<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Dərsin mövzuları

•  Fəaliyyətin sonu ilkin məqsəddədir;

• Yaradılışın inkişaf mexanizmi;

• Tövrat yolu və əzablar yolu


 

Təcrübəli  insandan daha ağıllı insan yoxdur


Ağcaqanad sənə yatmağa icazə vermir, qonşu yenidən tullantıları pəncərədən atır, nəhayət, ölkənin yarısını bürüyən tsunami – bütün bunlar kabalistlərin "bu dünyanı mükəmməl xeyir idarə edir" bəyanatı ilə bir araya gəlmir. "Əgər bu xeyirdirsə, onda şər nədir?" – növbəti narahat xəbərlər proqramından sonra özünüzdən soruşursunuz. Yaradan mükəmməl xeyirdir. Kabalistlər bunu islah olunmuş almaq  xüsusiyyəti daşıyan qablarında açıb. Onlar öz kitablarında belə yazırlar. Lakin buna baxmayaraq, biz tamamilə fərqli mənzərə ilə üzləşirik. Həyatın özü bizi belə bir nəticəyə gətirir ki, əgər dünyamızı idarə edən xeyir qüvvə varsa, onda ən yaxşı halda o, sadəcə bizə arxa çevirib.

Kabalistlərin bəyanatları ilə reallığımız arasındakı uyğunsuzluğun səbəbi nədir? Yoxsa bizim yalnız xeyiri gizlədən bir dünyada yaşamağımız yazılıb? Yaradanı özümüzə tərəf çevirmək mümkündürmü? Yoxsa bəlkə biz Yaradanı özümüz özümüzə tərəf çevirməliyik? Növbəti dərsimizdə bu və digər suallara cavab verməyə çalışacağıq, eləcə də kabala elmini öyrənmənin hansı fayda gətirdiyini araşdıracağıq.

Dünyanın yaradılmasından bəri, kainat davamlı inkişaf halındadır. Hər şey dəyişir. Heç nə sabit vəziyyətdə qalmır. Yer kürəsi, onun üzərindəki həyat və insanlar daima dəyişir. İnkişaf edən qüvvə və ya Ali idarəetmə, kabalistlərin adətən ona dediyi kimi,bir vəziyyətdən digərinə keçmək üçün dəqiq və ardıcıl bir proqram əsasında bu dünyanı idarə edir və onun inkişafını təmin edir. Hərəkətsiz maddədən qalaktikalar, ulduzlar və planetlər inkişaf edir. Yer üzündə bitki və heyvan maddəsinin inkişafı böyük müxtəliflikdə bitkilərin və heyvanların meydana gəlməsinə gətirib çıxarır.

Kabalistlər aşkar ediblər ki, yaradılışın inkişafı təsadüfi və məqsədsiz deyil, əksinə, mənalıdır və bir məqsəd daşıyır. İnkişaf qüvvəsinin aparıb çıxardığı son məqsəd var. Hər bir yaradılış hissəsi və bütün yaradılış bir bütövlükdə məqsədinə çatmaq üçün səbəb və nəticə qanununa uyğun olaraq mərhələli inkişaf yolu keçir. Məsələn, yer kürəsi həyatın yaranması üçün uyğun olan bir yerə çevrilənə qədər uzun bir inkişaf prosesi keçib; meyvələr ağacda yetişir ki, sonra onları yesinlər; tırtıl bir sıra dəyişikliklər keçirir və yalnız sonra kəpənəyə çevrilir.

Deməli, məqsəd yaxşıdır, lakin bu, yalnız inkişafın sonunda aşkar olur, daha əvvəl deyil. Bütün aralıq vəziyyətləri yalnız inkişafın nəticəsini, onun yaxşı və gözəl məqsədini göstərmir, əksinə, son variantına zidd olan bir formada özünü göstərir. Məsələn, ağacdakı yetişməmiş alma : kiçik, cəlbedici deyil, tamamilə suyu olmayan və turş olan bir meyvədir, yetişdikdə gözəl və dadlı olur. Ya da tırtıl: diksin və çirkin, yalnız kəpənəyə çevriləndə gözəllik qazanır. Hər bir yaradılışda inkişaf zamanı aralıq vəziyyətləri ilə mükəmməl son nəticə arasında bir boşluq mövcuddur. Yaradılışın inkişaf səviyyəsi nə qədər yüksəkdirsə, o qədər də boşluq artar. 

İnsanla heyvanların inkişafının arasında olan  fərqlənmə ən parlaq nümunədir. Buzov  doğulduqdan cəmi bir neçə dəqiqə sonra artıq ayaqda durur və təhlükədən qaçmağı bacarır. Ondan fərqli olaraq, insan tamamilə aciz bir varlıq kimi doğulur və tamamilə valideynlərinin qayğısı altındadır. Onun bədəni düzgün inkişaf edərək ətrafındakı həyatda düzgün səmt seçimi etmək üçün illər alır. Əgər bir kosmik varlıq, bizim dünyamızın həyatı ilə tanış olmayan biri, doğulandan sonra onları görsəydi, şübhəsiz ki, deyərdi ki, buzovun qisməti böyük olmaq üçün nəzərdə tutulub, amma insanın heç bir gələcəyi yoxdur.

Bəzi nəticələr çıxaraq. Yaradanın yaradılış üzərindəki idarəsi məqsədli bir xarakter daşıyır, xeyirli son məqsəd yalnız inkişaf prosesinin başa çatması anında aşkar olur, inkişafın məqsədinin həyata keçirilməsi anında. Məqsədli idarəetmə ümumiyyətlə inkişafın aralıq mərhələlərini nəzərə almır ki, bu da bizi çaşdırır və xeyirli məqsədimizi bizdən gizlədir. Baal Sulam öz "Dinin mahiyyəti və onun məqsədi" adlı məqaləsində belə yazır: "Bununla biz deyirik: "Təcrübəli insandan daha ağıllı insan yoxdur". Çünki yalnız təcrübə qazanmış insan, yəni yaradılışı bütün mərhələlərində  yaranmadan sona qədər izləmə imkanı olan insan, bu inkişaf mərhələlərində yaradılışın müxtəlif mərhələlərində özünü göstərən bu deformasiyalı mənzərələrdən qorxmadan, soyuqqanlı müşahidəçi olaraq qala bilər və yalnız onun mükəmməl vəziyyətinin gözəlliyinə və mükəmməlliyinə inanmalıdır".

Bütün bunlardan, dərsə başladığımız sualın, əgər Yaradan mükəmməl xeyirdirsə, niyə onun idarəsini pislik kimi hiss edirik, ən azından qismən cavab vermək mümkündür. Əslində, Yaradan mükəmməl xeyirdir, lakin onun idarəsi məqsədli olduğu üçün, onun hər zaman mövcud olan xeyir verən münasibəti yalnız inkişafın sona çatma anında, yaradılış məqsədinə çatdıqda bizim üçün açıq olur.
 

Özünü yoxla:

• Yaradanın yaradılışı idarə etməsinin xüsusiyyətləri nələrdir?


 

Xeyir şərdən ibarətdir.

Ümumi idarəetmə bəşəriyyəti dəqiq bir plan üzrə inkişaf etdirir, bu plana əsasən insanlar bir vəziyyətdən digərinə keçir. Bütün vəziyyətlər iki qüvvə ilə inkişaf olunur. Birinci qüvvə – yaradıcı qüvvədir, o, pis vəziyyəti yaxşı vəziyyətə dəyişir. İkinci qüvvə isə dağıdıcı qüvvədir. O, istənilən vəziyyəti əvvəlkindən daha pis hala gətirir. Beləliklə, o, insanlara təsir göstərir, onları pis vəziyyətdən çıxmağa və yeni, yaxşı vəziyyəti qurmağa məcbur edir. Bəşəriyyət bu iki qüvvənin təsiri altında dəyişir, inkişaf edir, bir mərhələdən digərinə keçir və köhnənin dağıntıları üzərində yeni, daha yaxşı vəziyyət yaradır.

Misal olaraq Avropada feodalizmin inkişafını göstərmək olar. Roma İmperiyası öz iqtisadi çiçəklənmə dövrünü altıncı yeddinci əsrlərdə tənəzzül etməyə başladı. Bunun nəticəsində çoxsaylı müharibələr baş verdi, iqtisadi vəziyyət pisləşdi və sadə vətəndaşlar müdafiəsiz qaldı. Bu vəziyyət yeni bir ictimai sistemin yaranmasına səbəb oldu, burada kəndlilər torpaq sahəsi və müdafiə alır, əvəzində isə vergilər ödəyir və öz himayədarlarına sədaqətli olmaq məcburiyyətində qalırdılar.

Əvvəllər bu, hər kəsi qane edirdi, lakin zaman keçdikcə əvvəlki xilasçılar kəndliləri daha çox istismar etməyə başladılar, kənd təsərrüfatı sahələri pisləşdi və kəndlilər feodalların hakimiyyəti altında əziyyət çəkdilər. Sinfi mübarizə kəskinləşdi və nəticədə Böyük Fransız inqilabına gətirib çıxardı. Feodalizm sistemi mövcudluğunu dayandırdı və onun yerinə demokratiya dövrü gəldi. Ziddiyyətlər arasında mübarizəyə əsaslanan inkişaf forması (dialektik inkişaf) dəyişməz olaraq qalır.

İnsana xas olan almaq  istəyi iki əsas qıcıqlandırıcı növə cavab verir: gələcəkdə mükafat əldə etmək üçün səy göstərməyə hazırdır və indiki zamanda əzablardan qaçmağa çalışır. Kabala elminə görə, almaq  istəyinin gələcəkdə mənfəətə can atdığı qüvvə “cəzb edən qüvvə” adlanır. Bu qüvvə sanki insanı mövcud vəziyyətdən çıxıb daha yaxşı bir hala keçmək üçün səy göstərməyə təşviq edir. İnsanı əzablardan qaçmağa məcbur edən qüvvə isə “itələyici qüvvə” adlanır. O, insanı mövcud vəziyyətdən uzaqlaşdırır, dəyişikliyə təhrik edir ki, o, daha yaxşı bir vəziyyətdə olsun. Beləliklə, cəzb edən və itələyici qüvvələr bir birinə zidd görünür, lakin hər ikisi eyni məqsədə yönəlib.

Bu iki qüvvə insandan bir vəziyyətdən digərinə keçməsini tələb edir. Beləliklə, insan inkişaf edir. Cəzb edən qüvvənin təsiri insanda yaxşı və xoş hisslər yaradır, itələyici qüvvənin təsiri isə pis və xoşagəlməz hisslər kimi qəbul edilir. Lakin bu prosesə son nəticə nöqteyi nəzərindən baxsaq, görərik ki, hər iki qüvvə zəruridir və xeyir verən məqsədə xidmət edir: onlar insanı inkişaf etməyə məcbur edir və onu son mükəmməl vəziyyətin aşkarlanmasına yaxınlaşdırır.

Yaradılışın inkişafını şərti olaraq üfüqi bir xətt üzərində təsvir edək, burada sağda inkişafın başlanğıcı, solda isə sonu və mükəmməl vəziyyətin aşkar olunması göstərilir. Bütün oxu X hissəyə bölək, bunlar yaradılışın tam düzəlişə çatana qədər keçməli olduğu mərhələlərdir. Bir hissədən digərinə keçid (son vəziyyətə doğru yol kimi) yalnız indiki vəziyyətdə şərin aşkar edilməsi ilə mümkündür. Əgər biz öz vəziyyətimizdə şəri görmürüksə, yəni başqa sözlə, indiki vəziyyətimizdə bizə yaxşıdırsa, o halda ondan növbəti, daha inkişaf etmiş vəziyyətə keçmək üçün heç bir səbəb yoxdur. Deməli, məhz şərin dərk edilməsi yaradılışın inkişafını yaxşıya doğru aparan əsas qüvvədir.

Sxem 3.7

«Yeni reallıq nurunda marksizmin tənqidi və xalqın bütün cərəyanlarında birləşmə məsələsinin həlli» adlı məqaləsində, «uma» (Xalq) qəzetində dərc olunmuş Baal Sulam, eyni prosesi dövlətin inkişaf nəzəriyyəsi kontekstində təsvir edir. «Eləcə də insanlıq tərəfindən dövlət quruluşu kimi qəbul edilən hər bir hərəkat, hər bir sistem yalnız əvvəlki vəziyyətin inkarıdır. Çünki hər bir dövlət sistemi onun daxilində olan qüsurlar və zəlalət aşkarlanana qədər mövcud olur və bu qüsurların aşkarlanması ilə o, həmin qüsurlardan məhrum olan yeni sistemə yer verir. Belə çıxır ki, məhz bu vəziyyətdə aşkar olunan və onu dağıdan qüsurlar bəşəriyyətin inkişafının bütün qüvvəsini təşkil edir. Çünki onlar onu əvvəlkindən daha islah olunmuş bir vəziyyətə yüksəldir.

Eyni şəkildə növbəti vəziyyətdə qüsurların aşkarlanması bəşəriyyəti əvvəlkindən daha yaxşı olan üçüncü bir vəziyyətə aparır. Bu hər zaman ardıcıl şəkildə belə olur. Beləliklə, müxtəlif vəziyyətlərdə ortaya çıxan bu mənfi qüvvələr bəşəriyyətin inkişaf səbəbləridir, onlar onun köməyi ilə sanki pilləkənin pillələri ilə qalxır. Onlar bəşəriyyəti son inkişaf pilləsinə, hər hansı bir nöqsandan və qüsurdan azad olan o arzulanan vəziyyətə gətirmək funksiyasını dəqiq yerinə yetirirlər».

Vacibdir anlamaq ki, şərin ifşası bizi yaxşılığa tərəf aparır, hər dəfə bizi yaradılışda təzahür edən şər ilə yaradılışa hökmranlıq edən mütləq xeyir arasındakı ziddiyyətin ifşasına bir addım daha da yaxınlaşdırır.

Beləliklə, dərsin ilk hissəsində biz öyrəndik ki, Yaradan – xeyirxah və yaxşılıq edən biridir, O, yaradılışa məqsədyönlü şəkildə hakimdir və buna görə də Onun xeyirxahlığı bizə yalnız inkişafın sonunda, məqsəd həyata keçəndə üzə çıxır. Dərsin bu hissəsində başa düşdük ki, inkişafın aralıq mərhələləri mahiyyətcə pis adlandırılmır: onlar bizi son yaxşı məqsədə yaxınlaşdırır. Buna görə də, mahiyyətcə onlar yaxşıdır.

Özünü yoxla:

 İnkişafın bir vəziyyətindən digərinə ardıcıl keçid necə baş verir?



Tövrat Yolu və Əzab Yolu

Bütün yaradılışın və hər birimizin bir hissəsi olaraq inkişafını idarə edən mexanizmi öyrəndikdən sonra, inkişaf prosesində necə iştirak edə biləcəyimizi və onun bizə necə zövq verə biləcəyini anlaya bilərik. Növbəti dərs hissəsi bu mövzuya həsr olunub.

Bir insan universitetə daxil olduqda, o, tədris proqramını alır. Hər hansı fənləri öyrənəcəyini, təhsil müddətinin nə qədər çəkəcəyini və bunun maddi xərclərini hesablaya bilər. O bilir ki, peşə və diplom əldə etmək üçün səy göstərir və bunun sayəsində gələcəkdə daha yüksək gəlir və sosial statusa sahib olacaq.

İnsan universitet təhsilini şüurlu şəkildə seçir. O, bunun gələcəkdə ona təminat verəcəyini və bu gün üçün dəyərini bilir. Hər şeyi hesablayaraq insan xərclərə hazır olub olmadığına qərar verir. Təhsil prosesi çətin olacaq və böyük səylər tələb edəcək. Amma insan bu çətinlikləri aşmağa hazırdır, çünki qarşısına məqsəd qoyur və bunun müvəqqəti çətinliklər olduğunu bilir. Bu cür inkişaf şüurlu inkişaf adlanır.

Başqa bir nümunəyə baxaq. Uşaq necə iməkləməyi öyrənir? Valideynlər onun diqqətini oyuncaqlarla cəlb edir ki, onları əldə etmək üçün iməkləsin. Körpə isə bununla inkişaf etdiyini tamamilə anlamır. O, ağlaya, iməkləməkdən imtina edə bilər, amma valideynlər onu səylər göstərməyə məcbur edəcək və nəticədə o, iməkləməyi öyrənəcək. Bu proses çətinliklərlə müşayiət olunur, amma zəruridir. Uşaq böyüyür, yeni bacarıq və biliklər əldə edərək inkişaf mərhələlərini keçdiyini anlamır. Bu cür inkişaf şüursuz inkişaf adlanır.

Bu iki inkişaf forması arasındakı fərq böyükdür. Şüurlu şəkildə inkişaf edən insan hara getdiyini bilir, bunu könüllü və məmnuniyyətlə edir, qarşıya çıxan çətinlikləri aşılmalı maneələr kimi qəbul edir. Şüursuz şəkildə inkişaf edən insan isə nə etməli olduğunu anlamır, çətinlikləri sevmir, ağrı və məyusluq hiss edir. Bu proses çox uzana bilər, əgər insan ona təyin olunmuş işləri yerinə yetirməkdən imtina edərsə.

Bu günə qədər insanlıq şüursuz şəkildə inkişaf edib. On minlərlə il ərzində bir inkişaf mərhələsindən digərinə keçmişik, bizi nə yönəltdiyini və məqsədimizin nə olduğunu bilməmişik. Bütün çətinliklər və problemlər insanlığa çoxsaylı fəlakətlər, əzablar və məyusluqlar gətirib.

Bu gün isə, getdikcə daha çox insanda ürəyin bir nöqtəsi oyanmağa başlayanda, şüurlu inkişaf imkanı bizə açılır, bu da vaxtı qısaltmağa və bir çox problemlərdən qaçmağa imkan verəcək.

Şüurlu İnkişaf

Şüurlu inkişaf bizim inkişaf prosesində hiss etdiyimiz əzabları “eşq ağrıları”na çevirir. Bütün hikmət ondan ibarətdir ki, idarə mexanizmini özümüz anlayaq və əzab çəkmədən, şüurlu şəkildə inkişaf edək. İnkişaf prosesini idarə edən qüvvələr haqqında əvvəlki dərs hissəsində ətraflı danışdıq.

Biz öyrəndik ki, inkişafın bütün mərhələlərində şər bizi növbəti səviyyəyə çıxmağa məcbur edən hərəkətverici qüvvədir. Bu, ən vacib məqamlardan biridir, çünki şüurlu və şüursuz inkişaf arasındakı fərq şərin şüurunda yatıb.

Şüursuz inkişafda biz inkişaf prosesindən xəbərsiz oluruq. Şər bizə təsir edir və biz bundan irəliləmək məcburiyyətində qalırıq. Şüurlu inkişafda isə biz şəri əvvəlcədən, o hərəkətə keçmədən, yalnız düşüncə səviyyəsində dərk edirik. Növbəti inkişaf səviyyəsinə keçmək üçün sadəcə şərin şüurunda olmaq kifayətdir. Şüurlu inkişafda şər real olaraq hərəkətə keçmir və bizə təsir etməz.

Beləliklə, bizim iki seçimimiz var:

a) Şərin üzə çıxmasını gözləmək (bu, qaçılmazdır) və hazırlıqsız halda, razılığımız olmadan bizi növbəti inkişaf səviyyəsinə məcburən çıxarmaq;

b) Şərin mövcudluğunu qəbul edib onu hələ üzə çıxmamışdan əvvəl dərk etmək və şüurlu şəkildə inkişaf edərək, şəri üzə çıxmağa məcbur etməmək.

Biz görürük ki, şüurlu inkişafın iki əsas üstünlüyü var: o, sürətli olur və orada bədbəxtlik və əzab yoxdur. Daha tez irəliləmək istəyiriksə, inkişafın bütün mərhələlərində şərin dərkini sürətləndirməliyik.

Şərin üzə çıxmasını gözləmək əvəzinə onu əvvəlcədən özümüz kəşf etməyə çalışmalıyıq.

Əgər biz şəri reallığa keçməzdən əvvəl, düşüncə səviyyəsində dərk etsək, biz yalnız prosesi sürətləndirməklə qalmırıq, həm də bu dünyadakı əzablarımızı azaldırıq. Bu, bir insanda hələ əlamətləri görünməyən bir xəstəliyin artıq mövcud olduğu vəziyyətə bənzəyir. Yaxşı həkim onu əvvəlcədən aşkar edə bilər, müalicə təyin edər və beləliklə, xəstəni gələcək əzablardan qoruya bilər.

Tövrat Yolu və Əzab Yolunun bir birindən nə ilə fərqləndiyini Baal Sulam “Dünyada Sülh” məqaləsində izah edir: “Bu inkişaf prosesində iki qüvvə mövcuddur:

 Birincisi “göy qüvvəsi”dir, bu, bütün pisliyi və zərərli olanı zamanla yaxşı və faydalıya çevirməyi təmin edir, lakin “öz zamanında” – yavaş və ağrılı yolla, inkişaf prosesinin “obyekti”nin əzab və qorxunc əzablarla, inkişafın ağır təzyiqi altında əzilməsinə səbəb olur;

 Digəri isə “yer qüvvəsi”dir, inkişaf qanunu üzərində idarəni öz əlinə götürən insanlar tərəfindən təmsil olunur və onlara zamanın təsirindən tamamilə azad olmaq imkanı verilir. Onlar son mərhələyə, yəni yetişmə və islahın sonuna çatmağı əhəmiyyətli dərəcədə sürətləndirirlər, bu isə onların inkişafının sonunda baş verir.”

İnsanın qəlbində bir nöqtə oyananda, o, Kabala elmini öyrənə biləcəyi yerə can atır. Onun daxilində həyatın mənası ilə bağlı bir sual yaranır və bu sual onu şüursuz şəkildə həyatını davam etdirməyə qoymur. Kabalistik kitabların oxunması və "mənbəyə qaytaran nur"un cəlb edilməsi insana həyatının məqsədini aydınlaşdırmağa və bu məqsədə çatmasına mane olan şərin nə olduğunu anlamağa kömək edir (şərin şüurlu dərk edilməsi barədə növbəti dərsdə ətraflı danışacağıq). İnkişafın hər mərhələsində özünü göstərən şərin dərk edilməsi sayəsində insan yaxşı məqsədin açılmasına doğru yol alaraq sürətlə və sevinc içində irəliləyir.

Kabala elmində şüurlu inkişaf Tövrat Yolu, şüursuz inkişaf isə Əzab Yolu adlanır. Əzab Yolu, adı üstündə, bizə böyük əzablarla dolu uzun bir sıra gətirir. Tövrat Yolu isə Kabala elminin öyrənilməsi ilə şüurlu inkişaf yoludur. Bu, inkişaf prosesini sürətləndirir və əzabları eşqin şirin ağrılarına çevirir ki, bu da bizi yolun sonunda bizə vəd olunan yaxşılığa olan istəyimizi qüvvələndirir. Kabala elmini öyrənməyin əsas üstünlüyü də məhz budur – o, bizə Əzab Yolundan Tövrat Yoluna keçmək imkanı verir.

Hər halda, inkişaf proqramımız və onun bütün mərhələləri əvvəldən məlumdur. Biz bu mərhələlərin heç birini ötürə bilmərik, çünki onların hamısı bizi sonuncu islaha, Yaradanı duymağa doğru aparır. Bizim edə biləcəyimiz tək şey bu prosesə razılıq vermək və onu sürətləndirməkdir.

Özünü yoxla:

 Tövrat (Kabala) Yolu ilə Əzab Yolu bir birindən nə ilə fərqlənir?


 

Dərsin nəticələri. Qısa xülasə:

Yaradanın yaradılışa hakimiyyəti məqsədyönlüdür, son yaxşı məqsəd ancaq bütün proses başa çatdıqda, inkişafımızın məqsədi əldə olunanda açılır.

 İnkişaf mərhələlərinin heç biri mahiyyətcə pis deyil – hamısı bizi son yaxşı məqsədə yaxınlaşdırır.

İnkişafın iki variantı var: şüurlu inkişaf (Tövrat Yolu) və şüursuz inkişaf (Əzab Yolu). Şüurlu inkişafın iki əsas üstünlüyü var: o, daha sürətli keçir və bədbəxtlik və əzablarla müşayiət olunmur. İnkişaf prosesimizi sürətləndirmək istəyiriksə, hər mərhələdə şərin dərk edilməsini stimullaşdırmalıyıq. Şərin üzə çıxmasını gözləmək əvəzinə, onu əvvəlcədən aşkarlayaraq inkişafımızı sürətləndiririk. Üstəlik, əgər biz şəri düşüncə səviyyəsində dərk ediriksə, onun reallıqda təzahür etməsindən əvvəl, biz bu prosesi sürətləndirməklə yanaşı, bu dünyada ağrı və əzablarımızı da azaldırıq.


Terminlər

Yüksək İdarə – inkişaf qüvvəsi. Yaradanın yaradılışı idarə etdiyi proqramdır.

Cəlbedici Qüvvə – zövq almaq  istəyini həzz almağa yönəldən qüvvədir.

İtələyici Qüvvə – zövq almaq  istəyini əzablardan qaçmağa məcbur edən qüvvədir.

Əzab Yolu – inkişafda şüursuz irəliləmə. Uzun və ağır bir yoldur.

Tövrat Yolu – yaradılışın son məqsədinə çatana qədər inkişafda şüurlu irəliləmə. Qısa və yüngül bir yoldur.


 

Suallara Cavablar

 Sual: Yaradanın yaradılışa hakimiyyətinin xüsusiyyətləri nələrdir?

Cavab: Yaradan yaradılışa məqsədyönlü şəkildə hakimdir. Bu, o deməkdir ki, bütün yaradılış və hər bir hissəsi səbəb nəticə qanununa uyğun olaraq mərhələli şəkildə inkişaf edir və yaradılışın məqsədinə çatana qədər bu proses davam edir. Yaxşı inkişaf məqsədi yalnız ona çatanda üzə çıxır, daha əvvəl deyil.

Sual: Bir inkişaf vəziyyətindən digərinə ardıcıl keçid necə baş verir?

Cavab: Bir vəziyyətdən digərinə ardıcıl keçid, mövcud vəziyyətin pis və ya kifayət qədər yaxşı olmadığı hissinin yaranması nəticəsində baş verir. Zövq almaq  istəyi hər hansı bir vəziyyətdə özünü yaxşı hiss edəndə, onu dəyişdirmək üçün heç nə etməyəcək.

Sual: Tövrat Yolu ilə Əzab Yolu birbirindən nə ilə fərqlənir?

Cavab: Əzab Yolu ilə irəliləmə şüursuzdur. Biz həyatda təzahür edən şərin təsiri altında bir vəziyyətdən digərinə şüursuz şəkildə keçirik. Tövrat Yolu – hərəkətə keçmədən əvvəl şəri şüurlu şəkildə dərk etməkdir. Şərin dərk edilməsi ilə biz bir inkişaf mərhələsindən digərinə ağrısız şəkildə irəliləyirik. Əzab Yolu uzun və ağırdır, Tövrat Yolu isə sürətli və yüngüldür