<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Dərs 5: Onluqdan dua  
Dərsin məqaləsi: Rabaş. Məqalə 15, 1986. Çoxluğun duası > >

 


1. Rabaş. Məqalə 17, hissə 2 (1984) “Qrup yığıncağının qaydası”

Hər şeydən əvvəl, yığışdıqları zaman, yoldaşları tərifləmək, [ucaltmaq] lazımdır, yəni hər bir yoldaşın əhəmiyyətini yüksəltmək. Və insan qrupun ucalığını hansı ölçüdə qiymətləndirirsə, onu da həmin ölçüdə hörmət edə bilər. Bundan sonra isə dua etməlidir. Yəni hər kəs özünü yoxlamalıdır ki, qrup naminə nə qədər səy göstərir. Və onlar gördükdə ki, qrup naminə hər hansı bir şeyi etməyə belə gücləri yoxdur, burada dua üçün yer yaranır ki, Yaradan ona kömək etsin və ona yaxınını sevməklə məşğul olmaq üçün güc və istək versin.


2. Breslavlı ravvin Naxman. “Qanunlar toplusu”

Dua evi yığıncaq evi adlanır, çünki orada dua edildikdə, bütün ruhlar dua vasitəsilə bir yerə toplanır. Çünki dua – ruhun (nefeş) xüsusiyyətidir. Buna görə də əsas dua yığıncaq evində və cəmiyyətdədir. Çünki ruhun yüksəlişi və onun kamilliyi əsasən bütün ruhların bir-birinə daxil olub vahid bir bütöv halına gəlməsi ilə baş verir. Çünki o zaman onlar müqəddəsliyə yüksəlirlər, çünki müqəddəslik birdir. Buna görə də dua, yəni ruhun xüsusiyyəti, əsasən ruhların birləşməsindən asılıdır. Məhz buna görə dua etməzdən əvvəl “yaxınını özün kimi sev” əmrini üzərinə götürmək lazımdır, çünki dua sözlərini demək yalnız sülh sayəsində mümkündür, yəni biz bütün İsraəl ruhları ilə birləşdikdə. Buna görə əsas dua cəmiyyətdədir, təkbaşına deyil, hər kəsin öz-özünə olmaması üçün, çünki bu müqəddəsliyə ziddir. Yalnız müqəddəs cəmiyyəti bir yerə toplamaq lazımdır və onlar vahid bir bütöv olacaqlar. Bu da cəmiyyətdə dua adlanır, məhz ruhların toplandığı və birləşdiyi yığıncaq evində, və dua burada kamilliyə çatır.


3. “Həyat dövriyyələrinin qapıları”. Müqəddimə, bənd 38

Müəllimim məni və bir qrupda olduğumuz bütün yoldaşlarımı xəbərdar edirdi ki, “yaxınını özün kimi sev” əmrini üzərimizə götürək və hər birimiz (qəlbində) hər bir İsrael övladını öz canı kimi sevməyə niyyət edək. Bunun sayəsində onun duası bütün İsrael cəmiyyəti ilə birlikdə yüksələcək və yuxarıda qalxıb islahatı yerinə yetirə biləcək. Yoldaşlarımıza olan sevgi baxımından isə hər biri özünü elə daxil etməlidir ki, sanki o, həmin yoldaşların bir orqanıdır. Müəllimim bu məsələdə məni çox ciddi şəkildə xəbərdar edirdi.


4. Kosovlu ravvin Menaxem Mendel. “Dünyaya sevgi”

Yoldaşı üçün dua edən insan nurun kanalı olur ki, onu yoldaşına ötürsün. Onun vasitəsilə nur keçir və o, avtomatik olaraq cavabı birinci alır. Buradan “xeyir-dua verən xeyir-dua alır” ifadəsi aydın olur, çünki xeyir-dua verən nurun kanalına çevrilir və buna görə xeyir-dualanır. [...]

Çünki “braxa”, yəni xeyir-dua, “brixa”, hovuz, çən sözündəndir, yəni bu, xeyirli təsirlərin kanalı kimidir. Və bu yalnız o zaman olur ki, xeyir-dua verənlə xeyir-dua alan bir-birini sevsin və aralarında həqiqi birlik və kamillik hökm sürsün. O zaman onlar yuxarı kanalı oyadırlar ki, saleh vasitəsilə ötürə bilsinlər, və bu da yol adlanır (ivritcə “a-şvil”).


5. Rabaş. Məqalə 15 (1986) “Çoxluğun duası”

Gəlin çoxluğun duasının əhəmiyyətinin nədə olduğunu anlayaq. Necə ki, deyilib: “Xalqımın arasında yaşayıram”, bu barədə Zoar kitabı deyir: “Buna görə də insan heç vaxt xalqdan ayrılmamalıdır, çünki Yaradanın mərhəməti həmişə bütün xalq üzərində birlikdədir”. Bunun mənası budur ki, əgər insan Yaradandan ona əta edən kelim verməsini xahiş edirsə, necə ki, müdriklər demişlər: “O necə mərhəmətlidirsə, sən də elə mərhəmətli ol”, o zaman insan bütün cəmiyyət üçün dua etməlidir. Çünki o zaman aydındır ki, onun niyyəti Yaradandan saf əta etmə kelimləri almaqdır. Necə ki deyilib: “Çünki Yaradanın mərhəməti həmişə bütün xalq üzərində birlikdədir”. Məlumdur ki, “yuxarıdan yarımçıq vermirlər”, yəni yuxarıdan aşağıya xeyir verildikdə, bu, bütün cəmiyyət üçün nəzərdə tutulur.


6. Rabaş. Məqalə 15 (1986) “Çoxluğun duası”

Məsləhət ondan ibarətdir ki, bütün cəmiyyət üçün bütövlükdə təvəqqe edəsən. Yəni insan özündə nə çatışmadığını hiss edirsə və doldurulmasını istəyirsə, o, özünü cəmiyyətdən istisna etməməlidir. Yəni ona cəmiyyətdə olanlardan daha çox şey düşdüyünü deməməlidir. Əksinə: “Xalqımın arasında yaşayıram”. Yəni mən bütün cəmiyyət üçün xahiş edirəm, çünki elə bir vəziyyətə gəlmək istəyirəm ki, özüm üçün heç nəyin qayğısını çəkməyim, yalnız Yaradanın həzz alması üçün qayğı çəkim.


7. Baal Sulam. “Sürünü toplamağın vaxtı deyil”

Və cəmiyyətdə duanın mənası da bundadır. Çünki təkbaşına olan kəs cəmiyyətdən ayrılıb özü üçün dua etməməlidir, hətta Yaradanına həzz vermək üçün belə, yalnız bütün cəmiyyət üçün dua etməlidir. [...] Çünki cəmiyyətdən çıxıb öz fərdi ruhu üçün dua edən, quruculuq etmir, əksinə, öz ruhunun dağılmasına səbəb olur, necə ki deyilib: “Hər bir təkəbbürlü...”.

Çünki cəmiyyətdən çıxan birini təkəbbür libası olmadan təsəvvür etmək mümkün deyil. Vay o kəsin halına ki, öz ruhuna dağıntı gətirir.


8. Rabaş. Məqalə 7 (1986) “Çoxluğun duasının əhəmiyyəti”

Cəmiyyətin duası Yaradana yüksəlir və Yaradan bu dua ilə bəzənir. Çünki o, bir neçə yolla yüksəlir. Biri mərhəmət – xasadim istəyir, digəri qüvvət – gvurot, üçüncüsü rəhm – raxamim. Və o, bir neçə tərəfi özündə birləşdirir: sağ, sol və orta. Və bir neçə növü və tərəfi birləşdirdiyi üçün, tac olur və dünyaları dirildən salehin, yəni nukvaya bütün xilasları ötürən yesodun başına qoyulur, ondan isə bütün cəmiyyətə.


9. “Hamı üçün Zoar”. “Zoar kitabına giriş”. “Tövrat və dua” məqaləsi

Bizim yüksəltdiyimiz dua müqəddəs Şxinanın islahıdır ki, ona xeyirli dolğunluq cəlb edilsin və onu bütün çatışmazlıqlardan azad etsin. Məhz buna görə də bütün təvəqqelər cəm şəklindədir, məsələn: “Bizə Öz biliyindən bəxş et”, “və  Atamız, bizi Öz Tövratına qaytar”.

Çünki dua İsraelin birliyi üçün yüksəlir. Müqəddəs Şxinada nə varsa, bütün İsraeldə də var və ona nə çatışmırsa, bütün İsraelə çatışmır. Beləliklə, biz bütün İsrael üçün dua etdikdə, müqəddəs Şxina üçün dua etmiş oluruq, çünki bu eyni şeydir. Buna görə də duadan əvvəl Şxinanın əskikliyini görməliyik ki, onda nəyi islah etmək və nə ilə doldurmaq lazım olduğunu bilək.


10. Rabaş. Məqalə 7 (1986) “Çoxluğun duasının əhəmiyyəti”

İnsan saflaşmağa gəldikdə, yəni Yaradanın onu Özünə yaxınlaşdırmasını və ona əta  edən kli verməsini istədikdə, bununla  qovuşmaya layiq olur. Belə çıxır ki, onun istədiyi yeganə şey – yuxarı xeyrin əta etmək üçün açılmasıdır. Yəni o istəyir ki, yuxarıdan ona elə güclər verilsin ki, o, daim müqəddəslikdə, yəni qovuşma vəziyyətində qala bilsin. O zaman onun duası tac olur, kral tacı. Çünki bununla Kralın əhəmiyyəti tanınır. Və Zoarın dediyi “dua tac olur və dünyaları dirildən salehin başına qoyulur” sözlərinin mənası da budur. Yəni nukvaya bütün xilasları ötürən yesodun başına, ondan isə bütün cəmiyyətə. Çünki dua vasitəsilə yuxarı xeyir aşağıya ötürülür və o zaman xeyir və həzz aşkara çıxır. Bu, tac, kral tacı, Kralın əhəmiyyəti adlanır.