<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->
Kabala Kitabxanası Ana Səhifə / Bney Barux / Dərs 3.Həqiqətən bizim birliyimizə nə mane olur


 

Dərs 3: Həqiqətən bizim birliyimizə nə mane olur

Dərsin məqaləsi: Rabaş. Həmişə insan evinin dirəklərini satmalıdır. Məqalə 9, 1984


Dərs 3-ə hazırlıq üçün ilkin mənmələrdən seçilmiş əlavə parçalar

1. Baal Sulam. Şamati. 172. "Maneələr və əngəllər haqqında"

Gözlərimiz qarşısında görünən və aşkarlanan bütün maneələr və əngəllər yaxınlaşma xüsusiyyətindən başqa bir şey deyil, Yaradan bizi yaxınlaşdırmaq istəyir. Və bütün bu əngəllər bizə yalnız yaxınlaşma gətirir. Çünki bu olmasaydı, Ona yaxınlaşmaq üçün heç bir imkan olmazdı. Çünki təbiət tərəfindən maddədən yaradılmış bizimlə,alidən  ali olan Yaradan arasından bundan böyük uzaqlıq yoxdur. Və yalnız insan yaxınlaşmağa başlayanda aramızdakı məsafəni hiss etməyə başlayır. Və dəf etdiyi hər əngəl onun üçün yolu yaxınlaşdırır.

(Yəni o uzaqlıq xətti ilə getməyə öyrəşir. Ona görə də hər dəfə nə qədər uzaq olduğunu hiss etsə, bu onda prosesdə heç bir dəyişikliyə səbəb olmur. Yəni o əvvəlcədən bilirdi ki, uzaqlıq xətti ilə gedir. Çünki həqiqət ondadır ki, bizimlə Yaradan arasındakı məsafəni aydınlaşdırmaq üçün kifayət qədər söz yoxdur. Ona görə hər dəfə düşündüyündən daha böyük ölçüdə uzaqlıq hiss etdikdə, bu onda heç bir mübahisəyə səbəb olmur).


2. Ravvin Naxmanın antologiyası. Son nəşr, məqalə 48

 

İnsan ruhani işə başlayanda adətən ona uzaqlıq hiss etdirirlər və ona elə gəlir ki, guya onu yuxarıdan itələyirlər və ona Yaradanın işinə başlamağa icazə vermirlər. Amma əslində bütün uzaqlıq yalnız yaxınlaşmadır. Və çox böyük möhkəmlənmə lazımdır ki, ruhani iş üçün böyük səylər göstərdiyi çoxlu günlər və illər keçdiyini, amma hələ də ondan çox uzaq olduğunu və hətta hələ müqəddəslik qapılarına girməyə belə başlamadığını görərək ruhdan düşməsin... Və ona elə gəlir ki, guya Yaradan ümumiyyətlə onu görmür və onun işini heç istəmir. Çünki o görür ki, hər dəfə qışqırır, xahiş edir və Yaradandan ona işdə kömək etməsini yalvarır və buna baxmayaraq hələlik ondan çox uzaqdır. Və ona görə də ona elə gəlir ki, Yaradan ümumiyyətlə ona baxmır və diqqət yetirmir, çünki Yaradan onu istəmir. Deməli, böyük dözümlülük lazımdır ki, özünü lazımınca möhkəmlətsin və bütün bunlara əhəmiyyət verməsin, çünki əslində bütün uzaqlıq yalnız yaxınlaşmadır. Və salehlərin hamısı bütün bunlardan keçmişlər.


3. Baal Sulam. Şamati. 15. "İşdə 'başqa allahlar' nədir"

Bədənin müqaviməti insanın qarşısına kənar fikirlər şəklində çıxır. Və o gəlib "Kim?" və "Nə?" suallarını verir. Və bu suallar barədə insan deyir ki, şübhəsiz ki, bütün bu sualları ona işdə mane olmaq üçün Sitra Axra göndərir .Və o dedi ki, onda - əgər insan onların Sitra Axradan gəldiyini deyirsə, insan "Mənim simam qarşısında başqa allahlar düzəltməyin" deyiləni pozur.Bunun səbəbi ondadır ki, insan inanmalıdır ki, bu ona müqəddəs Şxinadan gəlir. Çünki "Ondan başqa heç kim yoxdur". Amma müqəddəs Şxina insana onun həqiqi vəziyyətini göstərir - Yaradanın yolları ilə necə getdiyini. Başqa sözlə, ona kənar fikirlər adlanan bu sualları göndərməklə bu kənar fikirlər vasitəsilə baxır ki, o bu suallara necə cavab verir. Və bütün bunlar ona görədir ki, insan nə etməli olduğunu bilmək üçün işdə öz həqiqi vəziyyətini bilməlidir.


4. Rabaş. Məqalə 29 (1986) "Lişma və lo-lişma"

Ruhaniyyətdən uzaq olduğunu görəndə insan düşünür: "Əslində məndən nə istəyirlər? Mənə nə tapşırılıb? Hansı məqsədə çatmalıyam?" Görür ki, işə heç gücü yoxdur və özünü "göylə yer arasında asılmış" tapır. Və yalnız Yaradanın ona kömək edə biləcəyi ilə möhkəmlənə bilir,  cünki özünü tam itmiş hesab edir.Bu barədə deyilir: "Yaradana ümid bağlayanlar güclərini yeniləyərlər". "Yaradana ümid bağlayanlar" - hər dəfə yeni güclər toplamaqda onlara kömək edə bilən dünyada başqa heç kimin olmadığını görən insanlardır.

Deməli, bu eniş özü məhz yüksəlişdir. Başqa sözlə,bunu yaşadıqda bu onlara daha yuxarı pilləyə qalxmağa imkan verir. Çünki kli olmadan nur yoxdur.


5. Baal Sulam. Şamati. 11. "Ondan Başqa Heç Kim yoxdur"

İnsan özünə təsəvvür etməlidir: necə ki, insanda kiçik bir orqan ağrıyırsa, ağrı hər halda əsasən beyində və ürəkdə hiss olunur, çünki ürək və beyin insanın mərkəzidir. Və şübhəsiz ki, xüsusi orqanın hissini bütün insanın mərkəzi ilə müqayisə etmək mümkün deyil, ağrı əsasən orada hiss olunur.Eynilə insanın Yaradandan uzaq olduğuna görə hiss etdiyi ağrı ilə də belədir. Və insan müqəddəs Şxinanın yalnız xüsusi orqanı olduğuna görə, çünki müqəddəs Şxina İsrael ruhunun ümumiliyi olduğuna görə, xüsusi ağrının hissini ümumi ağrının hissi ilə müqayisə etmək olmaz. Başqa sözlə, Şxinanın əzabı onun orqanlarının ondan uzaqlaşması və onları qidalandıra bilməməsi ilə bağlıdır.

(Və demək lazımdır ki, müdriklərin sözü var: "İnsan əzab çəkəndə Şxina nə deyir? Başımda ağırlıq var".) Və uzaqlıqdan əzabı özünə aid etməməklə müqəddəslikdən ayrılma vəziyyəti olan özü üçün almaq istəyinin şəbəkəsinə düşməkdən xilas olur.


6. Baal Sulam. Məktub 4

Sənin heç nədə əskikliyin yoxdur.Yalnız "Yaradanın xeyir-dua verdiyi tarlaya" çıxmaq, sənin ruhundan ayrılmış bütün hissələri toplamaq və onları bir bədəndə birləşdirmək. Və bu kamil bədənə Yaradan öz Şxinasını əbədi olaraq heç bir fasilə olmadan yerləşdirəcək. Və böyük hikmət 'tvuna' bulağı və ali nur çayları tükənməyən mənbə kimi olacaq.


7. Hamı üçün Zoar. Fəsil Tetsave. Məqalə "Sənin gördüyün səhrada", b. 86

Zülmətdən çıxan nurdan başqası yoxdur. Çünki o tərəf boyun əyəndə Yaradan yuxarı qalxır və Onun izzəti artır və Yaradana xidmət yalnız zülmətdən ola bilər və xeyir yalnız şərdən ola bilər. Və insan pis yola girəndə və onu tərk edəndə o zaman  Yaradan Öz izzətində ucalır. Və ona görə də hər şeyin kamilliyınin sonra xeyrə çevrilməsi üçün xeyir və şər birlikdədir. Şərdən baş verməyən xeyir yoxdur; və bu xeyirdə Yaradanın izzəti ucalır. Bu kamil xidmətdir.


8. Baal Sulam. "On Sfirotun tədrisinə ön söz  (TES), b. 133

Və yalnız onların arasından qəhrəman olanlar, səbir ölçüsü davam gətirənlər, o keşikçiləri məğlub etdilər və girişi açaraq dərhal padşahın üzünü görməyə layiq oldular. Padşah da hər birini özünə uyğun vəzifəyə təyin etdi. Və əlbəttə ki, bundan sonra artıq onların, onları yayındıran və azdıran, gəliş-gedişləri zamanı bir neçə gün və ya illərlə həyatlarını acı edən həmin keşikçilərlə heç bir işi qalmadı. Çünki onlar artıq padşahın sarayının içində, onun simasının nurunun möhtəşəmliyi qarşısında işləməyə və xidmət etməyə layiq oldular.


9. Rabaş. Məqalə 9 (1984) "Həmişə insan öz evinin dirəklərini satmalıdır"

İnanmalıyıq ki, Yaradanın bizə verdiyi hər şey bizim xeyrimizədir. Baxmayaraq ki, nə bəla gəlirsə gəlsin , Yaradanın bizdən bu bəlaları götürməsi üçün dua etməliyik. Amma bilməliyik ki, dua ayrıdır, duaya cavab isə ayrı. Başqa sözlə, əgər etməli olduğumuzu etmişiksə, onda Yaradan bizim üçün yaxşı olanı edir, yuxarıda gətirilən məsəldə olduğu kimi. Və bu barədə deyilir: "Yaradan Öz fikrinə görə xeyr olanı edəcək".


10. Rabaş. 337. "Xoşbəxtdir insan"

"Xoşbəxt o insandır ki, Sən ona əzab verirsən, ey Yaradan". Və soruşmaq olar: axı yaradılışın məqsədi "Öz yaratdıqlarını həzzləndirməkdir", belə olduqda bu məqsədə zidd deyilmi? Və izah etmək olar ki, məlum olduğu kimi, hər budaq öz kökünə bənzəməyi arzulayır, "Zoar kitabına ön söz"də deyildiyi kimi, bütün insanlar rahatlığı sevirlər. Lakin bu əlində dəyənək tutan və hamını döyərək işləməyə məcbur edən insana bənzəyir. Ona görə də hər insan rahatlıqdan imtina etməyə borcludur ki, dəyənəklə döyülməkdən yaranan əzablardan xilas olsun.

Dəyənək isə insanın nəyinsə çatışmadığını hiss etdiyi əzablardır. Ona görə də insanda yeməyə bir şeyi olmadığı çatışmazlıq vəziyyətində aclıq əzabını sakitləşdirmək üçün və s. səy göstərməyə borcludur. Və əgər daha çox nə isə çatışmırsa, arzuladığına çatana qədər mütləq daha böyük səy göstərməlidir.

Ona görə də Yaradan ona heç bir ruhaniliyi olmayan əzablar verdikdə, bu əzablar insanı əskikliyini hiss etdiyi ruhaniyyətə mütləq nail olana qədər daha böyük səylər göstərməyə məcbur edir.