<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Dərsin mövzuları:

- seçimlərimizdə azadıqmı;

- almaq  istəyinin "proqram təminatı";

- ətrafın insan üzərində təsiri.


 


 

Tamamilə çaşqınlıqdayam

 

Markus Peter Fransis dü Sautoy (Marcus Peter Francis du Sautoy), Oksford Universitetinin riyaziyyat professoru, 2008-ci ildə BBC kanalının "Özünü tanı" adlı televiziya proqramında iştirak edib. Proqramda insanın qərar qəbul edərkən beyninin fəaliyyətini izləmək məqsədi ilə eksperiment aparılıb. Professorun əsas hədəfi şüurlu "mən" proseslərini araşdırmaq və sadə görünən, lakin izah olunması çətin olan sualı cavablandırmaq idi: "Mən kiməm, professor Markus dü Sautoy, daxilən nədir?"

Professoru skanerlə birləşdirib, hər əlinə düyməli sensor verdilər. Eksperiment zamanı professor heç bir düşünmədən dərhal sağ və ya sol düyməni basmalı idi. Skaner professorun beyninin hansı an qərar qəbul etdiyini, kompüter isə hərəkətin baş vermək anını qeyd edirdi. Təcrübənin məqsədi: beyin qərar qəbul etdiyi an ilə hərəkətin baş verməksi arasında nə qədər vaxt keçdiyini (əgər ümumiyyətlə belə bir vaxt mövcuddursa) öyrənmək idi.

Nəticə professoru heyrətə saldı. Beynin qərar qəbul etməsindən düymənin basılmasına qədər bir neçə saniyə (!) keçirdi. "Con (eksperimenti aparan tədqiqatçı) mənim beynimi izləyir və məndən 6 saniyə əvvəl nə edəcəyimi bilir. O bunu mən öz qərarımı qəbul etməmişdən əvvəl də bilir," – deyə Markus dü Sautoy təəccübləndi. "Bu, sadəcə inanılmazdır."

Bundan da maraqlı sual ortaya çıxır: əgər düyməyə basmaq kimi şəxsi şüurlu qərar beynin fəaliyyəti qarşısında ikincili bir reaksiyadırsa, bəs düyməni əslində kim basır? Başqa sözlə, bizim qərarlarımız şüurlu seçimlərimizin nəticəsidirmi, yoxsa sadəcə beynimizin qeyri-şüuri fəaliyyətinə verilən neyroloji cavabdır?


Mühasib

 

Dərsin ikinci hissəsində seçim azadlığı haqqında danışacağıq. Bu mövzu yalnız kabala elminin öyrənilməsində deyil, həm də hər bir insanın həyatında ən vacib mövzulardan biridir. İlk baxışda bu mövzu həyatımızla bağlı olmayan, uzaq bir anlayış kimi görünə bilər, lakin çox keçmədən başa düşürük ki, əksinə, bu mövzu birbaşa həyatımızla bağlıdır.

Körpənin seçim azadlığı yoxdur. O, yalnız yemək, yuxu və s. kimi sadə, avtomatik hərəkətlər edə bilir. Ac olduqda ağlayır, yorulduqda isə yatır. O, dünyaya gələndə verilmiş daxili proqramla şüursuz şəkildə idarə olunur.

Böyüdükcə uşaq yeni bacarıqlar qazanır. O, əvvəlcə iməkləyir, sonra gəzir; müəyyən oyuncaqlarla oynayır, digərlərinə isə maraq göstərmir. Belə təsəvvür yaranır ki, artıq şüurlu seçim etməyə başlayır. Lakin bu proseslərə daha dərindən baxsaq, vəziyyətin dəyişmədiyini görərik. Uşaq yenə də dünyaya gələndə malik olduğu daxili xüsusiyyətlər sistemi ilə idarə olunur, özü bu xüsusiyyətləri seçmir. Və sonra, böyüdükcə, ətraf mühitin təsiri altında formalaşır. Bu da onun öz seçimi deyil.

Əlbəttə, nə baş verir böyüklərdə? Biz intuisiyaya əsaslanaraq, böyüklərin seçim azadlığının olduğunu, onların öz istək və düşüncələrinə sahib olduqlarını düşünməyə meylliyik. Lakin burada da, dərindən baxsaq, görərik ki, böyük də körpə kimi idarə olunur. Sadəcə fərq ondadır ki, böyüyün qərar qəbul etmə sistemi daha genişdir və bu genişlik ona seçim azadlığı illüziyasını yaradır.

Heç kim nə vaxt doğulacağını və kimdən doğulacağını seçməyib. Heç kim öz genlərini seçməyib ki, nəticədə daxili xüsusiyyətlərini formalaşdıran və xarakterini, meyllərini təyin edən bu genlər onun qərarlarına təsir edir. Heç kim böyüyüb tərbiyə aldığı mühiti seçməyib – o mühit ki, onu daxili xüsusiyyətlərinə uyğun olaraq yetkin insan kimi formalaşdırıb. Bu isə sual doğurur: bizim seçim azadlığımız nədədir?

Bundan əlavə, bir məsələ daha var: heç kimdən soruşmayıblar, biz almaq  istəyi ilə doğulmaq istəyirikmi. Bu İstək, əslində, bizə tamamilə hakimdir və sadə bir hesaba əsaslanır: ən az səylə maksimum həzzi əldə etmək. Bizim almaq  istəyimizla münasibətimiz əlcək ilə əl kimidir. Bu halda biz əlcək rolunu oynayırıq. Təbiətə görə, almaq  istəyi həzzlə dolmaq istəyir və heç kimdən soruşmadan, ən az xərclə maksimum həzz təmin edən hərəkəti seçir.

Biz dəfələrlə bu sözləri eşitmişik: "Verirlərsə, götür; döyürlərsə, qaç." Doğrudur, bu bir klişedir, lakin hər bir dannur stereotipi kimi sadə bir həqiqəti ifadə edir. Həzz almaq  və əzabdan qaçmaq – hər bir insana xas olan iki əsas meyldir. Bəzən elə görünür ki, bəzi insanlar sanki əzab axtarır və heç bir həzzə maraq göstərmirlər. Əslində bu sadəcə bir illüziyadır.

Hər birimizin içində bir kiçik mühasib var, buna "almaq  istəyi" deyilir, və bu mühasib öz hesablarını aparır. Hər bir hərəkət, hətta ən kiçik olan belə, debit və kredit (gəlir və xərclər) göstəricilərinə görə hesablanır, formul belədir: gözlənilən mənfəətə (həzzə) qarşı qoyulan lazım olan sərmayə (səy, əzab). Əgər hesab aktivdirsə (mənfəətlidirsə), hərəkət etmək əmr edilir; hesab passiv olduqda, heç bir hərəkət etməmək göstərişi verilir.

Bəzən bizim daxili mühasibimiz daha mürəkkəb hesablar aparır. O, müvəqqəti itkiləri nəzərə alaraq gələcəkdə mənfəət əldə etmək üçün hesablama aparır. Məsələn, kimsə dörd il mühəndis olmaq üçün instituta gedir, təsadüfi işlərlə dolanır və tələbə yataqxanasında yaşayır. Çətinliklərə baxmayaraq, təhsili başa vurduqda bu insan layiqli bir peşəyə sahib olur, gələcəkdə isə yüksək status və maddi rifaha malik olur. Nəticə hesablamalarında bəlli olur ki, bu dəyərdi.

Nəticə olaraq, biz nə daxili xüsusiyyətlərimizi, nə də böyüdüyümüz və tərbiyə aldığımız mühiti seçirik. Biz daxildən bizi idarə edən almaq  təbiətimizi də seçmirik. Bu isə seçim azadlığının mövcudluğuna böyük şübhə doğurur. Baal Sulam öz "İradə azadlığı" məqaləsində belə yazır: "...bizim 'azadlıq' sözü ilə ifadə olunan anlayış haqqında təsəvvürümüz çox dumanlıdır və bu sözün daxili mənasına baş vurduqda ondan demək olar ki, heç nə qalmır."

Yenə də seçim azadlığı olmayan insan qanadsız quş kimidir. Seçim azadlığının mövcud olduğu bir nöqtə olmalıdır, əks halda bu "həyat" adlanan gurultunun mənası nədir?! Əgər bizləri xeyirxah, yaradıcı bir güvvə yaratmışdırsa, necə ki kabalistlər onu tanıyıblar və belə yazıblar, onda mümkün deyil ki, o bizləri ipdən asılmış kukla kimi yaratmışdır, azadlıq qazanma imkanı olmadan. Əgər belədirsə, bunu xeyirxah adlandırmaq olmaz.

Qısacası, bu, heç də sadə bir məsələ deyil. Tanınmış yəhudi yazıçısı İsaak Başevis Zinger çox düzgün qeyd edib: "...biz azad seçimə inanmalıyıq – sadəcə başqa seçimimiz yoxdur."

 

Özünü yoxla:

Qərar qəbul etməyimizə təsir edən üç amili adlandır.


 

 Dostlarının kim olduğunu de, sənə kim olduğunu söyləyim

 

Küçə musiqiçiləri tez-tez rast gəlinən bir fenomendir. Adətən biz onlara çox da diqqət etmirik, bəzən təşəkkür edərək bir neçə qəpik atırıq. Amma 2007-ci ilin yanvar ayında Vaşinqton metrosunun bir stansiyasında baş verən hadisə maraqlı bir istisna oldu. Gənc bir oğlan beysbol papağı ilə metronun keçidində dayandı və skripkada çalmaq ğa başladı. Yüzlərlə insan onun yanından işə tələsərək keçirdi və ona diqqət yetirmirdi. Yalnız bir neçə nəfər səsə qulaq asaraq dayanır, bəziləri isə cibindən qəpik çıxarıb musiqiçinin yanında açıq duran skripka çantasına atırdı.

Minlərlə insan yanından keçdi və heç kim bilmirdi ki, bu gənc skripkaçı dünyanın ən yaxşı klassik musiqiçilərindən biri olan Coşua Bell idi. Onun konsertlərindən illik gəliri on milyonlarla dollar təşkil edir. O gün Bellin əlində tutduğu skripka üç yarım milyon dollar dəyərində idi.

Metro stansiyasında keçirilən bu eksperimentdən bir müddət əvvəl Bell şəhərin ən nüfuzlu konsert zallarından birində çıxış etmişdi. O konsert zamanı həvəskar dinləyicilər bir neçə dəfə ayağa qalxaraq böyük musiqiçini alqışlamışdılar. Ancaq metroda Bellin çıxışı tamamilə fərqli qarşılandı. Skripkaçı təxminən bir saat oynadı və cəmi 32 dollar və bir neçə sent qazandı. Ona alqış edən də olmadı, heç kim musiqi əsərlərinin ustalıqla ifa edilməsinə diqqət yetirmədi.

Coşua Bellin metrodakı çıxışı “Vaşinqton Post” qəzeti tərəfindən təşkil olunan bir eksperimentin bir hissəsi idi. Bu eksperimentin məqsədi cəmiyyətin rəyi ilə yüksək sənətə münasibətin necə formalaşdığını araşdırmaq idi. Cavab aydındır: cəmiyyətin fikri həlledici rol oynayır. Bellin metro stansiyasında çıxışı cəmiyyətin insanın seçimi və onun üzərindəki təsirini öyrənmək üçün aydın bir nümunədir.

Dərsin əvvəlki hissəsində biz insanın anadangəlmə xüsusiyyətlərinin və onun böyüyüb tərbiyə olunduğu mühitin ona necə təsir etdiyini öyrəndik. Həmçinin bilirik ki, almaq  istəyi insanı daxili bir proqramla idarə edir və bu proqram sadə bir hesablamaya əsaslanır: minimum xərclə maksimum həzz.

İnsan öz xüsusiyyətlərini və doğulduğu mühiti seçə bilmir. Əlbəttə ki, onu daim minimum səy ilə maksimum həzz əldə etməyə çalışan almaq  istəyi ilə idarə olunub-olunmayacağını seçmək imkanı da yoxdur. Əgər bizdə seçim imkanı yoxdursa, onda heç olmasa nəyin bizə həzz verdiyini, nəyin yaxşı və pis olduğunu müəyyən etməkdə azad ola bilərikmi? Bu, bizim seçim azadlığımızdırmı?

Bu suala cavab tapmaq üçün yenə körpənin necə böyüdüyünü xatırlayaq.

Valideynlər körpəni əzələlərini inkişaf etdirmək üçün qarnı üstə qoyurlar. Onlar körpəni iməkləməyi öyrətmək üçün müxtəlif oyuncaqlarla diqqətini cəlb edirlər. Körpə ayağa qalxanda valideynlər əl çalaraq onu təşviq edirlər. Valideynlər öz övladlarını inkişaf etdirmək üçün müxtəlif üsullardan istifadə edirlər. Böyüklərin köməyi və təsiri olmadan körpə formalaşa bilməzdi.

Valideynlər körpə üçün nəyin yaxşı və nəyin pis olduğunu müəyyən edirlər. Əlbəttə, uşaq da səy göstərir: iməkləməyi, ayaqda durmağı və sonra gəzməyi öyrənir. Amma ətraf mühitin müdaxiləsi və dəstəyi olmasa, layiqli şəkildə inkişaf etmək imkanı olmazdı.

Bəs böyük insan necə inkişaf edir? O, xeyir və şər meyarlarını necə müəyyən edir? Eyni şəkildə – ətraf mühitin köməyi ilə. Əgər cəmiyyət bunun yaxşı olduğunu müəyyən edirsə, biz də onun yaxşı olduğunu düşünürük. Əgər mühit bunu yaxşı hesab etmirsə (hətta eyni şey olsa belə), biz də bunu yaxşı qəbul etmirik. Bunun sübutlarından biri metroda musiqiçi Coşua Bellə sərnişinlərin münasibətidir.

Baal Sulam izah edir ki, cəmiyyətin insanla əlaqəsini torpaq və buğda dənəsi ilə müqayisə etmək olar. “İnsan öz anadangəlmə xüsusiyyətləri ilə ətraf mühitin içində – yəni cəmiyyətdədir. Və o, mütləq bu mühitin təsirinə məruz qalır, necə ki, buğda ətraf mühitin təsirinə məruz qalır.”

Buğda dənəsində bitkinin xüsusiyyətləri var, torpaq isə onu bəsləyir və böyüməsini təmin edir. Eyni şəkildə, insanın genetik əsasında bütün insani xüsusiyyətlər mövcuddur, ətraf mühit isə (daha dəqiq desək, cəmiyyətin dəyərlər sistemi) onun bu xüsusiyyətləri necə inkişaf etdirəcəyini müəyyən edir. Məsələn, əgər rəssamlıq qabiliyyətinə malik insan rəssamlara hörmət edilməyən bir cəmiyyətdə doğulubsa, çox güman ki, o da rəssam olmaq istəməyəcək. İnsan öz qabiliyyətlərini yaşadığı mühitdə qəbul edilən yaxşı və pis anlayışlarına uyğun olaraq inkişaf etdirir.

Bu halda, deməli, hətta xeyir və şər anlayışlarını müəyyən etməkdə belə insanın seçimi yoxdur. O, yaşadığı cəmiyyət xeyir və şər anlayışını müəyyən edir. Baəl Sulam bunu “İradə azadlığı” məqaləsində yaxşı izah etmişdir: “Məsələn, mən otururam, geyinirəm, danışıram, yeyirəm – bütün bunlar ona görə deyil ki, mən belə oturmaq, geyinmək, danışmaq və ya yemək istəyirəm, yox, ona görə ki, başqaları istəyir ki, mən belə oturum, geyinim, danışım və yeyim. Bütün bunlar cəmiyyətin istəklərı və zövqlərinə uyğun olaraq baş verir, mənim azad istəklərimə görə deyil. Hətta bütün bunları çoxluğa tabe olaraq, öz istəklərimə zidd şəkildə edirəm. Axı mənim üçün özümü heç bir şəkildə yormadan sadə davranmaq daha rahatdır, lakin bütün hərəkətlərim başqalarının, cəmiyyətin  zövqləri və adət-ənənələri ilə bağlı zəncirlənib.”

 

Sxem 2.2

 

Yeni tədqiqatlar göstərir ki, cəmiyyətin insana təsiri bizim düşündüyümüzdən qat-qat çoxdur. Harvard Universitetindən professor Nikolas Kristakis (Nikolas Kristakis) və Kaliforniya Universitetindən professor Ceyms Fauler (James Fowler) "Bir Şəbəkə ilə Bağlı" adlı kitablarında dünyadakı bütün insanların arasında mövcud olan sıx və geniş əlaqə sistemini təsvir edirlər. Bu sistem bizi xəbərimiz olmadan müəyyən formada düşünməyə və hərəkət etməyə vadar edir. 

Bu araşdırmalar cəmiyyətin insan davranışları üzərindəki gizli təsir güvvəsinü bir daha vurğulayır. Hər birimiz bu qlobal şəbəkənin bir hissəsiyik və başqalarının davranışları, fikirləri, hətta duyğuları bizim qərarlarımıza və düşüncə tərzimizə təsir edə bilir.

İki tədqiqatçı insanın sosial şəbəkələrdəki davranışını və onun sağlamlığa təsirini öyrənmişdir. Onlar aşkar etmişlər ki, yaxın dostu kökələn insanın da kökəlmə ehtimalı artır. Alimlər iddia edirlər ki, dostunun dostu – yəni tanımadığımız bir insan – siqaret çəkməyə başlamaq qərarını qəbul edirsə, bizim də siqaret çəkməyə başlama ehtimalımız 10%-dən çox artır. Kristakis və Fauler bəyan etmişlər ki, hətta xoşbəxtlik də infeksiya kimi yayılır: bir insan xoşbəxt insanların arasında olduqda, o da özünü xoşbəxt hiss edir.

Sosial şəbəkələri, milyonlarla insanı əhatə edən bu nəhəng sistemləri araşdırmağa davam edən tədqiqatçılar belə nəticəyə gəlmişlər ki, insanlıq vahid bir super-orqanizm kimi davranır. Əgər bu orqanizmin hər hansı bir hissəsi böyüyüb inkişaf edərsə, o, bütün orqanizmə – yəni həmin sosial şəbəkənin bütün üzvlərinə təsir edir. Beləliklə, ətraf mühit bizim inkişafımızda həlledici rol oynayır və qərarlarımızı qəbul etməyimizə təsir göstərir.

Nəticə:- İlk baxışda belə görünür ki, insanın bu dünyada heç bir seçimi yoxdur. Biz hansı xüsusiyyətlərlə doğulacağımızı, hansı mühitdə böyüyüb inkişaf edəcəyimizi, bizi maksimum həzz almaq ğa və minimum səy göstərməyə yönəldən almaq  istəyimizi seçə bilmirik. Hətta xeyir və şər anlayışlarını müəyyən etməkdə belə azad deyilik – ətraf mühit bunu bizim əvəzimizə edir.

 

Özünü yoxla:

Baal Sulamın "İradə azadlığı" məqaləsində cəmiyyətin insan üzərindəki təsirini nəyə bənzətdiyini izah et. Niyə o, belə bir müqayisə aparır?


Talehin istehzası

 

Azad seçimin əslində harada yerləşdiyini dərin izah etməzdən əvvəl, bizim dünyamızdakı azad seçim haqqında daha bir vacib məsələni aydınlaşdıraq – tale haqqında danışaq.

İnsanın mövcudluğunun başlanğıcından bəri o, həyatının bütün hadisələrinin əvvəlcədən müəyyən edildiyini hiss edirdi. Tale barədə filosoflar, mütəfəkkirlər və din xadimləri hər bir dövrdə müzakirələr aparmış, bir çoxu bu mövzuda yazmışlar. Elələri də var idi ki, hər bir insanın taleyinin əvvəlcədən təyin olunduğunu və onun bunu dəyişmək imkanının olmadığını iddia edirdilər. Digərləri isə insanın (ən azı müəyyən mərhələlərdə) taleyinin sahibi olduğunu düşünürdülər.

Bəs bu barədə kabala elmi nə deyir? Ümumiyyətlə, sadəcə: “Hər şey əvvəlcədən təyin olunub, amma azadlıq verilib”. Bir çoxumuz bu məşhur ravvi Akiva deyimini taleyin əvvəlcədən təyin olunması ilə azad seçimin arasında ziddiyyət kimi görürük. Amma bu belə deyil. Kabala elmi izah edir ki, böyük kabalist ravvi Akivanın ifadəsi taleyin və azadlığın düzgün nisbətini dəqiq müəyyən edir.

Mövzunu anlamaq üçün əvvəlcə “hər şey əvvəlcədən təyin olunub” ifadəsinin kabalist məna yükünü izah edək, daha sonra ravvi Akivanın “azadlıq verilib” dedikdə nəyi nəzərdə tutduğunu aydınlaşdıracağıq. Kabala elminə görə, yaradılışın, o cümlədən bizim dünyamızın yaradılmasına yalnız bir düşüncə səbəb olmuşdur: yaradılışın məqsədi – yaratdığı varlıqlara zövq verməkdir. Hər bir yaradılış, düşüncə və ya baş vermiş, baş verən və ya baş verəcək hadisə – hamısı yaradılış məqsədindən irəli gəlir və hamısı müəyyən edilmiş proqramın həyata keçirilməsinə yönəlir.

İstəyin inkişafının bütün mərhələləri, yaradılış niyyətindən başlayaraq bizim dünyamıza qədər, əvvəlcədən təyin olunub. Bizim dünyamızda İstəyin inkişaf mərhələlərinin hamısı milyardlarla il ərzində əvvəldən məlumdur, eynilə aşağıdan yuxarıya qalxışın bütün mərhələləri və niyyətin son düzəlişə qədərki bütün islah mərhələləri kimi. Heç bir mərhələni keçmək mümkün deyil. Bundan aydın olur ki, son məqsəd də əvvəlcədən məlumdur və başqa bir məqsəd yoxdur 

(bax sxem 2.3).



 

Yaradana, bizdən fərqli olaraq, proqramını yerinə yetirmək üçün zamana ehtiyacı yoxdur. Buna görə də, nə qədər qəribə səslənsə də, Yaradıcı yaratdığı varlıqları zövqləndirmək niyyətini meydana gətirən kimi, bu niyyət dərhal həyata keçdi. Kabala mütəxəssisləri yazırlar ki, biz artıq son islah vəziyyətində oluruq və etməli olduğumuz tək şey – onu özümüz üçün açmaqdır. Burada təkcə son islahdan danışmırıq. Onun həyata keçirilmə mərhələləri də artıq yerinə yetirilib – bizə qalan yalnız onları açıb dərk etməkdir.

Eyni hadisəni başqa bir baxış bucağından izah edək: Biz adətən düşünürük ki, bizim ata və anamız tanış olub, evlənib, uşaq sahibi olmaq qərarına gəlib və nəticədə biz dünyaya gəlmişik. Kabala elmi isə deyir ki, bizim bu dünyada valideynlərimizin uşaqları kimi varlığımız artıq mövcuddur və onun həyata keçməsinin zəruriliyi ata və anamızın tanış olub, evlənməsini və bizi dünyaya gətirməsini təmin edir.

Yaradılış niyyətindən son islahata qədər inkişafın bütün mərhələləri əvvəlcədən məlumdur. Bizə elə gəlir ki, nəyəsə təsir edə bilərik, amma əslində inkişaf proqramı əvvəlcədən müəyyən edilib və məhz o, bir-birinin ardınca müxtəlif situasiyalara səbəb olur.

Beləliklə, inkişafımızın bütün mərhələləri əvvəlcədən təyin olunmuş proqram əsasında bir-birinin ardınca açılır və kabala elminə görə bunlara “reşimo” – qeyd deyilir. Başqa sözlə, “reşimo” hər birimizin fərdi inkişaf proqramını ehtiva edən əsas məlumat bazasıdır. Hər bir “reşimo” bizim inkişaf prosesində keçməli olduğumuz bir vəziyyəti müəyyən edir. Hər an içimizdə yeni bir “reşimo” oyanır və bu yeni bir hissə səbəb olur. Bütün həyatımız, bizi əhatə edən bütün reallıq – bunlar “reşimo”lardır; onlar bizim vasitəmizlə keçir və yaradılış niyyətinə uyğun olaraq həyata keçir.

Nəticə çıxaraq. Bütün reallıq təzahürləri proqramın mərhələləri kimi əvvəldən məlumdur və həyata keçirilməlidir. Əslində onlar artıq mövcuddur, biz isə onları sadəcə aşkar etməliyik. Həyatımızda və digər insanların həyatında baş verən hər şey, bizdə və ya hər hansı digər insanda oyanan düşüncələr və istəklər – bunların hamısı əvvəldən məlumdur və “reşimo”nun həyata keçirilməsi proqramının bir hissəsi olaraq mütləq həyata keçirilir. Ravvi Akivanın dediyi kimi: “Hər şey əvvəlcədən təyin olunub”.

Əgər belədirsə, “Azadlıq verilib” nə deməkdir? Cavab sadədir: bizim inkişafımızın mərhələləri əvvəlcədən məlum olsa da, məlum olmayan bir şey var: biz bu mərhələlərdən necə keçəcəyik – yavaş və əzablarla, yoxsa sürətlə və sevinclə. Bu hüquq bizə verilib. Bizim azad seçimimiz məhz bu nöqtədə yerləşir.

Bu inkişafı necə həyata keçirmək və onu maraqlı bir səyahətə çevirmək olar? Bu barədə növbəti dərsdə danışacağıq.

 

Özünü yoxla:

• Kabala elminə görə, əvvəlcədən nələr müəyyən olunub və biz nədə seçim hüququna sahibik?


 

Dərsin yekunları. Qısa nəticələr

 

• Doğuşdan gələn xüsusiyyətlər, doğulduğumuz və tərbiyə aldığımız mühit, həmişə "minimum xərclərlə maksimum zövq" prinsipinə əsaslanan almaq istəyi – bunlar bizim qərar qəbul etməyimizə şüuraltı səviyyədə təsir edən amillərdir.

• Cəmiyyətin qəbul etdiyi dəyərlər sistemi insana onun öz prinsiplərini dərk etməsindən asılı olmayaraq təsir edir və bu da qərarların qəbuluna təsir göstərir.

• İstəyin inkişafının bütün mərhələləri əvvəldən məlumdur. Bizim dünyada baş verən bütün düşüncələr, istəklər və hadisələr almaq istəyinin inkişaf proqramında yazılıb və əvvəlcədən müəyyən olunmuş ardıcıl inkişaf proqramına uyğun olaraq açılır. Bizə verilən yeganə seçim hüququ – inkişaf mərhələlərinin, bizim dünyadan ruhani dünyaya qalxış prosesində, necə həyata keçəcəyini seçməkdir: yavaş və əzablarla, yoxsa sürətli və sevinc içində.

• İnkişafımızın bütün vəziyyətləri əvvəlcədən məlum olan proqrama uyğun olaraq tənzimlənib və bir-birinin ardınca açılır. Kabala elminə görə, bu vəziyyətlər "reşimo" adlanır.


 

Terminlər

 

Reşimo- informasiya məlumatları, ruhani genlər, hər birimizin keçmiş, artıq mövcud olmayan vəziyyətlər barədə yaddaşları. Hər bir reşimo bizim keçməli olduğumuz müəyyən bir inkişaf vəziyyətini müəyyən edir.


 

Suallara cavablar

Sual-: Bizim qərar qəbul etməyimizə şüuraltı səviyyədə təsir edən üç amili adlandırın.

Cavab-: 1. Doğuşdan gələn xüsusiyyətlər; 2. Mühit; 3. Minimum səylə maksimum zövq almaq  istəyi.

Sual-: Baal Sulam "İradə azadlığı" məqaləsində mühitin insana təsirini nəyə bənzədir? Niyə?

Cavab-: Baal Sulam deyir ki, mühit insana torpağın fidanın böyüməsinə təsiri kimi təsir edir. Torpağın keyfiyyəti fidanın inkişafını necə təyin edirsə, cəmiyyətin dəyərlər sistemi də insanın doğuşdan gələn xüsusiyyətlərini necə inkişaf etdirəcəyini və istəklərını necə həyata keçirəcəyini təyin edir.

Sual-: Kabala elminə görə, nə əvvəlcədən müəyyən edilib və biz nədə seçim hüququna malikik?

Cavab-: almaq istəyi inkişafının bütün mərhələləri əvvəlcədən məlumdur: yuxarıdan aşağıya inkişaf, sonra bizim dünyamızın inkişafı və nəhayət, yuxarı qalxış zamanı son islah vəziyyətinə çatmaq. Bizə aşağıdan yuxarıya inkişaf yolunu seçmək hüququ verilib: yavaş və əzablarla, yoxsa sürətli və sevinc içində.