayan kimi, onda dərhal sevinc və həzz oyanır. [...] Çünki yoldaşın onu sevməsi — onun üçün yeni bir şeydir, çünki o, həmişə düşünürdü ki, yalnız o özü öz sağlamlığı və xeyri üçün qayğı göstərirdi. Lakin o an ki, o, yoldaşın onunla maraqlandığını aşkar edir, bu, onda təsvirolunmaz bir sevinc oyadır və o, artıq təkcə özü haqqında qayğı göstərə bilmir.
- Deqel maxane Efrayim (Efrayim Düşərgəsinin Bayrağı). Veetxanan fəsli
Deyilib: «Yaradan Təkdir və İsrael də təkdir» və buna görə də onlar Yaradanla birləşiblər, çünki Təkin tək olanla birləşməsi xoşdur. Və bu nə vaxt baş verəcək? İsrael tam birlikdə, bütöv bir vahid və bir-birinə birləşmiş olduqda, onda bir hesab olunacaqlar və onların arasında Yaradan olacaq və O — Təkdir. Lakin onların ürəyi bölündükdə və onlar bir-birindən ayrıldıqda,Tək olanla birləşmədə olmaları mümkün deyil, və orada Yaradanın mövcudluğu yoxdur. Onda yad allahlar üçün yer var. Və bu barədə «və siz birləşmisiniz» ifadəsi deyir, yəni siz bir-birinizlə birləşdikdə, onda «hamınız diri olacaqsınız». Və onlar birlikdə olduqda, Təkin tək ilə birləşməsi xoşdur, və onların arasında Yaradan — Tək olan qalır.
- Baal Sulam. “Zoar kitabının tamamlanmasına məqalə”
Yaradan Özü barədə düşünmədiyi kimi, yəni O varmı, Öz varlıqlarını idarə edirmi və buna bənzər şübhələr — eləcə də forma üzrə bənzəmək istəyən də bu şeylər haqqında düşünməməlidir, çünki ona aydındır ki, Yaradan bunlar barədə düşünmür, çünki bundan daha böyük forma fərqi yoxdur.
Və buna görə, kim bu şeylər barədə düşünürsə, əlbəttə, Yaradandan ayrıdır və heç vaxt forma bənzərliyinə gəlməyəcək. Və buna görə də müdriklərimiz dedilər: «Bütün işlərin göylər naminə olsun», başqa sözlə, Göylərlə qovuşma məqsədinə aparmayan heç nə etmə. Yəni bütün hərəkətlərin yalnız vermək və yaxınına kömək etmək üçün olsun. Və onda sən Göylərlə forma üzrə bənzərliyə gələcəksən: necə ki, Yaradanda bütün hərəkətlər Onun yalnız vermək və Öz yaxınına kömək etmək üçündür, eləcə də səndə bütün hərəkətlərin yalnız vermək və yaxınına kömək etmək üçün olacaq ki, bu da tam qovuşmadır.