<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Dərsin mövzuları:

  • Adam Rişonun ruhu
  • Dərketmə Ağacının Günahı

 

Adam Rişonun ruhu

Ötən dərsdə biz nurun dörd mərhələdə yayılması nəticəsində almaq istəyinin necə yarandığını öyrəndik. Həmçinin dörd mərhələni izləyərək nurun beş ruhani aləmdə yuxarıdan aşağıya doğru enişi və nurun almaq İstəyindən necə gizlədildiyi barədə danışdıq.

Əvvəlcə bu mənzərə aydındır: Yaradan beş ruhani aləm vasitəsilə özünü gizlədir ki, yaradılış bu dünyada həmin aləmlərə yüksəliş yolu ilə Onu açsın. Lakin vacibdir ki, bu dünyada ruhani aləmə can atan yaradılışa qarşı onun ruhani reallıqda mövcud olan bir qolu da olmalıdır. Necə ki, hər hansı bir maddi hadisənin ruhani kökü var, eləcə də ruhani kök yaradılışın ruhani təkamülündə yer almaq lıdır.

Düz nurun dörd mərhələsi və beş ruhani aləmin yaradılması prosesində bu ruhani kök hələ açılmır. Bu kökün yaranması “Adam Rişonun ruhu” (ivr. Adam Rişon – İlk İnsan) adlanır və biz bu dərsdə onun yaranmasından bəhs edəcəyik.

Düz nurun dörd yayılma mərhələsində qabın (kli) yaradılması hələ yaradılışın islahı qabiliyyətinə malik olmasını ifadə etmir. Bu mərhələlərdə yalnız almaq istəyi – yaradılışın materialı formalaşır, lakin yaradılışın özü hələ formalaşmamışdır. Eyni zamanda yuxarıdan aşağı enən ruhani aləmlərdə də yaradılış yoxdur. ruhani aləmlərin inkişafı yaradılışın özünü dərk etməsi, öz “mən”ini və digər varlıqlarla əlaqəsini anlamaq üçün bir mühit yaradır.

Beş ruhani aləm yalnız cansız bir mühitdir, burada yaradılışın meydana gəlməsi mümkündür. ruhani aləmlərin enişi zamanı xüsusi bir yaradılış formalaşır. Bu, bizim dünyamızdakı bir insan deyil, Atsilut aləmində yaradılmış və “Adam Rişonun ruhu” adlanan ruhani kateqoriyadır.

Bu mərhələdə biz hələ Adam Rişonun daxili mahiyyətini tam dərk edə bilmərik. Ancaq bunu qəbul edə bilərik ki, Adam Rişonun ruhu – almaq istəyinin xüsusi bir hissəsidir və burada bütün istəklər sevgi və vermək bağları ilə birləşir, birlikdə vahid bir tam kimi fəaliyyət göstərir.

 

Sxem 2.8

Sadə dildə desək, Adam Rişonun ruhu – bu, vermək niyyəti ilə fəaliyyət göstərən bir istəkdir. Bu İstək elə bir şəkildə qurulub ki, bütün hissələri vermək niyyəti ilə birbirinə bağlanmışdır və vahid bir sistem kimi fəaliyyət göstərir. Bu vahid sistemdə, bütün hissələrin birləşməsi ilə vahid nur – Yaradan üzə çıxır.

Bizim dünyamızda bu sistemin ən yaxşı nümunəsi insan orqanizmidir. İnsan bədəni, Adam Rişonun ruhu kimi, birbirinə bağlı çoxlu hüceyrə və orqanlardan ibarətdir və hamısı birbiri ilə əlaqəli işləyərək bədənin xeyrinə çalışır. İnsan orqanizminin bütün hissələrinin bu birliyi mütləq kamilliyi göstərir, hansı ki, ayrıayrı hissələrdə bu kamillik yoxdur.

Adam Rişonun ruhu əslində bizim islah olunmuş vəziyyətimizi təmsil edir, burada bütün insanlar vermək və sevgi əlaqələri ilə birləşmiş və vahid bədənin hissələri kimi bir araya gəlmişdir. Sual yaranır: əgər İstək artıq Adam Rişonun ruhunda islah olunmuş vəziyyətdədirsə, niyə insan bu dünyada olmalıdır və almaq istəyini kabala öyrənərək islah etməlidir? Əgər biz artıq islah olunmuş vəziyyətdəyiksə, niyə bizə bu qüsurlu halımız məcburi olaraq verilib?

Bu suala cavab vermək üçün biraz geri dönək və bxina alef mərhələsinə – düz nurun yayılmasının dörd mərhələsindən birincisinə nəzər salaq. Bu mərhələdə Adam Rişonun ruhundakı vəziyyətə bənzər şərtlər üzə çıxır. Alef mərhələsindəki vəziyyəti nə qədər yaxşı başa düşsək, Adam Rişonun ruhunun formalaşması ilə İstəyin islahı prosesinin niyə başa çatmadığını bir o qədər tez anlaya bilərik.

Alef mərhələsində almaq istəyi yaradılıb. şoreş (0cı mərhələ) özündən alef mərhələsini ayırır və almaq istəyini yaradır ki, vermək istəyini həyata keçirmək mümkün olsun. Bu mərhələdə İstək nurla dolur və beləliklə, vermək istəyini reallaşdırır. Adam Rişonun ruhu kimi, alef mərhələsi də yaradılışın niyyətinin həyata keçirilməsi üçün bütün şərtlərə sahib kimi görünür: Yaradan var ki, xeyir vermək istəyir, və yaradılış var ki, bu xeyiri qəbul edir. Bəs nə çatışmır?

Cavab sadədir: müstəqillik çatışmır. Alef mərhələsində almaq istəyi xüsusi bir vəziyyətdə yaradılıb, daxili olaraq əvvəlcədən nurla doludur. xisaron (İstək) və doluluq eyni vaxtda aşkar olunur və nəticədə doluluq əskikliyi aradan qaldırır. Bu, bizim dünyada toxluq hissi ilə müqayisə oluna bilər: yemək (doluluq) aclıq hissini (xisaron) söndürür. Başqa sözlə, alef mərhələsində xisaron hissi yoxdur, almaq istəyi hiss olunmur – istək tamamilə təmin olunub. Nur qabı (klini) aradan qaldırır, buna görə də almaq istəyi özünü hiss etmir. O, nə öz varlığını, nə də özündən kənarda Yaradanı dərk edir.

Belə bir vəziyyətdə yaradılışın məqsədi həyata keçə bilməz, çünki hələ işığı şüurlu şəkildə almaq istəyi mövcud deyil. Halbuki biz öyrəndiyimiz kimi, bu istək yaradılışın məqsədinin əsas təcəssümüdür.

Yaradanın yaratdığı varlığa vermək istədiyi xeyir onu öz səviyyəsinə, ən yüksək varlıq səviyyəsinə qaldırmaqdır: Yaradan kimi olmaq, Onun kimi hiss etmək, bilmək, arzulamaq və bacarmaq. Onun səviyyəsində yaradılış, yaradılışın ümumi proqramını bütün təfərrüatları ilə dərk edə bilər və yaradılışın məqsədinin öz mahiyyətini başa düşə bilər.

Alef mərhələsindəki almaq istəyi bu vəziyyətin tam əksinədir, çünki onda hələ özünü dərk etmək yoxdur. Onu dolduran zövq eyni zamanda İstəyi aradan qaldırır və o, öz varlığını hiss etmir. Bu vəziyyət Yaradanla bənzərlik deyil və buna görə də İstək inkişaf etməyə davam edir.

Alef mərhələsinə bənzər bir vəziyyət Adam Rişonun ruhunda açılır. Adam Rişonun ruhu nurla dolu olan və vermək İstəyində yaradılıb. O, heç vaxt verməyin əks vəziyyətini bilməyib və buna görə də, əslində verməyin nə olduğunu dərk edə bilmir.

Dəqiq mənada, Adam Rişonun ruhu alef mərhələsində olduğu kimi, öz vəziyyətini dərk etmir. 

Yaradılışın məqsədi – yaratdığı varlığı Yaradan səviyyəsinə qaldırmaqdır, yəni təkcə vermək mövqeyində olmaq deyil, həm də ilkin niyyəti dərk etmək və onu müstəqil şəkildə həyata keçirmək. Yaradılış bu yüksək səviyyəyə çatmaq üçün Adam Rişonun ruhu Adamın günahı adlanan hadisədə hissələrə parçalanmışdır. Biz şüurlu şəkildə bütün bu parçalanmış hissələri bir yerə topladıqda, biz təkcə artıq olduğumuz islah edilmiş vəziyyətə qayıtmırıq, həm də vəziyyəti idarə etməyi bacaran bir ağıl qazanırıq – almaq istəyini vermək niyyəti ilə idarə etmək və yaradılışın məqsədini müstəqil şəkildə həyata keçirmək, necə ki, Yaradan istəyir.

Bu parçalanma və onun nəticələri barədə dərsin növbəti hissəsində daha ətraflı danışacağıq.

 

Özünü yoxla:

Sual: Adam Rişonun ruhu nədir?


Altı Yüz Min Ruh

İnsan – dünyadakı yeganə yaradılışdır ki, o, vermək xüsusiyyətinə sahib deyil. Bütün səviyyələr: cansız, bitki və heyvan səviyyələri – hamısı yaradılışı idarə edən təbiət qanununa tabedir. Onlar hər zaman tək bir bədənin xeyrinə tam harmoniyada hərəkət edir, insanlar istisna olmaqla. İnsan dünyada yeganə varlıqdır ki, təbiət qanunlarına zidd hərəkət edir. Buna görə də o, əzab çəkir.

Bu qəribə görünür. Niyə məhz insanlar? Belə inkişaf etmiş bir varlığı, insanı, yaratmağın mənası nədir və onu bu dünyaya atmaqla yalnız onu qüsurlu vəziyyətdə təkrar təkrar sürətləndirən yola çıxarmaqdır? Yenə də o, hərəkət istiqamətinə zidd olaraq irəliləyir, çünki seçimi yoxdur. Kim bu vəziyyətdən zövq alır?! Dəqiq desək, mən yox. Güman edirəm ki, siz də yox. Amma bir anlıq dayanıb bu absurd teatrın arxasındakı məntiqi anlamağa çalışsaq, məlum olur ki, bunu başqa cür təşkil etmək mümkün deyil. Yalnız bu ziddiyyətdən yaradılışın məqsədi ilə bizə bəxş edilmiş bütün xeyir açıq aşkar ola bilər.

Bizim dünyada cansız, bitki və heyvan səviyyələri vermək xüsusiyyətindədir və tam harmoniyadadır, lakin onlar bunun fərqində deyillər. Yaradan onları yaradılışın qanunlarına uyğun olaraq kuklalar kimi idarə edir və onlar "nə üçün?" sualını vermirlər. Yaradanın yaratdıqlarını idarə etdiyi güvvələr kabala elmində mələklər adlanır. Cansız, bitki və heyvan səviyyələrində müstəqillik yoxdur.

“İnsan göyləri qaldırmaq üçün yaradılıb,” deyə Menaxem Mendel Kotzk söyləmişdir. Digər kabalistlərin sözləri kimi, bu da çox dərindir və tamamilə anlamaq üçün onun səviyyəsinə çatmaq lazımdır. Lakin onun sözlərindən belə nəticə çıxara bilərik ki, biz sadəcə kukla olmaq üçün yaradılmamişıq.

İnsan – öz təbiətinə görə vermək xüsusiyyətinə əks olan yeganə yaradılışdır. Çünki məhz bu ziddiyyət sayəsində insan yaradılışın ən yüksək səviyyəsinə yüksələ bilər. Əgər biz almaq və ayrıseçkilik vəziyyətindən vermək və birləşmə vəziyyətinə qalxmağı öyrənsək, təkcə yaradılışla harmoniyaya çatmaqla kifayətlənməyəcəyik, həm də islah olunmuş vəziyyətə gedən yolda yaradılışı müstəqil şəkildə idarə edə bilən bir ağıl əldə edəcəyik.

Yaradılışın məqsədi – varlığı zövqləndirməkdir. Bizə təyin olunmuş xeyir – Yaradanın səviyyəsinə yüksəlmək, yaradılışın proqramını bütün təfərrüatları ilə öyrənmək və onu həyata keçirməkdir. Buna nail olmaq üçün biz tam almaqla və tam verməklə olan ziddiyyətlərin bütün təzahürlərini özümüzdə əks etdirməliyik. Yalnız detalların qavranılması ilə bütövə çatmaq mümkündür. Bunun üçün insan bizim dünyada almaq istəyi ilə doğulmalı və məhz bu əks vəziyyətdən ayrıseçkilikdən birliyə, almaqdan verməyə yüksəlməlidir.

Bunun mümkün olması üçün Atsilut aləmində Adam Rişonun ruhu islah olunmuş vəziyyətdə yaradıldı və sonra parçalandı. Bizim hər birimiz Adam Rişonun ruhunun parçalanmasının nəticəsiyik. Hər birimizin daxilində həmin parçalanmış ruhun kiçik bir hissəsi, ilahi bir qığılcım var. Bizim ümumi vəzifəmiz – bütün bu "qığılcımları" yenidən vahid bir ruha birləşdirməkdir, necə ki, biz Adam Rişonun ruhunda birləşmişdik.

Adam Rişonun ruhunun parçalanması zamanı yaradılışın bütün hissələrini birləşdirən sevgi və vermək əlaqəsi qırıldı. Nəticədə bizim dünyada da aramızdakı əlaqələr dağıldı. Biz ayrıseçkilik vəziyyətində yaşayırıq. Bu reallıqdan çıxaraq kabala elmini öyrənməklə, biz vaxtilə bir olduğumuz birliyə çatmalıyıq. Lakin bu dəfə biz bu birliyə şüurlu şəkildə və öz istəyimizlə nail olmalıyıq.

Ruhani dünyaya qalxmaq üçün bizim görəcəyimiz işləri daha dərindən başa düşmək üçün "Adam Rişonun ruhunun parçalanması" adlanan ruhani proses haqqında biliklərimizi bir qədər genişləndirəcəyik. Əvvəlcə vacib bir məqamı izah edək: Atsilut aləmində yaradılan Adam Rişon – bu, bizim dünyada 5774 il əvvəl (kitabın nəşr edildiyi il olan 2013cü il üçün aktual olan tarix) yaşamış və ruhaniyyəti ilk dəfə aşkar etmiş şəxs deyil. Burada iki tamamilə fərqli kateqoriyadan söhbət gedir. Atsilut aləmində yaradılmış Adam Rişonun ruhu – bu, heç bir maddi formaya malik olmayan ruhani bir kateqoriyadır. Bizim dünyadakı ilk insan isə ətdən və qandan olan bir varlıq idi.

Atsilut aləmində yaradılan Adam Rişon – bu, "Yaradılış" kitabının (Bereşit) əvvəlində bəhs edilən ilk insandır. Tövratda qeyd olunan hər bir hekayə, eləcə də digər müqəddəs yazılar əslində ruhani kateqoriyaların təsviridir. Tövratda bəhs edilən Dərketmə Ağacının günahı və Cənnətdən qovulma əslində "Adam Rişonun parçalanması" adlanan ruhani prosesi izah edir.

Kabalistlərin yazdığı kimi, Adam Rişonun ruhunun parçalanması zamanı sevgi və vermək əlaqəsi qırıldı, bu əlaqələr yaradılışın bütün hissələrini birləşdirirdi. Nəticədə Adam Rişonun ruhu 600 min hissəyə parçalandı və bu hissələr Atsilut aləmindən Briya, Yetsira və Asiya aləmlərinə düşdü (sxem 2.9-a baxın). Bu parçalanmış ruhun hər bir hissəsi ruhani aləmlərdə daha kiçik parçalara bölünərək bizim dünyaya düşdü. Bu ruh qığılcımları bizim hər birimizdəki qəlbdəki nöqtələr olaraq oyanır.

Hər bir insanın daxilində Adam Rişonun ruhunun bir parçası var – bu hissə Yaradanla birləşməyə, ruhaniyyətə can atır. Biz bu istəklərı yenidən parçalanmadan əvvəlki kimi bir araya gətirməliyik. Aşağıdan yuxarıya doğru qalxarkən biz azad və şüurlu bir istəkdə birləşəcəyik və Yaradanla tam əlaqəyə çatacağıq.

 

Sxem 2.9

 

Rabaş yazır: "Hər bir insanın daxilində yaxına sevgi qığılcımı var, lakin bu qığılcım özüözlüyündə sevgi alovunu yandıra bilmir... Buna görə də bu insanlar birləşməyə razılaşdılar ki, qığılcımlar bir böyük alovda birləşsin... və böyük güvvə olduqda, o, yaxınlarına qarşı sevgini həyata keçirmək üçün güvvə qazanır və bu zaman Yaradana sevgi səviyyəsinə çata bilər."


Özünü yoxla:

 Sual: Niyə Adam Rişonun ruhu parçalandı?


Yuxarıdan Aşağı və Geri

 

Bu öyrənmə bölməsini yekunlaşdırarkən, biz "mozaikanın bütün hissələrini" bir tam və başa düşülən şəkilə birləşdiririk. Biz reallığın bütün tərkib hissələrini, aşağıdan yuxarıya doğru yüksəliş prosesində birbir yerinə yerləşdiririk. Bu zaman xüsusilə ətraf mühitin əhəmiyyətinə və seçim azadlığı məsələsinə diqqət yetiririk.

 

Baal Sulam öz əsərində “Kabala Elmi və Onun Mahiyyəti” belə yazır:  

"Kabala, köklərin aşağı enməsi qanunlarını izah edən bir elmdir, bu qanunlar birbiri ilə bağlıdır və onlar müəyyən bir yüksək, lakin çox gizli bir məqsədə yönəlmişdir ki, bu məqsəd Yaradanın ilahiliyinin bu dünyadakı yaradılmışlara açılmasıdır."

 

Beləliklə, kabala elmi yaradılışın inkişaf mərhələlərini başlanğıcdan sonuna qədər izah edən bir elmdir. O, bizə yaradılışın məqsədinin nə olduğunu, bu məqsədin həyata keçirilmə yolunu və bizim rolumuzun nə olduğunu öyrədir.

 

Kabalistlər öz niyyətlərini almaqdən verməyə islah etmiş və bunun nəticəsində mənəvi reallığı dərk etmiş insanlardır. Onlar öz dərk etdiklərindən bizə yazırlar ki, “yaradılışa zövq vermək” yaradılışın təməlində duran bir məqsəddir. Onlar həmçinin yazırlar ki, bu zövq yalnız "birləşmə" vəziyyətində açılır, burada yaradılış öz formasını Yaradanın forması ilə uyğunlaşdırır və bir tam olur. Yaradılışın məqsədində bizə təmin edilən xeyir, Yaradanın səviyyəsinə yüksəlmək və Onun kimi olmaqdır.

 

Bu yaradılışın məqsədinə çatmaq yalnız yaradılışın bu məqsədi şüurlu şəkildə həyata keçirmək istədiyi halda mümkündür. Bu sadə görünə bilər, lakin belə bir istək yalnız Yaradandan uzaq görünən bir vəziyyətdə ortaya çıxa bilər. Buna görə də, bu məqsədi həyata keçirmək üçün Yaradan yaratdığı varlığı özündən uzaqlaşdırır və bu məqsədlə beş dünya – Adam Kadmon, Atsilut, Briya, Yetsira və Asiya dünyalarını yaradır. Bizim dünyamızın reallığına qədər Yaradanın varlığını hiss etmək mümkün deyil.

 

Yaradandan uzaqlaşma prosesi zamanı yaradılış öz təbiətini və onun Yaradana qarşı olduğunu tədricən dərk etməyə başlayır. Bu fərq və uzaqlaşma onun Yaradandan daha da uzaqlaşmasına səbəb olur. Yuxarıdan aşağıya enən hər bir aləmdə almaq istəyi daha da kobudlaşır və nəticədə, bu dünyada bu istək ən kobud və ən uzaq formada özünü göstərir. Yalnız bu ziddiyyətdən yaradılış Yaradana birləşmək istəyi yarada bilər.

 

Bizim dünyamızda almaq istəyinin güvvəsi və ayrılıq hissi mənəvi bir prosesin, yəni Adam Rişonun ruhunun parçalanması prosesinin maddi nəticəsidir. Adam Rişonun ruhu bizim dünyadakı yaradılışın mənəvi köküdür. O, Atsilut aləmində yaradılaraq bütün hissələrin vermək məqsədilə işlədiyi bir istək kimi mövcud idi, lakin parçalandı. Vermək və sevgi əlaqələri, yaradılışın bütün hissələrini birləşdirən bağlar, qırıldı. Parçalanma nəticəsində Adam Rişonun ruhu 600 min ruha bölündü və bu ruhlar Briya, Yetsira və Asiya aləmlərinə düşdü.

Hər bir ruhun bir hissəsi Briya, Yetsira və Asiya aləmlərində parçalanıb və bu hissələrdən qığılcımlar bizim dünyamıza düşdü. Bu qığılcımlar – hər bir insanın daxilindəki qəlbdəki nöqtələr, Yaradana bağlanmaq istəklərıdır. Minilliklər ərzində bu qəlbdəki nöqtələr yalnız az sayda insanda – əvvəlki nəsillərin kabalistlərində oyanırdı. İndi isə, almaq istəyinin bu dünyada öz inkişafını tamamlamaq üzrə olduğu bir vaxtda, qəlbdəki nöqtə çoxsaylı insanlarda oyanmağa başlayır və onları kabala elmini öyrənməyə sövq edir.

 

Yaradılışın inkişafı, yaradılışın məqsədindən başlayaraq qəlbdəki nöqtənin oyanmasına qədər, mexaniki olaraq, əvvəldən yazılmış bir proqram əsasında və insanın iştirakı olmadan baş verir. Bu uzun və çətin proses boyunca Yaradan insanın ruhani inkişafı üçün şərait yaradır, bunu insanın razılığını almaq dan edir. Lakin insanın daxilində qəlbdəki nöqtə oyandığı anda, o, özünü kabala elmini öyrənən bir yerdə tapır. Və bu andan etibarən, oyun qaydaları tamamilə dəyişir. Artıq buradan irəliyə doğru insanın öz istəyi olmadan Yaradan onu bir addım belə irəli apara bilməz. İlk dəfə olaraq insanın qarşısında azad seçim imkanı açılır.

 

sxem 2.10

 

Qəlbdəki nöqtə oyanana qədər insanın azad seçimi yoxdur.

O vaxta qədər ki, insanın daxilində ruhaniyyətə olan istək oyanmır, onu yalnız almaq istəyi idarə edir. Bu istəyin əsas prinsipi isə belədir: minimal səy ilə maksimal həzzi əldə etmək və hər zaman şəxsi mənfəəti nəzərə almaq . 

Bu soyuq hesablama insanın razılığı olmadan, avtomatik olaraq baş verir və onun həyatına təsir edən iki faktora əsaslanır:

1. İlkin meyllər (yəni insanın doğuşdan gətirdiyi xüsusiyyətlər);

2. Cəmiyyətdə mövcud olan əxlaq normaları.

İnsanın daxilində qəlbdəki nöqtə oyanan anda isə bu düsturun bütün tərkib hissələri dəyişir. Adi insan həyatının dəyərləri artıq əsas məqsəd olmur və insanı cəzb etmir. İnsan boşluq hiss edir, cəmiyyətin ucaltdığı dəyərlər və məqsədlər artıq onu maraqlandırmır. Onun daxilində yaranan yeni istək – ruhaniyyətə can atma – artıq bu dünyanın çərçivəsində reallaşdırıla bilməz, bu dünyanın zövqləri artıq onu təmin etmir.

Bu boşluq çox vacib bir funksiyanı yerinə yetirir. Məhz bu boşluq insana yaxşılıq və pisliyin meyarlarını yenidən müəyyən etməyə imkan verir, lakin bu dəfə azad seçim əsasında. 

Bu andan etibarən insan mənəvi və maddi arasında seçim edə bilər. O, daxili və mənəvi dəyərləri ucaldan bir mühitə qoşula bilər və ya xarici və maddi dəyərləri üstün tutan bir mühitdə qala bilər. 

Bizim azad seçimimiz – ruhani inkişaf üçün uyğun mühiti seçməkdir. Bu mühitdə bizim işimiz qəlbdəki digər nöqtələrlə birləşmək və ortaq mənəvi istəyimizi birləşdirməkdir. 

Bütün qəlbdəki nöqtələrin bir qabda (ivritcə, kli) birləşməsi yalnız mənbə nuru vasitəsilə baş verir. İnsan öz şəxsi maraqlarını aşaraq başqalarının istəyini sanki öz istəyi kimi qəbul edə bilməz. Bu qabı yaradan nur (Yaradanın nuru) onu islah edə bilər. Müdriklər demişdir: “Mən şər başlanğıcı yaratdım və onun islahı üçün Tövratı yaratdım.” 

Mənbəyə qaytaran nur bizi təsir altına alır, xüsusən kabala kitablarını oxuyarkən, burada Adam Rişonun ruhundakı islah olunmuş vəziyyətimiz təsvir olunur. Lakin nur yalnız o halda bizi təsir altına alır ki, biz düzgün islahı, yəni aramızdakı birliyi tələb edirik ki, Yaradana doğru olan bu birgə qabda Ona qovuşaq.

Bütün qəlbdəki nöqtələri birləşdirdikcə, biz 125 ruhani pilləyə qalxırıq (sxem 2.10-a baxın). Hər bir pillədə almaq istəyinin bir hissəsini islah edir və daha möhkəm birləşirik. Bu proses o vaxta qədər davam edir ki, biz Adam Rişonun ruhundakı qırılmış əlaqəni bərpa edək.

Bu yenilənmiş əlaqənin içində biz Yaradanı, vermək xüsusiyyətini – vahid qabı nurlandıran yeganə işığı aşkar edirik.

Özünü yoxla:

Sual: Yaradılışın məqsədinin həyata keçməsi üçün üç əsas şərti izah edin.


Dərsin nəticələri. Qısa xülasə:

Almaq istəyinin ruhani kökü, bu dünyada oyandıqda, "Adam Rişonun ruhu" adlanır. Bu ruh Atsilut aləmində yaradılmışdır və bu zaman bütün hissələr vermək xüsusiyyətində birləşmiş, sevgi və birgəlik əlaqələri ilə birbirinə bağlı və bir bədən kimi vəhdətdədirlər.

Adam Rişonun ruhu islah olunmuş vəziyyətə çatmaq üçün parçalandı. Bizim işimiz, bu dünyadan başlayaraq son islahata qədər yüksəlmək və sevgi və vermək əlaqələri vasitəsilə parçalanmış hissələri yenidən birləşdirməkdir.

Yaradılışın məqsədi – yaradılışı zövqləndirməkdir. Bu məqsədi həyata keçirmək üçün Yaradan özünü yaradılışdan gizlədərək beş mənəvi aləm vasitəsilə Adam Rişonun ruhunu parçaladı. Bu gizlənmə və parçalanmanın nəticəsi bizim bu dünyada ayrılıq və vermək xüsusiyyətindən uzaq bir vəziyyətdə olmamızdır. İnsanın daxilində qəlbdəki nöqtə oyandıqda, o, Adam Rişonun ruhunun parçalanmış hissələri ilə yenidən əlaqəni bərpa etməyə başlayır. O, bunu kabala kitablarını oxuyaraq, qaynaq nurunı cəlb etməklə həyata keçirir. Bu nur, ruhun bütün parçalarını bir tam halında birləşdirənə qədər təsir edir və bu bütövün içində Yaradan açılır.


Terminlər:

Adam Rişonun ruhu – ruhani kateqoriya, almaq istəyinin xüsusi bir hissəsi, burada ruhun bütün hissələri vermək və sevgi əlaqələri ilə birləşmişdir. Adam Rişon Atsilut aləmində yaradılmışdır.

 Dərketmə Ağacı Günahı – Adam Rişonun ruhunun parçalanması, yəni hissələr arasındakı vermək əlaqələrinin qırılması.

Altı yüz min ruh – Briya, Yetsira və Asiya aləmlərində parçalanmış ruhun hissələri.

Tövrat – islah edici nur, eqoist təbiətin tədricən necə islah edildiyini göstərən təlimatdır.

Mitsva (Əmr) – İstəyin bir hissəsinin islahı "əmrin yerinə yetirilməsi" adlanır.


 

Sual-Cavablar:

Sual: Adam Rişonun ruhu nədir?  

Cavab: Adam Rişonun ruhu – bizim islah olunmuş vəziyyətimizdir. Bu, bütün insanların vermək və sevgi əlaqələri ilə bir vahid kimi birləşdiyi vəziyyətdir.

Sual: Nə üçün Adam Rişonun ruhu parçalandı?  

Cavab: Adam Rişonun ruhu parçalandı ki, biz öz istəyimizlə, şüurlu şəkildə, bütün hissələr arasındakı əlaqəni yenidən bərpa edərək islah olunmuş vəziyyətə çataq.

Sual: Yaradılışın məqsədinin həyata keçirilməsi üçün üç əsas şərti izah edin.  

 Cavab:

  1. İstəyin kobudlaşması və nurun azalması – Yuxarıdan aşağıya eniş zamanı istək özünü dərk etməli və reallaşmalıdır. Yaradan beş ruhani aləm vasitəsilə yaradılışı özündən uzaqlaşdırdı (Adam Kadmon, Atsilut, Briya, Yetsira, Asiya), beləliklə istək öz məqsədini müstəqil və şüurlu şəkildə həyata keçirə bilsin.

  2. Bizim dünyamızda inkişaf – almaq istəyi bu dünyada inkişaf edir və qəlbdəki nöqtə oyandıqda, insan ruhani əlaqəni bərpa etmək istəyinə sahib olur.

  3. Aşağıdan yuxarıya qalxış – İnsan 125 ruhani pillə boyunca yüksələrək, almaq niyyətini vermək niyyətinə çevirir və Adam Rişonun ruhunun parçalanmış hissələrini birləşdirir.


Məntiqi ardıcıllıq. Kursun öyrənilmə ardıcıllığı:

1. Kabala elmi – bu dünya yaradılışlarında Yaradanın aşkar olunması üçün metodikadır.

2. Yaradanı aşkar etmək üçün, biz niyyətimizi almaqdən vermək yönünə dəyişməliyik.

3. Kabala kitablarında xüsusi ruhani güvvə – "mənbəyə qaytaran nur" mövcuddur. Bu nur bizim niyyətimizi almaqdən verməyə dəyişə bilər.

4. Yalnız bizim başqalarına olan münasibətimizi analiz edərək, mənbəyə qaytaran nura doğru həqiqi bir müraciət yarada bilərik.

5. Yalnız ruhani inkişaf üçün düzgün uyğun mühit seçməklə, biz başqalarına olan münasibətimizi dəqiq şəkildə yoxlaya bilərik.

6. Qəlbdəki nöqtələr – bu, Adam Rişonun ruhunun parçalanmış hissələridir. Düzgünruhani mühit vasitəsilə biz islah və birləşmə üçün istək formalaşdırırıq və mənbəyə qaytaran nuru cəlb edirik.

7. Növbəti hissədə biz islah üçün müraciətin necə yaradıldığını daha ətraflı müzakirə edəcəyik.


Rabaş, məqalə «İnsan evinin damını satmalıdır», 1984-cü il.

2 Babil Talmudu.  (Kiduşim), 30, 72.