Dərs 2: Siz məni yaratdınız
Dərs məqaləsi: Rabaş. Məqalə №25, 1985.
Hər şeydə nuru və kli-ni ayırd etmək lazımdır
Dərs 2-yə hazırlıq üçün ilkin mənbələrdən əlavə parçalar
Siz məni yaratdınız
- Rabaş. Məktub 76
«Qanunlarıma artıq riayət edəcəksiniz və əmrlərimi qoruyacaqsınız, və onları edin». Və Zoar kitabı soruşur: «Artıq “ riayət edəcəksiniz” və “qoruyacaqsınız” dedikdən sonra, nə üçün bir daha “və onları edin”?» deyir. Və cavab verir: məsələ ondadır ki, Tövratın əmrlərini yerinə yetirən və Onun yolları ilə gedən, sanki Onu yuxarıda yaradır. Yaradan dedi: «Sanki Məni yaratdı». «Və onları edin» sözlərinin mənası budur– «sanki siz Məni yaratdınız»
.
- Rabaş. 588. "Ali malxut aşağı keter olur"
Zoar kitabında izah olunur: ««Və onları edin» “onları” 'otam' kimi deyil, “siz” 'atem' kimi oxunmalıdır, sanki siz onları etdiniz», və Sulam şərhində izah olunur: Yaradanın onları doldurması üçün ehtiyac sayəsində, aşağılar yuxarıdan xeyir almaları vasitəsilə Verəni dərk edirlər. Halbuki, əgər alan Verəndən heç nə almırsa, o, haradan bilə bilər ki, Verən var? Və bu: «Sənin əməllərindən Səni tanıyırıq» adlanır.
- Rabaş. Məqalə 30 (1990) "Ruhani işdə qanun və ədalətin Yaradanın adı olması nə deməkdir."
Deyilib: «Lakin Tövratın əmrlərini yerinə yetirən və Onun yolları ilə gedən, sanki Onu yuxarıda yaratdı». Yaradan dedi: «Sanki Məni yaratdı». Və onlar Onu bərqərar etdilər. Buna görə «və onları edəcəksiniz» qanun və bərqərar etmədir və bu Zeir Anpin və malxutdur. Yəni, yuxarıda deyildiyi kimi, Tövratın əmrlərini yerinə yetirdiyinə və Onun yolları ilə getdiyinə görə, insan öz ruhunun kökündə, yəni Ali malxutda, onu bəxş etmək üçün Zeyr Anpinə bənzər etsin deyə, bu «birləşmə» adlanır. Deməli, «və onları edəcəksiniz» mənası – Zeir Anpin və malxutun, «qanun və bərqərar etmə» adlananların bu birləşməsini həyata keçirmək nəzərdə tutulur. Və bu həm də «Yaradanın və Onun Şxinasının birləşməsi» adlanır. Və bu, yaradılmışların yerinə yetirməyə borclu olduğu həmin əməldir.
Deməli, bunun mənası odur ki, bu iki addır, yaradılmışlar bu birləşməni etməlidirlər ki, onlar bir olsunlar. Və bütün yaradılmışlar öz kamilliyinə gəldikdə, yəni hər kəs öz ruhunun kökünü islah etdikdə, onda «o gün Yaradan və Onun adı bir olacaq» yerinə yetəcək. Və bu, «və onları edəcəksiniz» deyilən həmin əməldir.
- Rabaş. Məktub 76
Əsas, Tövratı öyrənməyə və əmrləri yerinə yetirməyə nə üçün ehtiyac var – Onun simasının nurunun aşkarlanmasını aşağı çəkmək üçün. Və bu, «Onun nuru mənbəyə qaytarır» kimidir, hansı ki, seçim vasitəsilə və lişma ilə məşğul olanda aşkarlanır. Və onda ravvin Meirin dediyi yerinə yetir: «Tövratı lişma-da öyrənənə Tövratın sirlərini açırlar» və s. Bu o deməkdir ki, Yaradanın Padşahlığı aşağılarda aşkarlanır. Və bu, deyilənin mahiyyətidir: «və onları edəcəksiniz – sanki siz Məni yaradırsınız»
.
- Rabaş. Məqalə 47 (1991) "Ruhani işdə sağ və solun bir-birinə zidd olması nə deməkdir."
Deyilib: «Və onları edəcəksiniz», çünki əməllə başlayırlar və əməllə bitirirlər. Lakin onların arasında fərq var. Yəni, o, əta edən kliyə layiq olmamışdan əvvəl, yaxud o,əta edən kliyə layiq olduqdan sonra. Bu o deməkdir ki, əməllər sayəsində o, kelimə layiq olur, sonra isə, əməllər sayəsində o, nura layiq olur. Və bu: «Ta ki, etdiyiniz hər şeyi dərk edəsiniz» adlanır. Yəni sonra o, «Məni dərk edəcək və tanıyacaq» xüsusiyyətinə layiq olur.
- Rabaş. 940. "Qəlbdəki nöqtə"
Məbəd dağıdılarkən deyilib: «Və Mənə Məbəd düzəltsinlər və Mən onların içində məskən salacağam». Qəlbdəki nöqtə nəzərdə tutulur, yəni Məbədin yeri olmalıdır ki, Yaradanın nuru onun içində məskən salsın, necə лш deyilib: «Və Mən onların içində məskən salacağam». Buna görə də insan öz müqəddəslik binasını qurmağa çalışmalıdır.
Və bu bina, «Verəndən alana ötürülən xeyir» adlanan ali xeyirin ona daxil olması üçün yararlı olmalıdır. Lakin məlum olduğu kimi, qaydaya görə Verənlə alan arasında forma bənzərliyi olmalıdır, yəni alan da Verən kimi, bəxş etmək niyyətində olmalıdır.
Və bu əməl halı adlanır, necə ki deyilib: «Və Mənə Məbəd düzəltsinlər», burada əməl kliyə həvalə olunur, nura yox. Çünki nur Yaradana aiddir və yalnız əməl yaradılmışlara aiddir.
- Rabaş. 557. "Əks olunan nur barədə"
Ali nurlar insan üçün artıq hazırdır, və bu «buzov [süd] əmmək istədiyindən daha çox, inək onu yedirtmək istəyir» adlanır və bizə yalnız kli lazımdır. Kli isə ixtisardan sonra «ekran və əks olunan nur» adlanır. Və o, ali ilə aşağı arasında bağlayıcı [həlqə]dir, yəni onun vasitəsilə aşağı ali ilə bağlanır.
Eyni zamanda, bu bağlayıcı [həlqə] olmayanda, aşağı ali olanı görə bilmir, və hesab olunur ki, ali aşağıya münasibətdə, sanki ümumiyyətlə reallıqda mövcud deyil. Buna görə insan göylər naminə işləməyə başladığı ölçüdə, o ali nurla əlaqə alır və bu əlaqənin ölçüsü onun dərk etməsinin ölçüsünü müəyyən edir.
- Rabaş. Məqalə 26 (1986) "Yaxın yol və uzaq yol"
Atam və müəllimim Baal Sulam dedi ki, Yaradanın aşkar olduğu yer Şxina (məskən) adlanır, Yaradan isə onda – Məskən Salan (Şoxen) olur. Lakin O, yalnız Onu dərk edən olan yerdə belə adlanır. Bu halda, Baal Sulam dedi, Şoxen və Şxina – iki şey deyil, bir şeydir. Başqa sözlə, Şoxen – kli olmadan nurdur, Şxina isə – Yaradanın aşkar olduğu yerdir. Beləliklə, Yaradanın aşkar olduğu yerdə nə var? Yalnız O var, və başqa heç nə. Lakin, deyildiyi kimi, nur və kli anlayışları var – başqa sözlə, nuru dərk edən kli var.
Deməli, Yaradanın Öz adını orada bərqərar etmək üçün seçdiyi bu yer nədir? Kabala elminə görə, biz öz alan kelimimizi islah etməliyik ki, Yaradanı sevindirək. Burada mahiyyət – forma bənzərliyindədir, hansı ki, bu yerdə Yaradanın adı aşkar olunur.
- Rabaş. Məktub 76
Məlumdur ki, «Yer Onun şöhrəti ilə doludur». Və hər bir insan belə inanmalıdır, necə deyilib: «Göyü və yeri Mən doldururam». Lakin Yaradan bunu görməsinlər deyə gizlətmə edir, ona görə ki seçim olsun, və onda inama yer var – inanmaq ki, Yaradan «bütün aləmləri doldurur və bütün aləmləri idarə edir». Və insan Tövrat və əmrlərlə məşğul olduqdan və seçim əmrini yerinə yetirdikdən sonra, Yaradan Özünü insana aşkar edir, və onda o görür ki, Yaradan aləmə hakimdir.
Alınır ki, onda insan Padşahı edir ki, onun üzərində hökmranlıq etsin. Bu o deməkdir ki, insan Yaradanı hiss edir, O bütün aləmə hökm edir. Və onda bu, insanın Yaradanı öz üzərində Padşah qoyması adlanır. Çünki bütün vaxt, insan belə bir hissə gəlməyənə qədər, alınır ki, Yaradanın səltənəti gizlənmədədir. Və biz bunun haqqında deyirik: «O gün Yaradan tək olacaq və Onun adı vahid olacaq», yəni Onun səltənətinin şöhrəti bizim üzərimizdə aşkar olacaq.
- Baal Sulam. Şamati. 57. "Onu Öz istəyinə yaxınlaşdıracaq"
Biz yuxarıda aşağıya vermək istəyini oyatmalıyıq. Çünki bizdə istək olmağı hələ kifayət deyil, Verən tərəfdən də xeyirli istək olmalıdır.
Və hərçənd yuxarıda ümumən Öz yaratdıqlarını sevindirmək istəyi var, bununla belə, O bizim istəyimizi gözləyir ki, o, Onun istəyini oyatsın. Yəni, əgər biz Onun istəyini oyatmağa qadir deyilsək, bu, alan tərəfdən istəyin hələ tam olmadığının əlamətidir.